MƏMMƏdov qəRİb xəLİlov mahmud


Fıstıq meşələrinin bərpası



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə53/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

14.11. Fıstıq meşələrinin bərpası  

 

311


Dağ meşələri arasında  ən geniş yayılan fıstıq meşələridir. Bu meşələr respublika meşə fondunun 32%-ni 

təşkil edərək əsasən orta və yuxarı dağ-meşə qurşaqlarının dik yamaclarında yerləşib böyük sutənzimləyici, tor-

paqqoruyucu əhəmiyyətə malikdir.  

Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində dağlarımızın çox yerində  fıstıq ağacları öz ilkin 

quruluşunu itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş  və müxtəlif törəmə meşə tipləri  əmələ 

gəlmişdir.  

Pozulmuş  və seyrək fıstıq meşələrinin məhsuldarlığını yüksəltmək üçün ən  əlverişli üsul meşənin təbii 

bərpasına kömək göstərmək tədbiri sayılır.  Çox vaxt doluluğu aşağı salınmış fıstıq meşələrində və fıstığı əvəz 

edən törəmə tipli ağaclıqlarda meşənin təbii bərpası vələsin və digər azqiymətli ağac cinslərinin üstünlüyü ilə 

gedir. Odur ki, fıstıq seyrəkliyində, həmçinin meşə talalarında və meşənin yuxarı  sərhədi aşağı endirilmiş 

ərazilərdə  təbii bərpaya kömək etməklə yanaşı, həmçinin süni fıstıq meşələrinin yetişdirilməsi 

məqsədəuyğundur.  

Süni fıstıq meşələri səpin və əkin üsulu ilə salınır. Meşənin səpinlə salınması meşəçilik baxımından üstün 

olmasına baxmayaraq çox vaxt fıstıq toxumları gəmiricilər, böcəklər və s. tərəfindən məhv edilir. Odur ki, fıstıq 

meşəsi salmaq üçün əvvəlcə tinglikdə yetişdirilib sonra onun daimi yerinə köçürülməsi iqtisadi cəhətdən 

əlverişli sayılır. Respublikamızda fıstıq meşələrinin süni yolla artırılması işinə demək olar ki, fikir verilmir.  

Şəmkirçay hövzəsində (Gədəbəy rayonu) XIX əsrin sonunda (1895-98-ci illər) salınan fıstıq-şam meşəliyi 

kiçik sahədə olsa da, böyük elmi və praktiki əhəmiyyət daşıyır. Bu meşəlik bir-birinə yaxın iki sahədə salınıb 

dəniz səthindən 1500 m yüksəklikdə, dikliyi 10-15

0

 olan yamacın şimal cəhətində yerləşir. Burada fıstıq və adi 



şam cərgələrdə 4-5 ədəd yan-yana və ya hər cinsdən tək-tək  əkilmişdir. Hazırda burada yüksək məhsuldar 

meşəlik əmələ gəlmişdir.  

Tədqiqat işləri göstərir ki, fıstığın süni əkinləri yalnız münbit torpağı olan rütubətli şəraitdə yaxşı nəticə ve-

rir. Quru və çox rütubətli torpaq şəraitində isə fıstıq meşəsi salmaq məqsədəuyğun deyildir.  

Fıstıq meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış 

sahələrdə  əksər halda fıstığa rast gəlinmir. Fıstıq kölgə  və rütubətsevər bitki olduğu üçün ilk dəfə  çılpaq 

yamacları tuta bilmir. Həmin sahələri qabaqca əsasən vələs, palıd, ağcaqayın və b. ağac cinsləri və kolluqlar 

tutur.  Şübhəsiz, müəyyən dövr keçdikdən sonra bu törəmə tipli ağaclıqlar altında torpaq bərpa olunduqca və 

meşə mühiti əmələ  gəldikcə  fıstığın inkişafı üçün şərait yaranacaqdır. Odur ki, fıstığın süni yolla artırılması 

seyrək ağaclıqlar olan sahələrdə aparılmalıdır.  

Şərq fıstığı meşəsi salmaq üçün aşağıdakı ardıcıl işlərin görülməsi lazımdır: 1) Toxumluq sahənin təşkili; 2) 

Toxum tədarükü və onun saxlanılması; 3) Toxumun səpinə hazırlanması; 4) Tingliyin təşkili və ona qulluq 

işləri; 5) Meşə əkinlərinin aparılması (Əsədov, Qəribov, Musayev, 1976).  

Toxumluq sahənin təşkili üçün yetişmiş  fıstıq meşələrində axtarış aparılaraq, «müsbət» ağaclıqlar ayrılır. 

Bu ağaclıqlar yüksək taksasiya göstəriciləri, keyfiyyətli toxum vermə  və irsi xüsusiyyətlərinə görə  ətraf 

ağaclıqlardan fərqlənməlidir. Seçilmiş müsbət ağaclıqdakı ən yaxşı ağaclar qeydə alınır. 

Yüksəklik qurşaqları üzrə seçiləcək toxumluq sahələrdən toplanan toxum həmin sahədən 200-300 m yuxarı 

və ya aşağıda səpilməlidir. Ağaclardan toxumların yığılması oktyabrın 2-ci yarısı, noyabr və dekabr aylarında 

həyata keçirilməlidir. Tədarük olunan toxum saxlandığı və səpildiyi dövrdə gəmiricilərə qarşı lazımi mübarizə 

tədbirləri görülməlidir. Əks halda gəmiricilər toxumu tamamilə məhv edə bilər.  

Fitopatoloji xəstəliklərə qarşı mübarizə  məqsədilə  fıstıq toxumları payız səpinindən və stratifikasiyadan 

əvvəl 0,5 faizli formalin məhlulunda yüngülcə yuyulmalı və dərhal süzülüb açıq havada qurudulmalıdır.  

Toxum səpilmək üçün saxlanan sınaq variantlarında aşağıdakı nəticələr alınmışdır: toxum şüşə qabda axar 

su altında hava borusu olmaqla saxlandıqda 75%, şüşə qabda ağzı qapalı soyuq binada həftədə 2-3 dəfə 

qarışdırmaqla saxladıqda 69%, xəzəl və qar altında xəndəklərdə  təbii  şəraitdə – 65%, qumla qarışıq halda 

saxladıqda 23%, adi kisələrdə saxlandıqda isə cəmi 2% cücərti alınmışdır. İkinci üsul əlverişli olub ucuz başa 

gəlir.  

Fıstıq toxumları yaxşı saxlandıqda cücərmə qabiliyyətini 150-180 gün saxlayır. Toxumun nəmliyi  10-12%-

dən aşağı olduqda cücərmə qabiliyyətini tamamilə itirir.  

Aqrotexniki tələbata uyğun olaraq saxlanmış toxumların yaxşı cücərməsi üçün onu azı 40-50 gün stratifi-



kasiya  etmək lazımdır. Toxumların stratifikasiyası üçün yuyulmuş çay və ya dəniz qumundan istifadə olunur. 

Toxumlara ziyan verə biləcək göbələk və bakteriyaları məhv etmək üçün hazırlanmış qum yuyulduqdan sonra 

yüksək temperaturda qovrulmalıdır.  

Toxumlar tinglik sahəsinə yaxın yerdə, meşə çətri altında və toxum saxlanılan soyuq anbarlarda stratifika-

siya edilə bilər. Ən yaxşı üsul toxumların meşə çətri altında qarla stratifikasiya olunmasıdır.  

Toxum stratifikasiya ediləcək sahə mümkün qədər yaşayış  məntəqələrinə və yola yaxın olmalıdır. Bunun 

üçün az qabarıq (təpəcik) formalı yer seçilir və 40-30 sm dərinliyində uzununa xəndəklər qazılır. Hazırlanmış 

xəndəklərin dibi ağac toxmaqla tapdanır və 4-6 sm qalınlığında qum, onun üstündən isə                  10 sm-ə 

qədər qar tökülür, sonra yenidən möhkəm tapdanır. Toxum hər yana bərabər olmaqla 3-4 sm qalınlığında tapda-

nan qarın üstünə yayılır. Sonra qum-qar qatları yenidən təkrar olunur. Beləliklə, xəndəyə 4-6 qat toxum tökülür, 



 

312


axırda yenə üst qatda qumdan sonra 40-50 sm qalınlığında tapdalanmış qar qatı yığılır. Cəmiricilərə qarşı xüsusi 

tədbirlər görülməlidir, zəhərləyici maddələrdən və aldadıcı yemlərdən istifadə edilməlidir.  

Stratifikasiya olunmuş toxumların rüşeymi qabığı deşdikdən sonra dərhal səpin başlanır. Elə etməlidir ki, 

cücərti 4-6 mm-dən artıq olmasın. Cücərti zoğunun çox uzanması səpin işini çətinləşdirir və onun sınması qor-

xusunu artırır.  

Yaxşı stratifikasiya olunmuş toxumlar 5

0

 temperaturda cücərməyə başlayır.  Əgər toxumlar yaxşı 



çırtlamamışsa, səpinə 2-3 gün qalmış onlar 10-12

0

 istilikdə saxlanıb sonra torpağa səpilməlidir. Fıstıq toxumları 



səpinqabağı 5-7 gün suda saxlandıqdan sonra səpildikdə torpaqdan cücərmə qabiliyyəti nəzarətə nisbətən 8-10% 

artıq olur. Toxumlar sudan çıxarılıb 10-12 dəqiqə açıq havada çərilib qurudulduqdan sonra səpilir.  



Tingliyin təşkili. Tinglik salmaq üçün yer az meylli, gillicəli, münbit torpağı olan yamacın şimal cəhətində 

seçilməlidir. Torpaq mütləq entomoloji müayinədən keçirilməlidir. Torpaq adi qaydada hazırlanır. Səpin yaz 

(mart, aprel) və ya payız (noyabr, dekabr) aylarında aparılır. Toxumu quş  və  gəmiriciəlrin məhv etməsi 

təhlükəsi yoxdursa, payız səpini daha əlverişlidir. Belə ki, payız səpinində toxumun saxlanması  və 

stratifikasiyası üçün sərf edilərək əlavə vəsait lazım gəlmir, şitillərin boyu yazdakına nisbətən 2-4 sm artıq olur.  

Səpin norması 1 poq. m-ə 20 qram götürülür. Səpin və cücərtilərə qulluq torpağı yumşaltmaq və alaqdan 

təmizləməkdən ibarətdir, cərgələr ağac kəpəyi, çürümüş peyinlə örtülür. Zaqatala meşə təsərrüfatının «Pipan» 

adlanan sahəsində aparılan təcrübə göstərdi ki, şərq fıstığı kölgələndirmə aparmadan da yetişdirilə bilər, burada 

yaz səpinindən sonra cücərtilər ən tezi 20, ən geci isə 51 gün sonra alınır (Əsədov, Qəribov, Musayev, 1976).  

Fıstığın toxumlarının optimal səpin dərinliyi 2-3 sm götürülür.  

Tinglikdə yetişdirilmiş 1-3 yaşlı şitillər daimi əkin yerinə köçürülür. Şitillərin boyu 12 sm olduqda standart 

hesab olunur. Meşə talasında və seyrək ağaclıqda meşə  əkinində iri şitillərdən istifadə olunması  məsləhətdir. 

Belə sahələrdə torpaq çalalar, zolaqlar və kiçik meydançalar şəklində hazırlanır.  

Açıq sahədə  fıstığın meşə  əkini 1x1, 1x1,5 m, mexanizasiya tətbiq edilərsə, 1x2,5 m sxemində 

aparılmalıdır. Yerin iqlim və torpaq şəraitinə uyğun olaraq fıstığı cökə, ağcaqayın növləri (çinaryarpaq, gözəl, 

trautvetter),  şam növləri (qarmaqvari, adi və Krım) ilə qarışıq  əkmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi 

fıstıq adi şamla qarışıq  əkildikdə yaxşı  nəticə verir. Belə ki, ilk illər  şam fıstıqdan tez boy ataraq kölgəsevər 

fıstıq üçün kölgələndirmə rolunu oynayır.           



 

14.12. Kənd təsərrüfatına yararsız yamaclarda  

qərzəkli ağac cinslərindən bağların salınması 

Respublikamızın dağətəyi zonası rayonlarında kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yararsız olan 

eroziyaya uğramış geniş ərazilər mövcuddur. Vaxtilə meşə ilə örtülmüş və ya kənd təsərrüfatında istifadə edilən 

bu yamaclar təsərrüfatsızlıq nəticəsində güclü eroziya prosesinə  məruz qalmış, barsız-bəhrəsiz sahələrə 

çevrilmişdir. Bu yamaclarda bağlar, meşə-bağlar salaraq onları  kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq 

dövrümüzün  ən mühüm problemlərindən biri olan ərzaq proqramının həyata keçirilməsində  əsas ehtiyat 

mənbəyi sayılır. 

Terraslarda bağlar salmaq üzrə ilk təcrübələr 1968-ci ildə Dəvəçi rayonunda meylliyi 20-35

0

 olan orta və 



şiddətli dərəcədə eroziyaya uğramış yamaclarda aparılmışdır. Ərazinin iqlimi əsasən yayı quraq keçən mülayim-

isti yarımsəhra və quru bozqır iqlim tipinə aiddir. Havanın orta illik temperaturu 12,5

0

-dir. İlin ən soyuq ayında 



(yanvar) havanın orta temperaturu 0-3

0

, ən isti (iyul) ayında isə 24,3



0

 olur. Yay aylarında bəzən havanın mütləq 

maksimum temperaturu 41

0

-dən yüksək olur. Bəzi hallarda havanın mütləq minimum temperaturu -18



0

-yə enir. 

Yanvar ayında temperatur 5-2

0

, iyul ayında isə 28-32



0

 arasında olur. Havanın orta nisbi rütubətliyi 76% olub il 

ərzində 64-84% arasında dəyişir. Yağıntının illik miqdarı 30 mm-dir. Ərazidə yağıntı  əsasən payız fəslində 

düşür.  


Təcrübə sahəsində  təbii halda ağac və kol cinsləri yoxdur. Ərazinin Siyəzən şəhəri ilə Gilgilçay arasında 

olan sahəsində  tək-tək qaramıx və göyəm koluna təsadüf edilir. Ot örtüyü əsasən yovşan və efemerlərdən 

ibarətdir.  

Zəngilan rayonunda təcrübə işləri aparılan ərazinin təbii şəraiti Dəvəçi rayonu sahəsindən xeyli fərqlənir. 

Ərazi qışı quraq, mülayim, yayı isti keçən iqlimi ilə səciyyələnir. Burada havanın orta illik temperaturu 13,3

0

-



dir. Havanın orta temperaturu yanvarda – 1,0

0

, iyulda isə 25,3



0

-dir. Yay aylarında havanın mütləq maksimum 

temperaturu 41

0

-dək yüksəlir. Havanın mütləq minimum temperaturu -21



0

-dən aşağı düşür. Havanın orta illik 

nisbi rütubətliyi 66% olub, 50-80% arasında dəyişir. Yağıntının illik miqdarı 467 mm-dir, onun ən çox hissəsi 

yaz fəslinin axırına düşür, bu, ağac bitkisinin inkişafına müsbət təsir göstərir.  

Zəngilan rayonunda terraslarda təcrübə aparılan ərazinin şimal-şərq hissəsində bozqırlaşmış  qəhvəyi dağ-

meşə torpağı olub nisbətən qalındır. Vaxtilə bu yamaclarda palıd meşələri olmuşdur. Hazırda ərazidə kol şəklini 

almış  tək-tək palıd, itburnu, qaratikan kolları bitir. Sahə qorunduğu üçün kolşəkilli palıdlar tədricən ağac 

formasını alır.  

Şamaxı rayonunda təcrübə işləri dəniz səviyyəsindən 850-950 m yüksəkliklərdə orta və  şiddətli dərəcədə 

eroziyaya məruz qalmış, meylliyi 20-30

0

 olan yamacların şimal-şərq və cənub hissələrində aparılmışdır. Ərazidə 



 

313


havanın orta illik temperaturu 11,1

0

-dir. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 38



0

-dək 


qalxır. Qışda bəzən havanın mütləq minimum temperaturu -14-20

0

-dək aşağı düşür. Havanın orta illik nisbi 



rütubəti 71% olub, il ərzində 50-86% arasında dəyişir. Yağıntının illik miqdarı 500-600 mm olur. Ərazidə 

yağıntı  əsasən yaz və payız fəsillərində düşür. Təcrübə aparılan sahənin torpağı bozqırlaşmış  qəhvəyi-dağ 

torpağıdır. Sahədə kollardan ən çox itburnu, göyəm, murdarça, yemişan, böyürtkan yayılmışdır. Bəzən 

iydəyarpaq armud, dağdağan və palıd ağaclarına təsadüf olunur.  

Təcrübələr göstərdi ki, eroziyaya uğramış  kənd təsərrüfatı bitkiləri üçün yararsız sayılan yamaclarda 

düzəldilmiş terraslarda qərzəkli bitkilərin yetişdirilməsi yaxşı  nəticə verir. Bu məqsədlə terraslar yamacın 

meylliyindən asılı olaraq müxtəlif üsullarla hazırlanır.  

Azərbaycanın müxtəlif rayonlarında apardığımız, həmçinin digər mövcud tədqiqatların nəticələri göstərdi 

ki, meylliyi 8-14

0

 olan yamaclarda təkrar  şumlama, 14-18



0

 olan sahələrdə plantaj, 18-40

0

-lik yamaclarda isə 



buldozerlə düzəldilən terraslar daha effektli olur.  

Təkrar şumlama üsulu ilə terraslar düzəltdikdə əvvəlcə yamacda horizontallar üzrə xətlər çəkilir. Sonra isə 

adi 4 və ya 5 gövdəli kotanla çəkilən xətlər boyu dəfələrlə birtərəfli şumlama aparılır. Şumlama yamacda terras-

lar alınana qədər davam etdirilir. Qərzəkli ağac cinslərindən 2 cərgəli bağ salmaq üçün yaradılan terrasların eni 

6-6,5 m olmalıdır.  

Plantaj üsulu ilə terras düzəltdikdə sahə nivelirlənir, terrasların yeri müəyyən edilir. Sonra yamacın yuxarı 

hissəsindən başlayaraq plantaj kotanı ilə birtərəfli şumlama aparmaqla torpaq çevrilir və eni 5-5,5 m olan zolaq-

lar yaradılır. Kotanın ilk gedişində şumun dərinliyi - 20, ikincidə – 40, üçüncüdə  - 50, sonrakı gedişlərində 70-

80 sm-ə çatdırılır. Zolaqlar arasında 80-100 sm enində  şumlanmamış zolaqlar çaxlanılır. Belə zolaqlar yağış 

sularının və yuyulmanın qarşısını alır. 

Şumlanmış zolaqlarda yamacın yuxarısından başlayaraq qreyderlə terras yatağı düzəldilir. Qreyderin 4-5  

gedişindən sonra terras yatağı başa gəlir.  

Yamacın meylliyi 15-18

0

-dən çox olarsa, təkrar şumlama və plantaj üsulu ilə terras düzəltmək mümkün ol-



mur. Bu zaman buldozerlə terraslar düzəldilir. Dəvəçi, Şamaxı və Zəngilan rayonlarında püstə və badam bağları 

salmaq üçün bu üsuldan istifadə olunmuşdur. Terras düzəldərkən D-492-A universal buldozerindən,  VNİİLM 

konstruksiyası əsasında yaradılmış T-4 markalı və ya Orta Asiya ETMTİ-nin konstruksiyası ilə düzəldilən TR-

2A markalı terrasdüzəldənlərdən istifadə edilir. Qabaqca terras düzəldilən sahədə torpağın qalınlığı və daşlılıq 

dərəcəsi müəyyən edilir, sonra terras açılan yerlər nivelir vasitəsilə nişanlanır və  mıxçalarla qeyd olunur. 

Maşınla terras düzəldənin yaxşı görməsi üçün mıxçaların boyu 1-1,2 m olmalıdır. Terrasların açılmasına 

yamacın yuxarı hissəsindən başlanır. Terrasın yatağı tökmə  və  kəsmə hissələrə ayrılır. Yatağın 60%-i kəsmə, 

40%-i isə tökmə torpaq hissəsindən ibarət olur. Düzəldilmiş terras yatağına çalalar əllə, yaxud da YNY-100 

markalı maşınla qazılır. Çalaların dərinliyi əkilən bitkinin və ya səpilən toxumun iriliyindən asılı olaraq müxtəlif 

olmalıdır.  

Çəkilən terrasların eni 4 m-dən 6 m-ə  qədər olub, uzunluğu yamacın relyefindən asılı olaraq 600-800 m 

təşkil edir. Hazırlanan sxemlərə  əsasən terraslarda püstə, badam, qoz, eldar şamı, eləcə  də digər ağac və kol 

bitkiləri əkilmişdir. Püstə toxumla, badam toxum və şitillə, eldar şamı və digər cinslər isə şitillə əkilmişdir.   

Püstə.  Terraslarda ilk püstə  səpinləri 1968-1971-ci illərin mart ayında Dəvəçi rayonu ərazisində 

aparılmışdır. Uzunluğu 500 m olan 5 terrasın kəsmə  və tökmə hissələrində toxumlar 5 və 8 sm dərinliyində 

basdırıldı. 8255 səpilmiş püstə toxumunun 6400 ədədindən cücərti alındı (cücərmə faizi 77,6%). Toxumun 

müxtəlif illərdə  səpilmə  dərinliyindən asılı olaraq, cücərmə faizi fərqlənmişdir. 8 sm dərinliyə  səpilən 

toxumların cücərmə faizi 5 sm dərinliyə basdırılan toxumlardan çox olmuşdur. 1968-ci ildə  səpilmiş püstə 

toxumları 33, 1969-cü ildə 31, 1971-ci ildə 33, 1976-cı ildə isə 34 gün müddətində cücərmişdir. Bütün varian-

tlarda terrasın tökmə hissəsində toxumlar kəsmə hissəyə nisbətən 2-3 gün tez cücərmişdir. Belə qanunauyğunluq 

Şamaxı, Zəngilan və Ağsu rayonlarında apardığımız təcrübələrdə də müşahidə olunmuşdur. Bunun əsas səbəbi 

tökmə hissəyə günəş  şüasının çox düşməsi, torpaqda temperaturun yüksək olması  və aerasiyanın yaxşı 

getməsidir. Tökmə hissədə torpağın yumşaqlığı və onun qida maddələri ilə yaxşı təmin olunması bitiş faizinin 

yüksək olmasına və bitkilərin normal inkişafına şərait yaradır.  

Şamaxı rayonunda 1976-cı ilin yaz və payız dövrlərində toxumların cücərməsi müxtəlif olmuşdur. Dəniz 

səviyyəsindən 950 m yüksəklikdə aparılan səpində toxumlar 42,6%, yaz səpinində isə 96,9% cücərti vermişdir. 

850 m hündürlükdə payız səpinindən 25% cücərti alınmışdır. Payız səpinində cücərmə faizinin az olması 

toxumların həşəratlar tərəfindən məhv edilməsilə əlaqədardır.  

Zəngilan rayonunda 1976-1977-ci illərin payızında (noyabrın ortasında) aparılan püstə toxumlarının 

səpinindən yüksək cücərti faizi alınmışdır. Yaz səpinində (mart) isə cücərmə faizi az (30%-35%) olmuşdur. 

Payız səpinində terrasın tökmə hissəsində cücərmə faizi 85-86,3%, kəsmə hissəsində isə 66-67% olmuşdur, 

1976-cı ilin dekabrında aparılan püstə toxumu səpinindən 86,5%, 1977-ci ilin dekabrında isə 68,9% cücərti 

alınmışdır. Ümumiyyətlə, tədqiqat aparılan rayonlarda payız səpini daha yaxşı nəticələr vermişdir. Bu dövrdə 

aparılan səpinin daha effektli olması üçün toxumların zərərvericilərdən qorunması mühüm şərtdir. Müşahidələr 

göstərdi ki, terraslarda püstənin ilk cücərmə dövründən başlayaraq, kök sistemi güclü inkişaf edir, bitkinin mil 



 

314


kökü torpağa sürətlə işləyir. Torpaq səthinə ilk dəfə nazik ağımtıl gövdə yönəlir, hələ səthə çıxmamış onun uc 

hissəsində xırda sarımtıl açıq –yaşıl rəngli yarpaqcıqlar əmələ gəlir. Onlar 2-3 sm böyüyərək, iri mişar dişli yar-

paq formasını alır. Bu yarpaqların arasından isə ilk nazik zoğlar inkişaf edir.  

Fenoloji müşahidələrimiz göstərdi ki, Şamaxı rayonu şəraitində püstə cücərtiləri iyunun 25-30-na qədər boy 

atır, sonra isə böyüməsi olduqca ləng gedir, bəzən isə dayanır. Dəvəçi rayonu şəraitində püstənin böyüməsi iyu-

nun 10-15-nə, Zəngilan rayonunda isə iyunun 5-10-na kimi davam edir. Bütün regionlarda yamacın  şimal və 

şimal-şərq hissələrində püstənin böyüməsi yamacın digər tərəflərinə nisbətən sürətlə gedir.  

Birinci boyatma prosesi dayanan kimi püstə bitkisində  xırda tumurcuqlar əmələ  gəlir. Sakitlik dövründə 

gövdədə odunlaşma, yarpaqlarda isə qalınlaşma (sərtləşmə) gedir. Bu zaman yarpaqların rəngi açıq yaşıldan 

tünd qonura çevrilir. Püstədə ikinci boyatma sentyabrın ikinci ongünlüyündə başlayır və  zəif gedir. Şamaxı 

rayonunda dəniz səviyyəsindən 850 m hündürlükdə ikinci boyatma oktyabrın ikinci yarısında, 950 m 

hündürlükdə isə oktyabrın birinci ongünlüyündə dayanır. İkinci boyatma dövründə püstə ağacları yalnız 6-8 sm 

böyüyür.  

Tədqiqat işləri göstərdi ki, püstənin boy atması ekoloji şəraitdən, toxumun saflığından və iriliyindən, 

həmçinin səpilmə dərinliyindən asılı olaraq müxtəlif sürətlə gedir. Şamaxı rayonunda dəniz səviyyəsindən 850 

m yüksəklikdə püstə ağacları normal böyümüşdür. Dəvəçi rayonunda 15 yaşlı püstə ağaclarının boyu 2,5-3,0 m 

olmuşdur.  

Püstənin boyatmasına torpağın nəmliyi də böyük təsir göstərir. Avqust və sentyabr aylarında torpaqda 

nəmlik az olduğundan püstənin böyüməsi dayanır. Terraslarda nəmliyin nisbətən çox olması püstənin normal 

boy atmasına şərait yaradır.  

Dəvəçi, Zəngilan və Şamaxı rayonlarında terrasların tökmə hissəsində bitkilərin böyüməsi kəsmə hissəsinə 

nisbətən yüksək olmuşdur. 

Püstə yetişdirilən terraslarda rütubəti saxlamaq məqsədilə sahə daş və alaq otlarından təmizlənir.  

Sahədə nəmliyi qorumaq üçün başlıca aqrotexniki tədbirlərdən biri də terras yatağının şumlanaraq yumşaq 

halda saxlanmasıdır. Terras yatağı yumşaq olduqda yağış suları ona asanlıqla hopur və nəmliyini artırır. Alaq 

otlarını məhv etmək üçün yumşaltma işi martda və aprelin əvvəlində aparılmalıdır.  

Dəvəçi rayonunda terraslarda əkilən püstə  ağacları ilk dəfə 8 yaşında meyvə vermişdir. Lakin erkək 

nüsxələr çox olduğundan sahədən az məhsul götürülmüşdür. İlk məhsul terrasın tökmə hissəsində yaxşı inkişaf 

etmiş  ağaclarda müşahidə edilmiş  və  hər ağacda 200-500 q meyvə olmuşdur. Sonrakı illərdə  məhsul verən 

ağacların sayı çoxalmışdır. Çox quraq keçən illərdə terraslarda rütubət az olduğundan püstə ağacları az meyvə 

gətirir.  

Qeyd etmək lazımdır ki, hazırda Abşeron müstəsna olmaqla respublikamızın digər dağ  və dağətəyi 

regionlarında geniş miqyasda badam bağlarının salınması  işinə diqqət verilmir, respublikamızda Dəvəçi, 

Şamaxı, Zəngilan və  Ağsu rayonları  ərazisində Krımdan gətirilən qiymətli badam sortlarını terraslarda 

yetişdirməklə elmi-tədqiqat işləri aparılmışdır. Bu məqsədlə həmin rayonlarda təcrübə sahələrində (terraslarda) 

Dreyk, Krım, daş badam, Nikita-62, Nikita gecçiçəkaçan, Yalta, şahzadə  və digər badam sortlarının toxumla 

səpini və şitillərlə əkini aparılmışdır. Müşahidələr göstərdi ki, terrasların tökmə hissəsində cücərmə və bitiş faizi 

kəsmə hissəyə nisbətən xeyli yüksək olur.  

Tədqiqatlar göstərdi ki, bir qayda olaraq terrasın tökmə hissəsində kəsmə hissəsinə nisbətən badam yaxşı 

boy atır.  

Tədqiqat aparılan 3 rayonda toxumla və  şitillə becərilən badam sortları 4-5 yaşında məhsul vermişdir. 

Şamaxı rayonunda toxumla becərilən daş badam və Krım sortları meyvə verməmişdir. Lakin bu sortlar Zəngilan 

və Dəvəçi rayonlarında meyvə gətirmişdir. Şamaxı rayonunda həmin sortların bar verməməsi onların başqa sor-

tlara nisbətən tez çiçəkləməsi ilə əlaqədardır.  

Tədqiqatlar göstərir ki, Dəvəçi rayonunda 15 yaşlı badam ağaclarında 6-7 kq, Zəngilan rayonunda 8 yaşlı 

badam ağaclarında 2-3 kq, bəzən isə 5-6 kq meyvə olmuşdur.  Şamaxı rayonunda 1982-ci ildə Krımdan 

gətirilmiş badam ağaclarından 1-2 kq meyvə  yığılmışdır. Badamın kök sisteminin xarakteri onun eroziyaya 

uğramış torpaqlarda yaxşı davam gətirməsi və normal inkişaf etməsinə  şərait yaradır. Badamın bol və güclü 

inkişaf edən əmici kökləri torpaq hissələrini bir-birilə yaxşı bərkidir, onda dənəvər struktur yaradır.  

Terraslarda torpağa və bitkilərə yüksək aqrotexniki qayğı göstərildikdə bol məhsul əldə etmək olar. Bunlar-

dan ən başlıcası terras çəkilib qurtardıqdan sonra onun yatağının 30-35 sm dərinliyində şumlanması, daşlardan 

təmizlənməsidir. İkinci yumşaltma işi səpin və ya əkindən qabaq aparılmalıdır (15-20 sm dərinlikdə).  

Terraslarda cücərtilər alındıqdan 1-2 ay sonra bitki olan çalaların ətrafı alaq otlarından təmizlənməli, torpaq 

yumşaldılmalıdır. Bitkilərə aqrotexniki qulluq işlərindən biri də ağacların artıq budaqlarının kəsilib götürülməsi 

və ona forma verilməsidir. Təcrübə sahələrində 3 yaşından başlayaraq ağaclarda budama işləri aparılmış və on-

lara forma verilmişdir. Məlum olduğu kimi, badam bitkisində çoxlu qarışıq zoğlar əmələ gəlir, onların uzunluğu 

40-50 sm-ə çatır. Budama zamanı bu zoğların əksəriyyəti kəsilir. Meyvə zoğlarında yalnız 7-8 ədəd tumurcuq 

saxlanılır. Ağaclarda tozlamanı təmin etmək üçün sahəyə arı ailələrinin  köçürülməsi məsləhətdir.  



 

315


Badam bitkisinə üzvi və mineral gübrələr verdikdə onun meyvə məhsuldarlığı artır. Şamaxı rayonunda ter-

raslarda peyin, fosfor və kalium gübrələri verilən ağacların boya və diametrə görə inkişafı sürətlənmiş, onlarda 

geniş budaqlanma getmişdir.  

A.A.Rixter tərəfindən Krım Nikita Botanika bağında alınmış və respublikamızda təcrübədən keçirilən bəzi 

badam sortları ilə tanış olaq.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin