298
Qovaq çilinglərindən keyfiyyətli əkin materialı almaq üçün ən vacib xidmət onun vaxtında
su il təmin
olunmasından ibarətdir. Adətən, çiling əkilmiş sahələri əkindən sonrakı 2 ay ərzində 10-15 gündən bir suvarmaq
tələb olunur.
Qrunt suyu dərində olan boz-gillicəli və boz-çəmən torpaqlarda vegetasiya dövrü ərzində çiling əkilən
sahədə 10-12 dəfə, qrunt suyu səthə yaxın olan yerlərdə isə 7-8 dəfə suvarma aparmaq məsləhət görülür.
Qarabağ düzənliyində çilinglər əkilən dövrdən iki ay keçənədək (15 iyuna qədər) sahənin 15 gündən,
sonralar isə 1-2 aydan bir dəfə suvarılması lazımdır.
Alaq işləri həmişə suvarmadan bir neçə gün sonra və 2-3 suvarmadan bir aparılmalıdır. Vegetasiya dövrü
ərzində tinglikdə 3-4 dəfə alaqvurma və tinglərin dibini boşaltma kifayət edir. Vegetasiya dövrünün əvvəllərində
və ümumiyyətlə, əkinin birinci ilində alaqvurmanı kultivatorla görmək olar. Bunun üçün pambıq becərən
kultivatordan istifadə etmək mümkündür.
Standarta uyğun olan əkin materialı yetişdirmək üçün qida maddələri ilə zəngin olmayan sahələrdə bitkiyə
üzvi və ya mineral gübrə (azot, fosfor) verilməlidir.
Dostları ilə paylaş: