MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə54/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

Nonparel sortu. Kaliforniyadan gətirilərək, Nikita Botanika bağında introduksiya olunub, dünyanın hər 

yerində becərilir. Bu sort Orta Asiyanın əlverişli iqlimi olan əraziləri və Abşeron üçün rayonlaşdırılmışdır. Or-

taboylu (4-6 m) ağacdır. Meyvələri orta irilikdə, oval formalı, qabığı açıq sarı  rəngdə olub hamardır. 

Kağızqabıqdır, asan sınır. Ləpə  çıxarı 50-60%-dir. Ləpələri yağlı (52-57%), dadlı  və  şirindir. Azərbaycanda 

geniş becərilir. Şamaxıda apreldə, Zəngilan və Dəvəçidə martda çiçək açır. Burada 7 yaşlı ağacların boyu 2,0-

3,0 m-ə çatır. Nonparel sortu üçün Dreyk, Texas, Nek-Plyus-Ultra yaxşı tozlayıcı hesab olunur.  



Nikita-62 sortu iri  ağac olub, (5-7 m) dağınıq çətirlidir.  Şaxtaya davamlıdır.  İri meyvəsi olub, yumşaq 

qabıqdır. Bir ədəd meyvəsinin çəkisi 4,4 q-dır. Ləpə  çıxarı 40,3%, yağlılığı 57,1%-dir, dadlı  və  şirindir. 

Şamaxıda terraslarda 8 illik ağacın boyu 2,8-3,0 m-dir. Gec çiçək açır. Zəngilan və Dəvəçi rayonlarında martda, 

Şamaxıda isə aprelin ikinici ongünlüyündə çiçəkləyir.  



Nikita-2240  gecçiçəkaçan sort olub yaz şaxtalarına çox dözümlüdür. Şamaxıda apreldə, Zəngilan və 

Dəvəçidə martda çiçəkləyir.  Şamaxıda yığdığımız meyvəsinin ləpə  çıxarı 38,4% olmuşdur. 7 illik ağacların 

boyu 2,8-3,0 m-ə çatmışdır. 

Krupnoplodnı (irimeyvəli) sortu Nikita – 62 və Nikita – 1 sortlarının calanmasından alınmışdır. Bir 

ağacın orta meyvə  məhsuldarlığı 7,1 kq-dır. Ağacların 7 yaşında boyu 2,8-2,9 m-dir, onlardan 1,50-2,0 kq 

meyvə yığılmışdır. Şamaxıdakı terraslardan yığılan badam meyvəsinin ləpə çıxarı 39,8% olmuşdur. Ləpəsi şirin 

və ləzzətlidir, yağlılığı 61,1%-dir.  



Predqornı sortu yaz şaxtalarına çox davamlıdır.  Şamaxıda aprelin ikinci ongünlüyündə, Zəngilan və 

Dəvəçidə martda çiçək açır. Dəmyə  şəraitində 5 kq-a qədər meyvə verir. Tədqiqat sahəsində 7 illik ağacların 

boyu 2,8-3,1 m-dir. Bu yaşda hər ağac 1,5-2 kq meyvə verir. Şamaxıdan yığılan meyvələrinin ləpə çıxarı 45,6%, 

yağlılığı 51,4% olmuşdur.  



Vınoslivı sortu. Şamaxıda terraslarda becərilir. Uzun müddət dinclik dövrü keçirir. Gec çiçəkləyir, 

Şamaxıda apreldə çiçək açır, təcrübə sahəsində meyvələrin ləpə çıxarı 56,4% olmuşdur. Tozlayıcısı əsasən pri-

morski, sovetski, desert sortlarıdır. Şamaxıda 7 yaşlı ağacların boyu 3 m, diametri 6,3 sm-dir.  

Nazikqabıq sort. Şamaxı və Zəngilan rayonlarında toxumla və şitillə becərilir. Şamaxıda 7 illik ağaclar 1,5 

kq meyvə  gətirir, onların ləpə  çıxımı 45,6% olmuşdur. Tozlayıcısı desert, Yalta, Nonparel və Nikita 

gecçiçəkaçan sortlarıdır.  

Kağızqabıq, ləpəsi asan çıxan badam sortu erkən çiçəkləyir. Şamaxıda martın ortalarında çiçək açmışdır. 

Buradakı 7 yaşlı  ağacların boyu 2,8-3,0 m, diametri isə 7,5 sm-dir. 1979-cu ildə çiçəklərini  şaxta vurmuş  və 

meyvə məhsulu olmamışdır. 1982-ci ildə Şamaxıda yığılmış meyvəsinin ləpə çıxımı 50,5% olmuşdur.  

Terraslarda qərzəkli ağac cinslərinin daha yaxşı inkişaf etməsi və eroziyaya qarşı daha effektli nəticə 

verməsi üçün yeni səmərəli qarışdırma sxemi tətbiq edilmişdir. Belə ki, Ağsu,  Şamaxı, Dəvəçi və  Zəngilan 

rayonlarında püstə və badam terraslarda eldar şamı ilə cərgələrdə qarışdırılmış, eyni zamanda hər 3 ağac cinsi 

sırf cərgələrlə  əkilmişdir. Terraslar arasında qalan zolaqlarda isə kol cinsləri – sumaq, ölməz kol və göyəm 

əkilmişdir. Belə sxemlə yaradılmış meşə-bağlar öz yerüstü hissələri və kök sistemləri ilə yamaclarda eroziya 

prosesinin qarşısını müvəffəqiyyətlə ala bilir. 1968-ci ildən başlayaraq indiyə  qədər göstərilən rayonların 

ərazisində terraslarda salınan belə meşə-bağların sahəsi 2007 hektar təşkil edir. Bu meşə-bağların  ən jeniş 

massivləri Dəvəçi və Siyəzən rayonları  ərazisində olub 1000 hektara yaxındır. Burada yarımsəhra  şəraitində 

vaxtilə daşlı, bəhrəsiz olan yamaclar indi təbiətin yaşıl bir guşəsinə çevrilmişdir. Ağaclar boya-başa çatdıqca bu 

dağların gözəlliyi ilbəil artır. 1983-cü ildən başlayaraq terraslarda salınacaq yeni meşə-bağlarda əkin sxemlərinə 

daş palıd, iydəyarpaq armud və Krım şamı, zeytun da daxil edilmişdir.  

Elmi-tədqiqat işlərinin nəticələri və ayrı-ayrı rayonlarda mövcud olan qərzəkli ağacların tədqiqi göstərdi ki, 

respublikamızın əksər regionlarında, o cümlədən, Böyük və Kiçik Qafqazın aşağı dağ-meşə qurşağı və dağətəyi 

massivlərində, Naxçıvan zonasında, Abşeronda qiymətli püstə və badam sortları yetişdirmək, onların sahəsini 

genişləndirmək olar. Hazırda respublikamızın ayrı-ayrı rayonlarında eroziyaya uğrayaraq kənd təsərrüfatı 

bitkiləri üçün yararlı olmayan torpaqların sahəsi 100 min hektara çatır. Bu ərazilərdə püstə və badamdan istifadə 

edib bağlar, meşə-bağların salınması respublikamızda meyvəçiliyin inkişaf etdirilməsinə kömək edəcəkdir. 

Salınacaq yaşıllıqlar bəhrəsiz quru, daşlı yamacları cana gətirəcək, oranın iqlimini yaxşılaşdıracaq, ov 

heyvanları və quşların çoxalması, ərazinin estetik vəziyyətinin daha da gözəlləşməsi üçün zəmin yaradacaqdır.   

 

14.13. Azərbaycanda mövcud tarlaqoruyucu meşə zolaqları 

Respublikamızda kənd təsərrüfatı istehsalının əsas hissəsi iqlimi quraq keçən yarımsəhra aran rayonlarında 

yerləşir. Burada bitkinin normal inkişafını təmin etməkdə digər aqrotexniki tədbirlərlə yanaşı, təbii meşəliklərin 

mühafizəsi və bərpası, həmçinin tarlaqoruyucu və irriqasiya meşə zolaqlarının salınması da mühüm rol oynayır. 



 

316


Belə ki, təbii meşələr və süni salınmış meşə zolaqları vegetasiya dövründə əkin sahələrini isti, quru və soyuq 

küləklərdən, temperatur dəyişkənliyindən qoruyur. Havanın, torpağın nəmliyi artır, mikroiqlim amillərini tənzim 

etməklə kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul götürülməsi üçün əlverişli şərait yaradır. Ovalıqda 

təbii meşələrin və meşə zolaqlarının müasir vəziyyəti, onların mikroiqlimə (havanın və torpağın temperaturuna, 

nəmliyinə, küləyin sürətinə), kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin öyrənilməsi, təbii meşələrin 

bərpası, tarlaqoruyucu və irriqasiya meşə zolaqlarının salınması üzrə  tədbirlərin aşkar edilməsi bu baxımdan, 

xüsusi aktuallıq kəsb etməklə regionun iqtisadi-sosial inkişafında mühüm əhəmiyyət daşıyır.  

Dövlət və digər məqsədli meşə zolaqları  

Respublikamızda dövlət qoruyucu meşə zolaqlarının  və digər məqsədli meşəliklərin, yaşıllıqların salınması 

işinə  əsasən 1950-ci ildən sonra Azərbaycan SSR Nazirlər Sovetinin 12.11.1949-cu il qərarından sonra 

başlanılmışdır. Bu qərardan sonra 10 il müddətində meşə zolaqlarının və digər növ meşəliklərin salınması üzrə 

kompleks perspektiv planın həyata keçirilməsi nəzərdə tutulmuşdur.  Bu plana aşağıdakılar daxil edilmişdir: 

1. Mövcud texniki layihə  əsasında 17871 ha sahədə 1096 km uzunluğunda 12 dövlət meşə zolaqlarının 

salınması (cədvəl 14.3). 1950-53-cü illər ərzində artıq 1381 ha meşə zolaqlarının salınması həyata keçirilmişdir. 

2. Kolxoz və sovxozların kənd təsərrüfatı sahələrində tarlaqoruyucu meşə zolaqlarının salınması. Bu zolaq-

lar dəmyə şəraitində səpin sahələrinin 3%-i, suvarılan əkin sahələrinin isə 2,5%-ni təşkil etməlidir. Respublika 

ərazisində tarlaqoruyucu meşə zolaqlarının sahəsi 20 min ha, o cümlədən Kür-Araz ovalığı rayonlarında 12 min 

ha nəzərdə tutulmuşdur.  

3. «Aqromeşəlayihə» tərəfindən hazırlanmış layihə əsasən Kür-Araz ovalığı ərazisində Kür çayının hər iki 

sahili boyu 18600 ha sahədə tuqay meşələrinin bərpası və rekonstruksiyası işlərinin aparılması. 

4. Magistral (yuxarı Qarabağ, Baş Şirvan) və bölüşdürücü suvarma kanalları, kollektorlar boyu 47 min ha 

sahədə irriqasiya meşə zolaqlarının salınması. 

5. Kənd təsərrüfatına yararsız sahələrdə, o cümlədən qobular və yarğanlarda 10 min ha, o cümlədən Kür-

Araz ovalığında 6 min ha sahənin meşələşdirilməsi.  

6. Meşəsiz, eroziyaya uğramış sahələrdə və qumluqlarda 10 min hektar sahədə meşələrin salınması. 

7. 1000 ha sahədə  qərzəkli (qoz meyvəli), 10 min ha sahədə tut (çəkil) plantasiyası, 18 milyon ədəd tut 

ağacının əkilməsi. 

8. Dəmiryolu və şosse yolları boyu 715 ha qoruyucu meşə zolaqlarının salınması.  

9. Abşeronda 3000 ha sahədə zeytun massivlərinin salınması.  

10. Bakı şəhəri ətrafında 1000 ha sahədə yaşıllıq zonasının yaradılması.  

Beləliklə, 10-15 il ərzində 100 min ha sahədə, o cümlədən Kür-Araz ovalığında 70 min ha-ya yaxın 

meşələrin salınması planlaşdırılmışdır.  

1950-51-ci illərdən başlayaraq respublikanın  əməkdar meşəçisi  İ.S.Səfərovun başçılığı ilə Azərbaycanda 

meşə zolaqlarının salınması işinə başlandı. Meşə zolaqlarında ən çox palıd növlərinə (şabalıdyarpaq, uzunsap-

laq, iberiya palıdı) üstünlük verilmişdir. Palıd toxumlarının səpini T.D.Lısenkonun yuva üsulu ilə aparılaraq ona 

müəyyən dəyişikliklər edildi (Səfərov, 1958). Məlum olduğu kimi, T.D.Lısenkonun yuva metodu ilə  səpin 

aparıldıqda paket şəklində olan yuvada çala yerləşdirilir. Bu üsul əsasən dəmyə şəraitində istifadə olunmuşdur. 



 

317


Cədvəl 14.3.  

 

Azərbaycan SSR-də dövlət qoruyucu meşə zolaqlarının salınması göstəriciləri (Azərb. SSR Nazirlər 

Sovetinin 12.11.1949-cu il tarixli qərarına əsasən) 

 

M/



sayı 

Dövlət qoruyucu 

meşə 

zolaqlarının 



adları  

Sahəsi, 


ha 

Uzun-


luğu, 

km-lə 


Zola

ğın 


sayı 

Hər 


zolağın 

eni, 


 m 

Zolaq


lar 

arası 


məsaf

ə, m 


Xəzəryanı  

Nizovaya st. –

Giləzi-  Abşeron 

mayakı 

2256,2 205,1   



 

 

- - 1 



60 

 

- - 2 



100 

200 


Xıllı-


Astraxanbazar 

3134,4 109,3  3 

100 

200 


Lənkəran  

Masallı-

Yenikənd 

Viləşçayın 

mənsəbi-


Astaraçay 

569,2 88,2  -  - 

- - 2 


100 

200 


- - 1 

60 


 

Muğan-Şirvan  



Korxuru k. –

Şahsevən 

Şahsevən k. – 

İmişli  


İmişli-Ağsu 

2637,8 211,7  - 



- - 1 



60 

- - 2 



60 

100 


- - 2 

100 


200 

5 Mil-Şirvan 2500,8 

134,0 



100 



200 

Şirvan 



Xıllı-Əli 

Bayramlı  

Əli Bayramlı-

Qovlar  


3666,3 117,9  - 



- - 3 

100 


200 

- - 4 


100 

200 


 

 

 



 

 

7 Qarabağ-Şəki   



1842,2  109,0 

100 



200 

8 Qasım İsmayılov   284,6 

29,8 



100 



9 Gəncə 281,6 

30,0 



100 



10 


Şəmkir  

240,6 


13,8 

100 



11 Tovuz 

163,8  17,1  1  100  - 

12 Qazax 

 

591,8  30,5  2  100  200 



 

Cəmi  

17871 

1096 

 

 



 

Suvarılan  şəraitdə yuvaların belə yerləşdirilməsində  əkinlərin suvarlıması  çətinləşir. Bunu nəzərə alaraq 

«Aqromeşəlayihə» idarəsi texniki layihə  tərtib edərkən  əsas ağac cinsi kimi istifadə olunan palıdın səpinini 

yuvanı suvarma şırımının hər iki tərəfində üç çala yerləşdirərək 6 çala üsulunun tətbiqini təklif etdi. Suvarma 

zamanı belə çalalar rütubətlə yaxşı  təmin olunur. Suvarma şırımlarının dərinliyi 35-40 sm, palıd qozalarırın 

torpağa 8-10 sm dərinliyində basdırılması yaxşı nəticə vermişdir.  



Mil-Şirvan dövlət qoruyucu meşə zolağı 1950-ci ilin payızında salınmışdır. O, başlanğıcını Xalac 

dəmiryolu stansiyasından başlayaraq Beyləqan, Ağcabədi, Zərdab və Ucar rayonlarını  kəsib keçir və Göyçay 

şəhərinin yaxınlığında qurtarır.  

Meşə zolağı iki lentdən (zolaqdan) ibarət olub hər birinin eni 100 m, zolaqlar arasındakı  məsafə 200 m, 

ümumi zolağın uzunluğu 134 km, ümumi sahəsi 2,5 min hektardır. Zolaq 6 çalalı yuva üsulu ilə salınmışdır. 

Meşə zolağı sistematik olaraq ildə 3-4 dəfə suvarılmışdır. Əsas ağac cinsi olaraq uzunsaplaq palıddan istifadə 

olunmuşdur, toxumlar (qozalar) yaxınlıqda olan uyğun meşəbitmə  şəraitindən- Sultanbud palıd – saqqız 

(Qarabağ düzü) meşə sahəsindən toplanmışdır. Köməkçi ağac cinsləri kimi tut və  ərikdən istifadə edilmişdir. 

Zolağın Göyçay sahəsində göstərilən ağac cinsləri ilə yanaşı, şaftalı, adi qoz və daryarpaq iydədən də istifadə 

olunmuşdur. İ.S.Səfərov (1958) 6-7 yaşında bu zolaqları tədqiq edərkən palıdların boyu 4 m, ərik, iydə və adi 

qozun hündürlüyü 5-6 metrə çatmış, zolağın orta hündürlüyü 2,5 m olmuşdur.  

Qazax meşə zolağı  təpəli relyef şəraitini kəsib keçir, ona görə meşə  əkinləri çox vaxt dəmyə  şəraitində 

yetişdirilmişdir. Enli palıd cərgələri arasında  ərik, tut, şaftalı, sarı akasiya və b.-dan da istifadə olunmuşdur. 



 

318


Dəmyə  şəraitində olan sahədə palıd ilk iki ildə  dənli bitkilərlə (çovdar və yazlıq arpa) birlikdə becərilmişdir. 

Dənli səpinlər ağacların bitişinə  və boyuna mənfi təsir göstərir. Relyefin hündür yerlərində bitiş faizi aşağı 

olmuş, bəzən 10%-ə enmişdir. Relyefin nisbətən düz hissələrində əkinin bitiş faizi 60-70% olmuşdur.  

Kür-Araz ovalığında və Gəncə-Qazax düzündə meşə zolaqlarının tədqiqi göstərir ki, torpaqdan səmərəli 

istifadə etmək məqsədilə birinci iki ildə zolaqlarda dənli bitkilər deyil, cərgəaraları becərilən bitkilərin 

(qarğıdalı, günəbaxan, kartof, bostan) səpinindən istifadə etmək məqsədə uyğundur.  

Kür-Araz ovalığında hətta ilin soyuq dövrlərində, çox vaxt yazın əvvəlində də quru küləklər əsir, bu zaman 

qışda yarpağını tökən ağaclar öz qoruyucu rolunu oynaya bilmir. Bunu nəzərə alaraq ovalığın mərkəzi 

hissəsində əsas ağac cinslərinin tərkibinə eldar şamı da əlavə etmək lazımdır. Bu ağac cinsinin bu rayonlarda 

20-25 yaşında boyu 14-18 metr, yoğunluğu 24-28 sm-ə çatır. Bununla yanaşı, digər həmişəyaşıl ağac 

cinslərindən (zeytun, sərv, daş palıd və s.) istifadə edilməsi məsləhətdir.  

Meşə  Təsərrüfatı Nazirliyinin (1980) məlumatına  əsasən müxtəlif meşə  təsərrüfatları tabeçiliyində 

aşağıdakı dövlət qoruyucu meşə zolaqları mövcuddur (9543 ha). Bundan başqa Baş  Şirvan kanalı  və Yuxarı 

Qarabağ kanalı boyu 2000 ha sahədə irriqasiya meşə zolaqları salınmışdır.  

Mövcud qoruyucu meşə zolaqları  

Ağdaş meşə təsərrüfatı – 957 ha 

Ağstafa meşə təsərrüfatı – 837 ha 

Astara meşə təsərrüfatı – 32 ha 

Bərdə meşə təsərrüfatı – 360 ha 

Dəvəçi meşə təsərrüfatı – 231 ha 

Beyləqan meşə təsərrüfatı – 987 ha 

Yalama meşə təsərrüfatı – 123 ha 

Gəncə meşə təsərrüfatı – 487 ha 

Lənkəran meşə təsərrüfatı – 140 ha 

Ağdərə meşə təsərrüfatı – 234 ha 

Masallı meşə təsərrüfatı – 742 ha 

Sabirabad meşə təsərrüfatı – 1314 ha 

Tovuz meşə təsərrüfatı – 184 ha 

Ağcabədi M.M.S. – 1480 ha 

Şəki M.t. – 314 ha 

Xırdalan M.t. – 511 ha 

Yevlax meşə tingliyi – 610 ha 



Cəmi: 9543 hektar 

1949-cu il Nazirlər Sovetinin qərarına əsasən meşə zolaqlarının və digər məqsədli meşəliklərin salınması 

üzrə nəzərdə tutulan planın, layihənin çoxusu yerinə yetirilməmişdir. Plan üzrə əsasən dövlət meşə zolaqlarının 

çox hissəsi, qismən isə, magistral suvarma kanalları, dəmir yolu və avtomobil yolları ətrafında qoruyucu zolaq-

lar salındı. Son illərdə dərc olunan məlumatlarda qeyd edilir ki, məlum səbəblərdən mövcud meşə zolaqlarının 

çox hissəsində qanunsuz qırıntı işləri aparılır, mal-qara sürüləri otarılır.  

Meşəsiz quru iqlim şəraitində yaradılmış meşə zolaqlarının tədqiq edilməsi, çox yerdə  ətrafının 

çəpərlənməsi və müvafiq meşəlik tədbirləri yerinə yetirməklə  bərpa olunması, yeni tarlaqoruyucu meşə 

zolaqlarının salınması günün vacib məsələsi sayılmalıdır.  

Kürqırağı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına 

kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın,  Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq, 

burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da 

gözəlləşməsi üçün zəmin yaradacaqdır.  

 

14.14. Tarlaqoruyucu meşə zolaqlarının salınması 

Yuxarıda qeyd edildiyi kimi Kür-Araz ovalığında duzlu torpaqların yayılması, minerallaşmış qrunt sularının 

səthə yaxın yerləşməsi torpaqların meliorasiya baxımından əlverişsiz olduğunu göstərir. Burada aşağıdakı kimyəvi 

tərkibli düzlü torpaqlar mövcuddur: xlorlu-sulfatlı və sulfatlı. V.R.Volobuyevə (1948) görə Kür-Araz ovalığında 

xlorlu-sulfatlı tipli duzlu torpaqlar üstünlük təşkil edir. S.M.Məmmədova (1968) görə bu tipli duzlu torpaqlar ağac 

və kol bitkilərinin bitməsi üçün əlverişli hesab olunur, müəllif bunu duzların nisbətən az toksik olması ilə izah edir.  

Duzlu torpaqlarda meşəliklərin, meşə zolaqlarının salınması üçün duzadavamlı  ağac və kol cinslərinin 

seçilməsi olduqca vacibdir. S.M.Məmmədov (1968) Mil, Şirvan, Qarabağ, Muğan və Salyan yarımsəhralarında 

apardığı geniş  tədqiqatlara  əsaslanaraq bir sıra ağac və kol cinslərinin duzadavamlığını öyrənmiş  və onların 

duzadavamlılıq  şkalasını  tərtib etmişdir. Kür-Araz ovalığının xlorlu-sulfatlı duzlu torpaqları üçün müəllif 5 

aqromeşə şorluq dərəcəsi şkalasını tövsiyə edir: 



I dərəcə – məhdud olmayan (qeyri məhdud) meşə əkini üçün yararlı torpaqlar-quru qalıq 0,40%-ə qədər;  

II dərəcə – meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,41%-dən 0,80%-ə qədər); 

 

319


III dərəcə – məhdud, meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,81%-dən 1,00%-ə qədər);  

IV dərəcə – şərti meşəyəyararlı torpaqlar (quru qalığın miqdarı 1,01%-dən 1,30%-ə qədər); 

V dərəcə – meşə əkini üçün yararsız torpaqlar (quru qalığın miqdarı 1,31%-dən çox).  

Göstərilən aqromeşəşorluq dərəcələri hüdudunda meşə  əkinləri üçün zəif  şorlaşmış (quru qalığın miqdarı 

10qr/l-ə qədər), qrunt sularının səviyyəsi 150 sm-dən dərin, yüksək minerallaşmış (quru qalıq 10 qr/l-dən çox) 

qrunt sularının səviyyəsi 200 sm-dən dərin yerləşən torpaqlardan meşə  əkini üçün istifadə edilməsi məsləhət 

görülür.  

Alimlərin apardığı tədqiqatlar göstərir ki, ağac və kol, həmçinin kənd təsərrüfatı bitkiləri duzlu torpaqlarda 

adaptasiya olunduqda orqanizmdə  dərin daxili dəyişkənlik gedir və bitkilərdə maddələr mübadiləsi davamlı 

olur. Bitkinin qazandığı bu yeni xassələr onun toxumlarında da baş verir. Bu toxumlardan alınan bitkilər daha 

duza davamlılığı ilə seçilir. Odur ki, duzlu torpaqlarda meşə zolaqları salarkən səpin materialı kimi duzlu tor-

paqlarda bitən ağacların toxumlarından istifadə olunması məqsədəuyğundur.  

Kür-Araz ovalığında meşə zolaqları saldıqda həmin ərazidə park, bağ, meşə zolağında mövcud olan yaşlı 

ağac və kolların toxumlarından istifadə edilməsi tövsiyə olunur.  

Kür-Araz ovalığında müxtəlif dərəcədə şorlaşmış torpaqlarda meşə zolaqları və digər məqsədli meşəliklər 

salarkən S.M.Məmmədov (1968) iki üsul məsləhət görür. I üsul cərgələr arası enli götürülməklə eyni ağac 

cinsindən ağaclar suvarma şırımının hər iki tərəfində əkilir. Bu üsulda 2,6 metrdən bir dərin şırımlar açılır və 2 

cərgəli təmiz (sırf) cərgəli lent yaranır. Cərgələr arasında məsafə 0,6 m, cərgədə  ağacların arası isə 0,7 m 

götürülür. Bitkilərin yan cərgələri arasında olan məsafə 2 m təşkil edir. Bu da cərgə aralarında torpağı 

mexanizmlərlə becərməyə imkan yaradır. Lentin özündə isə torpağa qulluq işləri əllə aparılır. Bu üsulla I və II 

aqromeşəşorluq dərəcələrinə aid olan torpaqlarda meşə zolağının salınması məsləhət görülür.  

Meşə zolağının salınmasında 2-ci üsul enli cərgələrlə sıx meşə əkini aparmaqdır. Bu üsulla meşəlik məhdud 

meşəyə yararlı  və  şərti meşəyə yararlı torpaqlar üçün nəzərdə tutulur. Bu üsulla meşə zolağı saldıqda 

mərkəzlərinin arası 1,5 m olan iki dərin şırım açılır. Sonra 3 m məsafə qoyulur və yenidən iki şırım açılır və s. 

Əkin (səpin) şırımların hər iki döşündə aparılır. Beləliklə, iki lentdən ibarət 4 cərgəli zolaq yaranır. Lentlərin eni 

2,1 m, lentlər arası məsafə isə (enli cərgələr) 2,4 m təşkil edir.  

Duzlu torpaqlar üçün təklif olunan sıx və  sırf (təmiz) bioqruplar halında  əkinlərdə müxtəlif ağaclar bir-

birinə mənfi təsir göstərmir və vahid sahədə ağac və kollar yuxarı yaşlarında lazım olan miqdarda qalır. Bununla 

yanaşı, ağaclar arasında mexanikləşdirilmiş qulluq işləri üçün geniş imkan yaranır.  

Kür-Araz ovalığının duzlu torpaqlarında meşə zolaqları yetişdirildikdə ağacların ilk yaşlarında torpağa qul-

luq etməklə yanaşı, onların çətirləri birləşən dövrə  qədər suvarmanın aparılması da mühüm şərtlərdən sayılır. 

Suvarmanın sayı vegetasiya dövründə meteoroloji şəraitdən, zolağın yaşından, torpağın səthindən, ağac və kol 

cinslərinin bioloji xüsusiyyətlərindən və digər faktorlardan asılıdır (cədvəl 14.4.). 

Zolaqdakı  ağaclar iki yaşına çatdıqda qış suvarması da aparılmalıdır. Qeyri-məhdud yararlı  və meşəyə 

yararlı (I-II dərəcə) torpaqlarda qış suvarması bir dəfə (noyabr-dekabr), məhdud meşəyə yararlı və şərti yararlı 

(III-IV dərəcə) torpaqlarda isə iki qış suvarmasının (1-ci dekabrda, 2-ci isə fevralda) aparılması tövsiyə olunur. 

Aparılan təcrübə  işləri göstərir ki, lentlərdə  və zolaqlarda aqrotexniki qaydalara düzgün riayət edildikdə I-II 

aqromeşəşorluq dərəcəli torpaqlarda 2-3-cü ilində, III-IV dərəcəli torpaqlarda isə 3-4-cü ilində ağacların çətirləri 

tam birləşir. Bundan sonra torpağa  əllə olunan xidmətlər dayandırıla bilər. Geniş  cərgələr arasında isə 

mexanikləşdirilmiş qulluq işləri zolağın çətirləri tam birləşənə qədər davam etdirilir. 

Kür-Araz ovalığının duzlu torpaqlarında ayrı-ayrı aqromeşəşorluq dərəcələrinə uyğun olaraq 

S.M.Məmmədov (1968) meşə zolaqlarının salınması  işlərində  əsasən ağacların aşağıdakı qarışdırma tiplərini 

tövsiyə edir: 

I aqromeşəşorluq dərəcəsi – məhdud olmayan meşəyə yararlı torpaqlar üçün; 

1) palıd – göyrüş tipli (2 lent palıd – 1lent göyrüş və s.); 

2) palıd – qarağac tipli (2 palıd lenti – 1 qarağac lenti və s.); 

3) saqqızağac – qarağac-palıd (2 lent saqqızağac – 1 lent qarağac – 2 lent palıd – 1 lent qarağac və s.); 



 

320


Cədvəl 14.4. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin