Şəkil 14.1. Birillik pöhrələrdən
əkin üçün hazırlanmış çiling
nümunələri
Şəkil 14.2. Hazırlanmış çiling
nümunələrinin basdırılması
Q.H.Cəlilovun (1972) təcrübələri göstərir ki, çilinglər suvarma axınının dibində deyil, onun yamacında,
axırıncı uc tumurcuğa qədər, şaquli istiqamətdə yerə basdırıldıqda onun üzərində bir ədəd pöhrə əmələ gəlir və
bu pöhrə yaxşı inkişaf edir. Çilinglərin tinglikdə cərgə ilə basdırılması üçün arx boyunca ip çəkmək daha
əlverişlidir. Cərgələrin uzunluğunu 100 m-dən artıq götürmək məsləhət görülmür. Əks halda, cərgənin yuxarı
hissəsində nəmlik çox, aşağı hissəsində isə az olur və həm də su itkisinə yol verilir.
Dostları ilə paylaş: |