MƏMMƏdov qəRİb xəLİlov mahmud


Genetik strukturun saxlanması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə12/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

 

Genetik strukturun saxlanması 

Populyasiyanın genetik strukturu hər şeydən əvvəl populyasiyanın genefondunun zənginliyi ilə təyin edilir

bura həm ümumi növ xassələri, həm də populyasiyanın məskunlaşdığı konkret şəraitə uyğunlaşması ilə əlaqədar 

baş verən xüsusiyyətlər daxildir. Genetik strukturun bu aspektinə, həmçinin kompleks əlamətlərinə görə fərdilik 

dəyişkənliyi (genetik polimorfizm) aid edilir. Digər tərəfdən genetik strukturun mühüm xüsusiyyəti hər bir 

fərdin genofondun (orqanizmin birqat xromosom yığımında toplanmış genlərin məcmusu) mürəkkəb olmasıdır.  



Dəyişkənliyin təkamül və ekoloji aspektləri.  Populyasiya təkamül prosesinin elementar vahididir; bu 

aspektdə orqanizmin xassələrinin spesifik növ xüsusiyyətləri, seçmənin təzyiqi altında populyasiyanın genetik 

fondunun və  bəzi spesifik genetik mexanizmlərinin (bunların bəziləri bilavasitə populyasiyanın ekoloji 


 

62

xüsusiyyətlərindən – onların sərbəstlik dərəcəsi, say dalğasının mövcudluğu və xarakteri, yayılmanın spesifikası 



ilə əlaqədardır) dəyişkənliyi böyük maraq doğurur.  

Lakin genefondun spesifik xüsusiyyətləri və mürəkkəblik dərəcəsi yalnız mikrotəkamül proseslərini deyil, 

həmçinin populyasiyanın mühitin müxtəliflik və dinamiklik şəraitində müvəffəqiyyətli mövcudluğunu 

müəyyənləşdirir. Fərdi dəyişkənliyin geniş diapazonu şəraitin orta, tipik xarakteristikasından kənara çıxması 

(sapması) zamanı populyasiyanın davamlığı (sabitliyi) əsasında yaranır, populyasiya genetik cəhətdən çox 

müxtəlif olarsa və genoadaptasiyaya az ixtisaslaşarsa, populyasiyanın ekoloji plastikliyi yüksək olar, bu, həm 

mikrotəkamül planında, həm də mühitin cari şəraitinə gündəlik uyğunlaşmasında (Ç.Çauze, 1947, S.S.Şvars, 

1972) sərfəlidir.  

Populyasiyanın heteroziqotluq dərəcəsini yüksək səviyyədə saxlamaq mühüm ekoloji məsələ (vəzifə) hesab 

olunur. Bu, mühitin tərəddüd etdiyi şəraitdə populyasiya sistemini təmin edən ekoloji prosesdir.  

 

IV Fəsil 

BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR) 

 

Biotop daxilində yayılmış, bütün canlılar - müxtəlif növlər və hər bir növü təşkil edən fərdlərin təbii qrupları 

biosenozları əmələ gətirir. Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsini tutan 

(orada yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroor-

qanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqanizmlər qrupu ayırırlar: 1) 

Avtotrof orqanizmlər (produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gətirir. 2) Heterotrof orqanizm-

lər (konsumentlər) hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar, həmçinin bəzi bit-

kilər (göbələklər, bir çox parazit və saprofit örtülü toumlular) və mikroorqanizmlər aid edilir. 3) redusentlər

orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində 

ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (So

 , N


2  

, O


 , N


3

 , və s.) çe-

virir. (minerallaşdırır) 

Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub ekosistem adlanan bu və ya 

digər dərəcədə dayanıqlı sistem əmələ gətirir. 

ekosistem=biotop+biosenoz 

   Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə (böyüklükdə) ola bilər. Bu baxımdan ay-

rılır; 

-

 



mikroekosistemlər, məs. meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı; 

-

 



mezoekosistemlər, məs. meşə, çəmən, səhra; 

-

 



makroekosistemlər, məs. okean. 

 

Øÿêèë 4.1. Åêîñèñòåìäÿ ìàääÿëÿðèí áèîëîæè äþâðàíû (ñàäÿ ñõåì) 

 

Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna adətən üç planda baxılır: 1) kompo-



nent (populyasiya və ya növ) tərkibi və müxtəlif növ populyasiyalarının, həyati formaların (biomorf) və başqa 

 

63

struktur elementlərin nisbəti; 2) ayrı-ayrı elementlərin ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk növbədə qida 



zənciri və tsikllərin, trofik, forik və digər əlaqələrin məcmusu. 

Bəzi tədqiqatçılar  (Y.Odum 1975) ekosistemə  və biogeosenoza eyni kateqoriya kimi baxır. Digərlərinə 

(məs. V.N. Sukaçev 1942) görə onlar arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. V.N. Sukaçeva  ( 

1940, 1942) görə biogeosenoz yer səthinin oxşar canlı (bitki örtüyü, heyvanat aləmi, mikroorqanizmlər) kompo-

nentlərinin və təbii şərait, geoloji quruluş  və s. onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksidir. Deməli, 

biogeosenozun bağlılıq faktorları - substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçeva 

görə xoroloji (fiziki-coğrafi) xarakter daşıyır. Ekosistemə, əsasən ərazicə deyil, trofik mövqeyindən baxılır. Be-

ləliklə, biogeosenoz və ekosistemin nisbətini belə təsəvvür etmək olar: biogeosenoz fitosenozun sərhədi daxilin-

də ekosistemdir. Daha dürüstü, ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində bir-biri-

nə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. 

Ekosistemlərin əksəriyyəti uzun təkamül gedişində (inkişafında) təşəkkül tapmışlar və növlərin ətraf mühütə 

uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsi-

nin və populyasiyanın sıxlığının kəsgin tərəddüdünün qarşısını almaq qabiliyyətinə malikdir. 

 

4.1. Biosenozun strukturu  

Biosenozun strukturu çoxplanlı olub onun öyrənilməsində müxtləif aspektlər ayrılır.  



4.1.1. Biosenozun növ strukturu 

Biosenozun növ strukturu bir sıra faktorlardan asılı olaraq növlərin müxtəlifliyi və kəmiyyətcə nisbəti ilə 

xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrinin çatışmazlığı hesab 

olunur. Kasıb və  zəngin növlü biosenozlar ayırırlar. Qütb arktik səhralarında və  şimal tundrada istiliyin son 

dərəcə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində, bir və ya bir neçə 

mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara çıxması (sapması) ilə  əlaqədar 

qruplaşmalar olduqca kasatlaşır, belə ki, çox az növlər belə olduqca əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Tez-tez 

fəlakətli təsirlərə (məsələn, çay daşqınları zamanı subasar yerlər, bitki örtüyü müntəzəm olaraq məhv edilən 

sahələr, herbisidlərdən istifadə və digər antropogen təsirlər)  məruz qalan biosenozlarda növ spektri böyük ol-

mur.  Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqda olduqca zəngin növlərə malik olan 

qruplaşmalar (biosenozlar) əmələ  gəlir. Buna tropik meşələri, çoxmüxtəlif orqanizmlərlə  zəngin olan mərcan 

rifləri, arid zonada çay vadilərini misal göstərmək olar. Tropik meşələrin biosenozları çox müxtəlif heyvanat 

aləmi və bitki növlərinə malik olub, hətta yan-yana eyni növdən olan ağaclara rast gəlinmir.  

Biosenozların növ tərkibi, həmçinin məskunlaşdığı yerdə yaşama müddətindən, hər biosenozun tarixindən 

də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşan, yetişmiş qruplaşmalara nisbətən az növə 

malik olur. İnsan tərəfindən yaradılan biosenozlar (tarla, bağ, bostan) da analoji şəraitdəki təbii sistemlərə 

(meşə, bozqır, çəmən) nisbətən növlərlə kasat olur. Aqrosenozların kasıb növ tərkibini xüsusi mürəkkəb aqro-

texniki tədbirlər sistemini (məs. alaqlarla və bitki zərərvericiləri ilə mübarizə) həyata keçirməklə insan özü 

nizamlayır.  

Lakin, hətta ən kasat biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla orqanizmlərə 

rast gəlmək olar. Məs., taxıl zəmisində və ya üzüm bağında taxıl və üzümdən başqa az da olsa, alaq otlarına, 

həşəratlara, zərərvericilərə, yırtıcılara, siçanabənzər gəmiricilərə, onurğasızlara-torpaq qatı  və torpaqüstü 

orqanizmlərə, rizosferin mikroskopik orqanizmlərinə, patogen göbələklərə və s. rast gəlinir.  

Demək olar ki, bütün yerüstü və əksəriyyət su biosenozlarının tərkibinə həm mikroorqanizmlər, həm bitki, 

həm də heyvan növləri daxil olur. Lakin bəzi şəraitlərdə formalaşan biosenozların tərkibində bitki olmur (məs. 

mağaralarda və su hövzələrinin fotik zonasından aşağıda), istisna hallarda isə biosenoz yalnız 

mikroorqanizmlərdən ibarət olur (məs. su hövzəsinin dibində anaerob mühitdə, çürüyən lillərdə, hidrogen-sulfid 

qaynaqlarında və s.). 

Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. 

Növlərin ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və faunaya malik olan bio-

senozlar formalaşır. Növlərin çoxluğunun məskunlaşmaq  şəraiti  əlverişli sayılan yer, qruplaşmalar arasındakı 

(sərhədindəki)  «ekoton» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə  «sərhəd effekti» 

adlanır. Ekoton növlərlə zəngin olur, çünki bura hər iki sərhədyanı qruplaşmalardan növlər daxil olur. Bundan 

başqa ekoton sərhədyanı biosenozlarda rast gəlinməyən özünəməxsus xarakter növlərə  də  məxsusdur. Məs., 

Böyük Qafqazın cənub yamacında meşənin yuxarı sərhədinin subalp çəməninə keçid zonası orta dağ-meşə fıstıq 

qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir-birindən nə qədər çox fərqlənərsə, 

onların sərhədlərində  şərait bir o qədər müxtəlif və «sərhəd effekti» bir o qədər güclü olar. Meşə  və ot 

bitkilərinin, həmçinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. «Sərhəd effekti» bir-

birindən kəskin ayrılan təbii zonaların (meşətundra; meşə-bozqır; yüksək dağlıq meşəsi – subalp zonası) flora və 

faunası üçün daha səciyyəvidir. 

Mühitin müxtəlifliyi həm abiotik faktorlarla, həm də canlı orqanizmlərin özləri ilə yaradılır. Hər növ onunla 

trofik və topik cəhətdən  əlaqəli digər növlərə biosenozda möhkəmlənmək üçün şərait yaradır. Məsələn, yeni 



 

64

məskən mənimsəyən sünbülqıran ora özünün yırtıcılarını  cəlb edə bilər, həmçinin 50 növə  qədər özünün 



parazitlərini və 100 növə qədər yuvada birgə yaşayan orqanizmləri gətirə bilər. Heyvanlar üçün mühitin əlavə 

müxtəlifliyini bitki örtüyü yaradır. Bitki örtüyü nə qədər güclü inkişaf edərsə, biosenozda bir o qədər çoxşaxəli 

mikroiqlim  şəraiti yaranar və o, özündə daha çox növü cəmləşdirər. Başqa sözlə desək, biosenozda ekoloji 

sığınacaq çox olduqca, onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca 



ekoloji sığınacaq da çoxalır.  

Bir biosenozun tərkibində eyni ölçülü qrupa aid olan növlər sayına görə  kəskin seçilir. Onlardan birinə 

seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan 

yarımsəhrasında yovşan, çətiryarpaqlı fıstıq meşəsində çətiryarpaq ot növü. Hər bir qruplaşmada müəyyən ölçü 

qrupuna aid olan növlər üstünlük təşkil edir, məhz onlar arasında olan əlaqələr bütövlükdə biosenozun 

fəaliyyətini müəyyənləşdirir.  

Sayına görə üstünlük təşkil edən  dominant növ, yaxud sadəcə olaraq həmin qruplaşmanın (biosenozun) 

dominantı adlanır. Məsələn, iberiya palıdı meşəsində iberiya palıdı, onun ot örtüyündə  qırtıc, yaxud cil 

dominantlıq edir. Biosenozun heyvanat aləmində  də dominantlıq edən növlər vardır. Dominant növlər 

qruplaşmanın «növ nüvəsini» təşkil edir. Lakin onların hamısı biosenoza təsir göstərmir. Onların arasında elə 

növlər vardır ki, onlar öz həyat fəaliyyəti  ilə biosenoz üçün yüksək dərəcədə mühit yaradır və onlarsız digər 

növlərin mövcudluğu mümkün deyildir. Bu növlər qruplaşmanın bütövlüklə mikromühitini (mikroiqlimini) 

müəyyənləşdirir, ona görə onların aradan götürülməsi biosenozun tam parçalanması (məhv olması) təhlükəsini 

yaradır. Bu növlər  edifikatorlar (latınca-qurucu) adlanır. Bizim meşələrimizin edifikatorlarından  şərq fıstığı, 

şərq palıdı, iberiya palıdı, şabalıdyarpaq palıd, ağyarpaq qovaq növlərini, subalp və alp çəmənlərində qırtıc, to-

palotu, şehduranı, yarımsəhralarda yovşanı, dəvətikanını göstərmək olar. Lakin bəzi hallarda heyvanlar da edifi-

kator ola bilər. Məsələn, marmotlar koloniyası  məskunlaşan ərazi, onun eşici fəaliyyəti landşaftın xarakterini, 

mikroiqlimini və bitki örtüyünün bitmə şəraitini müəyyənləşdirir.  

Biosenozun tərkibinə az miqdarda dominantlarla yanaşı, adətən çoxlu miqdarda azsaylı  və nadir növlər, 

formalar daxil olur. Azsaylı növlər ikinci dərəcəli növlər də adlanır. Biosenozun həyatında nadir və azsaylı 

növlər olduqca vacib sayıdır. Onlar növ zənginliyi yaradır, biosenotik əlaqələrdə müxtəlifliyi yüksəldir və 

dominantların yerini doldurmaq, yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür, yəni bisenozun davamlığını və 

müxtəlif şəraitdə onun fəaliyyətinin etibarlığını artırır. Biosenozda belə «ikinci dərəcəli» növlərin ehtiyatı çox 

olduqca mühitin istənilən dəyişkənliyində onların dominantlıq etmək ehtimalı da artar.  

Dominantlıq edən növlərin sayı ilə biosenozun ümumi növ zənginliyi arasında müəyyən  əlaqə mövcuddur. 

Növlərin sayı azadlıqda ayrı-ayrı formaların bolluğu artır. Belə kasıb qruplaşmalarda biosenotik əlaqələr zəifləyir və 

rəqabətetmə qabiliyyəti güclü olan növlər maneəsiz çoxalma imkanı qazanır.  

Mühit şəraiti spesifik olduqca qruplaşmanın növ tərkibi kasatlaşır və ayrı-ayrı növlərin sayı çoxalır. Tun-

drada lemminqlər və ya aqrosenozda ziyanverici həşəratların kütləvi çoxalma «partlayışını» buna misal 

gətirmək olar.  

Daha zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı) az olur. Növ tərkibinin zənginliyi 

ilə  fərqlənən tropik meşələrdə eyni cinsdən olan ağacların bir neçəsinin yan-yana bitdiyinə nadir halda rast 

gəlmək olar. Belə qruplaşmalarda ayrı-ayrı növlərin kütləvi çoxalması partlayışı baş vermir və biosenozlar 

yüksək sabitliyi (davamlılığı) ilə seçilir. Biosenozun müxtəlifliyi onun sabitliyi ilə sıx bağlıdır: növmüxtəlifliyi 

yüksəldikcə biosenoz bir o qədər sabit olur. İnsan fəaliyyəti təbii qruplaşmalarda növmüxtəlifliyini xeyli azaldır. 

Təbii sistemlərin sabitliyini saxlamaq üçün insan fəaliyyətinin neqativ nəticələrini qabaqcadan bilməli və ona 

qarşı mübarizə aparmalıdır.  

Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün kəmiyyət uçotuna əsaslanan 

müxtəlif göstəricilərdən istifadə edilir. Növün bolluğu – vahid sahədə müəyyən növün fərdlərinin sayı və ya tutduğu 

sahədə həcmidir. Məs., su hövzəsində 1 dm

3

 suda xırda xərçəngkimilərin sayı və ya 1 km



2

 bozqır sahəsində yuvaqu-

ran quşların sayı, yaxud 1 ha sahədə müxtəlif yaş siniflərində növlərin sayı  və s. Rast gəlinmənin (qarşılaşma) 

təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri-bərabər yayılmasını səciyyələndirir. O, həmin növün 

rast gəlindiyi nümunə və ya təcrübə sahələrinin ümumi nümunə və ya təcrübə sahələrinə nisbəti ilə hesablanır. Növün 

sayı və rast gəlinməsi bilavasitə əlaqəli deyildir. Belə ki, növün sayı çox, rastlaşma az və ya əksinə, növün sayı az, 

rastlaşma isə kifayət qədər ola bilər.  

Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar – bakteriyalar və digər mikroorqanizmlər üstünlük təşkil 

edir. Odur ki, müxtəlif ölçülü növləri müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın 

xüsusiyyətlərini əks etdirə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif əlamətlərinə görə də ayrılır: sis-



tematik (quşlar, həşəratlar, taxılkimilər, mürəkkəbçiçəklilər) ekoloji-morfoloji (ağaclar, kollar, otlar), yaxud da 

bilavasitə ölçüyə görə (torpağın mikrofauna, mezofauna və makrofaunası bütünlükdə və s.).  

Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupları daxilində müxtəlifliyi, say nisbəti, nadir formaların 

bolluğu və digər göstəricilərin ümumi xarakteristikasını müqayisə edərək biosenozların növ strukturunun 

spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar.  


 

65

Topik əlaqələr əsasında biosenoz daxilində xüsusi struktur birliyi –konsorsiumlar mövcuddur. Konsorsium 



müxtəlifcinsli orqanizmlər qrupu olub hər hansı bir növün fərdinin (konsorsiumun) mərkəzi üzvünün xaricində 

və daxilində yerləşir. Əksəriyyət hallarda bir konsorsiumun üzvü də müxtləif tropik əlaqələrlə bağlıdır. Konsor-

siumlar faktiki olaraq digərinə mühitəmələgəlmə təsirinə malik olan istənilən növün nümayəndəsinin ətrafında 

formalaşır. 

Ayrı-ayrı konsorsiumlar müxtəlif mürəkkəblik dərəcəsində ola bilər. Biosenozun daxili mühitinin 

yaranmasında  əsas rol oynayan bitkilər çoxçaylı konsorovtiv əlaqələri ilə seçilirlər (şəkil   ). Konsorsiumun 

digər üzvləri də öz növbəsində daha kiçik konsorsiumlar, yəni birinci, ikinci, üçüncü və s. konsorsium sıraları 

yarada bilər. Ümumiyyətlə, konsorsiumların mərkəzi üzvləri çox vaxt bitkilər olur. 

Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr əsasında yaranan bir-birilə bağlı konsor-

siumlar sistemindən ibarətdir.  

 

4.1.2. Biosenozun ərazi (məkan) strukturu 

Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda bitkinin 

yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur. 

Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik) 

quruluşunu alır: assimlyasiya edən bitkinin yerüstü orqanları  və yeraltı hissələri bir neçə qatda yerləşərək 

mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. 

Məsələn, Lənkəran ovalığında və dağətəyi hissədə dəmirağac üçyaruslu (üçmərtəbəli) mürəkkəb qarışıq meşəlik 

yaradır. Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi (xurması) 

də qarışır. Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə 

samşit, bigəvər və başqa kollar tutur (3-7 metr). 

Øÿêil 4.2. 1 – Àüàúûí (Úþêÿ) êþêöíäÿ ìèêîðèçà; 2 – áþúÿéèí ñöðfəñè; 

3 - ãàáûãéåéÿí áþúÿê; 4 - éàðïàãëà ãèäàëàíàí èïÿêãóðäóíóí òûðòûëû; 

5 - éàðïàãéåéÿí áþúÿê; 6 - ÷è÷ÿéè òîçëàíäûðàí àðû; 7 - àüàúûí 

áóäàüûíäà ãàðàtîéóüóí éóâàñû; 8 - éàðïàãëà ãèäàëàíàí ìàðàë; 9 - 

àüàúûí òîõóìó èëÿ ãèäàëàíàí ñè÷àí (Ï.Äéóâèíéî âÿ Ì. Òàíãà, 1968, 

Ã.À.Âîðîíîâóí äÿéèøèêëèéè èëÿ, 1987) 

 

 Meşədə  həmişə yaruslararası (yarusdan kənar) bitkilər də mövcuddur, bunlara ağacların gövdə  və 



budaqlarında mamır və şibyələr, ali sporlu və çiçəkli epifitlər və lianlar aiddir.  

Yarusluq bitkilərə  işıq axınından tam istifadə etməyə  şərait yaradır – yüksək gövdəli bitkilərin çətirləri 

altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər.  

Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa da, o qədər aydın görünmür. 

Burada həm də meşəyə nisbətən az yarus ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn, 

yüksək doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq və ya cil ot örtüyü olan 

ikiyaruslu ağaclıq yaranır.  


 

66

Yaruslar bitkinin assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə ayrılır. Bitki örtüyünün 



yarusları müxtəlif uzunluqda ola bilər, məsələn, ağac yarusunun hündürlüyü 30-50 metrə qədər, kol yarusu 2-6 

m, mamır yarusu isə cəmi bir neçə santimetr təşkil edir. Hər bir yarus müəyyən kompleks şəraitə uyğunlaşır və 

fitoiqlimin yaranmasında özünəməxsus iştirak edir. Beləliklə, ağac-kol və ot yarusları müxtəlif ekoloji 

vəziyyətlərdə yerləşir, bu isə bitkilərin fəaliyyətinə və yaruslarda yaşayan (məskunlaşan) heyvanların həyatına 

təsir göstərir.  

Fitosenozların torpaqaltı yarusu bitki köklərinin işlədiyi dərinlikdən, kök sisteminin aktiv hissəsinin 

yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə (altıya qədər) torpaqaltı yarus muşahidə etmək olar.  

Heyvanlar əksəriyyət etibarilə bu və ya digər bitki örtüyü yarusunda yerləşir. Onlardan bəziləri ona uyğun 

yarusdan kənara çıxmır. Məsələn, həşəratlar arasında aşağıdakı qruplar ayrılır: torpaqda məskunlaşanlar – geo-

biy, yerüstü səth qatında – herpetobiy, mamır yarusundakı – briobiy, ot örtüyündəki –fillobiy, bir qədər 

yüksəkdə yerləşən, həşəratlar isə  aerobiy  adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuqkimilər, 

tetra quşu, tənək quşu və b.), kol yarusunda yuva quranlar (oxuyan qaratoyuqlar, qar quşu, silviya quşu) və ya 

ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü, iri yırtıcılar və b.) ayrılır.     

Su ekosistemlərində irimiqyaslı  şaquli strukturu ilk növbədə xarici faktorlar əmələ  gətirir. Pelaqialda 

təyinedici faktorlara işıqlanma və temperatur qradiyetləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə 

hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qruntun müxtəlifliyi, dib qatlarında suyun 

hidrodinamikası  əlavə olunur. Şaquli strukturun xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz 

olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.  

Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə  əvəz olunur, onların ölçüləri qısalıb, yaxud 

böyüyə bilər.  

Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. Ona görə onların 

daxilində struktur vahidləri ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir, məs. mikroqruplar, mikrosenozlar, mi-

krofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, sıxlığına, 

məhsuldarlığına və başqa xassələrinə görə fərqlənirlər.  

Mozaiklik müxtəlif səbəblərdən – biotopun xüsusiyyətlərindən,  mikrorelyefin, torpağın müxtəlifliyindən, 

mikroiqlimin təsirindən, bitkilərin mühitəmələgətirmə  təsirindən və onların bioloji xüsusiyyətlərindən yaranır. 

O, heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə örtülməsi, qarışqa yuvalarının əmələ 

gəlməsi, dırnaqlılar tərəfindən səthin topalanması və bitkilərin yeyilməsi (zədələnməsi) və s.) və ya insanın təsiri 

(meşənin qırılması  nəticəsində yeni ağaclığın  əmələ  gəlməsi, mal-qara otarılması, ocaq qalama və s.), güclü 

küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin