Litosferin ən üst qatları digər geosferlərlə birlikdə və qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində
litosferin üst qatında suyun, havanın və canlıların birgə məhsulu olan aşınma qabığı yaranır. Aşınma qabığında
torpaq inkişaf edir. Aşınma qabığının qalınlığı və quruluşu bütövlüklə coğrafi zonallıq qanununa tabedir. Nival
və arid qurşaqlarda aşınma qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən sadə olur. Lakin ek-
vator qurşağında aşınma qabığı çox mürəkkəb quruluşlu, inkişaf tarixi uzun müddətli, qalınlığı isə 60 m-i keçə
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə əlaqədə olur. Quruda litosfer torpaqla
(pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız səhrada litosfer bila-
vasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə atmosfer və litosfer
arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək dərəcədə gedir,
belə ki, yeraltı sular həm hidrosferin, həm də litosferin bir hissəsidir.
Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə
yer səthində maksimum intensivliyə çatır, ondan yuxarı və aşağıda isə azalır. Bu əlaqə insanın rolu artdıqca da-
dövründə əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, külçələri yer səthindən yığmaqla kifayətlənməmiş,
onları yerin alt qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis,
dəmir filizi və duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar edilmişdir. İnsan
200
nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən sonra insa-
nın yer qabığına təsiri qlobal miqyas almışdır.
Hazırda bəşəriyyət yerin dərinliklərindən səthinə 10 milyon kubmetrlərlə dağ süxurları çıxarır. İnsan Yer qa-
bığının həyatına aktiv qarışır, onun fəaliyyəti qlobal geoloji faktora çevrilir. Yerin səthinə və təkinə ən çox dağ
–mədən sənayesi, xüsusən faydalı qazıntıların açıq üsulla çıxarılması təsir göstərir.
Bu zaman yerin səthinin yatması müşahidə olunur, çoxlu təsərrüfat sahələri sıradan çıxır, ətraf mühit müxtə-
lif toksikantlarla çirklənir. Texnogen relyef formaları – çalalar, çuxurlar, oyuqlar, təpələr, karxanalar, töküntü-
lər, terrigenlər və s. əmələ gəlir.
İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. Or-
ta Çeşirdə yerin altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır, XVII əsrin sonundan isə 70-110 m
dərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan ərazidə səthin ilk dəfə çökməsi (bat-
ması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3 km-ə yaxın ərazidə yer
deformasiyaya uğradı, oranı su basaraq istifadə üçün yararsız hala düşdü. Burada torpağın üstündəki su boruları
parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər zədələndi.
Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin so-
nunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı şübhəsiz Paris şəhəri «batıb» dağılmışdı.
İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar
və s.) litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və quyu-
lar da mövcuddur.
Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da Yuta ştatında Binqem Kenyondadır. Karxananın dərinli-
yi 774m, sahəsi 7,2 km
2
, karxanadan çıxarılan qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir. Rusiyada Uralda Korkin
kəsiyində karxananın dərinliyi 520 metrdir.
Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının dərinliyi də bir neçə min metrə çatır, dünya-
da ən dərin quyu (15km) Kola yarımadasında layihələşdirilmişdir.
Daş kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və digər faydalı qazıntıların karxanaları
bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst qatından il ərzində 1 000 milyard tondan çox mi-
neral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90% -ə qədərini təmin edən 400 növə yaxın faydalı qa-
zıntılar çıxarılır.
Litosferdən çıxarılan materialların 98%-ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə,
litosferin üst qatında materialların həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə həm bütövlüklə
ekosferə, həm də onun ayrı-ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin
Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.
Yer səthinin antropogen dəyişilməsi həmçinin iri hidrotexniki qurğuların tikilməsilə əlaqədardır, 1988-ci ilə
qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir.
Bəndlərin çəkisinin təsiri, həmçinin süxurların yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatla-
rın əmələ gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 20 m uzunluğunda
çat qeydə alındı. Bratski, Ust-İlimski SES-nın bəndlərinin bünövrəsinin yatması (çökməsi) ildə 10 mm –dən
çox təşkil edir. Kama su anbarının (sahəsi 1915 km
2
, suyun həcmi 12,2 km
3
) suyu böyük güclə yer qabığına təsir
göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur.
Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin ak-
tivliyi artır.
Yer qabığının yatması bir çox iri şəhərlərin altında da baş verir. Binaların və qurğuların altında qrunt bərkiyir
və səthi çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, ayrı-ayrı binalar altında baş verən çökmələr
bir-birilə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil edir. Yaponiyanın Tokio və
Osaka şəhərləri son illərdə yeraltı suların nasosla çəkilməsi və yumşaq süxurların sıxılması nəticəsində 4 mm
çökmüşdür.
Deməli, insanın təsərrüfat fəaliyyəti təbii relyefəmələgəlmə və digər geoekoloji proseslərin gedişini kökün-
dən dəyişdirir, bu isə neqativ nəticələrə gətirib çıxarır. Antropogen geoloji proseslər ilbəil getdikcə güclənir və
bütün bəşəriyyət üçün təhlükə yaradır.
Dostları ilə paylaş: