qiymətləndirmişdir. K.Y.Sialkovski (1929) qoz ağacını gələcəyin bitkisi adlandırmışdır. Yunan qozunun
ləpəsindən əldə edilən yağ çox qiymətli və keyfiyyətli olub, yeyinti, ətriyyat və lak-boyaq sənayesində istifadə
olunur.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, qoz ağacı respublikamızda bitən bütün ağaclardan
gəlirli və insan üçün çox faydalıdır. Odur ki, qoz meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab
edilməlidir.
Adi qoz əsasən toxum səpini üsulu ilə artırılır. Səpin prosesi toxumluq ağacların seçilməsi, toxumun
yığılması, toxumun çeşidləndirilməsi və stratifikasiyası. saxlanması və səpinə hazırlanmasından ibarətdir.
Qoz əkinlərinin keyfiyyəti səpin materialının mənşəyindən çox asılıdır. Odur ki, məlum mənşəli sağlam və
yaxşı nəsildən olan toxumluq ağaclar qabaqcadan seçilir və toxum yalnız bu ağaclardan tədarük edilir. Toxum-
luq ağaclar quraqlığa dözümlü, sağlam, tezböyüyən, xəstəlik və ziyanvericilərə qarşı davamlı olmalıdır. Bu
ağaclardan toplanan toxumlar kifayət qədər iri, nazik, lakin bərk qabıqlı, açıq (parlaq) rəngli, içi dolu, ləpə
çıxarı yüksək, ləpəsi asan təmizlənən, dadlı, kəmşirin, yağlı, ləpənin qabığı açıq rəngli olmalıdır.
Toxum yetişdikdən sonra budaqları silkələməklə (çırpmaqla), uzun dəyənəklərə bağlanan bağ qayçısı ilə
kəsməklə və toxmaqla döyməklə toplanır. Səpin üçün təzə (bir ildən artıq saxlanmayan) toxumlardan istifadə
olunur. Yığılmış toxumlar qabıqdan təmizlənərək talvarın altında kölgədə qurudulur. Təzəcə toplanan toxumları
1-2 gün günəş altında saxlamaq faydalıdır. Belə ki, qısa müddətdə günəş altında qurudulan qozalar açıq rəng alır
və göbələk xəstəliklərinə tutulmur.
Xüsusi ayrılmış ağaclardan yığılmış toxumlar payızda səpin qabağı və qışda stratifikasiyadan qabaq
yenidən seçilir. Bu məqsədlə yalnız sağlam toxumlardan istifadə olunur. Toxumlar kifayət qədər iri, hamar və
düzgün formalı, yaraşıqlı, açıq rəngli, ləpəsi tezçıxan. dadlı və yağlı olmalıdır.
Payız səpini aparıldıqda toxumlar qabaqcadan hazırlıq işləri tələb etmir. Yaz səpini üçün isə toxumlar bütün
qış boyu xüsusi qayda ilə saxlamalı və stratifikasiya edilməlidir. Stratifikasiya işi torpaqda (passiv) və otaqlarda
(aktiv) aparılır. Birinci variantdan toxum az olduqda istifadə olunur. Bu məqsədlə yeşiklərə azrütubətli qum
tökülür, toxumlar həmin quma yığılır. Qumla toxum qarışıqlı belə yeşiklər 80-100 sm dərinliyi olan quyularda
saxlanılır. Yeşiyin dibinə su yığılmaması üçün altında deşiklər açılır və bir lay kərpic, daş qırıqları və çınqıl
döşənir. Toxum çox olduqda isə quyularda qumla (yeşiksiz) stratifikasiya olunur. Bu zaman qayunun dibinə 10
sm qalınlığında drenaj materialı (kərpic, daş və s.) döşənir, sonra 5 sm qalınlığında qum tökülür, onun üstündən
isə toxumlar bir-birinə dəyməmək şərtilə bir qat toxum düzülür. Toxumun üstündən yenə 3 sm qalınlığında qum
döşənir, qumun üstdən yenidən bir lay toxum düzülür və s. Bu qayda ilə 10 cərgə toxum qablanır. Üstündən 5-
10 sm qalınlığında qum, qumun üstündən isə 60-70 sm qalınlığında torpaq tökülür.
Adi qozun aktiv stratifikasiyası toxum anbarlarında zirzəmilərdə və otaqlarda aparılır. Stratifikasiyaya yan-
varda başlayıb 90 gün davam etdirilir. Stratifikasiya aparılan otaqlar təmiz, ağardılmış və quru olmalıdır. Əgər
qış çox şaxtalı keçərsə, orada havanın temperaturu 5-7
0
arasında saxlanmalıdır. Toxum çox olduqda döşəmə
üzərində stratifikasiya üçün işlədilən qum təmiz, qarışıqsız olmalıdır. Od üzərində yandırılmış qumdan istifadə
305
emək daha yaxşıdır. Qum əvəzinə təmiz torfdan da istifadə etmək olar. Stratifikasiya üçün bir hissə toxuma 2-3
hissə qum qatılır, yeşiklərə doldurularaq bərabər surətdə paylanır. Qumla qarışıq toxum layı 25 sm-dən qalın
olmamalıdır. Qum dövri olaraq isladılır və toxumla yaxşı qarışdırılır. Lakin qum çox nəmli və çox quru
olmamalıdır. Gəmiricilərdən qorumaq üçün yeşiklərin üstü metal tor ilə örtülür.
Cənub rayonlarında (Qafqaz, Krım, Moldaviya, Ukraynanın qərb vilayətləri) qozun səpinini payızda apar-
maq məqsədə uyğundur, səpin yazda da aparıla bilər. Səpin zamanı qozun toxumları torpaqda bir qədər
köndələn durmalıdır.
Qeyd edildiyi kimi, adi qoz ən çox meyvəsinə görə becərilir. Bu məqsədlə qoz bağları salınır, çətirlərin
yaxşı inkişaf etməsi üçün bağda ağaclar bir-birindən xeyli aralı əkilir. Salınmış qoz bağlarında hər il torpağa,
ağaclara qulluq edilir, gübrə verilir.
Qoz ağaclıqları qiymətli oduncaq əldə etmək məqsədilə də əkilir. Ölkəmizdə və xaricdə qoz ağacının
oduncağına böyük tələbat vardır. Bu məqsədlə meşə əkinləri aparılır. Burada ağaclar bir qədər sıx yerləşdirilir,
torpağa az qulluq edilir və tez dayandırılır. Ağacın gövdəsinə isə dövri olaraq xidmət göstərilir. Qeyd etmək
lazımdır ki, meyvə almaq məqsədilə salınmış bağlardakı ağacların oduncağı da qiymətlidir, burada yoğun və
çox hündür olmayan ağacların oduncağı mebel hazırlamaq üçün daha keyfiyyətli sayılır.
Adi qozun yüksək dekorativliyi – iri, gözəl, günbəzşəkilli çətri onun şəhər və digər yaşayış məntəqələrinin
yaşıllaşdırılması üçün çox əhəmiyyətlidir. Qoz ağacından yamacların bərkidilməsində və eroziyaya qarşı
mübarizədə istifadə olunur.
Toxumla adi qozu 2 üsulla – tingliklərdə yetişdirilən hazır şitillərlə və toxumu daimi yerinə səpmək
Dostları ilə paylaş: |