1950-ci ilə qədər dövrdə heyvanların tərk olması
(nəslinin kəsilməsi)
Tərk olan (nəsli kəsilən)
növ və yarımnövlər
İllər
Məməlilər (növlər) Quşlar (növ və yarım-
növlər)
1800-ci ilə qədər 33
30
1801-1850 2 20
1851-1900 31 50
1901-1950 40 50
335
Cəmi 106
150
Təbiəti və Təbii Ehtiyatların Mühafizəsi üzrə Beynəlxalq ittifaqın məlumatına görə məməlilərin 63 növü və
55 yarımnövü sıradan çıxmışdır. Avropada alimlərin və təbiəti müafizə təşkilatının səyi nəticəsində bəzi heyvan
növləri qorunub saxlanmışdır. Lakin dağ keçisinin (vəhşi öküz, tur) çoxdan nəsli kəsilmişdir. O, vatilə Avro-
pada geniş yayılmış, son nümayəndəsi 1627-ci ildə ölmüşdür. Sonra Cənubi Avropa çöllərində geniş yayılan
vəhşi Avropa çöl atının sayı azalaraq axırıncı nümayəndəsi 1879-cu ildə məhv edilmişdir. Meşələrin yox edil-
məsi ilə əlaqədar zubrun (vəhşi buğa) da sayı xeyli azalmış, aparılmış tədbirlər nəticəsində onun nəslinin kəsil-
məsinin qarşısı alınmışdır. Qafqaz dağlarında hədsiz ovlanma nəticəsində dağ keçiləri və köpgərin bəzi növləri
yoxa çıxmışdır. Bəzi quş növlərinin də nəsli kəsilmişdir. Onlardan Atlantikanın şimal hissəsində qayalıq sahil-
lərdə yaşayaraq uçmaq qabiliyyətini itirən qaqarkanı (qütb dəniz quşu) göstərmək olar. Bu mühafizəsiz iri öl-
çülü aciz quş ovlanaraq əti və yumurtaları ilə birlikdə gəmilərə doldurularaq daşınmışdır. Son qaqarka 1844-cü
ildə İslandiya sahillərində öldürülmüşdür. Qartal kimi iri quşlar da nadir heyvanlar sırasına daxil olmuşdur.
XVIII – XIX əsrlərdə Şimali Amerikada vəhşi heyvanların sayı kəsgin azalmışdır. Amerikanın meşəli cənu-
bi-şərq rayonlarında ağacların koğuşunda yaşayan olduqca gözəl kral tutuquşu tamamilə məhv edilmiş, axırın-
cı nümayəndəsi 1914-cü ildə zooloji bağda ölmüşdür. Sıx meşələrdə yaşayan ağdimdik ağacdələn də bu yolla
yoxa çıxmışdır.
Ağ Amerika durnasının da yoxa çıxmaq təhlükəsi yaranmışdır. hazırda onun kiçik populyasiyası (48fərd)
qalmışdır.
Şimali Amerikanın geniş düzənliklərində – prerilərdə və xırda meşəliklərdə bizonların böyük sürüləri yaşa-
yırdı, onlar çox iri heyvan olub erkəklərin çəkisi 3000 funta bərabər idi. Onların sayı 75 mln baş təşkil edirdi.
Müstəmləkiçilərin qərbə doğru hərəkəti və torpaqların mənimsənilməsi ilə əlaqədar bizonların ilkin yaşyaış yer-
lərinin kökündən dəyişməsi və onların intensiv ovlanması heyvanların kütləvi məhvinə səbəb oldu.
1872-1874-cü illərdə Kanzaz dəmir yolunun çəkilişi zamanı ildə 2,5 mln-a qədər bizon öldürülürdü. Az bir
zamanda bizonlar kəsgin azalaraq 1889-cu ildə Yellouston parkında cəmi 635 baş bizon vardı. Hazırda bizonla-
ra yalnız qoruqlarda rast gəlmək olar.
Cənubun bozqır (çöl) və yarımsəhralarının iri məməli heyvanları intensiv məhv edildi. XVI əsrdə Rusiyanın
Avropa hissəsində və Qərbi Sibirdə Qərbi Çinə qədər sayqaklar (vəhşi antilop) geniş yayılmışdı. Onların ev
heyvanları tərəfindən sıxışdırılması, bozqırların şumlanması və hədsiz ovlanması nəticəsində sayqakların kəsgin
azalaraq 1920-ci ildə sayı cəmi bir neçə yüz ədəd qaldı. Tələlər qurularaq gun ərzində 12000-ə qədər sayqak ov-
lanırdı. Sayqak dadlı əti, piyi, buynuzu və qiymətli dərisinə görə ovlanırdı.
Orta Şərqdə, Qərbi-Sibirdə, Qazaxstan və Ön Baykalda yaşayan kulanlar (vəhşi eşşək) təbii fəlakətlər və insanlar tə-
rəfindən tamamilə sıradan çıxmaq təhlükəsi yaranmışdı, bu növ az miqdarda ciddi qorunur.
Okeaniya adalarında insanın təsərrüfat fəaliyyəti nəticəsində faunanın dəyişilməsi baş verir. Yeni Zenlandiyada
boyu 3,5m-ə çatan nəhəng dəvəquşuların da nəsli kəsilmişdir. 700 il əvvəl yaşayan uça bilməyən bu quşlar, bitki ör-
tüyünü yandırmaq yolu ilə vəhşicəsinə məhv edilmiş, yuvaları və yumurtaları da yandırılmışdır.
Havay adalarında 68 yerüstü quş növünün 60%-i məhv olmaq təhlükəsi altındadır. Bu quşların rəngarəng
gözəl lələk və tükləri ovçuları özünə cəlb etmiş, baş örtüyü və paltarları bəzəmək üçün ovlanıb satılmışdır.
Avstraliya olduqca özünəməxsus heyvanat aləmi ilə fərqlənir. XIX əsrdə burada geniş yayılan kisəli heyvanlar ha-
zırda yox olmaq təhlükəsi altındadır. Belə heyvanlardan iri yırtıcılar – kisəli şeytan, kisəli canavarı göstərmək olar.
Avstraliyada kisəli heyvan olan kenqurunun bir çox növləri yox olmaq təhlükəsi altındadır. Qiymətli xəzinə
görə insanlar onları ovlamaq üçün yaşayış şəraitini dağıdırlar. Kisəli ayı – koala da bu səbəbdən məhv edilir.
Qeyd edək ki bu heyvanlar yalnız evkaliptin müəyyən növlərinin yarpaqları ilə qidalanır, ona görə də ciddi mü-
əyyən bir yaşayış yerində məskunlaşırlar. Avropalılar buranı fəth edənə qədər kisəli ayıların sayı milyonlarla he-
sablanırdı. İndi isə bir neçə mini qalmışdır. 1924-cü ildən Avstraliyadan koalanın 2 milyon dərisi aparılmışdır.
Hazırda Avstraliyanın təxminən 35 kisəli növü yox olmaq təhlükəsi altındadır.
Avropalılar Afrikaya gəlməzdən əvvəl iri vəhşi heyvanlar kontinent ladşaftının ayrılmaz hissəsini təşkil edir-
di. Burada ilk növbədə Saxara ilə sərhəddə – Şimali Amerikada heyvanların sayı azalmağa başladı. Bu rayonda
fillər artıq yoxa çıxmış, XVIII əsrdən etibarən şirlərin sayı kəsgin azalmış, axırıncı şirlər yalnız Orta Atlasın
meşələrində qalmışdır, Afrika antilop inəyi tamamilə yoxa çıxmışdır. Afrikanın faunasının vəhşicəsinə məhv
edilməsi XVII əsrdən başlanmışdır. Bu dövrdə kontinentin cənubunda savannalara minlərlə fillər, müxtəlif anti-
lop növləri, zebr, zürafə və digər dırnaqlı heyvanlar miqrasiya edirdi. Bu otyeyən heyvanları şirlər, leopardlar,
gillik pişikləri (gepardlar), kaftarlar və başqa yırtıcılar təqib edirdi. Qısa bir müddətdə mavi atabənzər antilop və
antilopun digər növləri, zebrlərin bəzi yarım növləri – kvaqqa, burçellova və başqaları məhv edilmişdir. Saxara-
dan cənubda vaxtilə bütün kontinent boyu yayılan fillər yox edilmişdir. 1880-ci ilə kimi hər il avropa bazarları-
nın təlabatını ödəmək üçün 60-70 min fil öldürülmüşdür. Zürafə və kərgədanın sayı hər yerdə azalmışdır.
XX əsrin 30-cu illərində Rodeziyada qlossin milçəyi ilə mübarizə aparmaq üçün 375 minə qədər fil, antilop,
zürafə, kəl və başqa heyvanlar öldürülmüşdür.
336
Afrikanın çay, göl və bataqlıqlarında saysız-hesabsız begomotlar yaşamışlar. Avropa ovçuları bəzən əyləncə xati-
rinə bir neçə metr məsafədən bu nəhəng heyvanları kəlləsindən güllə ilə vurub öldürmüşlər, onların sayı xeyli azalmış-
dır, yeməli əti olan bu nəhəng (530 kq-a qədər) heyvanlar qorunub, onlardan səmərəli istifadə edilərsə Afrika əhalisinin
zülal çatışmazlığını qismən ödəmək olar.
Avropalıların gəlişindən əvvəl Afrika qitəsində mövcud olan heyvanların sayının hazırda 10%-ə qədəri qal-
mışdır.
Madaqasqar və Maskarensk adalarının nadir heyvanları vardır. Təxminən 200 il əvvəl bu adaların kəşfindən
sonra 24 quş növü və ilkin faunanın 28 növü yox edilmişdir. Məhv olan növlərdən nəhəng yerüstü göyərçinlər-
dən drontu, dodonu və tənha göyərçini göstərmək olar. İndi quşların muzeylərdə skeletlərinin ayrı-ayrı hissələ-
rinə təsadüf etmək olar, onların xarici görkəmləri yalnız vaxtilə çəkilmiş şəkillərə görə məlumdur. Onlar böyük
kütləyə (500 funta qədər) malik olub uça bilmədiyi üçün adalarda qida məhsulu ehtiyatı əldə etmək məqsədilə,
əsasən dənizçilər tərəfindən tamamilə məhv edilmişdir. Madaqaskar adasında yarımmeymun lemur da çox az
qalıb və tamamilə yoxa çııxmaq üzrədir.
Suda yaşayan məməlilərin azalmasının səbəbi də şübhəsiz onların vəhşicəsinə tutulmasıdır. Hələ IX əsrdə
dəniz və okeanlarda kitlər tutulmuşdur. XII əsrdə bir sıra ölkələrdə kitlərin ovlanması böyük əhəmiyyət kəsb
edirdi. XVII əsrdə Arktika dənizlərində kitlər daha çox ovlanmağa başlandı. XIX əsrdə Qrenlandiya kiti tama-
milə məhv edildi.
XX əsrin ilkin yarısında kitlərin ovlanması artaraq onların sayı azalmağa başladı. Ovçuluq təsərrüfatları tərəfin-
dən biskay, yapon, qütb, boz, hamar və qozbel kit növləri demək olar ki, tam məhv edildi. XX əsrin ikinci yarısın-
da kitəbənzərlərdən olan ən iri kit növü hesab olunan (uzunluğu 24 m, kütləsi 110 ton) göy kit çox ovlandığından
sayı xeyli azaldı. Ona görə 1965-ci ildə Beynəlxalq Kitovlama konvensiyası tərəfindən onun ovlanmasına yasaq
qoyuldu.
1971-ci ildə Komandar adalarını yuyan dənizlərdə ilk dəfə iri dəniz məməlisi aşkar edilərək dəniz inəyi ad-
landırıldı. Onun bədəninin uzunluğu 8m, çəkisi 4-5 ton, əti yaxşı iyli, dərisi və piyi qiymətli idi. Bu heyvan sü-
rüləri baxtaların dayaz sularında yaşayaraq, əsasən, laminariya (iri dəniz yosunu) ilə qidalanırdı. Cəmi 2000 də-
niz inəyi aşkar edilmişdi. Bu heyvan aşkar ediləndən yarım əsr sonra, yəni artıq 1768-ci ildə onlar dənizçilər və
sənaye işçiləri tərəfindən məhv edilmişdi. Hazırda onların skelet qalıqları və dəriləri qalmışdır.
Morjların da sayı olduqca azalmışdır. 1956-cı ildən Arktikada onun ovlanması qadağan olunmuşdur. Kalan
və ya dəniz susamuru çox az miqdarda Komandar, Kuril və Aleut adalarında qalmışdır.
Keçmiş yüzilliklərdə və hazırkı dövrdə planetimizin heyvanat aləmində baş verən dəyişikliklərlə J. Dorstun
(1968) kitabında ətraflı tanış olmaq olar. Bu kitabda müxtəlif ölkələrdə təbii resursların vəziyyəti və istismarı
haqqında geniş faktiki material verilir, ayrı-ayrı heyvan növlərinin sayının azalması və yox olması təhlil olunur.
Heyvanların sayının azalması və məhv edilməsinin səbəblərindən bir ovçuluqdur. İlk növbədə sənaye qiymətli
heyvanlar məhv edilir. Heyvanların yaşayış şəraitinin dəyişməsi də baş vermişdir. Bu dəyişgənlik ilk növbədə
meşələrin qırılması və onunla əlaqədar müşayiət olunan təbii tarazlığın pozulmasıdır. Təsadüfi və bilərəkdən
bitki və heyvanların introduksiyası bəzi hallarda mənfi nəticələr vermişdir. Kənardan gətirilmiş orqanizmlər xü-
susilə ada ekosistemlərində böyük pozuntulara səbəb olmuşdur.
Beynəlxalq Təbiəti mühafizə ittifaqı (BTMİ), xüsusi Beynəlxalq «Qırmızı kitab» tərtib etmişdir. Bura məh-
volma təhlükəsi olan və nadir heyvan növləri daxil edilmişdir. Kitabın I cildi məməlilərə həsr olunmuşdur. Bu-
ra 236 növ və 292 yarımnöv; II-cildə 287 quş növü (341 yarımnöv); III- cildə 36 suda-quruda yaşayanlar və 119
sürünən heyvanlar daxil edilmişdir; IV cild nadir balıq növlərinə; V-cild isə bitkilərə həsr edilmişdir. BTMİ-nin
tərtib etdiyi bu Qırmızı kitab heyvanat aləminin qorunmasında bəşəriyyət qarşısında mənəvi-əxlaqi məsuliyyət
daşıyır. Lakin bu kitaba dünyanın ayrı-ayrı ölkələrində məhv olmaq təhlükəsi qarşısında qalan bütün heyvan
növləri daxil edilməmişdir. Odur ki, bir sıra ölkələp, o cümlədən Azərbaycan Respublikası özünün “Qırmızı Ki-
tabını” yaratmışlar. Respublikamızın “Qırmızı kitabına” daxil olan heyvan və bitki növləri haqqında “Bioloji
müxtəliflik”””“ bölməsində məlumat verilir.
16.1. Azərbaycanın heyvanat aləmi
Vaxtilə respublikamız heyvanat aləmi ilə çox zəngin olmuşdur. İnsanların mənfi təsiri nəticəsində heyvanla-
rın sayı olduqca azalmışdır. Eramızdan əvvəlki minillikdə Qafqazda, o cümlədən Azərbyacanda kərgədan, nə-
həng maral, pələng, şir, mağara kaftarı və s.heyvanların nəsli kəsilmişdir. XX əsrin əvvəlində bəbir adi yırtıcı
bir heyvan sayılırdısa, indi ona çox az təsadüf olunur. Mağara kaftarı hələ paleolik insanların təsirindən sıra-
dan çıxmışdır, zolaqlı kaftar isə son 70 ildə intensiv ovlandığından nəsli kəsilmək üzrədir, çöl pişiyinin də sayı
kəsgin azalmışdır.
H. K.Vereşaqinin (1947) məlumatına görə 1949-cu ilə qədər hər il Azərbaycanın ərazisindən 212 ayı,
969 canavar, 9398 çaqqal, 22122 tülkü, 5549 porsuq, 1612 daşlıq və meşə dələsi, 3625 qamışlıq pişiyi, 63620
dovşan, 1817 qafqaz sincabı, 17280 süleysin, 166 köstəbək, çay suiti və vaşaq tədarük olunurdu. Bu isə heyva-
nat aləminə öz acı nəticəsini göstərmişdir.
337
Hazırda respublikamızda 11 məməli növü, 5 sürünən növü, 21 həşərat növü məhv olmaq təhlükəsi altında ol-
duqları üçün Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Nəsli kəsilmək təhlükəsi olan heyvanlardan nəcib
maral, ceyran, köpgər, cüyür, Dağıstan təkəsi, tirandaz, gəlincik, çöl pişiyi, çay samuru, quşlardan harayçı ququ-
şu, qırmızıdöş qaz, sultan toyuğu, qırqovul, turac, boz kəklik, iri arıquşu, ağ leylək və s. göstərmək olar.
İndi isə respublikamızın ayrı-ayrı regionlarında yaşayan heyvanat aləmi ilə tanış olaq.
Lənkəran zonası
Azərbaycanın digər ərazilərində yaşayan heyvanlardan başqa bu zonanın xarakterik endem və relikt heyvan
növlərinə daha çox rast gəlinir. Tarixi materiallar təsdiq edir ki, keçmişdə Talış zonası ov heyvanları ilə zəngin
olub, vaxtilə Talış meşələrində pələng də yaşayırmış. Axırıncı pələng 1932-ci ildə ovlanmışdır. Talış meşələri
üçün xarakterik heyvanlardan cüyür, bəbir, meşə pişiyi, çöl donuzu, qaya dələləri, vaşaq, radde yereşəni, adi kir-
pi, süleysin, kor köstəbəyi göstərmək olar. Süleysinlər bağlara ziyan vurduqları üçün zərərli sayılır, xeyirli cəhə-
ti bəzi həşəratları məhv etməkdir. Talış meşələrinin sayı azalmaqda olan ən iri yırtıcı heyvanı, çəkisi 480kq-a
çatan qonur ayıdır.
Lənkəran-Astara zonası dənizə yaxın yerləşdiyindən oradakı gölməçə və bataqlıqlarda quşlardan – qaşqal-
daq, qamışlıq quşu, qamışlıq remezi, dəniz qartalı və s. yayılmışdır. Düzən meşələrində bildirçin, meşə göyərçi-
ni, qurqur, sultan toyuğu, qaratoyuq, yoğundimdik, yulaf quşu, kiçik bozca, qırqovul, arıquşu, turac, yaşıl qızlar-
quşu və s. yayılmışdır. Dağətəyi meşələrdə talış qırqovulu, qırmızıbaş, alaçəhrə, turac, talış əlvan ağacdələni,
hirkan sərçəsi və s. rast gəlinir. Dağ və dağətəyi meşələrində 8 növ endem və relikt məməli heyvan, 32 növ Cə-
nubi Azərbaycan, Kiçik Asiya və 19 Avropa növlərinə rast gəlinir. Endem quşlardan hirkan zığzığı, hirkan payız
bülbülü, cənubi xəzər arıquşu, hirkan zaryankası, cənubi xəzər zaryankası, cənubi xəzər yapalağı, qırmızıdimdik
balıqcıl, hind alaçəhrəsi, ağboyun bülbül və s. göstərmək olar.
Talış meşə və bağlarında tez-tez rast gəldiyimiz həşəratlardan yaşıl şla endem sayılır. Burada rast gəlinən bö-
cəklərdən maral böcəyi, parlaq qırmızı yaşıl rəngli tunc böcəyi, otşelnik böcəyi, Xəzər parandası, kərgadan bö-
cəyi, qızılı kötük böcəkləri nadir həşəratlardır.
Tünd rəngli kiriçenko bağacığı, tovuzquşu gözlü neoris, aleksandra sədəflisi, talış məxməri kəpənəyi və me-
laneriya kəpənəyi nadir və relikt kəpənəklər hesab olunur. K.Arnoldi Lənkəran zonasında 69 qarışqa növü aşkar
etmiş, onların 12-sinin endem növ olduğunu qeyd etmişdir.
Kür-Araz ovalığı
Tarixi məlumatlara görə vaxtilə Kür-Araz ovalığı və tuqay meşələri heyvanat aləmi ilə olduqca zəngin ol-
muşdur. Yaxın keçmişdə (XVII-XIX əsrlərdə) Kür və Arazboyu tuqay meşələrində çöl donuzu, maral sürüləri,
meşəkənarı açıqlıqlarda isə kulan və ceyran yaşayırmış. XX əsrin əvvəllərində Qarayazı meşələrində maralın
mövcudluğu qeyd olunur.
Hazırda tez-tez rastlaşdığımız zaqafqaziya kirpisi, tarla və meşə siçanları, kür boz dovşanı, çöl donuzu və qa-
mış pişiyi tuqay meşələrinin xarakterik heyvanları sayılır. Burada məməli heyvanlardan yarasalar da yaşayır.
Onlar gecə zərərverici həşəratları məhv edərək meşənin dostu hesab olunur. Digər məməli heyvanlardan porsuq,
oxlu kirpi, qunduz, çay suiti, çaqqal, yenotabənzər it və s. göstərmək olar. Həşərat və gəmiriciləri məhv etdikləri
üçün kirpilər faydalı sayılır.
Tuqay meşələrində yayılan meşə süleysini, sarıboğaz siçanlar ağacların meyvələri, zoğları və pöhrələri ilə qi-
dalanaraq, meşəyə zərər vururlar. Kürboyu meşələrdə çaqqal və tülküyə də rast gəlinir, onlar çöl və ev heyvan-
ları, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və gəmiricilərlə qidalanırlar.
Tuqay meşələrində xəz dərisi qiymətli olan çöl və qamışlıq pişiyi və çöl donuzuları (qaban) yayılmışdır.
Tuqay meşələrində və sularda ilanlara çox rast gəlinir. Su ilanları, qızıl ilan, naxışlı təlxə, qarabaş ilanlar zə-
hərsizdir. Burada yayılan zəhərli ilanlardan zaqafqaziya gürzəsini göstərmək olar.
Tuqay meşələri quşlarla da zəngindir. Bunlardan bizquyruq, bildirçinçalan, böyük qartalca, leylək, turac,
kəklik, sibir tetrası, adi qırqovul, biz durna, vəhşi qaz, ququşu, dovdaq, bəzgək, ördək, cüllütlər, adi qağayı, ya-
şıl qızlarquşu, şanipipik, alaçəhrə və s. qeyd etmək olar.
Tuqay meşələrinin insan fəaliyyəti nəticəsində azalması və pozulması ilə əlaqədar olaraq quşların və vəhşi
heyvanların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmiş və ya kəsilmək təhlükəsi altındadır.
Tuqay meşələrində olduqca müxtəlif həşərat növləri yayılmışdır. Bunlardan şneyder, İtaliya, marakeş və Asi-
ya çəyirtkəsi, yırtıcı karabit böcəkləri, parabüzənlər, şirbitlər, uzunburun böcəklər, iynəcələr, vəhşi arılar və bir çox
başqalarını göstərmək olar. Bundan başqa burada ağaclara böyük ziyanverici kəpənəklər də yayılmışdır.
338
Qanıx Həftəran vadisi
Vaxtilə başdan-başa meşə ilə örtülü olan vadidə meşələrin 80-90%-nin qırılıb yerində yaşayış məntəqələrinin
salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən heyvanat alə-
minin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, ca-
navar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib
İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan – yenot
Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla
və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qa-
nıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal arıları, bir çox gecə və gündüz kəpənək növləri ge-
niş yayılmışdır.
Bozdağ (Bozqır yayla)
Bozqır yaylasında quru-subtropik iqlimə uyğunlaşa bilən heyvanlar yayılır.Buranın saqqız-ardıc meşələrində az
heyvan növü yaşayır, ərazidə 10 sürünən, 63 quş və 11 məməli heyvan növü qeydə alınmışdır. Sürünənlərdən kərtən-
kələlər, ilanlardan sarıqarın təlxə, zaqafqaziya təlxəsi, xaltalı kontiya və ən çox yayılanı gürzədir.
Bozdağda ov əhəmiyyətli quşlardan kəklik və adi göyərçin yayılmışdır. Sentyabrın sonunda Bozdağın meşə
və kolluqlarından ley və qaraquşlar Türyançayın sahilinə uçub gəlirlər. Burada oturaq həyat keçirən quşlardan
ağbaş, asiya kərkəsi, leşyeyən qartal, qarabaş kərkəz, göyçəqarğa, qızılı və yaşıl qızlarquşu, qaya sittası meşədə
və çılpaq qayalarda yuva qururlar. Bozdağın çox yayılan sakinlərindən sağsağan, zığ-zığ, yaşılcalar, payız bül-
bülü, dağ yulafquşu. iri arı quşu, uzunquyruq arıquşu və xırda sərçəkimiləri də göstərmək olar.
Böyük Qafqaz dağlarında soyuqlar başlayanda saqqız-ardıc meşələrinə iri arıquşu, abıcalar, alaqanadlar, baş-
qa yerlərdən çoxlu qaratoyuqlar (çil qaratoyuq, xallı və oxuyan qaratoyuq) növləri köçüb gələrək qışlayırlar.
Bozqır yaylada məməlilərdən yarasa və kirpilər yarğanlarda məskən salaraq artırlar. Ov heyvanlarından çöl
donuzuna və canavara, porsuğa, daşlıqdələsinə, tülküyə və boz dovşana rast gəlinir.
Böyük və Kiçik Qafqaz dağları
Dağ meşələrinin yırtıcı heyvanlarının xarakterik nüməyəndələrindən bəbir, bozayı, canavar, çaqqal, tülkü, kaf-
tar, vaşaq, qamışlıq və meşə pişiyidir. Qiymətli ov heyvanlarından Bezoar keçisi, qafqaz dağ keçisi, qafqaz maralı,
cüyür, dağ qoyunu, köpkər, qaban, gəmiricilərdən – dovşan, daşlıq dələsi, sincab, porsuq, gəlincik, tirəndazlar, me-
şə süleysinləri, qulaqlı kirpi, çay samurunu göstərmək olar. Kiçik məməli gəmiricilərdən radde yereşəni, palazqu-
laq yarasa, kolluq və sarıboğaz siçanlar bu meşələrin daimi sakinləridir. Yüksək dağlıq zonada yaşayan dağıstan
turları qış dövründə qidalanmaq və mühafizə olunmaq üçün uzun müddət meşələrə enirlər.
Hazırda respublikamızda təxminən 1250 qafqaz maralı qalmışdır. Onlara əsasən Göygöl və Zaqatala qoruq-
larında rast gəlmək olar. Çəkisi 60-70 kq-a çatan dağ qoyunları isə yalnız Naxçıvan ərazisində qalmışdır, onlar
Ordubad Milli Parkında qorunur.
Köpgər və cüyürlərin də sayı xeyli azalmışdır. Köpgərlər dik, sıldırım alp çəmənlərində yaşayır, qışda yem
dalınca meşəyə enir. Kiçik Qafqazın Alagöz dağında köpgərlərin kökü 20-ci əsrin başlanğıcında kəsilmişdir.
Hazırda onlar Böyük Qafqazın cənub və şimali-şərq yamacında (Quba-Qusar massivində) yaşayır, onların sayı
xeyli azalaraq min başa çatır. Avropa cüyürü köpkərdən fərqli olaraq orta və aşağı dağ-meşə qurşaqlarında yaşa-
yır. Meşələrdə çöl donuzuna daha çox rast gəlinir. Meşələrin yuxarı sərhədində yırtıcı heyvanlardan qafqaz qo-
nur ayısı, canavar və vaşaqlara rast gəlinir.
Meşənin yuxarı sərhədində qafqaz uları, qafqaz tetrası, daşlı-qayalı yerlərdə kəklik dəstələrinə rast gəlinir.
Bu meşələrdə qafqaz qarquşu, alaçəhrə, meşə əlvan bülbülü, əlvan ağacdələn, arıquşu və s. yayılmışdır.
Böyük və Kiçik Qafqaz dağlarında dağətəyi zonadan tutmuş nival qurşağına qədər dələlər fəsiləsinə aid olan
uzunluğu 26 sm, çəkisi 100 qram olan gəlinciyi xüsusi qeyd etməlidir. Çünki yırtıcı heyvancığaz bütün gününü
siçanabənzər zərərli gəmiriciləri və həşəratları ovlamaqla məşğul olur. Bəzən özündən iri olan dovşan və siçan-
lara da hücum edir. Böyük Qafqazın cənub yamacında meşə dələsinə də rast gəlinir. Onun ovunu gəmirici siçan-
lar, yereşənlər, kirpi, köstəbək, sincab, quş və həşəratlar təşkil edir.
Kiçik Qafqaz meşələrində gəmirici tirəndaz, yaxud oxlu kirpiyə də rast gəlinir, onun bədənində təhlükəli zə-
hərli iynələri olur, buna görə ondan hətta pələnglər də qorxur.
Böyük və Kiçik Qafqaz dağlarında quşlardan qafqaz qarquşu, iri arıquşu, alaçəhrə, cincar quşu, meşə əlvan
bülbülü, çilqaratoyuq, iri əlvan ağacdələn, zığ-zığ, baltadimdik, alaqanadlar, sitta quşu, Moskva arıquşunu gös-
tərmək olar. Həşəratlardan iri və parlaq cırcıramalar, rəngarəng kəpənək növləri, Karapus və Kalabus və Kala-
zoma cinsinə aid olan göy, boz, yaşıl, qara rəngli böcəklər, ktır milçəkləri, adi və qumluq qarışqaları, vəhşi arı-
lar və s. yayılmışdır.
XVII Fəsil
LANDŞAFTLARIN QORUNMASI VƏ
|