Evtrofikasiya yunan sözü olub qida (trofe) deməkdir. O, su hövzələrində biogen elementlərin toplanması
nəticəsində onun bioloji məhsuldarlığının güclənməsi deməkdir. Biogen maddələrin,yəni fosfor və azot birləş-
mələrinin həddindən çox gölə, su anbarına, çay mənsəbinə, həmçinin dəniz sahilyanı suyuna daxil olması su bit-
kilərinin, xüsusən mikroskopik yosunların və makrofitlərin güclü böyüməsinə səbəb olur. Dövri olaraq yosunla-
rın güclü inkişafı («çiçəkləmə») baş verərək hətta sahəcə böyük olan su anbarlarını əhatə edə bilər. «Çiçəkləmə-
dən» sonra mikroskopik yosunlar quruyur və çox vaxt kütlənin oksidləşməsi üçün həll olmuş oksigenin hamı-
sını sudan çəkir (alır). Həm «çiçəkləmə», həm də yosunların destruksiyası (parçalanması) zamanı suyun keyfiy-
yəti pisləşir.
Evtrofikasiya bir sıra əlverişsiz siyasi nəticələr verir. Suyun keyfiyyəti pisləşir, gölün rekreasiya qiyməti
aşağı düşür, balıq populyasiyası azalır, suaşıranları, kanalları, hətta gəmilərin hərəkət yollarını təcrid edir (bağ-
layır).
Evtrofikasiya yavaş inkişaf edən təbii prosesdir, çox yerlərdə insan fəaliyyəti nəticəsində sürətlə tezləşir,
beləliklə, ekoloji deqradasiya prosesinə çevrilir. Evtrofikasiya həmçinin fosfor və azotun qlobal biogeokimyəvi
tsiklinin ciddi antropogen dəyişməsidir. Azot və fosforun əsas mənbəyi kənd təsərrüfatı (əkinçilik və maldarlıq)
hesab olunur. Çox hallarda evtrofikasiyanın əsas səbəbkarı fosfor birləşmələrinin yükünün artması sayılır, bəzən
isə azot aparıcı rol oynayır.
Su hövzələrinin və dənizlərin sahil zonasının antropogen evtrofikasiya problemi inkişaf etmiş ölkələrdə 25-
35 il əvvəl baş vermişdir. Hazırda inkişaf etməkdə olan ölkələrdə, məsələn, Braziliya, Filippin, Çin, Morokko
və başqalarında evtrofikasiyanın ciddi problemlərinin əlamətləri meydana çıxır. Şübhəsiz ki, biogen elementlə-
rin qlobal biogeokimyəvi tsiklinin intensivləşməsinə əsaslanan evtrofikasiya prosesi bu ölkələrdə genişlənərək
güclənəcəkdir.
Təbii sularda və su təchizatı mənbələrində nitratların əsas mənbəyi kənd təsərrüfatı sayılır. Nitratlar yüksək
həll olmalarılə fərqlənir. Odur ki, çox hissəsi su obyektlərinə, öncə isə yeraltı sulara daxil olur. Kənd təsərrüfatı-
nın intensivliyi artdıqca və gübrələrdən istifadənin tarixi uzun müddətlidirsə nitratlarla çirklənmə bir o qədər
çox olur. Qərbi Avropanın bir çox ölkələrində (Almaniya, Çexoslovakiya, Danimarka, Fransa və b.) quyu sula-
rında nitratların yüksək dərəcədə olması ilə əlaqədar istifadə üçün yararsızdır. İçməli suda nitratların izafi qatı-
lıqda olması insanın sağlamlığında problemlər, xüsusilə uşaqlarda qan xəstəliyi, böyüklərdə isə rak xəstəliyi təh-
lükəsi yarada bilər.
Beynəlxalq Səhiyyə təşkilatı tərəfindən təyin edilmişdir ki, içməli suda nitratların norma miqdarı NO
3
şək-
lində 11 mq/ l-ə qədər azot olmalıdır.
170
Nitratların yeraltı sulara daxil olması, ümumiyyətlə yeraltı suların çirklənməsi ciddi problem sayılır, belə ki, ye-
rüstü sulara nisbətən yeraltı suların hərəkəti olduqca zəifdir. Odur ki, hidrogeoloji formasiyaya daxil olan çirkli su
orada uzun müddət qala bilər.
Dostları ilə paylaş: |