MƏMMƏdov qəRİb xəLİlov mahmud


 Azərbaycanda suvarmanın problemi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə38/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

12.8. Azərbaycanda suvarmanın problemi 

Azərbaycanda suvarma çox qədim tarixə malikdir. Yunan coğrafiyaşünası Strabon yazırdı ki, Albaniyada 

suvarma Mesopotamiya və Misirə nisbətən yüksək inkişaf etmişdir.  Şirvan düzündə suvarma işləri Girdiman 

dövlətinin vaxtında daha geniş ərazilərdə aparılırdı. Azərbaycanda suvarmanın tarixi Q.Əzizov, Ə.Həsənəliye-

vin (2001) kitabında ətraflı verilmişdir. 

Qeyd etmək lazımdır ki, respublikamızın quraqlıq rayonlarında kənd təsərrüfatı istehsalını intensivləşdir-

mək üçün suvarma ən mühüm tədbir sayılır. 

Suvarmanın müxtəlif növləri və üsulları mövcuddur. Torpaq qatını nəmləndirmək məqsədilə aparılan suvarma 

müntəzəm və birdəfəlik suvarmalara bölünür. (Aslanov,1999). Müntəzəm  suvarmada, bitkinin tələb etdiyi vaxtlar-

da sahə təyin olunmuş normalarda su ilə təmin olunur. Birdəfəlik suvarma (və ya liman suvarması) yaz fəslində 

çay subasarlarında daşqın suyu, qar suyu və su anbarından birdəfəlik verilən suyun hesabına həyata keçirilir. 

Gübrələmə suvarmasında torpağa su ilə birlikdə, suda əridilmiş gübrə də verilir. Buraya çirkab suları və bu-

lanıq su (tərkibində lillərin ölçüsü 0,005mm-dək kiçik hissəciklər olan su) aid edilir. 



 

228


Hazırda beş suvarma üsulundan istifadə olunur: öz axımı ilə suvarma, yağışyağdırma, yeraltı suvarma, damcılarla 

suvarma və aerozol (kiçik dispersli) suvarma. (B.Əliyev, Z.Əliyev, 1998, Aslanov,1999). 



Öz axımı ilə suvarma üsulunda su nəqledici açıq kanallar (və ya boru kəməri) ilə suvarılan sahəyə çatdırı-

lır. Burada su müvəqqəti arxlar, elastik və ya sərt borular vasitəsilə şırımlara və xüsusi ləklərə verilərək torpağa 

hopdurulur. 

Yağışyağdırma ilə suvarma üsulunda su nəqledici kanal və boru kəməri ilə sahəyə çatdırıldıqdan sonra 

maşın, qurğu və cihazlar vasitəsilə yağış şəklində torpaq səthinə yağdırılır. 



Yeraltı suvarma üsulunda suvarma suyu suvarılan sahəyə yer səthindən müəyyən dərinlikdə və bir-birin-

dən müvafiq məsafədə basdırılımış borulara verilir, boruların səthində açılmış deşiklərdən su sızaraq kapilyar-

larla torpağın aktiv təbəqəsini isladır. 

Damcılarla suvarma  üsulunda suvarma suyu fasiləsiz olaraq xüsusi damcıladıcılarla bitkinin və meyvə 

ağacının bilavasitə kök sistemi yayılan zonaya verilir. Suvarma vegetasiya dövründə fasiləsiz aparılır. 

Kiçik dispersli (aerozol) suvarma yağışyağdırma üsulu ilə suvarmanın bir növüdür. Burada suvarma suyu 

torpağa deyil, narın damcılar şəklində bitkinin yer səthində olan gövdəsinə və yarpaqlarına yağdırılır. 

Hazırda respublikamızda əsasən öz axını ilə suvarmadan istifadə olunur, istismar olunan suvarma şəbəkələrinin yal-

nız 9,2%-ni (130 min ha) qapalı suvarma şəbəkələri təşkil edir. (B.Əliyev, Z.Əliyev,1998) 

Açıq drenlər dərinliyi 3,0-3,5m və yamac əmsalı 1,0-2,0 olan adi kanallardan ibarət olub, onlar trassında 

25-35m enində əkinə yararlı torpaq sahəsi itir, bu da meliorasiya olunmuş sahələrdə torpaqdan istifadə əmsalını 

azaldır. (Bayramov,2002). Açıq drenlərin normal işini təmin etmək üçün vaxtaşırı (hər 3-5 ildən bir) lillərdən tə-

mizlənir, buna da xeyli vəsait sərf olunur. 

Açıq drenlərdən fərqli olaraq örtülü (qapalı) drenaj tikilmiş torpaqlarda əkin sahəsinin itkisi olmur. İstismar 

müddətində drenajın dərinliyi sabit qalır, drenajın kanal və yollarında kəsişdiyi yerlərdə əlavə tikintiyə ehtiyac 

qalmır. Örtülü drenajın tikintisi prosesində drenaj xəndəyi əks tökmə torpaqla doldurulur. Drenajüstü torpaq sa-

həsindən əkin üçün istifadə olunur. 

Lakin təəsüflə qeyd etmək lazımdır ki, keçmişdə kolxoz və sovxozların ərazisindəki örtülü drenaj şəbəkələ-

rinin texniki vəziyyəti bir sıra səbəblərdən vaxtından qabaq aşağı düşmüş, qurğular öz funksiyasını tam yeinə 

yetirə bilmir. Mövcud qapalı drenaj şəbəkəsinin 70%-i artıq sıradan çıxmış  və onların bərpa olunması  tələb 

olunmur. (B.Əliyev, Z.Əliyev, 1998).  

Örtülü drenajın səmərəli işi onun torpaq və hidrogeoloji şəraitə uyğun layihələndirilməsindən, tikintinin 

keyfiyyətindən və istismarından asılıdır. N. N. Mahmudov (2002) qeyd edir ki, 1928-1931-ci illərdə    Muğan 

təcrübə meliorativ stansiyasında tikilmiş örtülü drenaj şəbəkəsi indiyə kimi qüsursuz işləyir. 

Hazırda respublikamızda fermer və şəxsi təsərrüfatlarda müasir suvarma üsulları hazırlamaqda Eroziya və 

Suvarma Elmi-tədqiqat İnstitutunun işləri böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatlar nəticəsində fermer və şəxsi 

təsərrüfatlarda açıq şəraitdə və istixanalarda bitkilərin suvarılması məqsədilə mikroyağışyağdırma, impuls-lokal, 

zəif yağışyağdırma və impuls yağışyağdırma sistemləri hazırlanmışdır. (B.Əliyev, Z.Əliyev, 1998) 

Qeyd olunan Elmi-tədqiqat Mərkəzinin apardığı tədqiqatlar göstərir ki, respublikamızda fermer təsərrüfatları üçün 

ən əhəmiyyətli üsullardan biri impulslu damcılarla suvarma sistemidir. Damcılarla suvarma üsulunun əsas üstünlüklərin-

dən biri suvarma suyunu bitkilərə sutka ərzində tələb etdikləri miqdarda onların kök sisteminə vermək mümkündür. 

Damcı üsulu ilə suvarma sisteminin başqa suvarma sistemlərindən üstün cəhəti aşağıdakılardır. (B.Əliyev, H.Vəliyev, 

2001): 


-

 

dağ yamaclarında yüksək, orta və zəif su keçirən torpaqlarda suvarma aparmaq olur; 



-

 

bitkiləri suya olan təlabata uyğun su ilə təmin edir; 



-

 

suvarmanın aparılmasında külək təsir göstərmir; 



-

 

suvarma suyu bitkilər arasında bərabər paylanır; 



-

 

torpağın səthi suvarma nəticəsində sıxlaşır; 



-

 

qrunt sularının səviyyəsi dəyişməz qalır; 



-

 

təkrar şorlaşmanın qarşısı alınır. 



İmpulslu damcılarla suvarma sistemi suya olan təlabatı bütün vegetasiya müddətində fasiləsiz olaraq təmin 

edə bilir, irriqasiya eroziyası müşahidə olunmur, cərgələr arasındakı sahələrdə alaq otlarının inkişafına şərait ya-

ranmır. İmpulslu damcılarla suvarma sistemi vasitəsilə bitkiyə lazım olan miqdarda gübrələr vasitəsilə mineral-

lar çatdırılır. Müəlliflərin hesablamalarına görə bu suvarma sistemini tətbiq etməklə suya 2,5 dəfə qənaət etmək-

lə bitkilərin məhsuldarlığını 2,7 dəfə yüksəltmək olar. 

 


 

229


12.9. Səhralaşma – qlobal ekoloji problemdir 

Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlimin 

dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prosesini və 

onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq 

ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün 

yararlığı azalır və ya çevrilir. Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (de-

zertifikasiya) və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlə-

nir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır. 

Antropogen səhralar planetimizin 6, 7%-ni, yəni Avstraliyanın ¼ - dən artıq sahə tutur.  

Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaş-

ması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır. 

-  Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi 

ilə ifadə olunur. 

- Orta dərəcədə səhralaşma -  mal- qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası 

inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür. 

-

 



Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olu-

nur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu 

mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur. 

-

 



Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün de-

yil. 


Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir. (Vinokurova, 1998) 

və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).  

Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır və 

onların böyük hissəsi (50 mln-a qədər)  səhralaşmanın  əlverişsiz təsirinin bilavasitə acısını çəkir. 



 

230


 

Şəkil 12.6. Səhralaşmanın inkişafının əsas faktorları və səbəbləri 

 

Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun illik 



məbləği 16 mlrd. dollara yaxın təşkil edir. 

Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaş-

ma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcə-

də olmasını ayırd etmək çətindir. 

Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriy-

yəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərdə suyun dövriyyəsinin 70-75% -ni 

təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%- i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf 

olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpi-

rasiyaya sərf olunur.  

Səhralaşma prosesinə hədsiz mal-qara otarılması da böyük təsir göstərir. Bu zaman əvvəlcə tədricən otlağın 

vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə səh-

ralaşma prosesinə zəmin yaranır.  

Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. 

Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoran-

laşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-rı şorlaşaraq sıra-

dan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13% 

təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-

ə çatır. 



 

231


Quraqlıq səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Caxeldə 20 il sürən quraq-

lıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı  aşağı düşmüş, su quyuları qurumuş, çayda su axımları azal-

mış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1918-1973-cü illər) 250 mindən artıq 

yerli əhali acından ölmuş, mal-qaranın 40%-i məhv olmuşdur. Malidə və Mavrataniyada mal-qaranın 90%-i qı-

rılmışdır. 

 

 

 

Səhralaşmaya qarşı mübarizə 

1977-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nın keçirdiyi Beynəlxalq konfransda «Səhralaşma-

ya qarşı mübarizə planı» qəbul olundu. Bu plan əsasən ilk öncə inkişaf etməkdə olan ölkələrə aid olub 26 təklif 

irəli sürürdü. Ekspertlərin fikrincə onların yerinə yetirilməsi heç olmasa bu təhlükəli prosesin genişlənməsinin 

qarşısını ala bilərdi. Lakin vəsaitin çatışmazlığı üzündən bu təkliflərin qismən bir hissəsi həyata keçirilə bildi. 

Nəzərdə tutulurdu ki, bu planın həyata keçirilməsi üçün 90 mlrd. dollar (20 il ərzində 4,5 mlrd. dollar) tələb olu-

nur. Bu məbləği tam axtarıb tapmaq mümkün olmadığından planın yerinə yetirilməsi 2015-ci ilə qədər uzadıldı. 

Planın həyata keçirilməsinin ilk növbədə vəzifəsi səhralaşmanın mümkün olan yerdə qlobal masştabda qarşısı-

nın alınması, səmərəli istifadə etmək üçün səhralaşmış ərazilərin bərpası olmuşdur. Planın son məqsədi ekoloji 

imkan çərçivəsində ərazinin məhsuldarlığını saxlamaq və inkişaf etdirməkdir. 



Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə  «21-ci  əsrdə  səhralaşmaya və qu-

raqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi.  

Konfransın yekun sənədində qeyd edildi ki, səhralaşmaya qarşı əsas üsullardan biri suyu saxlamağa və torpa-

ğın keyfiyyətini yüksəltməyə qadir olan ağac və bitki örtüyü yaratmaqdan ibarət olmalıdır. Səhralaşmaya qarşı hö-

kümət aşağıdakıları etməlidir: 

1)

 

Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli; 



2)

 

Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək meşə əkini  proqramının 



həyata keçirilməsini tezləşdirmək; 

3)

 



Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq; 

Problem üzrə monitorinq proqramını gücləndirmək. 

 

12.10. Azərbaycanda səhralaşma problemi 

Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin 

təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-300 mm arasında tərəddüd edir, səthi buxar-

lanma yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim yarımsəhra və quru bozqır yarımtipinə aiddir.  

Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaç-

qın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçi-

nin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəti-

cəsində antropogen səhralaşma prosesi güclənmişdir.  

Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Burada apardığımız tədqiqatlar 

göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının (və ya deqradasiyası) istiqaməti və intensivliyini yaradan 

səbəblər ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı)  və antropogen amillərin müxtəlifliyi ilə əlaqədar-

dır. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:  

1. Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-

qara otarılması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədar baş vermişdir. 

2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-

kollektor şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi torpağın şor-

laşması, şorakətləşməsi və bataqlaşması istiqamətində gedir.  

3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara 

otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi bitki örtüyünün 

deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan sahələrdə isə irriqasiya eroziyası, bəzən şorlaşma və sürüş-

mə hadisəsinin yaranması istiqamətində gedir. 

Qeyd edildiyi kimi Şirvanın ovalıq hissəsində  səhralaşma prosesi əsasən suvarma işlərinin aparılması ilə 

əlaqədardır. Yeri gəlmişkən qeyd edək ki, Şirvan düzündə suvarma işləri hələ Girdiman dövləti dövründə geniş 

inkişaf etməyə başlamışdır.   

O vaxt suvarılan torpaqlarda taxıl, üzüm və başqa kənd təsərrüfatı bitkiləri becərilirdi. Lakin VIII-XII 

əsrlərdə burada olan suvarma sistemlərinin çoxu dağılmışdır. XV əsrdən sonra Şirvan düzündə suvarma işləri 

yenidən inkişaf etməyə başlamışdır. Suvarma sistemlərinin dövri olaraq dağılması  və yenidən qurulması 

ərazinin təbii  şəraitinin - relyefi, bitki örtüyü və torpağın kökündən dəyişməsinə  səbəb olmuşdur. XIX əsrin 

axırında suvarma işləri sürətlə genişlənmişdir. 


 

232


Cədvəl 12.3. 

 

Səhralaşma prosesini yaradan amillər (səbəblər) 

 

Səhralaşma 

prosesinin 

istiqaməti 

Səhralaşma prosesini 

yaradan səbəblər 

Səhralaşma 

prosesinin 

xüsusiyyəti 

1.Təkrar şorlaşma Drenaj 

kollektor 

şəbəkəsinin mövcudluğu 

və düzgün olmayan 

suvarma texnologiyasının 

tətbiqi, yüksək 

minerallaşmış su ilə 

suvarma nəticəsində qrunt 

suyunun səviyyəsinin 

qalxması 

Çətin bərpa olunan 

2.Şorakətləşmə 

Suvarma suyunda və 

torpaqəmələgətirən 

süxurda natriumlu 

duzların çoxluğu 

Çətin bərpa olunan  

3.Bataqlaşma Kollektor-drenaj 

şəbəkəsinin pozulması, 

məcralarının qamış və 

digər bitkilərlə örtülməsi, 

yüksək su normasının 

tətbiqi, su sərfinin 

nizamlanmaması 

Çətin bərpa olunan 

4.Yamaclarda səthi 

və yarğan eroziyası 

Aqrotexniki qaydalara 

riayət olunmaması, bitki 

örtüyünün məhv edilməsi, 

hədsiz  mal-qara ota-

rılması 

Bərpa oluna bilən  

5.İrriqasiya 

eroziyası 

Yamaclarda suvarma 

texnologiyasının düzgün 

tətbiq olunmaması 

Bərpa olunan 

 

 

 



6.Torpağın 

çirklənməsi və 

münbitliyinin 

azalması 

Pestisidlərdən düzgün 

istifadə olunmaması, 

yüksək su normasının 

tətbiqi, sənaye və yaşayış 

sahələrinin genişlənməsi 

Bərpa olunan 

Şirvan düzündə irriqasiya-suvarma sistemi əsrimizin ortalarından sonra daha da sürətlənmişdir. Belə ki, 

1959-61-ci illərdə  çəkilən Yuxarı  Şirvan Kanalı (YŞK) vasitəsilə 130 min hektara yaxın sahənin suvarılması 

planlaşdırılmışdı. 

Baş  Şirvan Kollektoru (BŞK) Türyançaydan başlayaraq Hacıqabul gölünə  qədər Kürçayının qədim yatağı 

olan Qarasu sahəsində inşa edilmişdir. Kollektorlar ərazinin aşağı hissəsində inşa edilmiş  və  BŞK-na 

birləşdirilmişdir.  Meliorasiya və suvarma işləri nəticəsində ərazinin təbii landşaftı antropogen landşaftlarla əvəz 

olunmuşdur. Ovalıqda meyllik az olduğundan, qrunt suları  səthə yaxın yerləşdiyindən təkrar  şorlaşma və 

bataqlaşma prosesi baş vermişdir. Dağətəyi zonada isə meyllik nisbətən çox olduğu üçün arxlar tez-tez sıradan 

çıxmış, səthi, yarğan və irriqasiya eroziyası inkişaf etmişdir. 

 

12.11. Azərbaycanda şorlaşmış və  

şorakətləşmiş torpaqların ekoloji problemləri  

Respublikamızın ekoloji problemləri içərisində düzən torpaqların şorlaşma və şorakətləşməsinin xüsusi yeri 

vardır. Şorlaşmış torpaqlar Azərbaycanda çox geniş yayılmışdır. Sahəsi 2,2 mln. hektar olan Kür-Araz ovalığı 

torpaqlarının təxminən 60%-i orta və şiddətli dərəcədə şorlaşmış torpaqlardan ibarətdir. Bundan əlavə şorlaşmış 

torpaqlar Azərbaycanın Siyəzən-Sumqayıt, Ceyrançöl massivlərində, Naxçıvan MR-da və başqa ərazilərində də 

yayılmışdır. Ümumiyyətlə, respublikamızın  ərazisində orta və  şiddətli dərəcədə  şorlaşmış torpaqların ümumi 

sahəsi 1,3 mln. hektardan çoxdur (Q.Z.Əzizov, Ə.Quliyev, 1969). Bu o deməkdir ki, respublika ərazisinin 15%-i 


 

233


bu ekoloji problemə düçar olmuşdur. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, respublikamızda kənd 

təsərrüfatına yararlı hesab edilən 1444,9 min hektar suvarılan torpaqların da 565481 hektarı  və ya 47,6%-i 

müxtəlif dərəcədə  şorlaşmış (bundan 152898 ha və ya 27%-i zəif  şorlaşmış, 146235 ha və ya 25,9%-i orta 

şorlaşmış, 223838 ha və ya 39,6%-i şiddətli  şorlaşmış, 42510 ha və ya 7,5%-i şoranlar), 508,3 min hektarı 

(29,0%-i) isə müxtəlif dərəcədə şorakətləşməyə (bundan 385037 ha və ya 75,8%-i zəif şorakətləşmiş, 102110 ha 

və ya 20,1%-i orta şorakətləşmiş, 21123 ha və ya 4,1% şiddətli şorakətləşmiş) məruz qalmışdır (cədvəl 12.4.).  

 

C

ədv

əl 12.4.

 

Şorlaşma və şorakətləşmə torpaqda gedən təbii proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o 

arealını genişləndirərək, həm kənd təsərrüfatı məhsullarının istehsalına, həm də təbii biosenozlara, o cümlədən 

düzən ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və düzən meşələrinə mənfi təsir göstərir. Odur ki, 

belə torpaqlar həm meliorativ, həm də ekoloji cəhətdən  əlverişsiz sahələr hesab edilir, onların mənfi 

dinamikasının xəbərdarlıq edilməsi, qarşısının alınması və onların yararlı hala salınması üçün müvafiq ekoloji 

tədbirlərin (drenaj tətbiqi, yuma aparılması, kimyəvi meliorasiya, müəyyən inzibati və hüquqi və s.) görülməsi 

zəruridir.  

Suvarılan torpaqların meliorativ cəhətdən qiymətləndirilməsinin nəticəsi respublika ərazisində 385,1 min 

hektar sahənin qeyri-qənaətbəxş olduğunu göstərir, o cümlədən 103,4 min hektar sahədə qrunt sularının 

səviyyəsinin yerin səthinə çox yaxın olması, 115,1 min hektar sahədə torpağın yüksək dərəcədə  şorlu olması, 


 

234


166,6 min hektarda isə  hər iki amilin birgə  təsiri  əsas səbəb kimi göstərilir. Bu kateqoriyadan olan torpaqlar 

əkinə tam əlverişsiz hesab olunur və onların meliorasiyası üçün kompleks tədbirlərin görülməsi tələb edilir.  

Respublikanın suvarılan torpaqlarının təxminən 670 min hektarı (46,4%-i) Kür-Araz düzənliyindədir. 

Burada suvarma çox qədim tarixə malikdir. Mil düzündə və Muğan düzünün cənubunda suvarma kanallarının 

izlərinə və qalıqlarına indinin özündə də rast gəlinir. Bununla belə XIX əsrdə Azərbaycanda suvarılan əkinçilik 

əsasən Kür-Araz düzənliyində – Şirvan və Qarabağ çayları axınlarının aşağı hissələrində, Kür və Araz 

çaylarının sahilləri boyunca yerləşmiş, suvarma isə bir qayda olaraq primitiv üsullarla həyata keçirilmişdir. Kür 

və Araz çaylarının daşqın suları ilə sahələr suya basdırılmış, torpağın səthi quruduqdan sonra yaranmış çatlara 

toxumlar (arpa və pambıq) səpilmiş, vegetasiya suvarmaları aparılmasa da nisbətən yüksək məhsul 

götürülmüşdür. Mövcud olan belə bir şəraitdə XIX əsrin 60-cı illərindən çar hökuməti pambıq istehsalının 

təşkili məqsədilə Muğan-Salyan zonası torpaqlarının suvarılması üçün bir sıra tədbirlər görmüş və 1900-cü ildə 

suvarma kanallarının tikilməsinə başlanılmışdır. Beləliklə, 1901-1917-ci illərdə magistral kanalların ümumi 

sərflərinin 130 m

3

/san və uzunluqlarının 209 km olduğu dörd suvarma sistemi tikilib istifadəyə verilmişdir. Bu-



nunla da 169 min hektar sahə suvarma suyu ilə  təmin edilmişdir. Həmin dövrdə Salyan düzündə sahələrin 

bilavasitə Kür çayından götürülən su ilə suvarılmasında qoşqu heyvanları ilə  işləyən suqaldırıcı qurğulardan 

istifadə edilmişdir. Suvarma sistemilərinin  əsas qüsuru suvarma şəbəkəsinin seyrəkliyi və suatıcı  şəbəkənin 

olmaması idi.     

Məhz ona görə də suvarmanın başlandığı ilk illərdə əkin sahələrinin kütləvi şorlaşması müşahidə olunmuş, 

əhali isə  hər dəfə yeni sahələrdən istifadə etməyə başlamışdır. Basdırma üsulu ilə aparılan suvarmalar 

nəticəsində  hər  hektara  15-20 min m

3

   suvarma  suyu   sərf   olunmuş, qrunt sularının səviyyəsi yer səthinə 



yaxınlaşmış, şorlaşma prosesi geniş miqyasda yayılmışdır. 

Yaranmış  vəziyyətlə  əlaqədar  əhali və  hətta texniki xidmət işçiləri Muğanı  tərk etməyə, digər bölgələrə 

getməyə başlamışdır. Birinci Dünya müharibəsi illərində suvarma sistemləri bərbad hala düşmüş, hidrotexniki 

qurğular dağıdılmış,  şorlaşma prosesi daha da sürətlənmişdir. Nəticədə  Şimali Muğanın 96%,  Salyanın 98% 

torpaq sahələri müxtəlif dərəcədə  şorlaşmaya məruz qalmışdır (Q.Əzizov,  Ə.Həsənəliyev, 2001). Oxşar 

proseslər digər bölgələrdə də baş vermişdir. Məsələn, Yevlaxdan Hacıqabula kimi olan ərazidə Kürün sol sahili 

boyunca «Qara su» bataqlığı yaranmış, ətraf ərazi şorlşamaya məruz qalmışdır.  

Araşdırmalar göstərir ki, təcrübənin olmaması ucbatından, torpaq və hidroloji şəraiti nəzərə almadan irriqa-

siya tədbirlərinin görülməsi tez bir zamanda özünü göstərmiş, bataqlaşma və  şorlaşma prosesi geniş  əraziləri 

əhatə etmişdir. Çar hökuməti təcili tədbirlərə əl atmağa məcbur olmuş və 1910-cu ildən başlayaraq Cənubi Qaf-

qazda sistemli hidrometriya işlərinə başlanılmış 1912-ci ildə ilk kimya laboratoriyası yaradılmış, 1913-cü ildən 

isə hidroloji tədqiqatların əsası qoyulmuşdur.  

Sovet hakimiyyətinin ilk illərindən etibarən 1921-1925-ci illərdə kanallar lil çöküntülərindən təmizlənmiş, 

hidrotexniki qurğular təmir edilmiş, sonrakı illər mövcud suvarma kanallarının yenidən qurulması  həyata 

keçirilmiş, yeni suvarma sistemlərinin tikilməsinə başlanılmış, mexaniki suvarma inkişaf etdirilmişdir. 1920-

1930-cu illərdə dizel mühərrikləri ilə işləyən 5 sudartıcı qurğu işə salınmışdır. Elmi-tədqiqat və layihə axtarış 

işlərinin aparılmasına xüsusi diqqət yetirilmiş  və 1930-cu ildə Muğan təcrübə meliorativ stansiyası  təşkil 

edilmişdir. Lakin 1937-ci ildə irriqasiya-meliorasiya tədbirləri tamamilə dayandırılmış, yalnız 1945-ci ildən so-

nra onlar yenidən bərpa edilmiş, o cümlədən nəhəng Mingəçevir kompleksi tikilib istifadəyə verilmişdir.  

Sonrakı illərdə respublikada suvarma sistemləri, kollektor-drenaj şəbəkəsi, su anbarları və digər qurğular inşa 

edilmiş, torpaqların yuyulub yararlı hala salınması,  Şirvanda, Qarabağda, Cənubi Muğanda stasionar təcrübə-

drenaj məntəqələrinin təşkili, bir çox təsərrüfatların  ərazisində  qısa (1-3 il) müddətli eksperimental bazaların 

təşkili və s. kimi mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdır.  

1965-ci ildə keçmiş SSRİ-də meliorasiyanın inkişaf etdirilməsi haqqında qəbul olunmuş  qərardan sonra 

bütün ölkə  ərazisində olduğu kimi, Azərbaycanda da geniş miqyasda irriqasiya-meliorasiya tədbirləri  həyata 

keçirilir, o cümlədən suvarılan ərazilərdə torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri kompleksi regionlar 

üzrə işlənib hazırlanır. 1966-1990-cı illərdə suvarılan sahələr 1094 min hektardan 1444 min hektara çatdırılmış, 

778,2 min hektar sahənin su təminatı yaxşılaşdırılmış, 541,8 min hektarda kollektor-drenaj şəbəkəsi də 

tikilməklə suvarılan  ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Məhz bu kimi tədbirlərin görülməsi 

nəticəsində 1986-1988-ci illərdə suvarılan torpaqlarda orta illik məhsulun həcmi 1966-1970-ci illərə nisbətən 

taxıl üzrə 2,16, pambığa görə 2,13, tərəvəz-bostan bitkiləri üzrə 2,55, meyvələrə görə 3,57, üzüm istehsalı 7,46 

dəfə artmışdır.  

Keçən  əsrin 90-cı illərinin  əvvəllərində keçmiş Sovetlər  İttifaqının dağılması ilə sovet respublikaları, o 

cümlədən Azərbaycan müstəqillik  əldə edir. İlk illər ölkədə yaranmış iqtisadi çətinliklər, xüsusilə  də erməni 

təcavüzü ilə əlaqədar maddi vəsait və maliyyə çatışmazlığı səbəbəindən suvarma sistemlərini lazımi səviyyədə 

saxlamaq və meliorasiya tədbirlərini davam etdirmək bir müddət mümkünsüz vəziyyətdə oldu. Kollektor-drenaj 

sistemlərinin lillənməsi, bəzi yerlərdə onların tamamilə  sıradan çıxması  nəticəsində ayrı-ayrı  ərazilərdə  təkrar 

şorlaşmanın yaranması üçün əlverişli  şərait yarandı. Bu proses kollektor-drenaj sistemlərinin və suvarma 



 

235


qurğularının kifayət qədər mükəmməl olmadığı  ərazilərdə, xüsusən də  Şirvan düzündə özünü daha qabarıq 

şəkildə göstərmişdir.  

Torpaqları duzlardan yuyub təmizləmək üçün onun hansı dərəcədə şorlaşdığını bilmək lazımdır. Torpaqda 

olan duzların miqdarı şərti olaraq müəyyən hədlərə bölünür və onlara adlar verilir. Buna torpaqların şorlaşma 

dərəcəsinə görə təsnifatı deyilir. Təsnifatın əsasını bitkilərin düzlara davamlılıq qabiliyyəti və onların buraxıla 

bilən həddi təşkil edir. Kənd təsərrüfatı bitkiləri duza davamlılığına görə üç qrupa bölünür (cədvəl 12.5.). 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin