Palıd meşələri
Sahəsinin böyüklüyünə görə fıstıqdan sonra palıd meşələri gəlir. Respublikamızda palıd meşələrinin sahəsi
232 min ha-dır, yəni meşə ilə örtülü ərazinin 30%-ni təşkil edir.
Dağ meşələrimizdə 4 palıd növü bitir. Aşağı və orta dağ meşə qurşaqlarında iberiya palıdı, yuxarı dağ-meşə
qurşağında iritozcuqlu palıd, Talış dağlarında şabalıdyarpaq palıd, Zəngilan rayonunun dağətəyi hissəsində ki-
çik sahədə araz palıdı meşələri yayılmışdır.
İberiya palıdı meşələri
İberiya palıdı meşələri Kiçik Qafqaz dağ silsiləsinin aşağı və orta hissəsini, Böyük Qafqaz dağ silsiləsinin isə
aşağı hissəsini tutur. Apardığımız tədqiqatlar göstərir ki, Böyük Qafqazda iberiya palıdının aşağı yayılma sərhə-
di 300(200)m-ə qədər enir.
Tədqiqatlarımız göstərdi ki, Böyük Qafqazın Cənub yamacında iberiya palıdı dəniz səthindən 900-1000m-ə
qədər yamacların bütün baxarlarında həm monodominant, həm də özünün yaxud vələsin üstünlüyü ilə meşəlik
yaradır. Dəniz səthindən 1000-1400(1500)m yüksəklikdə iberiya palıdı yalnız yamacların güney səmtlərində və
relyefin qabarıq hissələrində vələs, yaxud fıstığın iştirakı ilə üstünlük təşkil edir.
Respublikamızın dağlarında iberiya palıdı kol örtüklü və ot örtüklü meşə tipləri yaradır. Böyük Qafqazın cə-
nub yamacında (600-1000m), Dağlıq Qarabağda və Laçın rayonunda (1400-1650m) müxtəlif meylli yamaclarda
kol örtüklü palıd meşələri daha geniş yayılmışdır. Bu meşəliklər əsasən pöhrədən əmələ gəlib sırf (təmiz) palıd-
lıq yaradır. Hazırda ilkin (pozulmamış) palıd meşələrinə rast gəlmək çətindir. Antropogen əmillərin təsiri nəti-
cəsində palıd meşələri dəmirqara (şərq vələsi) meşəliyi ilə əvəz olunur. Böyük Qafqazın cənub yamacında bu
proses dəniz səthindən 400-800m, nadir hallarda güney yamaclarında 1000m yüksəklikdə müşahidə olunur. Ki-
çik Qafqazda törəmə tipli dəmirqara meşəlikləri şimal makroyamacda 1000-1150m, cənub makroyamacda (Hə-
kəriçay hövzəsi) isə 1300-1350m yüksəklikdə müşahidə olunur.
Palıd meşələrinin seyrəldilməsi meşəliyin tərkibində palıdın tədricən azalması və kolların çoxalmasına səbəb
olur. Bitmə şəraitindən asılı olaraq şiblək adlanan müxtəlif kol qruplaşmaları formalaşır. Quzey baxarların nis-
bətən rütubətli şəraitində palıd-vələs və sırf vələs meşələrinin insanın təsirilə seyrəkləşdirilməsi meşəaltı kolla-
rın güclü inkişafına və şibləklərin əmələ gəlməsinə səbəb olur. Belə şibləklərin tərkibində meyvə və giləmeyvə
bitkilərindən göyəm, yemişan, zoğal, fındıq, böyürtkan, sumax, alma, armud, alça, əzgil, itburnu bitir.
272
Böyük Qafqazın qərb və mərkəzi rayonlarında dəniz səthindən 700-800m yüksəkliyə qədər, şərq hissəsində
isə (Gilgilçay, Ataçay, Tıxçay, Pirsaatçay, Qozluçay hövzələrində) 1400-1600m yüksəkliyə qədər olan ərazilər-
də palıd meşələrinin yerində hemikserofil və kserofil şiblək tipləri əmələ gəlir. Onların tərkibində qaratikan, ar-
dıc, murdarça, iydəyarpaq armud, dovşanalması, gəvən, zirinc, alça, çaytikanı bitir.
Qaratikan (bəzən topulqa) üstünlük təşkil edən şiblək qrupları – Kiçik Qafqazda dəniz səthindən 900-1300 m
yüksəklikdə xüsusi bitki qurşağı yaradır, onların fonunda bitmə şəraitinin quraqlaşması ilə əlaqədar saqqızağac,
iberiya ağcaqayını, iydəyarpaq armud, bəzən dağdağan və ardıc da bitir.
Bərk süxurlar üzərindəki torpaq qatının yuyulub aparılması nəticəsində kserofil şibləklərin deqradasiyasının
son mərhələsində friqana tipli şibləklərə də rast gəlinir. Bu şibləklər bozqır və yarımsəhra bitkilərin fonunda tək-
tək gəvən və qaratikan bitir.
Dostları ilə paylaş: |