177
Araz çayının sol qolu Razdan suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan,
Gürensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən
başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-cı illərdə Razdana buraxılan çirkab sularının
orta illik miqdarı 210 milyon m
3
olmuşdur. Yay aylarında Arazda suyun səviyyəsi aşağı düşdüyü dövrdə Razda-
nın çirkab sularının sərfi azalmır. Nəticədə «Araz» su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti
hava şəraitində suyun «çirklənməsi» baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.
Arazı ən çox çirkləndirən çaylardan biri də Oxçuçaydır. Megri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən
(metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Ox-
çuçayı hədsiz dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə,
fenolların miqdarrı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və
bismut çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir. (Cədvəl 9.15).
Arazın qolları Gilən, Naxçıvan və Paraqa çaylarının sularında misin (10-11 BHK) və fenolların (2-4 BHK)
yüksək konsentrasiyası müşahidə olunur. Odur ki, Araz çayının suyu bütün məntəqələrdə (Xudafərin, Culfa,
Saatlı) çirklənmiş və çirkli kimi qiymətləndirilərək sularda misin və fenolların miqdarı mütəmadi olaraq 10-22
və 4-14 BHK səviyyəsində qeydə alınır. Manqanın konsentrasiyası 2-4 dəfə normadan artıq müşahidə olunur.
Culfa və Saatlı məntəqələrində neft məhsullarının miqdarı çay sularında 0,11 və 0,21 mq/l, yəni normadan 2 və
4 dəfə artıqdır. (Cədvəl 9.17). Son dərəcə çirklənməyə (zəhərlənməyə) məruz qalan bu çayda heç bir canlı yaşa-
mır. Onun suyundan suvarmada istifadə edildiyindən torpaq da zəhərlənmişdir. Oxçuçay qarışandan sonra Ara-
zın zəhərlənməsi Beylaqan – Sabirabada qədər təsirini itirmir. Orta illik su balansı Arazdan 20 dəfə az olan Ox-
çuçay Araza qarışandan sonra, Araz suyunda olan mikroflora 65-80% azalır (Salmanov, 2003).
Ermənistan AES-nin fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır, hər sutka ərzində Araza 12-16 min m
3
çirkab
axıdılır, onun gələcəkdə Araz və onun qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür.