Qovaq meşəliklərinin salınması və onlara qulluq edilməsi
Cərgəvari əkinlər. Bu üsulda qovaq ağacları başlıca olaraq yolların, böyük və kiçik su arxlarının, su
anbarlarının kənarında, habelə bağların və taxıl zəmiləri sərhədlərinin ayrılması üçün əkilir. Müəyyən dövr
keçdikdən sonra həmin sahələrdə əmələ gəlmiş ağacların oduncağından istifadə edilir. Belə əkinlər təsərrüfat
üçün çox əhəmiyyətli hesab olunur. Çünki belə əkinlər üçün xüsusi torpaq sahəsi ayırmaq, onu əkinə hazırlamaq
və bitkilərə xüsusi qulluq göstərmək tələb olunmur. Bu cür əkinlər 3-4 ildən sonra birillik kənd təsərrüfatı
bitkilərini küləkdən qoruma və meliorasiya əhəmiyyətinə malik olur, ilin isti vaxtlarında tarlada çalışanların
istirahət etmələri üçün kölgəlik yaradır.
Piramidaşəkilli çətrə və şaquli istiqamətdə inkişaf edən kök sisteminə malik olan qovaq növləri və sortları
üçün bitkilərin bir-birindən 1-1,5 m aralı əkilməsi kifayətdir. Geniş çətrə və üfiqi istiqamətdə inkişaf edən kök
sisteminə malik olan qovaq növləri və sortlarını əkdikdə isə bitkilərin arası 1,5-4 m götürülə bilər.
Bağ və əkin zəmilərinin sərhədlərində bir və ya bir neçə cərgədən ibarət qovaq əkmək olar. Belə olduqda,
əkilmiş ağaclar yaşıllıq və tarlaqoruyucu rolunu oynayır.
Daimi su kanallarının və ya arxlarının ətrafında qovaq əkilərkən gələcəkdə həmin kanal və su arxlarını
əkilmiş ağacların kökləri korlamasın deyə, bitkiləri arxdan 1-2 m aralı əkmək lazımdır. Qovaq əkilən çalaların
səviyyəsi yer səthindən 5-10 sm qədər aşağıda olduqda yaxşı nəticə verir. Belə olduqda, bitkilər atmosfer
çöküntülərindən daha yaxşı istifadə edə bilir. Bir neçə ildən sonra cərgəvi əkilmiş ağaclardan kənd təsərrüfatının
müxtəlif sahələrində istifadə etmək olar. İstifadə üçün cərgədəki ağacların ikisindən biri kəsilir və seyrəldilir, 20
ildən sonra isə cərgədə olan ağaclar başdan-başa qırılır və bir neçə il ərzində həmin ağaclıq təbii olaraq bərpa
olunur.
Dostları ilə paylaş: |