MəMMƏdov qəRİb xəLİlov mahmud


Kürqırağı  tuqay  meşələri



Yüklə 4,78 Mb.
səhifə454/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   450   451   452   453   454   455   456   457   ...   751
Kürqırağı  tuqay  meşələri    

Azərbaycan  respublikası  daxilində  Kür  çayının  uzunluğu  900 km – ə  çataraq  bozqır  və  yarımsəhra  iq-

limli  əraziləri  kəsib  keçir. Çay  boyu  qrunt  sularının  səviyyəsi  səthə  yaxın  yerləşdiyindən , vaxtaşırı  ətraf  

sahələri  daşğın  suları  basdığından  meşənin  inkişafı  üçün  əlverişli  şərait  vardır . Vaxtilə  Kürçayı  Azərbay-

canda  bütün  uzunluğu  boyu  Xəzər  dənizinə  kimi  tuqay  meşələrilə  əhatə  olunubmuş . Hazırda  isə  bu  me-

şələrin  yadigarlarına  kiçik  «ləkələr» şəklində  rast  gəlinir . Son  zamanlar  isə  bu  kimi  meşə  sahələrinin  də  

sıradan  çıxması  təhlükəsi  gözlənilir . 

Görkəmli  təbiətşünas  Həsənbəy  Zərdabi  qeyd  etmişdir  ki, öz  dövründən  50 – 60 il  əvvəl  Kür  çayı  sa-

hilləri  bütün axarı  boyu  meşə  ilə  örtülü  olmuşdur . 

Akademik  A.A.Qrossheym ( 1920,1932)  yaxşı  vəziyyətdə  olan  tuqay  meşələrini  Əli – Bayramlı  şəhəri  

yaxınlığında   və  ondan  yuxarı  ərazilərdə  təsvir  edirdi . Təssüflər  olsun  ki , apardığımız  tədqiqatlar  göstər-

di  ki  hazırda  Əli – Bayramlı  şəhəri  yanında  Kür  çayı  qırağında  yalnız  bir – neçə  ədəd  qurumaqda  olan  

qovaq  ağacı  qalmışdır , ondan  yuxarıdakı  ərazilərdə  isə  qalan  meşə  sahələri  yaxşı  vəziyyətdə  olmayıb  bu  

və  ya  digər  dərəcədə  pozulmuşdur .   

L.İ.Prilinko  (1954) qeyd  edirdi  ki, tuqay  meşələri  vaxtilə  əyri  xətt  şəklində  Kür  çayı  boyu  Xəzər  də-

nizinə  qədər  çatırmış . Müəllif  Qızılağac  qoruğu  ərazisində , Kür  çayının  köhnə  deltasında  allüvial  yığın-

lar  altında  tapdığı  ağyarpaq  qovağın  çürümüş  halda  kotüklərini  vaxtilə  burada  başdan – başa  meşəliyin  

qalıqları  hesab  edir . 

Tuqay  meşələrinin  əsas  sahəsi hələ 1920 – ci  ilə  qədər  əkin  sahələri  və  yaşayış  yerləri  əldə  etmək  

məqsədilə  məhv  edilmişdir . Yaxın  keçmişdə  20  min  hektar  Samux  meşəsi  adı  ilə  məşhur  olan  tuqay  

meşəsi  Mingəçevir  dənizinin  altında  qalmışdır . 10 min  hektara  qədər  tuqay  meşəsi  Şəmkir  və  Yenikənd  

su  anbarlarının  yaradılması  məqsədilə  qırılıb  məhv  edilmişdir. 

İndi 4 min ha-ya yaxın  tuqay  meşəsinin  yerində( Kirzan  sahəsi ) Tovuz  su  anbarı  yaradılması  planlaşdı-

rılmışdır .  

Hazırda  Ağdaş , Bərdə , Ağcabədi  və  Sabirabad  rayonlarında  onsuzda  pozulmuş  tuqay  meşələrinin  və-

ziyyəti  daha  da  acınacaqlıdır . Burada  meşə  sahələri  başdan – başa  otlaqlara ( bütün  il  boyu )  çevrilmişdir . Hər  

il  Kürboyu  meşə  təsərrüfatları  ərazilərində  fermer  və  qaçqınların  qoyun  və  qaramal  sürüləri  otlayır . Bunun  

nəticəsində  təbii  və  süni  salınmış  meşələr  seyrəlir , kolluqlara  çevrilir , gələcək  nəsli  kəsilir , meşəsizləşdirmə  

intensiv  gedir . Kürqırağında meşə yox  edilən  sahələri  yulğun  kolluqları , qamışlıq, bataqlıqlar  tutur .Yevlax , Sa-

birabad , Hacıqabul  rayonlarında  meşənin  yerində  kənd  təsərrüfatı  bitkiləri  sistemsiz  suvarıldığından  sahələr  

şorlaşır  və  ya  bataqlığa  çevrilir. 

Kürboyu  meşə  sahələrinin  eni  Ağstafa  və  Ağdaş  rayonlarının  bəzi  yerində  4 – 6 km – ə  çatır . Əgər  meşə-

nin  enini  çayın  hər  iki  sahilində  1.0 – 1.5 km  qəbul  etsək ( minimum  götürürük ) onda  900 km – lik  məsafədə  



 

277


180 – 270 min  ha  meşə  olardı .İndi  isə  Kürboyu  ərazidə  meşə  ilə  örtülü  sahə  18  min  ha – ra  yaxın  olub , özü  

də  bu  və  ya  digər  dərəcədə  pozulmuş  haldadır. Deməli,  Kürqırağı  tuqay  meşələri  azı  10 – 15  dəfə  azalmışdır 

, yəni  160 – 250  min  ha  sahə  meşəsizləşdirilmişdir . 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin