10.6.7. Xəzər dənizinin antropogen evtrofikasiyası
və onun ekoloji nəticələri
Biogen elementlərin, ilk növbədə məişət və kənd təsərrüfatı mənşəli üzvi maddələrin Xəzərə daxil olmasının
əsas mənbələri çaylar, şəhərlər və yaşayış məntəqələridir. M.Ə.Salmanovun (1972, 1975, 1987, 1997, 1999)
apardığı tədqiqatlar göstərir ki, bioloji yükün antropogen dəyişməsi gec-tez dəniz ekosisteminin strukturunun
dəyişməsinə gətirib çıxarır: bioməhsuldarlığın səviyyəsi artır, bioloji qruplaşmaların növ tərkibi dəyişir, trofik
əlaqələrin davamlığı pozulur, suyun fiziki və kimyəvi xassələri dəyişir. Məlum olduğu kimi balanslaşdırılmış
ekosistemlərdə üzvi maddələrin əmələ gəlməsi ilə parçalanması, həmçinin oksigenin ayrılması və mənimsənil-
məsi arasında tarazlıq saxlanılır. Xəzər dənizinin bəzi evtrofikasiyaya uğramış sahələrində bu tarazlığın pozul-
ması bioloji-kimyəvi dəyişikliyə səbəb olmuşdur. Belə dəyişikliklər çay estuarilərinin akvatoriyaları və stasionar
çirkab sularının daxil olduğu zona üçün səciyyəvidir. Bu sahələrdə suyun alloxton və avtoxton mənşəli asan mə-
nimsənilən üzvi maddələrlə zənginləşməsi nəticəsində tənəffüsün sürəti suyun oksigenlə zənginləşməsi sürətin-
dən artıq olur. Bu xüsusən Xəzərin hər üç hissəsinin dərin yerində suyun aşağı qatlarında nəzərə çarpır (Salma-
nov, 1998).
İlk dəfə antropogen evtrofikasiya Şimali Xəzərdə qeydə alınmışdır, bu əsasən biogen elementlər və üzvi
maddələrlə zənginləşən Volqa çayının sularının axınları ilə əlaqədardır. Burada başqa çayların (Terek, Sulak və
Ural) da Xəzərin evtrofikasiyasında rolu az deyildir. 10.5 saylı cədvəldən göründüyü kimi 20 il ərzində Volqa
çayının axınında fosfat, azot və üzvi maddələrin cəmi orta hesabla 3 dəfə artmışdır. Bu dövr ərzində yalnız azot
və fosforun fərqi 389 min ton olmuşdur.
198
Cədvəl 10.5
Dostları ilə paylaş: |