MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə503/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   499   500   501   502   503   504   505   506   ...   751
Çilinglərin basdırılması  

Qovaq çilinglərini 3 fəsildə – yayda, payızda və yazda əkmək olar. Yay əkini pöhrələr üzərində  əmələ 

gəlmiş tumurcuqlar tam formalaşdıqdan sonra (iyun-iyul aylarında) aparıla bilər. Yay əkinləri yalnız parniklərdə 

aparıldıqda yaxşı nəticə verir. Bu üsul çətindir, iqtisadi cəhətcə baha başa gəlir və ona görə də təsərrüfat üçün 

əlverişli hesab edilmir.  

Təcrübələr göstərmişdir ki, payız  əkini yaz əkininə nisbətən  əlverişlidir. Bunun əlverişli cəhəti ondan 

ibarətdir ki, çilingləri müvəqqəti saxlamaq üçün xəndəkdə basdırmaq tələb olunmur, vaxta, işçi qüvvəsinə  və 

vəsaitə  qənaət edilir. Hər  şeydən  əvvəl qeyd etmək lazımdır ki, çilingləri payızda daimi yerinə  əkdikdə 

torpaqdakı nəmlik və çilingdə olan ehtiyat su, habelə qida hesabına onların üzərində yaza qədər kök gözcükləri 

əmələ gəlir ki, bu da ağaclarda şirə axını başlayan dövrdən etibarən öz köklərini bilavasitə torpağa yeridir və 

torpaqdakı qida maddələrindən tez istifadə edə bilir.  

Başqa ağac cinsləri kimi, qovaq çilinglərini də şirə axını başladıqdan (tumurcuqlar açılmağa başladıqdan) 

sonra əkmək məsləhət görülmür. Nadir tapılan və hər hansı bir şəraitdə becərilməsi vacib olan qovaq növü və 

sortunu onda şirə axını başladıqdan sonra əkmək üçün Kolesov qılıncı, ya beldən istifadə etmək və çilingləri 

dərhal suvarmaq lazımdır.  

Meşə təsərrüfatlarında qovaq çilingləri iki məqsədlə – əkin materialı almaq üçün və ya mədəni meşə salmaq 

üçün əkilir. Əkin materialı almaq üçün çilinglər birinci növbədə tingliyə əkilməlidir. Bir hektar sahədə qovaq 

tingliyi salmaq üçün tələb olunan çilinglərin miqdarı, həmin tinglikdə  əkin materialının neçə il 

saxlanılacağından asılıdır.  Əgər  əkin materialı tinglikdə bir il saxlanacaqsa, onda cərgələrin arasını 60 sm, 

cərgədə çilinglərin arasını isə 20 sm götürmək məsləhətdir. Belə olduqda 1 hektar tinglik üçün 83 min ədəd 

çiling tələb olunur. Lakin bitkiləri tinglikdə iki il saxlamaq nəzərdə tutulursa, onda cərgələrin arası 70 sm, 

cərgədə bitkilərin arası isə 25 sm olmalıdır. Bu halda 1 hektar tinglik üçün 57,2 min ədəd çiling tələb olunur.  

Qovaq tingliyi salmaq tələb edildikdə, adətən, birinci haldan istifadə edilir. Belə olduqda vegetasiya 

dövrünün axırından etibarən əkin materiallarını çıxarmaq və istifadəyə vermək olur.  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   499   500   501   502   503   504   505   506   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin