MəMMƏdov qəRİb xəLİlov mahmud


Çilinglərin hazırlanması və saxlanması



Yüklə 4,78 Mb.
səhifə502/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   498   499   500   501   502   503   504   505   ...   751
Çilinglərin hazırlanması və saxlanması 

Çiling hazırlığı  işini ilin üç fəslində – payızda (vegetasiya dövrü qurtardıqdan sonra), qışda və yazda 

(əkinqabağı) aparmaq olar. Təcrübələr göstərmişdir ki, bitkilərdə yarpaqlar tökülüb qurtarıncaya qədər az və ya 

çox miqdarda şirə axını davam edir. Ona görə, vegetasiya dövrü tam qurtarmadan kəsilmiş çilinglərin inkişafı da 

zəif olur.  

Azərbaycan şəraitində və xüsusilə Kür-Araz düzənliyində çiling hazırlığı işinə noyabr ayının axırlarından 

etibarən başlamaq və fevral ayının axırına qədər davam etdirmək olar.  

Çilinglərin yaxşı kök tutması, onlardan hündürgövdəli, sağlam ağaclar yetişdirmək üçün çilinglər kötükdən 

və köklərdən əmələ gəlmiş birillik pöhrələrdən hazırlanmalıdır. Hazırlanmış pöhrələri qom şəklində toplayaraq 

olduğu kimi və ya çilinglərə bölərək saxlamaq olar. Birinci halda – pöhrələr hər birində 100-150-200 ədəd 

olmaqla qom şəklində toplanır, möhkəm bağlanır və aşağı hissəsi yaş torpağa və ya quma basdırılır. İkinci halda 

– pöhrələr uzunluğu 30-35 sm olan çilinglərə bölünür, hər birində 100 ədəd olmaqla qom bağlanır və tamamilə 

torpağa və ya quma basdırılır. İqtisadi cəhətcə təsərrüfat üçün birinci hal daha əlverişli hesab olunur.  

Müvəqqəti saxlamaq üçün basdırılmış pöhrələr  əkinqabağı torpaqdan çıxarılır və yerli şərait üçün tələb 

olunan uzunluqda çilinglərə bölünür. Adətən çilinglər əkindən bir-iki gün əvvəl hazırlanır və əkinə qədər suda 

saxlanır.  Əgər çilinglərin uzun müddət saxlanması  tələb olunursa, onda onlardan hərəsində 100 ədəd olmaq 

şərtilə qom bağlanır və xəndəklərdə saxlanılır. Bunun üçün dərinliyi 45-50 sm olan xəndək qazılır, dibinə 5-6 

sm qalınlığında yaş çay qumu tökülür, sonra çiling qomlarının yoğun başları xəndəyin dibinə tökülmüş qumun 

üstünə qoyulur. Qazılmış xəndək çilinglə doldurulduqdan sonra, əvvəlcə onun üstü yaş çay qumu ilə örtülür və 

qumun üstünə yaş torpaq tökülür. Qışı  şaxtalı keçən rayonlarda çilingləri  şaxtadan qorumaq məqsədilə üst 

hissəyə tökülmüş qumla torpağın arasına bir lay küləş əlavə edilir.  



 

297


Pöhrələrdən çiling kəsmək üçün iti bıçaq, bağ qayçısı  və ya xüsusi çilingdoğrayan dəzgahlardan istifadə 

edilməlidir.  

Şimal rayonları və qrunt suyu torpaq səthinə yaxın olan sahələrdə (0,5-1m) çilinglərin uzunluğu 10-20sm, 

cənub rayonları və qrunt suyu nisbətən dərində (1,5-2,0 m) olan sahələrdə 20-30 sm, qrunt suyu çox dərində (2,5 

m və artıq) olan düzənlik rayonlarında isə 30-40 sm qədər götürmək məsləhət görülür.  

Kür-Araz düzənliyində illik yağmurun miqdarının az, qrunt suyunun dərində  və havanın isti olması ilə 

əlaqədar olaraq çilinglərin uzunluğunu 25-30 sm-ə qədər götürmək məsləhət görülür. Adətən 25 sm uzunluğa və 

aşağı kəsiyində 0,8-2,0 sm-ə qədər diametrə malik olan birillik pöhrələrdən hazırlanan çilinglər əkin materialı 

üçün faydalı  və yararlı hesab edilir; 0,8 sm-dən az və 2,0 sm-dən artıq diametri olan çilinglər isə  əkin üçün 

yararsız hesab olunur.  

Çilinglərin yuxarı ucu zədələnməmiş tumurcuğun üst tərəfindən, aşağı ucu isə aşağı tumurcuğun altından 

diametral olaraq kəsilməlidir. Belə olduqda, aşağı  kəskidə çoxlu kök gözcükləri (kalluslar) əmələ  gəlir. 

Çilinglərin üst (uc) kəsiyi üzərində atmosfer çöküntülərinin qalmaması  və onun canlı  təbəqə ilə tez bitişməsi 

üçün kəski azca maili olmalıdır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   498   499   500   501   502   503   504   505   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin