ipəksarıyanın iki fazası – sürfə və kəpənəklər halında olub nəinki palıd ağaclarında, hətta digər ağac növlərinin
də (vələs, ağcaqayın, göyrüş və s.) yarpaqlarını yeyirdilər. Ancaq nədənsə sürfələr fıstıq ağaclarında müşahidə
olunmurdu. Lakin kəpənəklər fıstığın da gövdəsində yumurta qoyur. Bəzi ağaclar demək olar ki, tamamilə
çılpaqlaşmışdı (yarpaqsızlaşmışdı). Dəyişən ipəksarıyanın sürfələri ziyanvericilərin 80-90%-ni təşkil edirdi.
Bundan başqa həlqəvi ipəksarıyan, qızılqarın kəpənək və palıd ipəksarıyanın sürfələrinə də rast gəlinirdi.
2004-cü ildə ziyanverici həşəratlar Şamaxı, İsmayıllı və digər rayonların meşələrinə də böyük ziyan vurdu.
Biz Qubanın meşələrində olarkən ziyanverici həşəratlara rast gəlmədik. Onu da qeyd edək ki, həşəratlar il
ərzində iki nəsil verir.
Ziyanvericilərə qarşı mübarizə məqsədilə respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi həşəratların
sürfələrini yığaraq və kəpənəklərin yumurtalarını ağacların gövdələrindən qazıyaraq yandırdılar. Lakin belə
mübarizə üsulları geniş meşə ərazilərində heç bir nəticə verə bilməzdi və vermədi də. Hazırda meşələrimizdə
ağacların gövdələrində kəpənəklərin milyonlarla yumurtaları mövcuddur və yazda sürfələrin yeni «partlayışı»
gözlənilir.
Palıd ağaclarında olan ziyanvericilər və xəstəliklər hazırda respublikamızın meşələri üçün böyük təhlükə
yaradır. Əgər bunun qarşısı vaxtında alınmazsa biz meşələrimizin 30 faizindən çoxunu itirmək qorxusu altında
qalmış oluruq. Odur ki, təxirə salınmadan palıd meşələrində meşə-patoloji yoxlama işləri aparılmalı,
ziyanvericilərin və xəstəliklərin mənbəyini müəyyənləşdirməli, orada sanitar qırmaları, digər meşə təsərrüfatı
tədbirləri həyata keçirməli, bioloji və kimyəvi mübarizə üsullarından istifadə etməlidir.
Yeri gəlmişkən onu da qeyd edək ki, 2004-cü ildə Bakı şəhəri və şəhərətrafı rayonların yaşıllıqlarında və
bağlarında ağacların yarpaqlarının bükülməsi, saralması müşahidə olundu. Buna amerika ağ kəpənəyinin
sürfələrinin geniş yayılması səbəb oldu. Təbiəti mühafizə işçilərinin başçılığı ilə məktəbliləri və digər
vətəndaşları səfərbər edib sürfələri vaxtında (kəpənək fazasına keçməmiş) toplayaraq məhv etmək yolu ilə
həşəratların nəslini kəsmək olardı, lakin buna əməl olunmadı.
Qafqaz vələsi meşələri
Azərbaycanda vələs meşələri bütün dağ sistemlərində yayılmışdır.Ona həmçinin Lənkəran və Samur-Dəvə-
çi düzənliyində və Qanıx-Həftəran vadisində rast gəlinir. Vələs fıstığa yaxındır, lakin fıstıq vələsə nisbətən çox
kölgəsevər və çox rütubətsevərdir. Ona görə vələs həm sırf, həm də palıd və fıstıqla qarışıq meşəliklər yaradır.
Vələsin Böyük və Kiçik Qafqazın bütün yüksəklik qurşaqlarında rütubətli iqlim şəraitində bir çox sahələrdə
başdan-başa örtük əmələ gətirməsi, həmçinin meşənin yuxarı sərhədinə kimi qalxması, Samur-Dəvəçi düzənli-
yində (Yalama meşəsi), dəniz səviyyəsinə qədər enməsi bu ağac növünün geniş iqlim amplitudu şəraitində ya-
yılmasını təsdiq edir.
Kiçik Qafqazın cənub-şərq yamacında Həkəriçay hövzəsində iqlimin nisbətən quru olması ilə əlaqədar fıstı-
ğa rast gəlinmir. Burada vələs meşələri orta dağ-meşə qurşağında əsasən yamacların şimal baxarlarında münbit
karbonatlı meşə torpaqlarında yayılmışdır.
Böyük və Kiçik Qafqazda, həmçinin Talış dağlarında törəmə tipli sırf vələs meşələri də yayılmışdır. Belə
meşələrin əmələ gəlməsi qarışıq fıstıq-vələs və palıd-vələs meşələrinə antropogen amilin təsirilə əlaqədardır.
Yuxarıda göstərilən üç ağac cinsinin(şərq fıstığı və 4 palıd növünün (iberiya, şərq, şabalıdyarpaq, uzunsap-
laq palıd) və qafqaz vələsinin üstünlük təşkil etdiyi meşələr respublikamızın meşə ilə örtülü ümumi sahəsinin
87%-i qədərdir, yerdə qalan 13% meşə ilə örtülü ərazi kiçik sahələrdə ardıc növləri, qovaq növləri, tozağac, də-
mirağac, cökə, ağcaqayın növləri, qoz, şabalıd, cökə üstünlük təşkil edən meşələrin payına düşür.
Bir çox ağac cinsləri (yalanqoz, qaraçöhrə, adi xurma, qarmaqvarı şam, ayıfındığı, ipək akasiyası, azatağac
və b.) isə ya olduqca kiçik sahələrdə meşəlikdə üstünlük təşkil edir, yaxud ağaclığın tərkibinə qarışır.
Göstərilən ağac növləri haqqında geniş məlumatı «Azərbaycanın meşələri» (Məmmədov, Xəlilov, 2002) kitabın-
da almaq olar.
13.4. Meşəsizləşdirmə qlobal ekoloji problemdir
«Meşəsizləşdirmə» termini dünya ədəbiyyatına son onilliklərdə daxil olmuş və hazırda geniş işlənir. BMT-
nin ekoloji proqramı «Jynep» – in işlərində meşəsizləşdirmə insan fəaliyyəti və ya təbii səbəblərdən müəyyən
ərazidə meşənin sıradan çıxması və ya başqa təsərrüfat tipi istifadəsinə keçməsi kimi ifadə olunur.
İnsan həyata qədəm qoyduqdan sonra ilk dəfə istifadə etdiyi təbii resurslardan biri meşə olmuşdur. Qədim
tayfa və icmalar vəhşi heyvanları ovlarkən dövri olaraq meşə yanğınları törətmişlər. Neolit dövründə aqrar tə-
sərrüfata keçərkən tarla və otlaq sahəsi əldə etmək məqsədilə də meşələri yandırmışlar. Balta icad olunduqdan
274
sonra meşə və kolluqlar kəsilib, yandırılaraq şumlanmışdır. Sonralar yanacaq və xammal kimi istifadə edən sə-
naye və mexanikləşdirilmiş nəqliyyat vasitələri, həmçinin oduncaq hazırlanması və daşınması, yolların salınma-
sı insanın meşə landşaftlarına əsas təsir formaları olmuşdur.
Rütubətli tropik meşələrin antropogen dəyişilməsi tədricən olmuşdur. Rütubətli tropik meşələr zonasında ilk
dəfə insanlar cənubi – şərqi Asiya və Okeaniyada 25 – 40 min il əvvəl, Amazoniyada 10 min il əvvəl, Afrikada
3 min il əvvəl, sonralar isə Yeni Zenlandiya və Madaqaskarda məskunlaşmışlar . Bütün hallarda ovçuluq və ər-
zaq toplamaq ilə məşğul olan tayfalar meşələrin vəziyyətinə cüzi təsir göstərmiş və meşələr antpropogen dəyişil-
məyə az məruz qalmışdır.
Qeyd edək ki, tropik meşələr Yerin fitokütləsinin üzvi maddələrinin 40 % - ni, onların məhsuldarlığı planetin
biotasının 22 % - ni , bütün meşələrin isə 58 % - ni təşkil edir. Son 200 ildə tropik zonada plantasiyalı kənd tə-
sərrüfatı inkişaf edərək şəkər qamışı, tütün, kofe, kakao, çay, kauçuk, kokos və yağlı palmalar yetişdirilir . İkinci
Vətən müharibəsindən sonra uzun, düz və bərk oduncaq çeşidlərinə tələbat artaraq müasir texnoloji metodlarla
istismar olunmağa başlandı. 1950 – ci ildən başlayaraq tropik meşələrin ixracı 16 dəfə artdı. Bununla yanaşı bu
zonada əhalinin məskunlaşması və artımı meşələrin deqradasiyasına və meşəsizləşməyə zəmin yaratdı . İldə 11
– 20 mln ha tropik meşə yoxa çıxır, bəzi mənbələrdə bu rəqəm 13.7 – 15.5 miliyon ha göstərilir.
BMT-nin ərzaq, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi məsələləri ilə məşğul olan xüsusi təsisat
FAO – nun məlumatlarına əsasən tropik ölkələrdə ildə 114 min km
3
meşə qırılır və ya yandırılır.( cədvəl 13.1).
Cədvəl 13.1.
Tropik ölkələrdə oduncaqdan istifadə (1987 – ci il)
Р еэион
ъям и
м лн м
3
923
810
88
113
12
10
26
14
39
89
241
90
74
86
391
259
1460
348
1701
430
м лн м
3
м лн м
3
%
%
Фярди истифадя
Енержи истещсалы
Асийа
Африка
Африка
Латын Ам ерикасы
Bəzi inkişaf etməkdə olan ölkələrdə ( məs . Malaziya , Tailand, İndoneziya, Filippin, Nigeriya , Kosta –
Rike və b . ) meşələrin sahəsinin azalması çox sürətlə gedir .
Filippində meşə sərvətləri fəlakət halına çatmışdır. 100 il əvvəl burada meşə örtüyü 16 mln . ha olmuşdur
, indi isə cəmi 900 min ha qalmışdır. Bakirə ( ilkin ) cəngəllik meşələri cəmi 22 % təşkil edir. Alimlərin fi-
kirincə normal ekoloji balansı saxlamaq üçün Filippində meşə ilə örtülü sahə 54 % olmuşdur. Lakin hazırda
burada saatda 25 ha meşə məhv edilir, meşələrin qırılıb satılması bu sürətlə davam edərsə 30 ildən sonra bu-
rada axırıncı ağac kəsiləcəkdir.
Vyetnamda meşə sərvətləri ölkənin 20 % - nə qədərini örtür, lakin 50 il əvvəl burada meşə ilə örtülü
sahə 50 % - dən çox olmuşdur.
Ekvatorial zonada antropogen landşaftların genişlənməsində yolların salınması aparıcı rol oynayır.
Məs, 1950 – ci ildə Belem – Braziliya avtomobil yolu tikiləndən sonra yola bitişik ərazilərdə 2 mln – dan
çox adam məskən salmışdır . Braziliyada əlavə yollar əsas yollara perpentikulyar 80 km – ə qədər meşə-
nin dərinliklərinə doğru yönəlmişdir. Sonra ərazi yola çıxan 100 ha – lıq sahələrə bölünür.
275
Şəkil 13.6. Meşələrin qırılmasının nəticəsi
(Məmmədov, Suravegina, 2000)
Amazoniyada meşənin azalmasının başqa faktorlarından bəndlərin və su anbarlarının tikilməsi və fay-
dalı qazıntıların (qızıl, dəmir, qalay ) emalını göstərmək olar .
Tropik meşələrin təbii vəziyyətindən daha çox gəlir əldə etmək olar. Belə ki, meyvə, giləmeyvə, dər-
man bitkiləri, kauçuk və digər məhsulları toplamaqla oduncaqdan gələn gəlirdən daha çox gəlir götür-
mək olar və bu zaman meşə örtüyü də olduğu kimi qalar.
Tropik meşələrin məhv edilməsi ekoloji cəhətdən təhlükəli olub cinayət sayılmalıdır. Hazırki vəziyyə-
tində də meşələr ekosferin vəziyyətini sabit saxlamaqda mühüm rol oynayır . Qeyd edək ki, bir sərvəti
digəri ilə əvəz etmək olar, lakin tropik meşələrin ekosistem funksiyası əvəzedilməzdir . Tropik meşələ-
rin strategiyası onların bəşəriyyətin var – dövləti kimi qiymətləndirilməlidir . Avropada meşəsizləşdirmə
XIII əsrdən başlayaraq sürətlə getmişdir . Əkinçilik dövrünə kimi burada meşə ilə örtülü sahə 70 – 80 %
olmuşdur .
Rusiyada hər il 18 mln ha meşə qırılır . Çox vaxt qırma zamanı cavan ağaclar, cücərtilər də məhv
edilir, torpaq örtüyü pozulur . Belə hal ən çox meşəqırma texnikasında çoxəməliyyatlı aqreqatlardan isti-
fadə etdikdə baş verir .
İldə milyon ha – dan artıq meşələr zərərli sənaye tullantılarının təsirilə zədələnir və ya məhv edilir .
Kola yarımadasında ildə 1 km
2
sürətilə meşə məhv edilir. Burada Monçeqor nikel kombinatının atmos-
ferə buraxdığı kükürd 2 oksid və ağır metalların təsiri nəticəsində məhv olan iynəyarpaqlıların hüdudu
Finlandiya sərhədinə yaxınlaşır .
1995 – 1997 – ci illərdə Leninqrad vilayətində meşələr intensiv qırılmışdır. Gün ərzində oduncaqla
yüklənmiş 60 treyler Torfyanovka sərhəd punktundan keçərək Finlandiyaya yola salınır . Meşənin başdan
– başa qırılması Kareliya boynunun səhraya çevrilməsi təhlükəsini yaradır .
Meşə yanğınları nəticəsində də meşəsizləşdirmə gedir. 97 % yanğın hadisəsi insanın təsiri ucundan baş ve-
rir, yalnız 3 %-i təbii hadisələrlə bağlıdır .
Mülayim enliyin bir sıra inkişaf etmiş ölkələrində, məsələn, Qərbi və Mərkəzi Avropada meşələrin sahəsi bir
qədər artsa da xəstəliyə ( zədələnməyə ) tutulmuş ağaclıqlar çoxalmışdır . Belə ki, Almaniyada 1983 – cü
ildən 1989 – cu ilədək zədələnmiş meşələr 24.7 % - dən 37.8 % - ə çatmışdır, onların 14.4 %- i orta və
güclü dərəcədə zədələnməyə məruz qalmışdır. Qərbi və Mərkəzi Avropada zədələnmiş meşələrin sahəsi
38 % -ə çatır .Meşələrin zədələnməsində hakim rolu atmosferin çirklənməsi, turşulu yağışlar oynamışdır .
Çin və Vyetnamda meşəsalma işlərilə əlaqədar meşələrin sahəsi hər il 1 – 2.5 % - artır.
Lakin planetimizdə qlobal meşəsizləşdirmə meylinin artması davam etməkdədir.
13.5. Azərbaycanda meşəsizləşdirmənin problemləri
Azərbaycanda meşəsizləşdirmənin dəqiq başlanğıc tarixi məlum deyildir, onu arxiv ( xəritə ) materialla-
rından da arayıb tapmaq qeyri mümkündür . Lakin ehtimal etmək olar ki , beş əsr öncə respublikamızın
meşəlik faizi 40 – 50 % - dən aşağı olmamışdır.
N.H.Axundovun (1982) əldə etdiyi tarixi sənədlərə əsasən indiki Gədəbəy rayonu ərazisində olan meşələr
1865-ci ildən 1883-cü ilədək Simens qardaşlarının Gədəbəy və Qalakənd misəridən zavodları üçün geniş miq-
yasda qırılmışdır. Bu zavodların hər biri ildə 40000 pud mis hasil edirdi. Gədəbəy mis zavodu 1871-1882-ci il-
lər ərzində 21,4 min kub sajın (1 sajın 2,34 m-ə bərabər uzunluq ölçüsüdür) odun və 4,4 milyon pud ağac kömü-
rü işlətmişdir. Məlumatlara əsasən Simens qardaşlarının misəridən zavodları üçün ayrılan meşədə ildə 5000 kub
sajın əvəzinə 5 dəfə artıq, yəni 15000 kub sajın ağac qırılmışdır.
Meşəsizləşdirmə ilk öncə yaşayış üçün daha əlverişli olan və çox insan məskunlaşan düzən ərazilərin-
dən başlanılmışdır. Aşağıda ayrı – ayrı düzən regionlarında meşəsizləşdirmənin istiqamətləri haqda məlu-
mat verilir .
Qanıx – Həftəran vadisi hələ üçüncü dövr ərəfəsində başdan – başa Kolxida – Hirkan tipli meşələrlə
örtülü olmuşdur . Sonralar iqlimin dəfələrlə kəsgin dəyişməsi nəticəsində yeni meşə landşaft tipləri bir –
birini əvəz etmişdir .
Hələ yaxın keçmişə qədər Qanıx – Həftəran vadisi bütövlüklə meşə ilə örtülü olmuşdur . Burada insa-
nın məskunlaşması , yaşayış məntəqələri , yolların salınması və müxtəlif istiqamətli təsərrüfat fəaliyyətinin
nəticəsində meşə örtüyünün yerində müxtəlif antropogen landşaft tipləri yaranmışdır . Bizim dövrümüzə
bu meşələrdən kiçik sahələr gəlib çatmışdır. Burada düzən və çayqırağı meşə « ləkələri » tez – tez kənd
təsərrüfatı sahələrilə (tütün, taxıl sahələri , meyvə, şabalıd, qoz, fındıq bağları), yaşayış məntəqələrilə əvəz
olunur. Vadidəki mövcud meşələr azlıq təşkil edir və subtropik bitkilərin ( çay, sitrus bitkiləri ) yetişdiril-
məsi üçün iqlimtənzimləyici rolunu lazımi dərəcədə təmin edə bilmir . Odur ki , burada əlavə meşə zo-
laqlarının salınması vacibdir.
276
Samur – Dəvəçi ovalığında hələ yaxın dövrlərdə meşə landşaftı üstünlük təşkil etmişdir . Burada duzən
meşələri vaxtilə dəniz səviyyəsindən 500 m – yüksəkliyə qədər yayılmışdır. Lakin düzənliyin əsas ərazi-
sində meşə örtüyünün yerində mədəni ( antropogen ) landşaft tipləri üstünlük təşkil edir . Burada geniş sa-
hələrdə salınan qiymətli meyvə bağları böyük əhəmiyyətə malikdir . Samur – Dəvəçi ovalığında təbii me-
şəlik cəmi 16 min ha sahədə qalan Yalama meşəsi adı ilə məşhurdur . Bu meşələrdə əsas ağac cinsləri
uzunsaplaq palıd , iberiya palıdı, vələs, qarağacdır. Relyefin çökək yerlərində ağyarpaq qovaq meşəsi də
bitir, tərkibinə Sosnovski qovağı və qara qovaq da qarışır .Düzənliyi kəsib keçən çayların qırağında qızı-
lağac və söyüd də bitir.
Yalama meşəsinin sanitar vəziyyəti qeyri qənaətbəxşdir . Orada geniş miqyasda yayılan ziyanverici
cücülər palıd və qarağacların qurumasına səbəb olmuşdur .
Samur – Dəvəçi ovalığında meşə sahələrinin azlığı və onların qeyri – qənaətbəxş vəziyyəti yeni tarla-
qoruyucu meşəliklərin və kanalboyu irriqasiya meşə zolaqlarının salınması tələbini irəli sürür .
Lənkaran ovalığı
Əlverişli subtropik iqlim və münbit torpaq şəraiti ilə fərqlənən Lənkəran ovalığı əhalinin sıx məs-
kunlaşmasına imkan yaratmışdır . Özlərinə yaşayış yerləri və əkin sahələri əldə etmək məqsədilə ovalıq-
da meşələr yox edilmişdir . Başdan – başa relikt hirkan tipli meşələrlə örtülü olan ovalıqda hazırda me-
şəlik kiçik «ləkələr» şəkilində hirkan qoruğunda qalmışdır . Bu meşəlikdə dəmirağac və şabalıdyarpaq pa-
lıd üstünlük təşkil edir . Meşəsizləşdirilmiş ovalığın müasir landşaftı bir – birinə yaxın yerləşən yaşayış
məntəqələrilə vəhdət təşkil edən antropogen landşaftlardır . Ovalıqda 100 m enində ( Cəlilabaddan başla-
yaraq Astara rayonu daxil olmaqla ) salınan meşə zolağında yalnız şabalıdyarpaq palıddan , magistral şo-
se yolu , kənd yolları boyu və tarlaqoruyucu meşə zolaqlarında əsasən həmişəyaşıl ( sərv ) və yarpağı
tökülən ( pekan , palıd , katalpa və s . ) ağac cinslərindən istifadə olunmuşdur .
Xanbulançay su anbarından sitrus bitkilərinin sahələrini suvarmaq məqsədilə su kanalları çəkilmişdir .
Beləliklə , Lənkəran ovalığının təbii landşaftı kökündən dəyişmişdir .
Kürqırağı tuqay meşələri
Azərbaycan respublikası daxilində Kür çayının uzunluğu 900 km – ə çataraq bozqır və yarımsəhra iq-
limli əraziləri kəsib keçir. Çay boyu qrunt sularının səviyyəsi səthə yaxın yerləşdiyindən , vaxtaşırı ətraf
sahələri daşğın suları basdığından meşənin inkişafı üçün əlverişli şərait vardır . Vaxtilə Kürçayı Azərbay-
canda bütün uzunluğu boyu Xəzər dənizinə kimi tuqay meşələrilə əhatə olunubmuş . Hazırda isə bu me-
şələrin yadigarlarına kiçik «ləkələr» şəklində rast gəlinir . Son zamanlar isə bu kimi meşə sahələrinin də
sıradan çıxması təhlükəsi gözlənilir .
Görkəmli təbiətşünas Həsənbəy Zərdabi qeyd etmişdir ki, öz dövründən 50 – 60 il əvvəl Kür çayı sa-
hilləri bütün axarı boyu meşə ilə örtülü olmuşdur .
Akademik A.A.Qrossheym ( 1920,1932) yaxşı vəziyyətdə olan tuqay meşələrini Əli – Bayramlı şəhəri
yaxınlığında və ondan yuxarı ərazilərdə təsvir edirdi . Təssüflər olsun ki , apardığımız tədqiqatlar göstər-
di ki hazırda Əli – Bayramlı şəhəri yanında Kür çayı qırağında yalnız bir – neçə ədəd qurumaqda olan
qovaq ağacı qalmışdır , ondan yuxarıdakı ərazilərdə isə qalan meşə sahələri yaxşı vəziyyətdə olmayıb bu
və ya digər dərəcədə pozulmuşdur .
L.İ.Prilinko (1954) qeyd edirdi ki, tuqay meşələri vaxtilə əyri xətt şəklində Kür çayı boyu Xəzər də-
nizinə qədər çatırmış . Müəllif Qızılağac qoruğu ərazisində , Kür çayının köhnə deltasında allüvial yığın-
lar altında tapdığı ağyarpaq qovağın çürümüş halda kotüklərini vaxtilə burada başdan – başa meşəliyin
qalıqları hesab edir .
Tuqay meşələrinin əsas sahəsi hələ 1920 – ci ilə qədər əkin sahələri və yaşayış yerləri əldə etmək
məqsədilə məhv edilmişdir . Yaxın keçmişdə 20 min hektar Samux meşəsi adı ilə məşhur olan tuqay
meşəsi Mingəçevir dənizinin altında qalmışdır . 10 min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd
su anbarlarının yaradılması məqsədilə qırılıb məhv edilmişdir.
İndi 4 min ha-ya yaxın tuqay meşəsinin yerində( Kirzan sahəsi ) Tovuz su anbarı yaradılması planlaşdı-
rılmışdır .
Hazırda Ağdaş , Bərdə , Ağcabədi və Sabirabad rayonlarında onsuzda pozulmuş tuqay meşələrinin və-
ziyyəti daha da acınacaqlıdır . Burada meşə sahələri başdan – başa otlaqlara ( bütün il boyu ) çevrilmişdir . Hər
il Kürboyu meşə təsərrüfatları ərazilərində fermer və qaçqınların qoyun və qaramal sürüləri otlayır . Bunun
nəticəsində təbii və süni salınmış meşələr seyrəlir , kolluqlara çevrilir , gələcək nəsli kəsilir , meşəsizləşdirmə
intensiv gedir . Kürqırağında meşə yox edilən sahələri yulğun kolluqları , qamışlıq, bataqlıqlar tutur .Yevlax , Sa-
birabad , Hacıqabul rayonlarında meşənin yerində kənd təsərrüfatı bitkiləri sistemsiz suvarıldığından sahələr
şorlaşır və ya bataqlığa çevrilir.
Kürboyu meşə sahələrinin eni Ağstafa və Ağdaş rayonlarının bəzi yerində 4 – 6 km – ə çatır . Əgər meşə-
nin enini çayın hər iki sahilində 1.0 – 1.5 km qəbul etsək ( minimum götürürük ) onda 900 km – lik məsafədə
277
180 – 270 min ha meşə olardı .İndi isə Kürboyu ərazidə meşə ilə örtülü sahə 18 min ha – ra yaxın olub , özü
də bu və ya digər dərəcədə pozulmuş haldadır. Deməli, Kürqırağı tuqay meşələri azı 10 – 15 dəfə azalmışdır
, yəni 160 – 250 min ha sahə meşəsizləşdirilmişdir .
Dağlıq zonanın meşəsizləşdirilməsi
Respublikamızın ayrı – ayrı dağ sistemlərində meşəsizləşdirmə prosesi müxtəlif səbəblərlə bağlıdır .Bütün
dağ regionlarında meşəsizləşdirmə meşənin yuxarı sərhədi ( MYS ) üçün daha səciyyəvidir . Dağlıq şəraitdə
meşə örtüyü müəyyən yüksəkliyə qədər yayılır . Həmin hündürlükdən yuxarıda ağac bitkisinin inkişafı üçün
şərait pisləşir və meşənin yerini subalp və alp bitkiliyi tutur . Meşənin iqlim və ya təbii yuxarı sərhədinin vəziy-
yəti ərazinin iqlimi ilə sıxı bağlıdır . Bu istiqamətdə tədqiqat aparan alimlərin çoxu (Berq , 1938 ; Soçava , 1944 ;
Tolmaçev , 1931 ; Radde ,1901, Brokman – Yeroş, 1919 ) meşənin təbii sərhədini əsasən iqlimin kontinentallı-
lıq dərəcəsi ilə izah edir. Bu nəzəriyyəni 1919 – cu ildə ilk dəfə Brokman – Yeroş irəli sürərək göstər-
mişdir ki , okean iqlimi MYS – nin aşağıdan, kontinental iqlim isə əksinə, yuxarıdan keçməsinə şərait ya-
radır. Başqa bir alman alimi V.Koppen də 1926 – cı ildə bu fikrə tərəfdar çıxaraq 10
0
iyul izotermini
ağac bitkisinin inkişafı üçün son hədd hesab edir .V.Z.Qulisaşvili (1954) belə qanunauyğunluğun Cənubi
Qafqaz şəraiti üçün də uyğun gəldiyini göstərir .
Əgər 10
0
iyul izotermini meşənin iqlim (təbii) sərhədi qəbul etsək , qışı rütubətli keçən və soyuq iqli-
mə malik olan Böyük Qafqazda və Kiçik Qafqazın şimal yamacı rayonlarında (Göy – Göl , Gədəbəy ,
Daşkəsən ) bu sərhəd 2600-2650 m – dən , qışı quraq keçən nisbətən kontinental , soyuq iqlimə malik olan
Kəlbəcər və Laçın rayonlarında 2800 m – dən , yayı quraq kontinental iqlimli olan Naxçıvan zonasında
isə 3 000 metrdən keçməlidir .
Apardığımız tədqiqatlar göstərir ki , respublikamızda insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində
MY iqlim sərhədi böyük dəyişikliyə uğramışdır və təbii sərhədində demək olar ki ,meşə bitkisinə təsadüf
edilmir . Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında orta hesabla 1600-2000 m
hündürlükdən keçir .Bu hündürlük isə iyul ayının orta temperaturu 14-17
0
olan yüksəkliyə uyğun gəlir .
Böyük Qafqazın cənub-şərq yamacının (Şəki – Zaqatala zonası) yuxarı dağ qurşağında yamaclar çox
dik və kəsgin parçalanmış olduğundan burada yaşayış məntəqələri əsasən aşağı, bəzən isə orta dağ – me-
şə qurşağında yerləşir .Bu ərazidə qədim zamandan bəri əkinçilik Qanıx – Həftaran vadisində, qismən
aşağı dağ-meşə qurşağında inkişaf etmişdir. Odur ki, meşənin yuxarı iqlim sərhədinin aşağı düşməsinə
əsas səbəb uzunmüddətli köçəri maldarlığın yaylaq zonasında və meşənin yuxarı sərhədində sistemsiz
otarılması olmuşdur,burada meşənin iqlim sərhədi geri çəkilən əraziləri çəmən və bozqır- çəmən bitkiləri
əvəz etmişdir.
Tədqiqatlarımız göstərdi ki , Qax rayonunda Qaşqaçay hövzəsində azmeylli cənubi – şərqi yamacda
MYS 1450 m – ə , ona qonşu Kürmükçay hövzəsində İlisu kəndi ətrafında azmeylli yamacda 1550 –
1650 m – ə endirilmişdir , rayonda Ləkitçay hövzəsində MYS 1750 – 1850m, Qumçay hövzəsində 2000-
2100 m- dən keçir . Şəki rayonu Kişçayının qolları olan Duluzdərə və Qaynar çayları hövzələrində MYS
1750 – 1800 m , Qəbələ rayonunda Dəmiraparançayı hövzəsində «Yüngə» yaylağı sahəsində 1450 m- ə
endirilmiş , ona yaxın çox dik qayalı yamacda isə meşə 2150 m – ə qalxır , Vəndamçay hövzəsində «At-
bulaq» sahəsində MYS 1600 m , çox dik yamacda isə 2100 m- dən keçir .
Böyük Qafqazın cənub yamacının şərq qurtaracağında meşəsizləşdirmə bütün dağ qurşaqlarında mü-
şahidə olunur .Pirsaatçayı hövzəsində yuxarı dağ – meşə qurşağı tamamilə sıradan çıxarılmış , orta dağ –
meşə qurşağında meşə yalnız sağ sahil yamacda qalmışdır . Qozluçay hövzəsinin meşəlik dərəcəsi 5 % -
dən aşağıdır: burada orta dağ – meşə qurşağında kiçik sahələrdə güclü pozulmuş halda fıstıq və palıd
meşəsi qalmışdır. Qozluçaydan şərqə Çikilçay və Çebotarçay hövzələri tamamilə meşəsizləşdirilmiş, yerin-
də bozqırlar və törəmə tipli kolluqlar formalaşmışdır.
Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp zonasında və orta dağ – meşə
qurşağında isə ərazinin relyefinin nisbətən sakit olması , dağarası çökəkliklərin mövcudluğu qədim za-
manlardan bəri insanları özünə cəlb etmiş , yaşayış məntəqələri əsasən burada cəmləşmişdir. Bununla əla-
qədar Böyük Qafqazdan fərqli olaraq meşənin iqlim sərhədinin aşağı enməsində , orta dağ – meşə qurşa-
ğının meşəsizləşdirilməsində maldarlıqla yanaşı , həm də əkinçiliyin inkişafı böyük rol oynamışdır . Uzun-
müddətli əkinçilik və maldarlığın birlikdə təsiri nəticəsində meşə demək olar ki , heç harada öz təbii
sərhədində qalmamış , bir çox yerlərdə subalp tipli meşə tamamilə sıradan çıxarılmış, onu dağ çəmənləri ,
kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz etmişdir .Bununla əlaqədar bu zonada meşəlik faizi kəskin aşa-
ğı düşmüşdür .
Kiçik Qafqazda meşənin iqlim sərhədinə uyğun seyrək alçaq boylu subalp meşələrinə olduqca kiçik
«ləkələr» şəklində rast gəlmək olar. Gəncəçay və Tərtərçay hövzəsində dəniz səthindən 2200-2350 m
yüksəklikdə kiçik sahələrdə tozağac meşəsi vardır , ona vələs , şərq palıdı qarışır. Gəncəçayın sol sahilin-
də dəniz səthindən 2400 – 2500 m yüksəklikdə sıx ardıc kollarına rast gəlinir .Zəyəmçayın mənbəyində
278
sürünən formalı ardıc kolları qalıqları dağların lap zirvəsinə qədər , 2600-2700 m yüksəkliyə qədər qalxır
.
Kürəkçay hövzəsində dəniz səthindən 2350-2500 m hündrlükdə Kəpəz dağının uçqunlarında alçaq
boylu (2 m) əyri gövdəli tozağaclarına rast gəlinir , bəzən ona quşarmudu və keçisöyüdü də qarışır . Ora-
da bu ağacların mövcudluğunu yerin keçilməzliyi və təsərrüfat cəhətdən yararsızlığı ilə izah etmək olar.
Kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında dəniz səthindən 3000 m yüksəklikdə
ardıc kolları bitir. Ordubad rayonunun «Tillək» sahəsində dəniz səthindən 2400-2600 m yüksəklikdə kiçik
qruplar şəklində qarışıq palıd, göyrüş, ağcaqayın, titrəkyarpaq qovaq və tozağacı meşə qalıqlarına təsadüf
edilir.
Talış dağlarında əkin sahələri əldə etmək və kəndlər salmaq məqsədilə meşəsizləşdirmə ən çox orta
dağ - meşə qurşağında aparılmışdır. Burada meşənin müasir yuxarı sərhədi 1500 – 1800 m yüksəklikdən
keçir, bəzi yerlərdə (Alar, Lerik və Sori yaşayış məntəqələri ətrafında , MYS 1100 – 1300 m – rə endiril-
mişdir.
Respublikamızın bütün dağ sistemlərində yaşayış məntəqələri aşağı dağ meşə qurşağına yaxın duzən
ərazilərində yerləşdiyindən meşənin aşağı sərhədi süni olaraq yuxarı qaldırılmışdır. Məs., Qax rayonu ərazi-
sində kənd təsərrüfatında istifadə olunan meşəsizləşdirilmiş sahələrə 500 – 1000 , bəzi yerdə 1400 m , İs-
mayıllı rayonunda 600 – 700 , bəzi yerdə isə 1000 – 1300 m hündürlükdə rast gəlmək olar . Yuxarıda de-
yilənlərdən görünür ki, resrublikamızın müxtəlif dağ sistemlərində meşəsizləşdirmə bütün dağ qurşaqla-
rında müşahidə olunur.Güman etmək olar ki, dağ meşələrimizin yarıdan çoxu antropogen təzyiqlər nəti-
cəsində sıradan çıxarılmışdır. Mövcud meşələrimiz isə bu və ya digər dərəcədə deqradasiyaya məruz qal-
mışdır.
Dostları ilə paylaş: |