Qoruğun vəzifələri
Qoruqların vəzifələri olduqca müxtəlif olub, onun yaradılmasının məqsədi, yerləşdiyi landşaft zonası və qo-
ruğu əhatə edən ərazinin vəziyyətilə əlaqədardır. Qoruğun əsas vəzifəsi onun ərazisindəki zənginlikləri qoruyub
ilkin (təbii) halında saxlanılmasıdır. Bunun üçün qoruğun ərazisi hərtərəfli öyrənilməlidir.
Bütün qoruqlar üçün təbiətin salnaməsi işlənib hazırlanır və o, dövri olaraq təzələnir.
349
Təbiətin salnaməsi.
Təbiətin salnaməsi qoruğun əsas sənədi olub təbii proseslərin və hadisələrin müşahidələrinin əsas nəticələrini
özündə cəmləşdirir. Salnamədə qoruğun elmi fəaliyyətinin xronikası əks olunur.
Təbiətin salnaməsini tərtib etmək üçün elmi və mühafizə işçilərinin gündəlikləri, zooloji, botaniki və fenoloji
kartotekalar, yerli meteoroloji stansiya və məntəqələrin materialları, meşə quruluşu işlərinin materialları, qoru-
ğun illik hesabatları və yerli ovçuluq təşkilatlarının məlumatlarından istifadə edilir. İl ərzində toplanan bitki və
heyvanat aləminin kolleksiyaları da salnamə üçün qiymətli sayılır. Həmin ili qoruq ərazisində tədqiqat aparan
digər təşkilatların əməkdaşlarının materiallarından da istifadə edilir.
Təbiətin salnaməsi qarşıdakı ilin əvvəlində tərtib olunur və orada ötən ilin hadisələri əks olunur. Belə olduq-
da qış aylarının materiallarından tam istifadə etmək olmur. Odur ki. təbiətin salnaməsi üçün yeni il mart ayı he-
sab edilməsi daha məqsədə uyğundur və ilin sonu fevral ayı sayılmalıdır.
Salnamənin tərtibatında obyektlərin, heyvan və bitkilərin şəkillərilə yanaşı, həm də dinamiki proseslərin şəkilləri
də böyük əhəmiyyətə malikdir. Məsələn, qarın əriməsi, suyun qalxması və enmə səviyyəsi, su daşğını, vegetasiyanın
gedişi və s.
Təbiətin salnaməsinin tərtibi metodikasına uyğun olaraq salnamədə aşağıdakı başlıqlar olmalıdr.
1. Qoruğun ərazisi. Salnamənin I kitabında qoruğun sahəsinin bitki örtüyü və s-yə görə bölünməsi cədvəli,
qoruq ərazisində və onun əhatəsində yerləşən yaşayış məntəqələrinin yerləşməsi sxemi, mühafizə kortonları və
daxmaları, əsas yollar və cığırlar göstərilir.
2. Landşaft, relyef və torpaq. Bu hissədə geomorfoloji dəyişilmələr, torpağın temperaturu, nəmliyi və s. gös-
tərilir.
3. Hava. Salnamənin bu hissəsində il ərzində aylar üzrə. mümkün olsa kiçik vaxtlar ərzində havanın əsas
göstəriciləri verilir. Adi hava proseslərilə yanaşı biotaya təsir göstərən normadan kənara çıxan iqlim göstəriciləri
də verilir. Əsas aylar üzrə elementlərin (havanın temperaturu, yağmurlar, qar örtüyü) çoxillik və ekstremal rə-
qəmlərlə müqayisə olunur. Qoruğun müxtəlif yerlərində, xüsusən dağın müxtəlif qurşaqları üçün orta aylıq ( və
ya dekada) havanın temperaturu, mütləq maksimum və mütləq minimum temperatur, şaxtalı və şaxtasız keçən
günlərin sayı, yağmurlu günlərin sayı və miqdarı, qar örtüyünün hündürlüyü və sıxlığı verilir.
4. Sular. Qoruqda olan əsas su hövzələrində hidroloji rejimin qısa xronoloji təsvirlərinin verilməsi məsləhət
görülür. yaz daşğınlarının vaxtı və gedişi qeydə alınır, suyun səviyyəsi və eni ölçülür. Bunula yanaşı suyun tem-
peraturu, buzun qalınlığı, quraqlıq ərazilərdə isə qrunt suyunun səviyyəsi verilir.
5. Təbiətin təqvimi. Bu hissədə canlı aləmdə gedən fenoloji fəzaların qeydləri verilir.
Fitofenoloji hadisələr eyni obyektlərdə, eyni sahələrdə və ya uyğun bitmə şəraitlərində öyrənilməlidir ki, əldə
edilən materialları həm həmin qoruqda, həm də digər qoruqlardakı materiallarla müqayisə etmək mümkün ol-
sun.
Təbiətin salnaməsinin təqvimində aşağıdakılar mütləq olmalıdır:
a) Marşrutların və müşahidə məntəqələrinin adı, yerləşməsi planı və onların qısa təsviri (dəniz səthindən
yüksəkliyi, yamacın cəhəti, dikliyi və s.). Bu təsvirlər salnamədə marşrutlar və məntəqələr dəyişərsə və ya yeni-
dən salınarsa, bu dəyişikliklər sonrakı ilin kitabında qeyd olunur;
b) Cari ildə aparılan fenoloji müşahidələrin illik cədvəli və çoxillik müşahidələrlə müqayisəsi;
v) Mövsüm üzrə fenoloji hadisələrin qısa təsviri və onların orta illik rəqəmlərdən kənara çıxması;
q) Ayrı-ayrı bitki və heyvan növləri üzrə dövri hadisələrin cədvəli.
6. Flora və bitki örtüyü.
Qoruqda bitki örtyündə gedən dəyişikliklər qeyd edilir, bu dəyişikliklərin heyvanat aləminə təsiri verilir. Ma-
teriallar verildikdə zonallığı və şaquli qurşaqlıq nəzərə alınmalıdır. Floranın dəyişilməsi qabaqlar burada yayılan
həmin rayon üçün aborigen (yerli) bəzi bitki növlərinin sıradan çıxması və qoruğa yeni yabançı (yad) kənardan
gətirilən bitki növlərinin peyda olması istiqamətində gedə bilər. Bu dəyişilmə bu və ya digər bitki növünün aza-
lıb-artması və arealının dəyişilməsi istiqamətində də gedə bilər. Bu dəyişilmələrdə edifikator və dominant, həm-
çinin relikt və endem bitkilər üçün daha vacibdir.
Ayrı-ayrı növlərin toxumvermə intensivliyinin öyrənilməsinin də böyük əhəmiyyəti vardır.
Bitkilərin yaşının ötməsi, yanğın, bəzi heyvan növünün çoxalması, iqlimin dəyişməsi, insan fəaliyyətinin təsirilə
əlaqədar bitki örtüyünün suksesssiyasının müşahidə olunması böyük maraq doğurur.
Qoruqda bitki örtüyünün dinamikası daimi təcrübə sahələrində öyrənilməlidir. Onların təsviri geobotanika
üzrə olan standart metodika ilə aparılır. Bütün təcrübə sahələrinin yeri naturada nişanlanır və qoruğun planına
qeyd edilir. Hər təcrübə sahəsinin bitki örtüyü xəritələşdirilir və orada edifikator, dominant, az rast gəlinən və
digər qiymətli bitki nümayəndələri dəqiq qeydə alınır. Təcrübə sahələrində müxtəlif bitki qruplarının əlaqəsi,
yaş tərkibi. mövsümi və illik dəyişməsi aydınlaşdırılır.
7.Fauna və heyvanat aləmi. Bu hissədə heyvanat aləminin növlər üzrə yaşayış tərzi haqqında məlumat verilir.
Salnamədə heyvanat aləminin miqdarca uçotu əsas tədbir sayılır. Belə uçot ayrı-ayrı heyvan növünün miqdarı-
nın dinamikası üzrə material toplamağa imkan verir.
350
8. Elmi tədqiqatlar. Bu hissədə il boyu aparılan tədqiqatların qısa hesabatı və nəticələri verilməlidir. Hesaba-
tın sonunda çap olunan elmi və elmi-papulyar əsərlərin siyahısı verilir.
Xarici antropogen amillərin qoruq ekosistemlərinə təsiri
Qoruq ekosistemlərinə antropogen təsiri, onun mənbəyinə görə şərti olaraq iki qrupa bölmək olar. Birinci
qrupun mənbələri qoruğun özünün fəaliyyətilə əlaqədardır. Bura qoruqda mühafizəni təşkil etmək üçün görülən
tədbirlər. qoruqda təşkilatı-təsərrüfatı tədbirlərlə əlaqədar, həmçinin daxili ehtiyacı ödəmək üçün təbii sərvətlər-
dən istifadə edilməsilə (ot biçini, otlaq, əkin sahəsi, bağ) əlaqədar olan təsirlər daxildir.
İkinci qrupa aid olan mənbələr qoruğa qonşu (yaxın) olan ərazilərdən baş verir.
Xarici antropogen təsirləri insanın fəaliyyət növü ilə əlaqədar olaraq aşağıdakı təsnifata bölmək olar: sənaye,
kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat, rekreasiya və təşkilatı tikinti işləri.
Sənayenin təsiri.
Qoruq komlekslərinə bilavasitə və dolayı təsir göstərən sənaye sahələrindən ədəbiyyatda ən çox metallurgi-
ya, kimya, tikinti, sellüloz-kağız, istilik enerjisi, faydalı qazıntı və neft çıxarma sənayesini göstərmək olar.
Su təsərrüfatı sənayesi.
Qoruqlar üçün mənfi təsir göstərən su təsərrüfatı istehsalını artıqmaq məqsədilə görülür. Məsələn, qoruğa qon-
şu olan meliorativ işlər (qurutma, suvarma kanalları, hidrotexniki qurğular və s.).
Kənd təsərrüfatı istehsalı sahələrinin təsiri.
Əsasən əkinçilik, heyvandarlıq və arıçılığın inkişafı ilə əlaqədardır.
Qoruqda və onun ərazisinə yaxın yerlərdə mal-qara otarılması bitki örtüyünün pozulmasına, torpaq eroziyasının
inkişafına, vəhşi heyvanların sıxışdırılıb didərgin düşməsinə və ev heyvanları tərəfindən xəstəliyə yoluxmasına səbəb
olur.
Brakonyerlik, itlə vəhşi heyvanların izlənməsi, canavarların çoxalması və mal-qara otarılmasilə əlaqədardır.
Bizim dağ qoruqlarımızda, məsələn Göygöl, Zaqatala, həm də dağətəyi rayonlardakı qoruqlarda mal-qara
otarılması səthi və qobu eroziyasının inkişafına, nadir bitki növlərinin sıradan çımasını, zərərli və zəhərli otların
artmasına səbəb olur.
Bu qoruqlarda və qonşu sahələrdə qanunsuz arı da saxlanılır. Burada arıların çox vaxt qoruqdakı həşəratlarla
yem üçün rəqabətə girməsi müşahidə olunur. Həm də yerli həşarat populyasiyalarının arıçılıq təsərrüfatının arı-
larilə infeksiya və parazitlərlə yoluxması da labüddür.
Meşə və ovçuluq təsərrüfatının təsiri
Qoruğa qonşu ərazilərdə meşənin yox edilməsi qoruğu «meşə adasına» çevirir və qoruqda heyvanat aləminin
tərkibinin və sayının dəyişməsinə səbəb olur.
Qoruğa bitişik ərazidə meşənin kəsilməsi və mal-qara otarılması qoruğun bütün komponentlərinin pozulma-
sına gətirib çıxarır. Buna Bəsitçayın dərəsində yerləşən çinar qoruğunu misal göstərmək olar. Burada qoruğa bi-
tişik yamaclarda ağacların kəsilməsi, ilboyu mal-qaraya otarılması səthi su axımını gücləndirir və sel hadisələri-
nə səbəb olur. Bu da Bəsitçay dərəsində çinarlar bitən sahələrin bitmə şəraitinə mənfi təsir göstərir.
Qoruqda ov etmənin intensiv aparılması, yaxud normadan az aparılması orada heyvanların bir yerə toplan-
masına səbəb olur.
Nəqliyyatın təsiri
Qoruq daxilində və ona yaxın yerlərdə magistral nəqliyyat yollarının çəkilməsi təbiət koplekslərinin element-
lərini pozur və ya dağıdır, heyvanat aləmini narahat edir, mühitin çirklənməsi və mexaniki zədələnmə nəticəsin-
də orqanizmlərin xəstəliyə və ziyanvericilərə qarşı davamlılığını aşağı salır, brokonyerliyə şərait yaradır, yan-
ğın təhlükəsini artırır. Yollarda heyvanat aləmi tələf olur, onların populyasiyaları ayrı düşür (bölünür), qoruğa
xas olmayan növlər peyda olur.
Rekreasiya və tikintinin təsiri
Qoruq ərazisi ətrafında əhalinin artması sənaye tullantıları, kommunal təsərrüfatı tərəfindən təbii mühiti
çirkləndirir və qoruq ərazisinə xas olmayan növlərin daxil olmasına şərait yaradır.
Ekskursiyalar və turizmin inkişafı da təbiət kompleksinə və elmi işlərə zərər gətirir.
Daxili və xarici antropogen təsirlər, xüsusən tikinti işləri, nəqliyyat və kənd təsərrüfatı işləri qoruğun flora və
faünasının tərkibinə ikinci dərəcəli, yəni insan fəaliyyətinin təsirilə yaranan sinantrop növlər daxil olur və qoruğun
etalon əhəmiyyəti itməyə başlayır.
Qeyd etmək lazımdır ki, insan fəaliyyətinin müxtəlif formalarının təsirilə qoruğun təbiətinin pozulması həm
də layihəçilərin və təsərrüfatçıların ekologiya elminə az yiyələnməsi, qoruğun vəzifələrini başa düşməməsi ilə
də əlaqədardır.
351
Mövcud və gələcək qoruqlarda təbiətin antropogen deqradasiyasının qarşısını almaq üçün tədbirlər sistemini
hazırlamaq məqsədilə antropogen təsirlərin əlaqələrini öyrənmək vacibdir.
Yeni qoruqlar təşkil edərkən həmin regionda antropogen təsirlərin inkişafı perspektivlərinin nəzərə alınması
xüsusilə vacibdir.
Qoruqlarda olan pozuntular
Qoruq rejiminin pozulmasına daxildir:
Qanunsuz ovetmə (xüsusi brakonyerlik); meşə qanun pozuntuları (ağac və kolun kəsilməsi, göbələk, meyvə,
giləmeyvə və s. yığılması, nadir və qiymətli bitkiləri satmaq üçün yığılması); özbaşına mal-qara otarılması; yan-
ğın təhlükəsi qaydasının pozulması; qoruq ərazisində buraxılış vərəqəsinin olmaması və s.
Qoruq rejiminin pozulmasına aşağıdakılar da aiddir:
təbii sərvətlərdən istifadə edilməsi, məsələn ot hazırlığı, meşənin qırılması, mal-qara otarılması, bağçılıq,
arıçılıq və s.
Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aiddir: - qoruğu layihələşdirdikdə onun ərazisi mümkünat
daxilində iri magistral yollardan, yaşayış məntəqələrindən uzaqda olmalı, qoruq daxilində onlar olmamalıdır.
-
Qoruğun sərhədləri təbii relyef elementlərilə aparılmalıdır;
-
Qoruq daxilində olan yaşayış məntəqələrini, kənd təsərrüfat sahələrini qoruqdan çıxarmalı, bəzi yollar
kəsilməlidir;
-
Layihələşdirilən bütün qoruqlar üçün qoruyucu zona (bufer) təşkil edilməlidir.
-
Qoruğun material-texniki bazası möhkəmləndirilməli; yegerlərin iqtisadi marağını artırmalı.
-
Qoruq daxilində olan turist komplekslərini sabitləşdirməli, onların fəaliyyətini qəti reqlamentləşdirməli-
dir.
-
Xüsusi yoxlama xidməti təşkil etməlidir.
-
Qoruq rejimini hüquqi cəhətdən möhkəmləndirməli;
-
Qoruq rejimini pozmuş təşkilat və ayrı-ayrı şəxslərin məsuliyyətini aşkar etməli, qoruq xidməti işçiləri-
nə təbiəti mühafizə dövlət müfəttişliyi hüquqları verməli və onlara, qanunu pozanlara qarşı inzibati cəza tədbir-
ləri görmək ixtiyarı da verməlidir.
-
Qorunan təbiət obyektlərinə müəssisə və ayrı-ayrı şəxslər tərəfindən vurulan ziyanların ödənilməsi
nırxları (məzənnələri) işlənib hazırlanmalıdır.
-
Qoruq ərazisində təsərrüfat fəaliyyətinin nizama salınması üzrə yüksək səviyyədə qərar hazırlanmalıdır.
Qoruq ərazilərində ekosistemlərin nizamlanmas.
Qoruqlar haqqında olan əsasnaməyə görə dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı və qoruq-
da mütləq qoruma rejimi həyata keçirilməlidir.
Lakin qeyd etmək lazımdır ki, mütləq qoruq rejimini bütün qoruqlara şamil etmək düzgün deyildir. Belə ki,
bir sıra qoruqların əraziləri qoruq rejiminə başlamaqdan əvvəl bu və ya digər dərəcədə insan fəaliyyətinin mənfi
təsirinə məruz qalmışdır. Belə sahələr tipik ekosistemlərin insanın təsirilə transformasiyaya uğramasına səbəb
olmuşdur. Belə sahələrdə ekosistemlərin nizamlanması üzrə tədbirlər görülməsi məqsədə uyğundur.
Bir sıra qoruqlarda bəzi illər dırnaqlı heyvanların sayı həddindən çox artır. Bu hal biotopların deqradasiya-
sına, meşə sahələrinin pisləşməsinə səbəb olur. Dırnaqlı heyvanlar tərəfindən torpağın pozulması qonşu ərazilər-
dən qoruğa alaq və ya yad ot növlərinin gətirilməsinə səbəb olur.
Qoruqda maral və digər dırnaqlı heyvanların sayını artırmaq və qonşu yaşayış məntəqələrində mal-qaranı qo-
rumaq məqsədilə qoruqda canavarlar məhv edilərək sayı azaldılmalıdır. Qış dövründə heyvanların ot və gilə-
meyvə ilə təmin olunması və duzlaqların düzəldilməsi də qoruqda dırnaqlı heyvanların çoxalmasına səbəb olur.
Təcrübələr göstərmişdir ki, canavarlarla dövri olaraq mübarizə aparmaq lazım gəlir. Belə olmadıqda onun sayı
qısa dövr ərzində normanı keçir və onlar dırnaqlı vəhşi heyvanları tələf edir, qonşu kəndlərdəki mal-qaraya hü-
cum edir.
Qoruqda vəhşi dırnaqlı heyvanların sayının nizama salınması ovçuların köməyi ilə yerinə yetirilməməlidir,
çünki ovçu həmişə yaxşı heyvan seçib ovlamağa çalışır. Bu məsuliyyətli işi qoruğun öz işçiləri görməlidir, bu
zaman əsasən zəif və xəstə heyvanlar ovlanmalıdır.
Qoruqda ekosistemlərin nizamlanması tədbirləri çox ehtiyatla yerinə yetirilməlidir. Hər bir düşünülməmiş
tədbir xeyir əvəzinə çox pis nəticə ilə qurtara bilər.
Əgər qoruq, kompleks qoruq deyilsə və orada əsas məqsəd itmək təhlükəsi olan hər hansı bir növü qorumaq-
dırsa ilk vaxtlarda o növün bərpa olunması istiqamətində müəyyən tədbirlərin aparılması vacibdir.
Qoruqlarda ekosistemlərin deqradasiyasına təsir edən amillərdən biri də nizama salınmamış turizmdir. (Mə-
sələn, respublikamızda Göygöl və Pirqulu qoruqlarında) Odur ki, qoruqlarda kütləvi turizm işi ümumiyyətlə qa-
dağan olunmalıdır. turizm üçün əsasən milli parklar xidmət göstərməlidir.
Qorunan müxtəlif ekosistemlərin ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı təd-
birlər aşağıdakılardan ibarət ola bilər:
352
1.
Torpaq. Qoruqlar təşkil olunana qədər insan fəaliyyətinin təsirilə baş vermiş torpaq eroziyasının qarşı-
sını almaq üçün eroziyaya qarşı mübarizə tədbirləri görülməlidir. Bu tədbirlərin görülməsi yad bitki növlərinin
kənardan daxil olmasının və landşaftın transformasiyasının qarşısını alır; əgər qoruq ərazisində insanın təsirin-
dən dağılmış sahələr varsa, rekultivasiya işi də aparılmalıdır;
2.
Sular. Su hövzələrində insan fəaliyyətinin təsirilə əlaqədar pozulmuş suyun səviyyəsi və rejimi bərpa
edilməlidir. Kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalıdır;
3.
Flora və bitki örtüyü.
Qoruq ərazisində floranın tərkibinə qoruğa xas (məxsus) olmayan bitki növlərinin daxil olmasının qarşısı
alınmalı, yad bitki növləri kənar edilməlidir. Bitki qruplarının tərkib və davamlılığını yoxlamaq məqsədilə meşə
yanğınlarının qarşısı alınmalı, qoruq ərazisində və ətrafında entomoloji zərərvericilərin kütləvi artmasına yol
verməməlidir;
Qoruq üçün xas olan nadir və kökü kəsilmək təhlükəsi olan bitki növlərinin saxlanılması və bərpası üçün təd-
birlər görülməlidir;
4.
Fauna və heyvanat aləmi.
Qoruq ərazisi üçün xas olmayan heyvan növlərinin qoruğa daxil olmasının qarşısını almaq və onları qoruq-
dan kənar etmək lazımdır.
Qoruq ərazisi üçün xas olan nadir və kökü kəsilmək təhlükəsi olan heyvan növlərini saxlamaq və bərpa et-
mək tədbirləri həyata keçirməlidir;
- İnsan fəaliyyətinin təsiri nəticəsində məhv edilmiş, lakin qoruq üçün xas olan heyvan növləri bərpa edilmə-
li;
- Ekoloji balansı bərpa etmək və qoruq ekosistemlərinin əsas komponentlərinin saxlanılması üçün ayrı-ayrı
heyvan növlərinin sayını və sıxlığını nizama salmalıdır.
Yuxarıda göstərilən tədbirlər sisteminin təsnifatı bəzi hallarda dəyişdirilə və dəqiqləşdirilə bilər.
18.2. Yasaqlıqlar
Yasaqlıq təbiətin ən qədim mühafizə forması hesab olunur. Qoruqdan fərqli olaraq yasaqlıqlar hansı təşkila-
tın ərazisində yerləşirsə həmin təşkilata baxır, məsələn, fermer, meşə təsərrüfatı və s. Yasaqlıqlar daimi və mü-
vəqqəti (10 ilə qədər) ola bilər. Yasaqlıq ərazisində qoruq rejimi qoruqlara nisbətən zəif olur və orada elmi-təd-
qiqat işi aparılmır.
Əgər qoruqlarda mütləq qoruma rejimi tətbiq olunursa, yasaqlıqlarda istirahət evləri, turist bazaları tikilir.
Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla
davranmalıdır. Yasaqlıqlarda ovetmə, balıq tutmaq, yer şumlama, meşə qırma işi, mal-qara otarma, giləmeyvə,
göbələk yığma ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbiət komp-
leksi deyil, onun ayrı-ayrı komponentləri qorunur. Keçmiş SSRİ-də qiymətli və relikt bitki növlərini, landşaftı
qorumaq üçün meşə, botaniki, zooloji, ornitoloji, balıqçılıq, ovçuluq, botaniki- geoloji və s. yasaqlıqlar yaradıl-
mışdır. Yasaqlıqlar ərazisinə görə çox böyük olub iri təbiət kompleksini qorumaq üçün yaradıla bilər. O, ayrı-
ayrı quş kaloniyası, qiymətli bitki sahəsi, qarışqa sahəsini qorumaq məqsədilə yaradıldıqda sahəsi çox kiçik ola
bilər. Ən iri yasaqlıq Alka-ata yasaqlığı olub sahəsi 800 min hektardır. Bir neçə misal gətirək.
1.
Çelyabinski vilayətində kompleks «Karaqaysk bor» yasaqlığı. Sahəsi 16 min ha-dır. Burada sığın, tülkü,
dovşan, Sibir xoruzu, tetra quşunun ovlanması qadağan olunur.
2.
Litvanın şərqində kəpənək yasaqlığı. Burada məktəblilər sədəfli kəpənəklər kaloniyası müşahidə edərək
Litva Akademiyasının Zoologiya institutuna xəbər vermiş və ora yasaqlıq elan edilmişdir.
3.
Novqorod vilayətinin Okulov meşəçiliyində qarışqa yasaqlığı.
4.
Qiymətli, relikt, nadir ağac, ot bitkilərindən ibarət meşə və bozqır sahələrində botanika yasaqlıqları vardır.
Son vaxtlar müalicə otlarından ibarət yasaqlıqlar da yaradılmışdır. Burada müalicə otları ilin müəyyən vaxtlarında
və yalnız xüsusi icazə ilə yığıla bilər.
5.
Geoloji paleontoloji yasaqlıqlar nadir mağaralar, qazıntı flora və faunanın qalıqları, səthə çıxan dağ sü-
xurları, qəribə qayalıq formaları və s. Keçmiş SSRİ- ərazisində 3 mindən çox yasaqlıq olub sahəsi 20 mln hekta-
ra yaxındır.
18.3. Milli parklar (MP)
Hazırda milli parklar dünyada təbii ərazilərin qorunmasının ən əsas forması sayılır.
İlk dövrlərdə bir sıra ölkələrdə MP-lar yalnız təbiəti mühafizə məqsədi daşıyırdı və bu sahədə onlar olduqca
böyük rol oynamışlar. Belə ki, Afrika, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada iri heyvanlar, quşlar və
qiymətli bitki növləri MP-ların yaradılması nəticəsində xilas edilərək indiyə kimi qalmışlar.
Lakin son 50 ildə turizm formasında rekreasiya adlanan istirahət forması bütün dünyada inkişaf edərək bö-
yük əhəmiyyət daşıyır. Mövcud MP-ra il ərzində yüz milyonlarla adam axışıb gəlir. Məsələn, Amerikanın MP-
rına il ərzində bir neçə yüz milyon, Afrikanın MP-rına isə 10 milyonlarla adam gəlir. Milli Park termini ilk dəfə
1872-ci ildə ABŞ-da konqresdə qəbul olunmuşdur. MP Cənubi Amerikada 1903, Braziliyada 1919, Fransada
353
1913, İsveçrədə 1914, İspaniyada 1915-ci illərdə və s. ölkələrdə təşkil olunmuşdur. Hazırda dünyada 3000 –dən
arıq MP mövcuddur. Bəzi MP-rın sahəsi 1mln ha-rı keçir. Ən böyük MP «Qrenlandiya» MP-ı hesab edilir, sa-
həsi 7,5 mln ha-dır.
ABŞ-ın MP-rından ildə 10 milyarddan artıq, Keniyanın MP-ından isə ildə 100 milyon dollardan artıq gəlir
əldə edilir. İnsanların MP-ra güclü axımı təbii ekosistemlərin dağılmasına («turizm eroziyası») gətirib çıxarır,
MP-rın iki vəzifəsi- təbiəti mühafizə və rekreasiya arasında kəsgin qarşıdurma yaranır.
Buna baxmayaraq MP düzgün təşkil olunduqda olduqca böyük təbiəti mühafizə əhəmiyyəti daşıyır. MP-ın
təbiəti mühafizə funksiyalarını yerinə yetirməsi üçün orada təbii landşaftların, bitki örtüyünün, heyvanat aləmi-
nin və digər obyektlərin qorunub saxlanılması üzrə bir sıra tədbirlərin görülməsi təmin olunur, bu tədbirlər həm
də MP-a gələnlər üçün cəzbedici olmalıdır, bunun üçün iki mühüm şərtə diqqət yetirməlidir: park üçün yerin
düzgün seçilməsi və mühəndis- bioloji vəzifənin həlli. MP-ların yaradılması işində mühəndis-bioloji vəzifələr
çoxcəhətli və mürəkkəb olub xeyli vaxt tələb edir. Bu vəzifələr aşağıdakılardır:
3) MP-ın ərazisinin zonaları (hissələri) elə ayrılmalıdır ki, (qoruq, yasaqlıq, ekspozisiya nümayiş və məişət
xidməti təsərrüfat sahələri və s.) landşaftların və müxtəlif obyektlərin qorunub saxlanılmasına qarant verilsin,
həm də parka gələnlər üçün maksimum əyanilik və rahatlıq yaransın.
Kütləvi istirahət üçün ayrılmış şəhərətrafı istirahət zonasından fərqli olaraq MP-a qrupla və fərdi gələnlər
ciddi reqlamentlə qəbul olunur.
MP-ın ərazisində gəzintini təşkil edərkən rekreasiya yükü əsas təsərrüfat norması sayılır, ona riayət edilməsi
parkın təbii landşaftlarının yaxşı qorunub saxlanılmasına qarant verir. Bu yük (norma) parkın rejiminə riayət
edərək vahid sahədə maksimum miqdarda gələnlərin müəyyən ərazidə qalmasına imkan yaradaraq parka heç bir
ziyan yetirmir. rekreasiya yükü yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti (dərəcə-
si) ilə müəyyənləşdirilir.
MP-ın ərazisində gəzinti qadağan edilən qoruq sahələri, yasaqlıqlar ayrılmalıdır.
Qoruqlar canlı təbii laboratoriya sayılır. Qoruq ərazisində yalnız elmi-tədqiqat işlərinin aparılmasına icazə
verilir. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrdə mü-
rəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Əldə olunan nəticələr təbii mühitin pozulma
dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Milli Park daxilində yasaqlıqların başlıca vəzifə və funksiyaları ərazinin təbii heyvan, quş və bitkisini qoru-
yub saxlamaqdan ibarətdir. Burada adətən yalnız MP-ra gələn piyadalara (mühərriksiz) az vaxt ərzində kiçik
marşrutlarla gəzintisinə icazə verilir.
Azad hərəkət (gəzinti) icazə verilən zonada park növlü xidmət sahələrinin təşkilinə icazə verilir. Bu zonada
bir tərəfli torpaq yolu, dayanacaq yeri, baxış (nümayiş) meydançaları və s. ayrılır.
Parkın girişində yol kənarında kiçik miqyaslı məişət xidməti mərkəzi yaradılaraq içki çadırları qurmağa, ma-
şın dayanacağına icazə verilir. Kapital tikintilər, o cümlədən mehmanxana kompleksləri, motellər və s. adətən
parkdan kənarda yerləşdirilir. Böyük MP-ın ərazisində gecələmək üçün yerlər (çadır qurmaq üçün yerlər, ocaq
qalamaq üçün sahə, odun ehtiyatı və s.) ayrıla bilər.
Beləliklə MP nə mədəniyyət və istirahət parkı, nə kütləvi istirahət zonası, nə də zooloji, botaniki park deyil-
dir. Bununla belə MP-ın azad gəzinti zonasında yerli flora və fauna nümunələrini nümayiş etdirmək məqsədilə
kiçik zooparklar və botanika bağları salına bilər.
Azərbaycan Nazirlər Soveti 1982-ci ildə dövlət qoruqlarının və MP-ın yaradılması haqqında qərar qəbul edə-
rək Azərbaycanda ümumi sahəsi 213 min ha olan 4 MP-ın (Şahdağ, Murovdağ, Burovar və Qobustan M. P.-rı)
yaradılmasını irəli sürmüşdür.
Dostları ilə paylaş: |