Bakteriyalar torpaqda olan mikrocanlıların ən çoxunu təşkil edir. Bakteriyasız torpaq yoxdur. Onun çox
miqdarı torpağın üst, əsasən şum qatında yerləşir.
Oksigenə tələbinə görə bakteriyalar aerob, anaerob, və fakültətiv bakteriyalara bölünür. Aerob bakteriyalar yal-
nız havanın oksigeni şəraitdə, anaerob bakteriyalar havasız şəraitdə, fakültətiv bakteriyalar isə həm havalı, həm də
havasız şəraitdə fəaliyyət göstərir.
Çöpşəkilli bakteriyalar batsilla, kürəşəkilli bakteriyalar-kokki, bükülmüş bakteriyalar-spiril, çox bükülmüş
bakteriyalar isə spiroxetlər adlanır. Bakteriyalar bitki aləminə daxil olanda hüceyrələrində xlorofil olmur.
Hərəkətli və hərəkətsiz bakteriyalar mövcuddur. Qidalanmasına görə bakteriyalar avtotrof və heterotrof
bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi
maddələr yaratmaq qabiliyyətinə malikdir. Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən
mənimsəyir.
Energiyadan istifadəsinə görə bakteriyalar fotoavtotrof, hemoavtotrof və heterotrof bakteriyalara bölünür.
Fotoavtotroflar günəş işığından, hemoavtoqraflar-mineral birləşmələrin oksidləşməsi zamanı ayrılan energi-
yadan, heteroqraf bakteriyalar isə üzvi birləşmələrin oksidləşmələrindən alınan energiyadan istifadə edirlər.
Torpaqda hemotraf bakteriyalar geniş yayılmışdır. Bunlardan dəmir bakteriyaları böyük maraq doğurur. On-
lar dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir:
2FeCO
3
+3H
2
O+O=2Fe(OH)
3
+2CO
2
+121.2 coul
Təbiətdə azotun dövranında bilavasitə iştirak edən bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda nitrifikasi-
ya prosesi apararaq ammoniumu azot turşusuna çevirir:
2NH
3
+3O
2
=2HNO
2
+2H
2
O+718.9 coul
belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların köməyilə gedir.
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:
2HNO
2
+O
2
=2HNO
3
+108.7 coul
Bu reaksiyada nitrobacterlər iştirak edir.
Nitrifikasiya prosesindən başqa torpaqda mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və ya
nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə
qədər, sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya) olunur.
C
6
H
12
O
6
+4NO
3
=6CO
2
+6H
2
O+2N
2
və ya
3C+4KNO
2
+H
2
O=2KHCO
3
+K
2
CO
3
+2N
2
Denitrifikasiya prosesi denitrifikator bakteriyaların təsirilə baş verir.
Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anae-
rob mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki mikroorqanizm növü azotun dövranında fəal iştirak
edir, odur ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində böyük əhəmiyyəti vardır.
İlk dəfə 1938-ci ildə fransız kimyaçısı Bussenq aşkar etmişdir ki, paxlalı bitkilərdən sonra torpaqda daha çox
azot toplanır.
|