14.11. Fıstıq meşələrinin bərpası
311
Dağ meşələri arasında ən geniş yayılan fıstıq meşələridir. Bu meşələr respublika meşə fondunun 32%-ni
təşkil edərək əsasən orta və yuxarı dağ-meşə qurşaqlarının dik yamaclarında yerləşib böyük sutənzimləyici, tor-
paqqoruyucu əhəmiyyətə malikdir.
Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində dağlarımızın çox yerində fıstıq ağacları öz ilkin
quruluşunu itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tipləri əmələ
gəlmişdir.
Pozulmuş və seyrək fıstıq meşələrinin məhsuldarlığını yüksəltmək üçün ən əlverişli üsul meşənin təbii
bərpasına kömək göstərmək tədbiri sayılır. Çox vaxt doluluğu aşağı salınmış fıstıq meşələrində və fıstığı əvəz
edən törəmə tipli ağaclıqlarda meşənin təbii bərpası vələsin və digər azqiymətli ağac cinslərinin üstünlüyü ilə
gedir. Odur ki, fıstıq seyrəkliyində, həmçinin meşə talalarında və meşənin yuxarı sərhədi aşağı endirilmiş
ərazilərdə təbii bərpaya kömək etməklə yanaşı, həmçinin süni fıstıq meşələrinin yetişdirilməsi
məqsədəuyğundur.
Süni fıstıq meşələri səpin və əkin üsulu ilə salınır. Meşənin səpinlə salınması meşəçilik baxımından üstün
olmasına baxmayaraq çox vaxt fıstıq toxumları gəmiricilər, böcəklər və s. tərəfindən məhv edilir. Odur ki, fıstıq
meşəsi salmaq üçün əvvəlcə tinglikdə yetişdirilib sonra onun daimi yerinə köçürülməsi iqtisadi cəhətdən
əlverişli sayılır. Respublikamızda fıstıq meşələrinin süni yolla artırılması işinə demək olar ki, fikir verilmir.
Şəmkirçay hövzəsində (Gədəbəy rayonu) XIX əsrin sonunda (1895-98-ci illər) salınan fıstıq-şam meşəliyi
kiçik sahədə olsa da, böyük elmi və praktiki əhəmiyyət daşıyır. Bu meşəlik bir-birinə yaxın iki sahədə salınıb
dəniz səthindən 1500 m yüksəklikdə, dikliyi 10-15
0
olan yamacın şimal cəhətində yerləşir. Burada fıstıq və adi
şam cərgələrdə 4-5 ədəd yan-yana və ya hər cinsdən tək-tək əkilmişdir. Hazırda burada yüksək məhsuldar
meşəlik əmələ gəlmişdir.
Tədqiqat işləri göstərir ki, fıstığın süni əkinləri yalnız münbit torpağı olan rütubətli şəraitdə yaxşı nəticə ve-
rir. Quru və çox rütubətli torpaq şəraitində isə fıstıq meşəsi salmaq məqsədəuyğun deyildir.
Fıstıq meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış
sahələrdə əksər halda fıstığa rast gəlinmir. Fıstıq kölgə və rütubətsevər bitki olduğu üçün ilk dəfə çılpaq
yamacları tuta bilmir. Həmin sahələri qabaqca əsasən vələs, palıd, ağcaqayın və b. ağac cinsləri və kolluqlar
tutur. Şübhəsiz, müəyyən dövr keçdikdən sonra bu törəmə tipli ağaclıqlar altında torpaq bərpa olunduqca və
meşə mühiti əmələ gəldikcə fıstığın inkişafı üçün şərait yaranacaqdır. Odur ki, fıstığın süni yolla artırılması
seyrək ağaclıqlar olan sahələrdə aparılmalıdır.
Şərq fıstığı meşəsi salmaq üçün aşağıdakı ardıcıl işlərin görülməsi lazımdır: 1) Toxumluq sahənin təşkili; 2)
Toxum tədarükü və onun saxlanılması; 3) Toxumun səpinə hazırlanması; 4) Tingliyin təşkili və ona qulluq
işləri; 5) Meşə əkinlərinin aparılması (Əsədov, Qəribov, Musayev, 1976).
Toxumluq sahənin təşkili üçün yetişmiş fıstıq meşələrində axtarış aparılaraq, «müsbət» ağaclıqlar ayrılır.
Bu ağaclıqlar yüksək taksasiya göstəriciləri, keyfiyyətli toxum vermə və irsi xüsusiyyətlərinə görə ətraf
ağaclıqlardan fərqlənməlidir. Seçilmiş müsbət ağaclıqdakı ən yaxşı ağaclar qeydə alınır.
Yüksəklik qurşaqları üzrə seçiləcək toxumluq sahələrdən toplanan toxum həmin sahədən 200-300 m yuxarı
və ya aşağıda səpilməlidir. Ağaclardan toxumların yığılması oktyabrın 2-ci yarısı, noyabr və dekabr aylarında
həyata keçirilməlidir. Tədarük olunan toxum saxlandığı və səpildiyi dövrdə gəmiricilərə qarşı lazımi mübarizə
tədbirləri görülməlidir. Əks halda gəmiricilər toxumu tamamilə məhv edə bilər.
Fitopatoloji xəstəliklərə qarşı mübarizə məqsədilə fıstıq toxumları payız səpinindən və stratifikasiyadan
əvvəl 0,5 faizli formalin məhlulunda yüngülcə yuyulmalı və dərhal süzülüb açıq havada qurudulmalıdır.
Toxum səpilmək üçün saxlanan sınaq variantlarında aşağıdakı nəticələr alınmışdır: toxum şüşə qabda axar
su altında hava borusu olmaqla saxlandıqda 75%, şüşə qabda ağzı qapalı soyuq binada həftədə 2-3 dəfə
qarışdırmaqla saxladıqda 69%, xəzəl və qar altında xəndəklərdə təbii şəraitdə – 65%, qumla qarışıq halda
saxladıqda 23%, adi kisələrdə saxlandıqda isə cəmi 2% cücərti alınmışdır. İkinci üsul əlverişli olub ucuz başa
gəlir.
Fıstıq toxumları yaxşı saxlandıqda cücərmə qabiliyyətini 150-180 gün saxlayır. Toxumun nəmliyi 10-12%-
dən aşağı olduqda cücərmə qabiliyyətini tamamilə itirir.
Aqrotexniki tələbata uyğun olaraq saxlanmış toxumların yaxşı cücərməsi üçün onu azı 40-50 gün stratifi-
kasiya etmək lazımdır. Toxumların stratifikasiyası üçün yuyulmuş çay və ya dəniz qumundan istifadə olunur.
Toxumlara ziyan verə biləcək göbələk və bakteriyaları məhv etmək üçün hazırlanmış qum yuyulduqdan sonra
yüksək temperaturda qovrulmalıdır.
Toxumlar tinglik sahəsinə yaxın yerdə, meşə çətri altında və toxum saxlanılan soyuq anbarlarda stratifika-
siya edilə bilər. Ən yaxşı üsul toxumların meşə çətri altında qarla stratifikasiya olunmasıdır.
Toxum stratifikasiya ediləcək sahə mümkün qədər yaşayış məntəqələrinə və yola yaxın olmalıdır. Bunun
üçün az qabarıq (təpəcik) formalı yer seçilir və 40-30 sm dərinliyində uzununa xəndəklər qazılır. Hazırlanmış
xəndəklərin dibi ağac toxmaqla tapdanır və 4-6 sm qalınlığında qum, onun üstündən isə 10 sm-ə
qədər qar tökülür, sonra yenidən möhkəm tapdanır. Toxum hər yana bərabər olmaqla 3-4 sm qalınlığında tapda-
nan qarın üstünə yayılır. Sonra qum-qar qatları yenidən təkrar olunur. Beləliklə, xəndəyə 4-6 qat toxum tökülür,
312
axırda yenə üst qatda qumdan sonra 40-50 sm qalınlığında tapdalanmış qar qatı yığılır. Cəmiricilərə qarşı xüsusi
tədbirlər görülməlidir, zəhərləyici maddələrdən və aldadıcı yemlərdən istifadə edilməlidir.
Stratifikasiya olunmuş toxumların rüşeymi qabığı deşdikdən sonra dərhal səpin başlanır. Elə etməlidir ki,
cücərti 4-6 mm-dən artıq olmasın. Cücərti zoğunun çox uzanması səpin işini çətinləşdirir və onun sınması qor-
xusunu artırır.
Yaxşı stratifikasiya olunmuş toxumlar 5
0
temperaturda cücərməyə başlayır. Əgər toxumlar yaxşı
çırtlamamışsa, səpinə 2-3 gün qalmış onlar 10-12
0
istilikdə saxlanıb sonra torpağa səpilməlidir. Fıstıq toxumları
səpinqabağı 5-7 gün suda saxlandıqdan sonra səpildikdə torpaqdan cücərmə qabiliyyəti nəzarətə nisbətən 8-10%
artıq olur. Toxumlar sudan çıxarılıb 10-12 dəqiqə açıq havada çərilib qurudulduqdan sonra səpilir.
Tingliyin təşkili. Tinglik salmaq üçün yer az meylli, gillicəli, münbit torpağı olan yamacın şimal cəhətində
seçilməlidir. Torpaq mütləq entomoloji müayinədən keçirilməlidir. Torpaq adi qaydada hazırlanır. Səpin yaz
(mart, aprel) və ya payız (noyabr, dekabr) aylarında aparılır. Toxumu quş və gəmiriciəlrin məhv etməsi
təhlükəsi yoxdursa, payız səpini daha əlverişlidir. Belə ki, payız səpinində toxumun saxlanması və
stratifikasiyası üçün sərf edilərək əlavə vəsait lazım gəlmir, şitillərin boyu yazdakına nisbətən 2-4 sm artıq olur.
Səpin norması 1 poq. m-ə 20 qram götürülür. Səpin və cücərtilərə qulluq torpağı yumşaltmaq və alaqdan
təmizləməkdən ibarətdir, cərgələr ağac kəpəyi, çürümüş peyinlə örtülür. Zaqatala meşə təsərrüfatının «Pipan»
adlanan sahəsində aparılan təcrübə göstərdi ki, şərq fıstığı kölgələndirmə aparmadan da yetişdirilə bilər, burada
yaz səpinindən sonra cücərtilər ən tezi 20, ən geci isə 51 gün sonra alınır (Əsədov, Qəribov, Musayev, 1976).
Fıstığın toxumlarının optimal səpin dərinliyi 2-3 sm götürülür.
Tinglikdə yetişdirilmiş 1-3 yaşlı şitillər daimi əkin yerinə köçürülür. Şitillərin boyu 12 sm olduqda standart
hesab olunur. Meşə talasında və seyrək ağaclıqda meşə əkinində iri şitillərdən istifadə olunması məsləhətdir.
Belə sahələrdə torpaq çalalar, zolaqlar və kiçik meydançalar şəklində hazırlanır.
Açıq sahədə fıstığın meşə əkini 1x1, 1x1,5 m, mexanizasiya tətbiq edilərsə, 1x2,5 m sxemində
aparılmalıdır. Yerin iqlim və torpaq şəraitinə uyğun olaraq fıstığı cökə, ağcaqayın növləri (çinaryarpaq, gözəl,
trautvetter), şam növləri (qarmaqvari, adi və Krım) ilə qarışıq əkmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi
fıstıq adi şamla qarışıq əkildikdə yaxşı nəticə verir. Belə ki, ilk illər şam fıstıqdan tez boy ataraq kölgəsevər
fıstıq üçün kölgələndirmə rolunu oynayır.
14.12. Kənd təsərrüfatına yararsız yamaclarda
qərzəkli ağac cinslərindən bağların salınması
Respublikamızın dağətəyi zonası rayonlarında kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yararsız olan
eroziyaya uğramış geniş ərazilər mövcuddur. Vaxtilə meşə ilə örtülmüş və ya kənd təsərrüfatında istifadə edilən
bu yamaclar təsərrüfatsızlıq nəticəsində güclü eroziya prosesinə məruz qalmış, barsız-bəhrəsiz sahələrə
çevrilmişdir. Bu yamaclarda bağlar, meşə-bağlar salaraq onları kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq
dövrümüzün ən mühüm problemlərindən biri olan ərzaq proqramının həyata keçirilməsində əsas ehtiyat
mənbəyi sayılır.
Terraslarda bağlar salmaq üzrə ilk təcrübələr 1968-ci ildə Dəvəçi rayonunda meylliyi 20-35
0
olan orta və
şiddətli dərəcədə eroziyaya uğramış yamaclarda aparılmışdır. Ərazinin iqlimi əsasən yayı quraq keçən mülayim-
isti yarımsəhra və quru bozqır iqlim tipinə aiddir. Havanın orta illik temperaturu 12,5
0
-dir. İlin ən soyuq ayında
(yanvar) havanın orta temperaturu 0-3
0
, ən isti (iyul) ayında isə 24,3
0
olur. Yay aylarında bəzən havanın mütləq
maksimum temperaturu 41
0
-dən yüksək olur. Bəzi hallarda havanın mütləq minimum temperaturu -18
0
-yə enir.
Yanvar ayında temperatur 5-2
0
, iyul ayında isə 28-32
0
arasında olur. Havanın orta nisbi rütubətliyi 76% olub il
ərzində 64-84% arasında dəyişir. Yağıntının illik miqdarı 30 mm-dir. Ərazidə yağıntı əsasən payız fəslində
düşür.
Təcrübə sahəsində təbii halda ağac və kol cinsləri yoxdur. Ərazinin Siyəzən şəhəri ilə Gilgilçay arasında
olan sahəsində tək-tək qaramıx və göyəm koluna təsadüf edilir. Ot örtüyü əsasən yovşan və efemerlərdən
ibarətdir.
Zəngilan rayonunda təcrübə işləri aparılan ərazinin təbii şəraiti Dəvəçi rayonu sahəsindən xeyli fərqlənir.
Ərazi qışı quraq, mülayim, yayı isti keçən iqlimi ilə səciyyələnir. Burada havanın orta illik temperaturu 13,3
0
-
dir. Havanın orta temperaturu yanvarda – 1,0
0
, iyulda isə 25,3
0
-dir. Yay aylarında havanın mütləq maksimum
temperaturu 41
0
-dək yüksəlir. Havanın mütləq minimum temperaturu -21
0
-dən aşağı düşür. Havanın orta illik
nisbi rütubətliyi 66% olub, 50-80% arasında dəyişir. Yağıntının illik miqdarı 467 mm-dir, onun ən çox hissəsi
yaz fəslinin axırına düşür, bu, ağac bitkisinin inkişafına müsbət təsir göstərir.
Zəngilan rayonunda terraslarda təcrübə aparılan ərazinin şimal-şərq hissəsində bozqırlaşmış qəhvəyi dağ-
meşə torpağı olub nisbətən qalındır. Vaxtilə bu yamaclarda palıd meşələri olmuşdur. Hazırda ərazidə kol şəklini
almış tək-tək palıd, itburnu, qaratikan kolları bitir. Sahə qorunduğu üçün kolşəkilli palıdlar tədricən ağac
formasını alır.
Şamaxı rayonunda təcrübə işləri dəniz səviyyəsindən 850-950 m yüksəkliklərdə orta və şiddətli dərəcədə
eroziyaya məruz qalmış, meylliyi 20-30
0
olan yamacların şimal-şərq və cənub hissələrində aparılmışdır. Ərazidə
313
havanın orta illik temperaturu 11,1
0
-dir. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 38
0
-dək
qalxır. Qışda bəzən havanın mütləq minimum temperaturu -14-20
0
-dək aşağı düşür. Havanın orta illik nisbi
rütubəti 71% olub, il ərzində 50-86% arasında dəyişir. Yağıntının illik miqdarı 500-600 mm olur. Ərazidə
yağıntı əsasən yaz və payız fəsillərində düşür. Təcrübə aparılan sahənin torpağı bozqırlaşmış qəhvəyi-dağ
torpağıdır. Sahədə kollardan ən çox itburnu, göyəm, murdarça, yemişan, böyürtkan yayılmışdır. Bəzən
iydəyarpaq armud, dağdağan və palıd ağaclarına təsadüf olunur.
Təcrübələr göstərdi ki, eroziyaya uğramış kənd təsərrüfatı bitkiləri üçün yararsız sayılan yamaclarda
düzəldilmiş terraslarda qərzəkli bitkilərin yetişdirilməsi yaxşı nəticə verir. Bu məqsədlə terraslar yamacın
meylliyindən asılı olaraq müxtəlif üsullarla hazırlanır.
Azərbaycanın müxtəlif rayonlarında apardığımız, həmçinin digər mövcud tədqiqatların nəticələri göstərdi
ki, meylliyi 8-14
0
olan yamaclarda təkrar şumlama, 14-18
0
olan sahələrdə plantaj, 18-40
0
-lik yamaclarda isə
buldozerlə düzəldilən terraslar daha effektli olur.
Təkrar şumlama üsulu ilə terraslar düzəltdikdə əvvəlcə yamacda horizontallar üzrə xətlər çəkilir. Sonra isə
adi 4 və ya 5 gövdəli kotanla çəkilən xətlər boyu dəfələrlə birtərəfli şumlama aparılır. Şumlama yamacda terras-
lar alınana qədər davam etdirilir. Qərzəkli ağac cinslərindən 2 cərgəli bağ salmaq üçün yaradılan terrasların eni
6-6,5 m olmalıdır.
Plantaj üsulu ilə terras düzəltdikdə sahə nivelirlənir, terrasların yeri müəyyən edilir. Sonra yamacın yuxarı
hissəsindən başlayaraq plantaj kotanı ilə birtərəfli şumlama aparmaqla torpaq çevrilir və eni 5-5,5 m olan zolaq-
lar yaradılır. Kotanın ilk gedişində şumun dərinliyi - 20, ikincidə – 40, üçüncüdə - 50, sonrakı gedişlərində 70-
80 sm-ə çatdırılır. Zolaqlar arasında 80-100 sm enində şumlanmamış zolaqlar çaxlanılır. Belə zolaqlar yağış
sularının və yuyulmanın qarşısını alır.
Şumlanmış zolaqlarda yamacın yuxarısından başlayaraq qreyderlə terras yatağı düzəldilir. Qreyderin 4-5
gedişindən sonra terras yatağı başa gəlir.
Yamacın meylliyi 15-18
0
-dən çox olarsa, təkrar şumlama və plantaj üsulu ilə terras düzəltmək mümkün ol-
mur. Bu zaman buldozerlə terraslar düzəldilir. Dəvəçi, Şamaxı və Zəngilan rayonlarında püstə və badam bağları
salmaq üçün bu üsuldan istifadə olunmuşdur. Terras düzəldərkən D-492-A universal buldozerindən, VNİİLM
konstruksiyası əsasında yaradılmış T-4 markalı və ya Orta Asiya ETMTİ-nin konstruksiyası ilə düzəldilən TR-
2A markalı terrasdüzəldənlərdən istifadə edilir. Qabaqca terras düzəldilən sahədə torpağın qalınlığı və daşlılıq
dərəcəsi müəyyən edilir, sonra terras açılan yerlər nivelir vasitəsilə nişanlanır və mıxçalarla qeyd olunur.
Maşınla terras düzəldənin yaxşı görməsi üçün mıxçaların boyu 1-1,2 m olmalıdır. Terrasların açılmasına
yamacın yuxarı hissəsindən başlanır. Terrasın yatağı tökmə və kəsmə hissələrə ayrılır. Yatağın 60%-i kəsmə,
40%-i isə tökmə torpaq hissəsindən ibarət olur. Düzəldilmiş terras yatağına çalalar əllə, yaxud da YNY-100
markalı maşınla qazılır. Çalaların dərinliyi əkilən bitkinin və ya səpilən toxumun iriliyindən asılı olaraq müxtəlif
olmalıdır.
Çəkilən terrasların eni 4 m-dən 6 m-ə qədər olub, uzunluğu yamacın relyefindən asılı olaraq 600-800 m
təşkil edir. Hazırlanan sxemlərə əsasən terraslarda püstə, badam, qoz, eldar şamı, eləcə də digər ağac və kol
bitkiləri əkilmişdir. Püstə toxumla, badam toxum və şitillə, eldar şamı və digər cinslər isə şitillə əkilmişdir.
Püstə. Terraslarda ilk püstə səpinləri 1968-1971-ci illərin mart ayında Dəvəçi rayonu ərazisində
aparılmışdır. Uzunluğu 500 m olan 5 terrasın kəsmə və tökmə hissələrində toxumlar 5 və 8 sm dərinliyində
basdırıldı. 8255 səpilmiş püstə toxumunun 6400 ədədindən cücərti alındı (cücərmə faizi 77,6%). Toxumun
müxtəlif illərdə səpilmə dərinliyindən asılı olaraq, cücərmə faizi fərqlənmişdir. 8 sm dərinliyə səpilən
toxumların cücərmə faizi 5 sm dərinliyə basdırılan toxumlardan çox olmuşdur. 1968-ci ildə səpilmiş püstə
toxumları 33, 1969-cü ildə 31, 1971-ci ildə 33, 1976-cı ildə isə 34 gün müddətində cücərmişdir. Bütün varian-
tlarda terrasın tökmə hissəsində toxumlar kəsmə hissəyə nisbətən 2-3 gün tez cücərmişdir. Belə qanunauyğunluq
Şamaxı, Zəngilan və Ağsu rayonlarında apardığımız təcrübələrdə də müşahidə olunmuşdur. Bunun əsas səbəbi
tökmə hissəyə günəş şüasının çox düşməsi, torpaqda temperaturun yüksək olması və aerasiyanın yaxşı
getməsidir. Tökmə hissədə torpağın yumşaqlığı və onun qida maddələri ilə yaxşı təmin olunması bitiş faizinin
yüksək olmasına və bitkilərin normal inkişafına şərait yaradır.
Şamaxı rayonunda 1976-cı ilin yaz və payız dövrlərində toxumların cücərməsi müxtəlif olmuşdur. Dəniz
səviyyəsindən 950 m yüksəklikdə aparılan səpində toxumlar 42,6%, yaz səpinində isə 96,9% cücərti vermişdir.
850 m hündürlükdə payız səpinindən 25% cücərti alınmışdır. Payız səpinində cücərmə faizinin az olması
toxumların həşəratlar tərəfindən məhv edilməsilə əlaqədardır.
Zəngilan rayonunda 1976-1977-ci illərin payızında (noyabrın ortasında) aparılan püstə toxumlarının
səpinindən yüksək cücərti faizi alınmışdır. Yaz səpinində (mart) isə cücərmə faizi az (30%-35%) olmuşdur.
Payız səpinində terrasın tökmə hissəsində cücərmə faizi 85-86,3%, kəsmə hissəsində isə 66-67% olmuşdur,
1976-cı ilin dekabrında aparılan püstə toxumu səpinindən 86,5%, 1977-ci ilin dekabrında isə 68,9% cücərti
alınmışdır. Ümumiyyətlə, tədqiqat aparılan rayonlarda payız səpini daha yaxşı nəticələr vermişdir. Bu dövrdə
aparılan səpinin daha effektli olması üçün toxumların zərərvericilərdən qorunması mühüm şərtdir. Müşahidələr
göstərdi ki, terraslarda püstənin ilk cücərmə dövründən başlayaraq, kök sistemi güclü inkişaf edir, bitkinin mil
314
kökü torpağa sürətlə işləyir. Torpaq səthinə ilk dəfə nazik ağımtıl gövdə yönəlir, hələ səthə çıxmamış onun uc
hissəsində xırda sarımtıl açıq –yaşıl rəngli yarpaqcıqlar əmələ gəlir. Onlar 2-3 sm böyüyərək, iri mişar dişli yar-
paq formasını alır. Bu yarpaqların arasından isə ilk nazik zoğlar inkişaf edir.
Fenoloji müşahidələrimiz göstərdi ki, Şamaxı rayonu şəraitində püstə cücərtiləri iyunun 25-30-na qədər boy
atır, sonra isə böyüməsi olduqca ləng gedir, bəzən isə dayanır. Dəvəçi rayonu şəraitində püstənin böyüməsi iyu-
nun 10-15-nə, Zəngilan rayonunda isə iyunun 5-10-na kimi davam edir. Bütün regionlarda yamacın şimal və
şimal-şərq hissələrində püstənin böyüməsi yamacın digər tərəflərinə nisbətən sürətlə gedir.
Birinci boyatma prosesi dayanan kimi püstə bitkisində xırda tumurcuqlar əmələ gəlir. Sakitlik dövründə
gövdədə odunlaşma, yarpaqlarda isə qalınlaşma (sərtləşmə) gedir. Bu zaman yarpaqların rəngi açıq yaşıldan
tünd qonura çevrilir. Püstədə ikinci boyatma sentyabrın ikinci ongünlüyündə başlayır və zəif gedir. Şamaxı
rayonunda dəniz səviyyəsindən 850 m hündürlükdə ikinci boyatma oktyabrın ikinci yarısında, 950 m
hündürlükdə isə oktyabrın birinci ongünlüyündə dayanır. İkinci boyatma dövründə püstə ağacları yalnız 6-8 sm
böyüyür.
Tədqiqat işləri göstərdi ki, püstənin boy atması ekoloji şəraitdən, toxumun saflığından və iriliyindən,
həmçinin səpilmə dərinliyindən asılı olaraq müxtəlif sürətlə gedir. Şamaxı rayonunda dəniz səviyyəsindən 850
m yüksəklikdə püstə ağacları normal böyümüşdür. Dəvəçi rayonunda 15 yaşlı püstə ağaclarının boyu 2,5-3,0 m
olmuşdur.
Püstənin boyatmasına torpağın nəmliyi də böyük təsir göstərir. Avqust və sentyabr aylarında torpaqda
nəmlik az olduğundan püstənin böyüməsi dayanır. Terraslarda nəmliyin nisbətən çox olması püstənin normal
boy atmasına şərait yaradır.
Dəvəçi, Zəngilan və Şamaxı rayonlarında terrasların tökmə hissəsində bitkilərin böyüməsi kəsmə hissəsinə
nisbətən yüksək olmuşdur.
Püstə yetişdirilən terraslarda rütubəti saxlamaq məqsədilə sahə daş və alaq otlarından təmizlənir.
Sahədə nəmliyi qorumaq üçün başlıca aqrotexniki tədbirlərdən biri də terras yatağının şumlanaraq yumşaq
halda saxlanmasıdır. Terras yatağı yumşaq olduqda yağış suları ona asanlıqla hopur və nəmliyini artırır. Alaq
otlarını məhv etmək üçün yumşaltma işi martda və aprelin əvvəlində aparılmalıdır.
Dəvəçi rayonunda terraslarda əkilən püstə ağacları ilk dəfə 8 yaşında meyvə vermişdir. Lakin erkək
nüsxələr çox olduğundan sahədən az məhsul götürülmüşdür. İlk məhsul terrasın tökmə hissəsində yaxşı inkişaf
etmiş ağaclarda müşahidə edilmiş və hər ağacda 200-500 q meyvə olmuşdur. Sonrakı illərdə məhsul verən
ağacların sayı çoxalmışdır. Çox quraq keçən illərdə terraslarda rütubət az olduğundan püstə ağacları az meyvə
gətirir.
Qeyd etmək lazımdır ki, hazırda Abşeron müstəsna olmaqla respublikamızın digər dağ və dağətəyi
regionlarında geniş miqyasda badam bağlarının salınması işinə diqqət verilmir, respublikamızda Dəvəçi,
Şamaxı, Zəngilan və Ağsu rayonları ərazisində Krımdan gətirilən qiymətli badam sortlarını terraslarda
yetişdirməklə elmi-tədqiqat işləri aparılmışdır. Bu məqsədlə həmin rayonlarda təcrübə sahələrində (terraslarda)
Dreyk, Krım, daş badam, Nikita-62, Nikita gecçiçəkaçan, Yalta, şahzadə və digər badam sortlarının toxumla
səpini və şitillərlə əkini aparılmışdır. Müşahidələr göstərdi ki, terrasların tökmə hissəsində cücərmə və bitiş faizi
kəsmə hissəyə nisbətən xeyli yüksək olur.
Tədqiqatlar göstərdi ki, bir qayda olaraq terrasın tökmə hissəsində kəsmə hissəsinə nisbətən badam yaxşı
boy atır.
Tədqiqat aparılan 3 rayonda toxumla və şitillə becərilən badam sortları 4-5 yaşında məhsul vermişdir.
Şamaxı rayonunda toxumla becərilən daş badam və Krım sortları meyvə verməmişdir. Lakin bu sortlar Zəngilan
və Dəvəçi rayonlarında meyvə gətirmişdir. Şamaxı rayonunda həmin sortların bar verməməsi onların başqa sor-
tlara nisbətən tez çiçəkləməsi ilə əlaqədardır.
Tədqiqatlar göstərir ki, Dəvəçi rayonunda 15 yaşlı badam ağaclarında 6-7 kq, Zəngilan rayonunda 8 yaşlı
badam ağaclarında 2-3 kq, bəzən isə 5-6 kq meyvə olmuşdur. Şamaxı rayonunda 1982-ci ildə Krımdan
gətirilmiş badam ağaclarından 1-2 kq meyvə yığılmışdır. Badamın kök sisteminin xarakteri onun eroziyaya
uğramış torpaqlarda yaxşı davam gətirməsi və normal inkişaf etməsinə şərait yaradır. Badamın bol və güclü
inkişaf edən əmici kökləri torpaq hissələrini bir-birilə yaxşı bərkidir, onda dənəvər struktur yaradır.
Terraslarda torpağa və bitkilərə yüksək aqrotexniki qayğı göstərildikdə bol məhsul əldə etmək olar. Bunlar-
dan ən başlıcası terras çəkilib qurtardıqdan sonra onun yatağının 30-35 sm dərinliyində şumlanması, daşlardan
təmizlənməsidir. İkinci yumşaltma işi səpin və ya əkindən qabaq aparılmalıdır (15-20 sm dərinlikdə).
Terraslarda cücərtilər alındıqdan 1-2 ay sonra bitki olan çalaların ətrafı alaq otlarından təmizlənməli, torpaq
yumşaldılmalıdır. Bitkilərə aqrotexniki qulluq işlərindən biri də ağacların artıq budaqlarının kəsilib götürülməsi
və ona forma verilməsidir. Təcrübə sahələrində 3 yaşından başlayaraq ağaclarda budama işləri aparılmış və on-
lara forma verilmişdir. Məlum olduğu kimi, badam bitkisində çoxlu qarışıq zoğlar əmələ gəlir, onların uzunluğu
40-50 sm-ə çatır. Budama zamanı bu zoğların əksəriyyəti kəsilir. Meyvə zoğlarında yalnız 7-8 ədəd tumurcuq
saxlanılır. Ağaclarda tozlamanı təmin etmək üçün sahəyə arı ailələrinin köçürülməsi məsləhətdir.
315
Badam bitkisinə üzvi və mineral gübrələr verdikdə onun meyvə məhsuldarlığı artır. Şamaxı rayonunda ter-
raslarda peyin, fosfor və kalium gübrələri verilən ağacların boya və diametrə görə inkişafı sürətlənmiş, onlarda
geniş budaqlanma getmişdir.
A.A.Rixter tərəfindən Krım Nikita Botanika bağında alınmış və respublikamızda təcrübədən keçirilən bəzi
badam sortları ilə tanış olaq.
Dostları ilə paylaş: |