Kollar
Amorfa
-
+
-
Yulğun
-
-
+
İydə
-
+
+
VII qrupa birinci növbədə meşə zolaqları salınacaq sahələr aiddir.
VIII qrupa mövcud meşə əkini sahələri daxildir.
326
XV Fəsil
AZƏRBAYCANDA YAŞILLAŞDIRMA
İŞLƏRİNİN VƏZİYYƏTİ
Şəhər və digər yaşayış məntəqələrində ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəz edilməzdir.
Yaşıllıqlar səhiyyə-gigiyena əhəmiyyəti daşıyıb havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli
qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü
azaldır, yayın qızğın vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar,
parklar, şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm
elementlərindən biri sayılır.
Azərbaycanda yaşıllaşdırma işi qədim tarixə malikdir. İlk yaşıllıqlar əsasən qala və çəpərlər boyunca
salınmış və fərdi xüsusiyyət daşımışdır. Azərbaycanda ilk ictimai park və bağlar Naxçıvan, Gəncə və Şamaxı
şəhərlərində salınmışdır. VIII-XII əsrlərdə ticarət əlaqəsi, abadlığı, yaşıllığına görə Bərdə şəhəri Reyn və
İsfahandan sonra birinci yeri tuturdu. XI-XIII əsrlərdə Gəncə şəhəri Yaxın Şərqdə ən qabaqcıl, yaşıllıqlara qərq
olmuş gözəl şəhər olmuşdur. Fransız səyyahı A.Filippinə görə XVII əsrin sonlarında Gəncə yaşıllığı və abadlığı
ilə Orta və Yaxın Şərqdə ən gözəl şəhər hesab edilirdi. XIX əsrin əvvəlində Gəncə şəhərində geniş sahəni əhatə
edən bağ salındı. Bu bağ Gəncə xanlığı – Ziyadxan oğulları, daha sonra isə Cavadxan Ziyad oğlunun adı ilə
bağlıdır. Park əvvəlcə «Xan bağı» (1804), sonralar isə «Sərdar bağı» (Qubernator bağı) adı ilə məşhurlaşdı.
1850-ci ilə qədər o, əsasən meyvə bağı olmuş, 1860-cı ildə isə mərkəzi hissədə çinar xiyabanı salınmışdır. 1899-
cu ildə park yenidən qurulmuş, Batumdan və digər ölkələrdən Gəncə xanına hədiyyə kimi gətirilərək parkda
əkilmişdir.
Hazırda ilk növbədə nəzəri cəlb edən möhtəşəm çinar ağaclarından başqa, Xan bağında qiymətli ağac
cinslərindən nəhəng Qafqaz cökələri (100 ədəddən çox), veymut şamı, ağşam, himalay sidri, kafur ağacı, şərq
küknarı, nəhəng ağcaqayın, gözəl ağcaqayın, qarmaqvari şam, iriçiçək maqnoliya (10 ədəd), at şabalıdı,
dağdağan, qovaq növləri, sərv ağacları, palmalar, Qafqaz xurması və b. göstərmək olar. Ölçü işlərimiz göstərdi
ki, parkda sidr ağaclarının boyları 25-28 m, döş bərəbarində diametrləri 80-120 sm, uyğun olaraq cökəninki 23-
25 m və 72-88 sm, at şabalıdınkı 24 m və 40-48 sm, maqnoliya 10-12 m və 16-24 sm təşkil etmişdir, ən
möhtəşəm ağac bağın yuxarı hissəsində veymut şamı olub boyu 30 m, döş bərabərində çevrəsinin uzunluğu 365
sm olmuşdur.
XI-XIII əsrlərdə Gəncə Yaxın Şərqdə ən qabaqcıl, mütərəqqi, yaşıllıqlara qərq olmuş gözəl şəhər olmuşdur.
Fransız səyahhı A.Filippin məlumatına görə XVII əsrin axırlarında Gəncə yaşıllığı, abadlığı və bulaqları ilə Orta
və Yaxın Şərqdə ən gözəl şəhər hesab edilirdi.
Ü.A.Ağamirov, V.Ş.Quliyev, S.H.Bağırovun (1983) məlumatına görə Gəncə şəhərinin yaşıllaşdırılmasında
86 cinsə aid 122 ağac və kol növündən istifadə olunmuşdur. Gəncə şəhərində 368 ədəd, Xanlar rayonunun
ərazisində isə 345 ədəd qocaman, möhtəşəm çinar qeydə alınmışdır (Quliyev, Bağırov, 1997). Hazırda Gəncə
şəhərinin yaşıllıq işlərində Himalay sidri və küknara da yer verilir.
Yaşıllaşdırma işləri iqlim, torpaq şəraiti, su ehtiyatlarının olmasından və başqa amillərdən çox asılıdır. Bu
baxımdan Azərbaycanın müxtəlif regionlarında yaşıllaşdırma işləri fərqlənmişdir. Gəncə-Qazax zonasında
1000-dən artıq qocaman çinar ağacları mövcuddur. Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Goranboy
şəhərlərində əsrlərin yadigarı çinarlardan əlavə XIX əsrin sonu və XX əsrin əvvəllərindən bəri salınmış park,
bağ və xiyabanlar təqdirə layiqdir. Qazax şəhərini misal gətirək. Şəhərin mərkəzi bağı (kilsə bağı) salınarkən
yalnız qafqaz cökəsindən istifadə olunmuşdur. Yaşı 100-ü ötən bu ağacların maksimum diametri 94 sm-dir.
Hazırda bu bağda diametri 40-80 sm, boyları 12-20 m-ə çatan 20 ədəddən çox cökə ağacı qalmışdır. Bu ağaclar
keçmişin yadigarları olub özlərini yaxşı hiss edir. Sonralar bu bağda şərq çinarı, şaquli və ehramvari sərvlər
əkilmişdir. Onların yaşı 30-40 olsa da boyları qocaman cökə ağaclarına çatır və hətta onları ötüb keçir. Lakin
cökə kölgəyə davamlı ağac cinsi olduğundan çətir altında ziyan çəkmir və onlarla birlikdə davamlı ekosistem
yaradır.
Qazax rayonunun icra hakimiyyəti binasının qarşısında himalay sidri, sərv və 3 ədəd küknar, 1 ədəd yapon
xriptomeriyası ağacları bura xüsusi yaraşıq verir. Şəhərin Nərimanov (köhnə Lenin) adına bağda və onun
qarşısındakı Səməd Vurğun bağında yaşları 100-ü keçən ilk yaşıllıqların yadigarları cökə ağacları özünü daimi
sakin kimi göstərir. Boyları 25-30 m, diametrləri 80-100 sm olan cökə ağacları H.Z.Tağıyev, Sabir və Qazaxın
digər mərkəzi küçələrində vardır. Son vaxtlar yaşıllaşdırmada sidr, sərv, çinar və eldar şamına üstünlük verilir,
qovaq növlərinə və amerika ağcaqayınına da rast gəlinir. Cökənin uzunömürlü, yaraşıqlı, geniş çətirli, yüksək
fitonsid xassəyə malik olması yaşıllaşdırmada ondan geniş istifadə olunması vacibliyini göstərir. Qazax-Gəncə
zonasında cökəni nə sərv, nə eldar şamı əvəz edə bilməz.
Qazax şəhərində yaşı çox olan ağaclardan mərəzi poliklinikanın qarşısında yaşı 100-dən artıq olan 4 ədəd
şaquli və ehramvari sərv ağacları (boyları 25-30 m, d=52-60 sm), Nərimanov bağının yanındakı üçbucaqşəkilli
327
bağda yaşı 100-ü keçmiş 1 ədəd himalay sidri bitir, bu ağacın döş bərabərində çevrəsinin uzunluğu 312 sm,
boyu 25 m-dir.
Qazax şəhəri doğum evinin (keçmiş xəstəxana) əsası 1904-cü ildə Baba Babayev tərəfindən qoyulmuşdur.
Ehtimal ki, bu xəstəxananın ərazisindəki böyük maraq doğuran yaşıllıq da həmin dövrə təsadüf edir. Bu
yaşıllıqda himalay sidri, veymut şamı, üfiqi və ehramvari sərv ağaclarından istifadə edilmişdir. 6 ədəd şamın ən
irisinin döş bərabərində yoğunluğu 74 sm, boyu 25 m-dir. 9 ədəd himalay sidrindən ən irisinin döş bərabərində
diametri 104 sm, boyları isə 35-40 m-ə çatır. 10 ədəd üfiqi və ehramvari sərvlərin diametrləri 44-60 sm,
hündürlükləri 30 metrə çatır. 3 ədəd yapon xriptomeriyası ikinci yarusda (kölgədə) qaldığından sıxışdırılaraq
sıradan çıxır. İkinci yarusda boyu 5-8 m olan səlb də bitir. Ağaclar cərgə ilə əkilib (3,5x6,0 m). Birləşmiş
çətirlərin altında meşə mühiti yaranmışdır, 2-3 sm qalınlığında meşə döşənəyi əmələ gəlmişdir.
İqliminə, torpaq şəraitinə, təbii formalaşmış və süni yaradılmış yaşıllıqların tərtibatına görə Şəki-Zaqatala
zonasının şəhər və qəsəbələrinin də özünəməxsus xüsusiyyətləri vardır. Gürcüstan sərhədindən Xəzər dənizi
sahillərinə qədər uzanan Böyük Qafqaz sıra dağlarının cənub yamacındakı qoz, şabalıd, fındıq və alma bağları,
park və digər yaşıl guşələr insanı valeh edir.
Zaqatala şəhərinin yuxarı hissəsində «Qala düzü» deyilən sahədə yaradılan istirahət parkı, şəhərin
mərkəzindəki əsrlərin yadigaı nəhəng çinar ağacları, kənd təsərrüfatı texnikumunun ərazisindəki ekzot ağac və
kol cinslərindən ibarət bağ və xiyabanlar, Şəki şəhərindəki istirahət parkları, Xan sarayı yanındakı çinarlar,
Soyuqbulağa, Marxala gedən yolda, Kiş çayının keçmiş yatağında yeni üslubda salınmış meşə-park
diqqətəlayiqdir. Bu regionlarda keçmişdən ən çox istifadə olunan ağac cinslərindən çinarı və cökəni göstərmək
olar. Zaqatala, Qax və Şəki şəhərlərinin küçə və parklarında əsrlik cökə ağacları buna misaldır. Qızmar yay
günlərində cökələrin sərin kölgəli çətirlərinin altı yerli sakinlərin ən çox toplaşaraq istirahət etdikləri yer
olmuşdur. Oğuz şəhərində yolların yaşıllaşdırılmasında və şəhər parkında cökəyə az rast gəlinsə də digər
ağaclardan daha yaraşıqlı görünür. Şəhərin mərkəzi küçəsinin yuxarı hissəsində tarix-diyarşünaslıq muzeyinin
həyətində nəhəng cökə ağacı adamı özünə cəlb edir. Yoğunluğu metrdən çox olan bu ağacın gövdəsinə taxılmış
lövhədə «2 əsrin yadigarı cökə» sözləri yazılmışdır.
Qəbələdən başlayaraq Gürcüstanın sərhədinə kimi dağ çaylarını kəsib keçən şose yolu kənarı boyunca XIX
əsrin sonlarında salınan qoz xiyabanının sədası respublikamızdan çox uzaqlardan gəlir. İndi burada diametri 1,0-
1,5 metrə çatan qoz ağacları vardır. Təəssüf ki, son 15 ildə bu ağaclara nəinki qayğı göstərilmir, hətta qanunsuz
kəsilir.
Kiçik Qafqaz dağlarının qoynunda yerləşən şəhər və kəndlərimizdə yaşıllaşdırma üslubu əsasən təbii
yaşıllıqlar fonunda yaradılmışdır.
Qarabağın mərkəzi hissəsində yerləşən rayonların özlərinin də səciyyəvi yaşıllaşdırma üslubu olmuşdur.
Ağdam, Füzuli, Ağcadədi, Cəbrayıl, Mirbəşir şəhərləri və onun kəndlərində yaşıllaşdırma işlərinin tarixi əsasən
4-5 əsr bundan əvvəl başlamışdır. Həmin dövrlərdən bizə yadigar qalan ağac abidələri sübut edir ki, keçmişdə
aparılan yaşıllaşdırma işləri park, bağ şəklində deyil, ya zolaq şəklində – yolların, arxların, kəhrizlərin
kənarında, yaxud da tək-tək və cərgəvi şəkildə bəylik və xanlıqlara məxsus olan torpaq sahələrinin
sərhədlərində, məscid, ev və digər obyektlərin görkəmli yerlərində aparılmışdır. Ağcabədi rayonunun Sarıcalı,
Kəhrizli, Bala-Kəhrizli, Minəxorlu, Hüsülü, Bərdə rayonunun Şirvanlı, Boyəhmədli, Alpout, Güloğlular,
Əlyandı, Mollalı, Ağdam rayonunun Şelli, Sarı Hacılı kəndlərində və başqa yerlərdə təsadüf olunan qocaman
çinar, dağdağan, palıd, cökə, göyrüş, qoz ağaclarını buna əyani misal göstərmək olar. Hazırda Bərdə rayonunun
Boyəhmədli kəndini iki hissəyə bölən «Köbər arxı»ın kənarında çinar xiyabanı var. Onun uzunluğu bir
kilometrə yaxındır. Burada 150-200 yaşı olan 71 ədəd nəhəng çinar ağacı ucalır. Onların boyları 30-35 m,
yoğunluğu 1,5-2,0 m-ə çatır. Bu ağaclar zərərli həşəratları və sürünənləri məhv edən hacıleylək quşlarının
sığınacağı olmuşdur. Buradakı hər çinar ağacında 6-14 hacıleylək yuvası qeydə alınmışdır.
Lakin nədənsə Bərdə, Tərtər, Yevlax rayonları müasir ictimai park, bağ və digər yaşıllıqlarına görə
respublikamızın digər rayonlarından geri qalır.
Respublikamızın Goranboy, Füzuli, Cəbrayıl rayonlarında da uzaq keçmişi xatırladan ağac nümunələri,
yaşıl guşələr çoxdur. Bu baxımdan, Cəbrayıl rayonunun Karxulu, Fuqanlı, Horovlu kəndlərindəki, Goranboy və
Füzuli şəhərlərindəki 1000-2000 yaşlı çinar ağacları respublikamızda məşhurdur.
Yaşıllaşdırma sahəsində Şirvan zonası rayonlarının da özünəməxsus yeri var. Burada ilk yaşıllıqlar Göyçay
şəhərində şərq çinarı ilə aparılmışdır. Salınan çinar xiyabanları şəhəri öz çətri altına alır, şəhər sakinlərini
Şirvanın qızmar günəşindən qoruyur.
Şirvan zonasında ən qocaman yaşıllıq nümunəsi Ağdaş rayonunun Həsil kəndi yaxınlığında, Bakı-Tiflis
yolunun kənarındakı «Yolçular çinarı»dır. Son illərdə də Şirvan zonasında yaşıllaşdırma işlərinə böyük diqqət
verilmişdir. Ağdaş və Göyçay rayonlarının bir çox yaşayış məntəqələrində yaşıllıqlar salınmışdır.
Apardığımız tədqiqat işləri göstərdi ki, Sabirabad və Salyan şəhərlərinin yaşıllaşdırılmasında əsasən
regionun torpaq şəraitinə uyğun ağac cinsləri seçilmişdir. Məsələn, Sabirabad şəhərinin yaşıllıqlarının 30%-ni
eldar şamı, 30%-ni isə Amerika ağcaqayını təşkil edir, sonrakı yerləri yaşıl göyrüş və qovaqlar tutur. Sərv, çinar
və sidr ağacları yaxşı bitsə də, onlardan çox az istifadə edilmişdir. Yaşıllıqlarda söyüd, qarağac, lələk ağacına da
328
təsadüf olunur, kollardan isə ölməz kol (pirakanta), səlb və birgözə üstünlük verilmişdir, tək-tək palma və
qızılgülə rast gəlinir.
Münbit torpağına, subtropik iqliminə, zəngin yaşıllıqlarına görə Lənkəran zonasının sədası
respublikamızdan çox uzaqlarda yayılmışdır. Şəhər və qəsəbələrin yaşıllaşdırılmasında əsasən azatağac,
şabalıdyarpaq palıd, ipək akasiyası, hirkan qovağı, Xəzər lələyi, dəmirağac, şam, sərv, tunq, dəfnə, evkalipt,
pişikdırnağı (mimoza) və s. ağaclardan istifadə edilmişdir. Ekzot həmişəyaşıl ağac və kol cinslərindən (əsasən
iynəyarpaqlı) salınmış xiyabanlar daha gözəl görünüşə malikdir. Lənkəran şəhəri İcra Hakimiyyətinin qarşısında
vətən müharibəsində həlak olanlara qoyulmuş abidə olan meydanın yaşıllaşdırılmasında Lənkəran (ipək)
akasiyası, tikanlı (mavi) küknar ağacları və qızılgüllərlə gözəl mənzərə yaradır: akasiyanın bol açan qırmızımtıl
al, qızıl güllərin ağ, sarı, qırmızı rəngli çiçəkləri, küknarın mavi və tünd yaşıl çətri, palmaların yaraşıqlı
budaqları meydana bayram libası geydirir. Bura Lənkəran şəhərinin sevimli istirahət yerlərindən biri olmuşdur.
Şəhərin mərkəzi parkında digər ağaclar arasında çoxsaylı Xəzər lələyi ağacları daha möhtəşəm görünür, onların
döş bərabərində yoğunluğu 80-110 sm, hündürlüyü 35-40 metrə çatır.
Lənkəran şəhərindən kənarda yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və subtropik bitkilər
institutunun filialında yerli ağaclarla bərabər ekzot ağac növlərinə daha çox rast gəlinir. Burada 1928-ci ildən
bəri əkilən onlarla pekan (Amerika qozu) ağaclarının döş bərabərində (130 sm) diametrləri 32-86 sm, boyları
20-24 m, veymut şamının boyu 23 m, diametri 78 sm təşkil edir, sahədə 20 ədədə qədər sabun ağacı (h=14-20
m, d=18-32 sm) 10 ədəd çörək ağacı (h=6 m, d=16 sm), evkalipt ağacları (h=18 m, d=36 sm), mantar (probka)
palıdı (h=20-22 m, d=32-76 sm) ağaclarını qeydə aldıq.
Astara şəhərinin yaşıllaşdırılmasında əsasən ehramvari sərv və eldar şamından istifadə olunmuşdur, tut
ağacına da çox rast gəlinir. Qayçılanaraq forma verilən dəfnə və birgöz şəhərin küçələrinə özünəməxsus yaraşıq
verir. Lənkəran akasiyası və dəmirağac kimi yerli ağac cinslərinə nədənsə olduqca az yer verilib. Halbuki tək-
tək təsadüf olunan bu ağaclar yerli şəraitdə daha dözümlü olub görkəmli şəkil alır.
Yaşıllaşdırma və digər abadlıq işlərinin aparılması baxımından, Naxçıvan MR əhalisinin də özünəməxsus
səciyyəvi ənənəsi olmuşdur. Buradakı keçmiş yaşıllıqlar sahəcə az, tərtibatca sistemsiz olsa da, bəzi
xüsusiyyətlərinə görə nəzəri cəlb edir. Mövcud yaşıllıqlarda uzunömürlü, dektorativ ağac və kollardan (çinar,
şam, sidr, nalbənd, püstə və s.) az istifadə edilmişdir. Möhtəşəm gövdələrinə, dekorativliyinə görə Ordubad
şəhərinin mərkəzi hissəsində (şəhər meydanı, bazar, Yuxarı Ambaras məscidi qarşısında), Vənənd, Yuxarı Əylis
kəndlərində olan çinarlar diqqəti daha çox cəlb edir. Onların haqqında qəribə rəvayətlər var. Bir rəvayətə görə
Yuxarı Əylis kəndi vaxtilə Ordubad rayonunun ən böyük, abad və şəfalı kəndi (mərkəzi) olmuşdur. Buranın
bazarı nəinki ətraf rayonlarda, hətta İran, Türkiyə və Gürcüstanda məşhur imiş, yerli əhali başqa ölkələrlə ticarət
əlaqələrini bu bazarda ucalan qocaman çinar ağacının sərin kölgəsində aparırmış. Deyilənlərə görə buradakı
çinarlar vaxtilə ticarətçilər tərəfindən əkilmişdir.
Muxtar Respublikanın mərkəzi Naxçıvan şəhəri və onun digər rayonlarında son vaxtlar yaşıllaşdırma
işlərinə daha çox fikir verilmişdir. Bu məqsədlə yerli, ekzot ağac və kollardan geniş istifadə olunur.
Coğrafi yerləşməsi, mülayim iqlimi, məhsuldar torpağı, coşub daşan çayları, bulaqları, yaşıl meşələri, barlı
meyvə bağları ilə fərqlənən Quba-Xaçmaz zonası nəinki respublikamızda, həm də ondan çox-çox uzaqlarda
məşhurdur. Zonanın şəhər və qəsəbələri əsasən təbii formalaşmış meşələr qoynunda, çay kənarlarında, dağların
ətəklərində yerləşir. Bundan əlavə Quba rayonunun Nügədi, Üçgün, İqriq, Tülər, Xuçbala, Dəvəçi rayonunun
Aygünlü, Qərəh, Gilvar, Qorğan, Zeyvə, Çinar-baba, Gəndob, Xaçmaz rayonunun Müzəffəroba, Qaradağlı,
Çaxçaxlı, Ləcət və s. kənd və qəsəbələrində, yolkənarı sahələrdə və xiyabanlarda tək-tək və cərgə şəklində 100-
dən çox qocaman çinar, qoz və digər ağaclar vardır. Bu ağaclar 2-3 əsr bundan qabaqkı yaşıllaşdırma
mədəniyyəti və onun tarixindən xəbər verir.
Bakı və Abşeronun təbiəti, torpağı, bitki örtüyü və iqlimi haqqında ilkin məlumatlar XVI əsrin əvvəllərində
qələmə alınmışdır. Həmin dövrdə məşhur ərəb coğrafiyaşünası Əmin Əhməd Rza «Yeddi iqlim» adlı əsərində
yazmışdır ki, Bakı və onun ətraflarında nə ot, nə də ağac bitir. Abşeronun ərazisi cərrah-alim N.İ.Piroqov
tərəfindən 1847-ci ildə «Qafqaz səyahəti üzrə tibbi hesabat»da belə təsvir edilir: «Biz Qusardan keçib Bakıya
gedirdik. Şəhərə yaxınlaşdıqca yovşan bitən quru səhra ilə gedirsən. Onun üzərinə çökən duz çöküntüləri
payızda bəzən yovşan yarpaqlarını dumana bənzədirdi».
Bakıda ilk yaşıllıqlar XVIII əsrin birinci yarısında salınmışdır. Bu dövrdə «İçəri şəhər», «Bayıl şəhəri»
(For-Ştadt) ətrafında heç bir yaşıllıq yox idi. Yalnız Çəmbərəkənddə (şəhidlər xiyabının yanı) zəfəran
yetişdirilən bağ var idi.
XIX əsrin ortalarında neft sənayesinin inkişafı ilə əlaqədar olaraq (1859-cu ildə) Quberniya mərkəzi
Şamaxıdan Bakıya köçürüldü. Neft sənayesinin inkişafı Bakıda kiçik ərazilərdə yetişdirilmiş meyvə bağları,
üzümlüklər və tərəvəz sahələrinin də neft quyuları altında qalıb xarab olmasına səbəb oldu. Arxiv məlumatlarına
görə Bakıda mövcud olan 235 ha bağ və üzümlüklər neft buruqları altında qalaraq sıradan çıxmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı və Abşeronun ağır iqlim-torpaq şəraiti (torpağın duzluluğu,
qumluqlar, güclü küləklər, suvarmaq üçün suyun çatışmazlığı) burada yeni bağ və parkların yaradılmasında
çətinliklər törədirdi. Bunun üçün yerli şəraitə uyğun ağac-kol cinslərinin seçilməsi, qarışdırılması sxemlərinin
329
hazırlanması, bitkilərin bir iqlim şəraitindən digərinə köçürülməsi vacib bir məsələ kimi qarşıda dururdu. Həmin
dövrdə varlı adamlar özlərinə Mərdəkan, Şüvəlan, Buzovna, Zaqulba, Pirşağı və s. kəndlərdə yaşıllaşdırma
məqsədilə əncir, tut, üzüm bağları salırdılar.
Qazan Universitetinin professoru İ.N.Beryozin 1842-ci ildə Bakıya səyahət edərkən şəhərin dar küçələrini,
alçaq evlərini və cüzi yaşıllığı olan karvansaraları təsvir etmişdir.
1887-ci ilin mayında bəstəkar P.İ.Çaykovski Bakıda olmuş və şəhər barədə N.F.Fon-Mekkə yazdığı
məktubunda göstərmişdir ki, Bakı onun üçün gözlənilməz olmuşdur, təmiz, gözəl, səliqə ilə tikilmiş səciyyəvi
bir şəhərdir, lakin yaşıllığı çox azdır.
XIX əsrin sonunda M.Qorki Bakı barədə yazırdı: «Mən belə kasıb ev görməmişəm, pəncərələri çiçəksiz,
ətrafda isə ot, kol və s. bitkilər yoxdur». Həmin dövrdə Bakıda K.Marks adına bağ. «Malakan bağı» və dəmir
yolu vağzalı yaxınlığında kiçik sahələrdə bağlar salındı. O zaman nəinki yaşıllıqların suvarılması üçün, hətta
içməyə su çatışmırdı. Yaşıllaşdırma üçün olduqca az məsarif xərclənirdi.
İnventarizasiya bürosunun məlumatına əsasən Bakı şəhərində ictimai istifadədə olan yaşıllıq sahələri 1880-
ci ildə 3,02 ha, 1908-ci ildə 4,68 ha, 1910-cu ildə 5,95 ha, 1913-cü ildə 9,62 ha, 1920-ci ildə 2026 ha olmuşdur.
1920-ci ildə Bakıda hər adambaşına 0,5 kvadratmetr ictimai yaşıllıq sahəsi düşürdü.
1920-ci ildən sonra yaşıllahdırma işlərinə diqqət artırıldı. Bakı və Abşeronun yaşıllaşdırılmasının nəzəri və
təcrübəvi əhəmiyyətini nəzərə alaraq görkəmli alimlərin (P.Z.Vinoqradov-Nikitin, A.A.Mixeyev, V.P.Smirnov-
Loginov) iştirakı ilə Bakıda elmi müşavirə çağırıldı. Bu müşavirədə iri zavodların arasında, qəsəbələrdə yaşıl
zolaqlar yaradılması qərara alındı. Bu məqsədlə insanın sağlamlığı üçün fitonsid. ətirli maddələr buraxan
iynəyarpaqlı və həmişəyaşıl ağac və kollardan istifadə edilməsi nəzərdə tutulurdu. 1934-cü ilə qədər şəhər
ərazisində, o cümlədən Qaraşəhərdə, Bayıl qəsəbəsi və dənizkənarı ərazidə, eyni zamanda fabrik, zavod çox
olan digər fəhlə qəsəbələrində cəmi 70 ha yaşıllıq salınmalı idi. 1930-cu ildə isə yaşıllaşdırma işində böyük
dönüş yarandı. Mərdəkan və Buzovna kurortları ərazisində 1000 hektara yaxın meşə-parklar salınması
planlaşdırıldı. 1931-ci ilin iyun ayında MK-nın xüsusi çağırılmış plenumunda fabrik-zavodlarla əhatə olunmuş
ərazilərdə yaşıllıqların artırılması və 736 ha sahədə yeni parkların salınması haqda qərar qəbul edildi. Bu
məqsədlə Bakı Soveti nəzdində bağ-park şöbəsi təşkil olundu.
1921-1940-cı illər ərzində 241 ha sahədə yaşıllaşdırma işi görülmüşdür. 1940-cı ildə Bakıda cəmi 261,3 ha
yaşıllıq sahəsi var idi, bu da hər adama 3,43 kvadratmetr təşkil edirdi.
1941-45-ci illərdə Böyük Vətən müharibəsi illərində yaşıllaşdırma işi dayandırılır. 1952-ci il avqustun 20-
də Nazirlər Sovetinin 934№-li birinci göstərişində 1953-1957-ci illərdə 1814 ha sahədə yaşıllıq salınması planı
təsdiq edilmişdir. Həmin ildə Nazirlər Sovetinin verdiyi 1335 saylı ikinci göstərişində 1953-1958-ci illərdə
Bakı və Sumqayıt şəhərlərinin səhiyyə-gigiyena vəziyyətini yaxşılaşdırmaq məqsədilə Abşeronda 4150 ha
yaşıllıq salınması planlaşdırılır. Bu məqsədlə Respublika Dövlət Meşə Təsərrüfatı Komitəsinə 49,8 milyon
ədəd standart əkin materialı yetişdirmək tapşırılmışdır. Həmin dövrdə Ceyranbatan gölü ətrafında 850 ha,
Sumqayıtın şimal-şərq hissəsində isə böyük sahədə qoruyucu yaşıl zolaq salınmışdır.
1971-1975-ci illər Bakı şəhəri və Abşeronun yaşıllaşdırılması işi daha da yüksək zirvələrə qaldırıldı. 1971-
ci ilin fevralında Bakı şəhər Partiya Komitəsinin 40-cı konfransında Azərbaycan KP MK birinci katibi
H.Ə.Əliyev öz çıxışında Bakı və Abşeronun yaşıllaşdırılmasının ən vacib bir problem olduğunu qeyd etmişdir.
O göstərmişdir ki, yaşıllaşdırma işini Bakı şəhər Soveti və Respublika Dövlət Meşə Təsərrüfatı Komitəsinin iş
sürəti ilə aparsaq, onda bizə 10 illərlə vaxt lazım olacaqdır. Sonra H.Ə.Əliyev yaşıllaşdırma işini ümumxalq işi
elan edib, bu işə ictimaiyyəti cəlb etməyi təklif etdi. O, göstərdi ki, hərə 2 ədəd ağac əkib becərsə, görün Bakı
ətrafında bir neçə ildə nə qədər ağac yetişdirilmiş olar. Odur ki, yaşıllaşdırılacaq sahələr idarə və müəssisələr
arasında bölüşdürülüb, onları işçi qüvvəsi ilə və əkin materialı ilə təmin edərək Bakıda yaşayan hər bir adama 2
ağac əkib becərmək prinsipini həyata keçirmək lazımdır. Bu məsələ 1971-ci ildə çağırılmış Azərb. KP-nın
XXVIII qurultayında da öz əksini tapdı və 7 sentyabr 1971-ci ildə «Bakı şəhəri və Abşeron yarımadasının
yaşıllaşdırılması tədbirləri haqqında» qərar qəbul edildi. Bu qərara əsasən 1971-1975-ci illərdə 1224,8 ha sahədə
bəzək ağacı və kolların əkilməsi müəyyən edildi. 5 il üçün nəzərdə tutulan yaşıllaşdırma işləri 4,5 ilə yerinə
yetirildi, nəzərdə tutulana qarşı 2520 ha yaşıllıq salındı.
3
Cədvəl 15.1.
Dostları ilə paylaş: |