Qoz ağacının hər bir hissəsi insan həyatı və xalq təsərrüfatı üçün faydalıdır. Onun oduncağından sənayenin
müxtəlif sahələrində istifadə olunur. Bu, üst oduncaqdan və nüvədən (özəkdən) ibarətdir. Özəyi boz-qəhvəyi,
üst oduncağı isə boz rəngli olur. İsti rayonlarda qoz oduncağının rəngi tündləşir. Rütubətin təsirindən qabarmır,
əyilmir, əlverişsiz hava şəraitinə qarşı çox davamlıdır, yaxşı yarılır, kəsilir və cilalanır. Odur ki, onu müxtəlif
məqsədlər üçün işlətmək asan olur. Oduncağı, xüsusilə fırları yaraşıqlı teksturaya malikdir. Sənayedə yüksək
çeşidli, keyfiyyətli mebellərin hazırlanmasında geniş istifadə olunur. Həyətyanı bağlarda bitən qozun bağ
formaları bu baxımdan xüsusilə qiymətli sayılır. Belə ağacların oduncağından möcüzəli bəzəkli hissələr almaq
məqsədilə dibindən kəsilir, hətta bəzən torpaqda yerləşən enli gövdə hissəsilə birlikdə çıxarılır. Qozun
meyvəsinin qabığından linolium, sumbata, tol alınmasında və dinamit hazırlanmasında istifadə edilir. Ondan
aktivləşdirilmiş kömür də alınır. Ağacın gövdəsinin qabığından yun və ipək parçaları boyamaq üçün rəngi
çıxmayan boyaq alınır.
Son zamanlar qoz ağacının müxtəlif hissələrindən və meyvəsindən xalq təbabətində və elmi təbabətdə daha
geniş istifadə edilir. Yarpağı və meyvəyanğılığı böyük müalicəvi əhəmiyyətə malik olub, tərkibində çoxlu «C»
304
vitamini, «B», «P» və «A» provitamini, boyayıcı və aşılayıcı maddələr, tannid, efir yağı (0,012-0,029%), inulin,
qlikozid, flafonid, inozit, yuqlon və mineral duzlar vardır. Dünyanın müxtəlif ölkələrində xalq təbabətində qo-
zun yarpağını dəmləyərək ondan mədə-bağırsaq, həmçinin dəri xəstəliklərinin müalicəsində istifadə edirlər.
Qozun yetişməmiş qozalarının yaşıl qabığı «C» vitamini ilə çox zəngindir. Sütül meyvələri tərkibində olan
«C» vitamininin miqdarına görə o, hətta limon, itburnu və qara qarağatdan da üstündür (M.M.Tımko, 1950).
Odur ki, ondan «C» vitamini almaq və mürəbbə bişirmək üçün istifadə olunur.
Qozun yarpaqları iriləşdikcə tərkibində «C» vitamininin miqdarı artır, vegetasiyanın ortasında (iyulda)
maksimuma çataraq yaş çəkisi 2000 mq% təşkil edir, sonra azalmağa başlayır. Sentyabr-oktyabr aylarında vita-
minin miqdarı maksimumun 1/3-1/6-ni təşkil edir. A.K.Qerqelejiuyaya (1938) görə qozun yetişməmiş
meyvəsində «C» vitamininin miqdarı (Moldaviya) 3036 mq%, meyvəyanlığında isə (avqustda) 831 mq% təşkil
edir.
Qozun yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentratı tünd-qəhvəyi rəngli (xüsusi çəkisi
1,2-1,3) olub qoz yarpağının ətrini verən, bir qədər büzücü xassəli mayedir. Onun tərkibində 1,0-2,0% askorbin
turşusu, 1-3% tanin, 2,2-2,9% üzvi turşular olub, həmçinin dəmir və kükürd (kalsium-fosfat şəklində) də qeyd
edilir. Tərkibində 1,0% askorbin turşusu olan konsentrat xroniki mədə pozğunluğu olan uşaqlara verildikdə
(gündə 12 q ekstrat) xəstələrin vəziyyəti 2-3 gündən sonra yaxşılaşır.
Alimlərin bir qrupu (A.K.Qerqelejiuya, 1938; Bezzubov, 1949 və s.) qozun yetişməmiş meyvələrindən
konsentrat almağı düzgün hesab etmirlər, onlar bu məqsədlə qozun yarpağından istifadə olunmasını daha çox
məqsədəuyğun sayırlar.
Qoz ağacı kökünün qabığı yaxşı işlətmə dərmanı hesab olunur.
Qoz ləpəsinin tərkibində 58-77% yağ, 12-25% zülal, 5-25% karbohidratlar, 0,3 mq% askorbin turşusu
vardır. Odur ki, qozun ləpəsi yüksək kaloriliyə malik olub, həmin miqdarda mal ətinin kalorisindən 7 dəfə
artıqdır. 1 kq qoz ləpəsinin 6120 kkal qidalılığı vardır və ya onun verdiyi kalorinin miqdarı 1 kq mal əti və 2 kq
buğda çörəyinin birlikdə verdiyi kaloriyə bərabərdir. İ.V.Miçurin adi qozu meyvəsini «gələcəyin çörəyi» kimi
Dostları ilə paylaş: