Nonparel sortu. Kaliforniyadan gətirilərək, Nikita Botanika bağında introduksiya olunub, dünyanın hər
yerində becərilir. Bu sort Orta Asiyanın əlverişli iqlimi olan əraziləri və Abşeron üçün rayonlaşdırılmışdır. Or-
taboylu (4-6 m) ağacdır. Meyvələri orta irilikdə, oval formalı, qabığı açıq sarı rəngdə olub hamardır.
Kağızqabıqdır, asan sınır. Ləpə çıxarı 50-60%-dir. Ləpələri yağlı (52-57%), dadlı və şirindir. Azərbaycanda
geniş becərilir. Şamaxıda apreldə, Zəngilan və Dəvəçidə martda çiçək açır. Burada 7 yaşlı ağacların boyu 2,0-
3,0 m-ə çatır. Nonparel sortu üçün Dreyk, Texas, Nek-Plyus-Ultra yaxşı tozlayıcı hesab olunur.
Nikita-62 sortu iri ağac olub, (5-7 m) dağınıq çətirlidir. Şaxtaya davamlıdır. İri meyvəsi olub, yumşaq
qabıqdır. Bir ədəd meyvəsinin çəkisi 4,4 q-dır. Ləpə çıxarı 40,3%, yağlılığı 57,1%-dir, dadlı və şirindir.
Şamaxıda terraslarda 8 illik ağacın boyu 2,8-3,0 m-dir. Gec çiçək açır. Zəngilan və Dəvəçi rayonlarında martda,
Şamaxıda isə aprelin ikinici ongünlüyündə çiçəkləyir.
Nikita-2240 gecçiçəkaçan sort olub yaz şaxtalarına çox dözümlüdür. Şamaxıda apreldə, Zəngilan və
Dəvəçidə martda çiçəkləyir. Şamaxıda yığdığımız meyvəsinin ləpə çıxarı 38,4% olmuşdur. 7 illik ağacların
boyu 2,8-3,0 m-ə çatmışdır.
Krupnoplodnı (irimeyvəli) sortu Nikita – 62 və Nikita – 1 sortlarının calanmasından alınmışdır. Bir
ağacın orta meyvə məhsuldarlığı 7,1 kq-dır. Ağacların 7 yaşında boyu 2,8-2,9 m-dir, onlardan 1,50-2,0 kq
meyvə yığılmışdır. Şamaxıdakı terraslardan yığılan badam meyvəsinin ləpə çıxarı 39,8% olmuşdur. Ləpəsi şirin
və ləzzətlidir, yağlılığı 61,1%-dir.
Predqornı sortu yaz şaxtalarına çox davamlıdır. Şamaxıda aprelin ikinci ongünlüyündə, Zəngilan və
Dəvəçidə martda çiçək açır. Dəmyə şəraitində 5 kq-a qədər meyvə verir. Tədqiqat sahəsində 7 illik ağacların
boyu 2,8-3,1 m-dir. Bu yaşda hər ağac 1,5-2 kq meyvə verir. Şamaxıdan yığılan meyvələrinin ləpə çıxarı 45,6%,
yağlılığı 51,4% olmuşdur.
Vınoslivı sortu. Şamaxıda terraslarda becərilir. Uzun müddət dinclik dövrü keçirir. Gec çiçəkləyir,
Şamaxıda apreldə çiçək açır, təcrübə sahəsində meyvələrin ləpə çıxarı 56,4% olmuşdur. Tozlayıcısı əsasən pri-
morski, sovetski, desert sortlarıdır. Şamaxıda 7 yaşlı ağacların boyu 3 m, diametri 6,3 sm-dir.
Nazikqabıq sort. Şamaxı və Zəngilan rayonlarında toxumla və şitillə becərilir. Şamaxıda 7 illik ağaclar 1,5
kq meyvə gətirir, onların ləpə çıxımı 45,6% olmuşdur. Tozlayıcısı desert, Yalta, Nonparel və Nikita
gecçiçəkaçan sortlarıdır.
Kağızqabıq, ləpəsi asan çıxan badam sortu erkən çiçəkləyir. Şamaxıda martın ortalarında çiçək açmışdır.
Buradakı 7 yaşlı ağacların boyu 2,8-3,0 m, diametri isə 7,5 sm-dir. 1979-cu ildə çiçəklərini şaxta vurmuş və
meyvə məhsulu olmamışdır. 1982-ci ildə Şamaxıda yığılmış meyvəsinin ləpə çıxımı 50,5% olmuşdur.
Terraslarda qərzəkli ağac cinslərinin daha yaxşı inkişaf etməsi və eroziyaya qarşı daha effektli nəticə
verməsi üçün yeni səmərəli qarışdırma sxemi tətbiq edilmişdir. Belə ki, Ağsu, Şamaxı, Dəvəçi və Zəngilan
rayonlarında püstə və badam terraslarda eldar şamı ilə cərgələrdə qarışdırılmış, eyni zamanda hər 3 ağac cinsi
sırf cərgələrlə əkilmişdir. Terraslar arasında qalan zolaqlarda isə kol cinsləri – sumaq, ölməz kol və göyəm
əkilmişdir. Belə sxemlə yaradılmış meşə-bağlar öz yerüstü hissələri və kök sistemləri ilə yamaclarda eroziya
prosesinin qarşısını müvəffəqiyyətlə ala bilir. 1968-ci ildən başlayaraq indiyə qədər göstərilən rayonların
ərazisində terraslarda salınan belə meşə-bağların sahəsi 2007 hektar təşkil edir. Bu meşə-bağların ən jeniş
massivləri Dəvəçi və Siyəzən rayonları ərazisində olub 1000 hektara yaxındır. Burada yarımsəhra şəraitində
vaxtilə daşlı, bəhrəsiz olan yamaclar indi təbiətin yaşıl bir guşəsinə çevrilmişdir. Ağaclar boya-başa çatdıqca bu
dağların gözəlliyi ilbəil artır. 1983-cü ildən başlayaraq terraslarda salınacaq yeni meşə-bağlarda əkin sxemlərinə
daş palıd, iydəyarpaq armud və Krım şamı, zeytun da daxil edilmişdir.
Elmi-tədqiqat işlərinin nəticələri və ayrı-ayrı rayonlarda mövcud olan qərzəkli ağacların tədqiqi göstərdi ki,
respublikamızın əksər regionlarında, o cümlədən, Böyük və Kiçik Qafqazın aşağı dağ-meşə qurşağı və dağətəyi
massivlərində, Naxçıvan zonasında, Abşeronda qiymətli püstə və badam sortları yetişdirmək, onların sahəsini
genişləndirmək olar. Hazırda respublikamızın ayrı-ayrı rayonlarında eroziyaya uğrayaraq kənd təsərrüfatı
bitkiləri üçün yararlı olmayan torpaqların sahəsi 100 min hektara çatır. Bu ərazilərdə püstə və badamdan istifadə
edib bağlar, meşə-bağların salınması respublikamızda meyvəçiliyin inkişaf etdirilməsinə kömək edəcəkdir.
Salınacaq yaşıllıqlar bəhrəsiz quru, daşlı yamacları cana gətirəcək, oranın iqlimini yaxşılaşdıracaq, ov
heyvanları və quşların çoxalması, ərazinin estetik vəziyyətinin daha da gözəlləşməsi üçün zəmin yaradacaqdır.
14.13. Azərbaycanda mövcud tarlaqoruyucu meşə zolaqları
Respublikamızda kənd təsərrüfatı istehsalının əsas hissəsi iqlimi quraq keçən yarımsəhra aran rayonlarında
yerləşir. Burada bitkinin normal inkişafını təmin etməkdə digər aqrotexniki tədbirlərlə yanaşı, təbii meşəliklərin
mühafizəsi və bərpası, həmçinin tarlaqoruyucu və irriqasiya meşə zolaqlarının salınması da mühüm rol oynayır.
316
Belə ki, təbii meşələr və süni salınmış meşə zolaqları vegetasiya dövründə əkin sahələrini isti, quru və soyuq
küləklərdən, temperatur dəyişkənliyindən qoruyur. Havanın, torpağın nəmliyi artır, mikroiqlim amillərini tənzim
etməklə kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul götürülməsi üçün əlverişli şərait yaradır. Ovalıqda
təbii meşələrin və meşə zolaqlarının müasir vəziyyəti, onların mikroiqlimə (havanın və torpağın temperaturuna,
nəmliyinə, küləyin sürətinə), kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin öyrənilməsi, təbii meşələrin
bərpası, tarlaqoruyucu və irriqasiya meşə zolaqlarının salınması üzrə tədbirlərin aşkar edilməsi bu baxımdan,
xüsusi aktuallıq kəsb etməklə regionun iqtisadi-sosial inkişafında mühüm əhəmiyyət daşıyır.
Dövlət və digər məqsədli meşə zolaqları
Respublikamızda dövlət qoruyucu meşə zolaqlarının və digər məqsədli meşəliklərin, yaşıllıqların salınması
işinə əsasən 1950-ci ildən sonra Azərbaycan SSR Nazirlər Sovetinin 12.11.1949-cu il qərarından sonra
başlanılmışdır. Bu qərardan sonra 10 il müddətində meşə zolaqlarının və digər növ meşəliklərin salınması üzrə
kompleks perspektiv planın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu plana aşağıdakılar daxil edilmişdir:
1. Mövcud texniki layihə əsasında 17871 ha sahədə 1096 km uzunluğunda 12 dövlət meşə zolaqlarının
salınması (cədvəl 14.3). 1950-53-cü illər ərzində artıq 1381 ha meşə zolaqlarının salınması həyata keçirilmişdir.
2. Kolxoz və sovxozların kənd təsərrüfatı sahələrində tarlaqoruyucu meşə zolaqlarının salınması. Bu zolaq-
lar dəmyə şəraitində səpin sahələrinin 3%-i, suvarılan əkin sahələrinin isə 2,5%-ni təşkil etməlidir. Respublika
ərazisində tarlaqoruyucu meşə zolaqlarının sahəsi 20 min ha, o cümlədən Kür-Araz ovalığı rayonlarında 12 min
ha nəzərdə tutulmuşdur.
3. «Aqromeşəlayihə» tərəfindən hazırlanmış layihə əsasən Kür-Araz ovalığı ərazisində Kür çayının hər iki
sahili boyu 18600 ha sahədə tuqay meşələrinin bərpası və rekonstruksiyası işlərinin aparılması.
4. Magistral (yuxarı Qarabağ, Baş Şirvan) və bölüşdürücü suvarma kanalları, kollektorlar boyu 47 min ha
sahədə irriqasiya meşə zolaqlarının salınması.
5. Kənd təsərrüfatına yararsız sahələrdə, o cümlədən qobular və yarğanlarda 10 min ha, o cümlədən Kür-
Araz ovalığında 6 min ha sahənin meşələşdirilməsi.
6. Meşəsiz, eroziyaya uğramış sahələrdə və qumluqlarda 10 min hektar sahədə meşələrin salınması.
7. 1000 ha sahədə qərzəkli (qoz meyvəli), 10 min ha sahədə tut (çəkil) plantasiyası, 18 milyon ədəd tut
ağacının əkilməsi.
8. Dəmiryolu və şosse yolları boyu 715 ha qoruyucu meşə zolaqlarının salınması.
9. Abşeronda 3000 ha sahədə zeytun massivlərinin salınması.
10. Bakı şəhəri ətrafında 1000 ha sahədə yaşıllıq zonasının yaradılması.
Beləliklə, 10-15 il ərzində 100 min ha sahədə, o cümlədən Kür-Araz ovalığında 70 min ha-ya yaxın
meşələrin salınması planlaşdırılmışdır.
1950-51-ci illərdən başlayaraq respublikanın əməkdar meşəçisi İ.S.Səfərovun başçılığı ilə Azərbaycanda
meşə zolaqlarının salınması işinə başlandı. Meşə zolaqlarında ən çox palıd növlərinə (şabalıdyarpaq, uzunsap-
laq, iberiya palıdı) üstünlük verilmişdir. Palıd toxumlarının səpini T.D.Lısenkonun yuva üsulu ilə aparılaraq ona
müəyyən dəyişikliklər edildi (Səfərov, 1958). Məlum olduğu kimi, T.D.Lısenkonun yuva metodu ilə səpin
aparıldıqda paket şəklində olan yuvada çala yerləşdirilir. Bu üsul əsasən dəmyə şəraitində istifadə olunmuşdur.
317
Cədvəl 14.3.
Azərbaycan SSR-də dövlət qoruyucu meşə zolaqlarının salınması göstəriciləri (Azərb. SSR Nazirlər
Sovetinin 12.11.1949-cu il tarixli qərarına əsasən)
M/
Z
sayı
Dövlət qoruyucu
meşə
zolaqlarının
adları
Sahəsi,
ha
Uzun-
luğu,
km-lə
Zola
ğın
sayı
Hər
zolağın
eni,
m
Zolaq
lar
arası
məsaf
ə, m
1
Xəzəryanı
Nizovaya st. –
Giləzi- Abşeron
mayakı
2256,2 205,1
- - 1
60
- - 2
100
200
2
Xıllı-
Astraxanbazar
3134,4 109,3 3
100
200
3
Lənkəran
Masallı-
Yenikənd
Viləşçayın
mənsəbi-
Astaraçay
569,2 88,2 - -
-
- - 2
100
200
- - 1
60
4
Muğan-Şirvan
Korxuru k. –
Şahsevən
Şahsevən k. –
İmişli
İmişli-Ağsu
2637,8 211,7 -
-
-
- - 1
60
-
- - 2
60
100
- - 2
100
200
5 Mil-Şirvan 2500,8
134,0
2
100
200
6
Şirvan
Xıllı-Əli
Bayramlı
Əli Bayramlı-
Qovlar
3666,3 117,9 -
-
-
- - 3
100
200
- - 4
100
200
7 Qarabağ-Şəki
1842,2 109,0
2
100
200
8 Qasım İsmayılov 284,6
29,8
1
100
-
9 Gəncə 281,6
30,0
1
100
-
10
Şəmkir
240,6
13,8
2
100
-
11 Tovuz
163,8 17,1 1 100 -
12 Qazax
591,8 30,5 2 100 200
Cəmi
17871
1096
Suvarılan şəraitdə yuvaların belə yerləşdirilməsində əkinlərin suvarlıması çətinləşir. Bunu nəzərə alaraq
«Aqromeşəlayihə» idarəsi texniki layihə tərtib edərkən əsas ağac cinsi kimi istifadə olunan palıdın səpinini
yuvanı suvarma şırımının hər iki tərəfində üç çala yerləşdirərək 6 çala üsulunun tətbiqini təklif etdi. Suvarma
zamanı belə çalalar rütubətlə yaxşı təmin olunur. Suvarma şırımlarının dərinliyi 35-40 sm, palıd qozalarırın
torpağa 8-10 sm dərinliyində basdırılması yaxşı nəticə vermişdir.
Mil-Şirvan dövlət qoruyucu meşə zolağı 1950-ci ilin payızında salınmışdır. O, başlanğıcını Xalac
dəmiryolu stansiyasından başlayaraq Beyləqan, Ağcabədi, Zərdab və Ucar rayonlarını kəsib keçir və Göyçay
şəhərinin yaxınlığında qurtarır.
Meşə zolağı iki lentdən (zolaqdan) ibarət olub hər birinin eni 100 m, zolaqlar arasındakı məsafə 200 m,
ümumi zolağın uzunluğu 134 km, ümumi sahəsi 2,5 min hektardır. Zolaq 6 çalalı yuva üsulu ilə salınmışdır.
Meşə zolağı sistematik olaraq ildə 3-4 dəfə suvarılmışdır. Əsas ağac cinsi olaraq uzunsaplaq palıddan istifadə
olunmuşdur, toxumlar (qozalar) yaxınlıqda olan uyğun meşəbitmə şəraitindən- Sultanbud palıd – saqqız
(Qarabağ düzü) meşə sahəsindən toplanmışdır. Köməkçi ağac cinsləri kimi tut və ərikdən istifadə edilmişdir.
Zolağın Göyçay sahəsində göstərilən ağac cinsləri ilə yanaşı, şaftalı, adi qoz və daryarpaq iydədən də istifadə
olunmuşdur. İ.S.Səfərov (1958) 6-7 yaşında bu zolaqları tədqiq edərkən palıdların boyu 4 m, ərik, iydə və adi
qozun hündürlüyü 5-6 metrə çatmış, zolağın orta hündürlüyü 2,5 m olmuşdur.
Qazax meşə zolağı təpəli relyef şəraitini kəsib keçir, ona görə meşə əkinləri çox vaxt dəmyə şəraitində
yetişdirilmişdir. Enli palıd cərgələri arasında ərik, tut, şaftalı, sarı akasiya və b.-dan da istifadə olunmuşdur.
318
Dəmyə şəraitində olan sahədə palıd ilk iki ildə dənli bitkilərlə (çovdar və yazlıq arpa) birlikdə becərilmişdir.
Dənli səpinlər ağacların bitişinə və boyuna mənfi təsir göstərir. Relyefin hündür yerlərində bitiş faizi aşağı
olmuş, bəzən 10%-ə enmişdir. Relyefin nisbətən düz hissələrində əkinin bitiş faizi 60-70% olmuşdur.
Kür-Araz ovalığında və Gəncə-Qazax düzündə meşə zolaqlarının tədqiqi göstərir ki, torpaqdan səmərəli
istifadə etmək məqsədilə birinci iki ildə zolaqlarda dənli bitkilər deyil, cərgəaraları becərilən bitkilərin
(qarğıdalı, günəbaxan, kartof, bostan) səpinindən istifadə etmək məqsədə uyğundur.
Kür-Araz ovalığında hətta ilin soyuq dövrlərində, çox vaxt yazın əvvəlində də quru küləklər əsir, bu zaman
qışda yarpağını tökən ağaclar öz qoruyucu rolunu oynaya bilmir. Bunu nəzərə alaraq ovalığın mərkəzi
hissəsində əsas ağac cinslərinin tərkibinə eldar şamı da əlavə etmək lazımdır. Bu ağac cinsinin bu rayonlarda
20-25 yaşında boyu 14-18 metr, yoğunluğu 24-28 sm-ə çatır. Bununla yanaşı, digər həmişəyaşıl ağac
cinslərindən (zeytun, sərv, daş palıd və s.) istifadə edilməsi məsləhətdir.
Meşə Təsərrüfatı Nazirliyinin (1980) məlumatına əsasən müxtəlif meşə təsərrüfatları tabeçiliyində
aşağıdakı dövlət qoruyucu meşə zolaqları mövcuddur (9543 ha). Bundan başqa Baş Şirvan kanalı və Yuxarı
Qarabağ kanalı boyu 2000 ha sahədə irriqasiya meşə zolaqları salınmışdır.
Mövcud qoruyucu meşə zolaqları
Ağdaş meşə təsərrüfatı – 957 ha
Ağstafa meşə təsərrüfatı – 837 ha
Astara meşə təsərrüfatı – 32 ha
Bərdə meşə təsərrüfatı – 360 ha
Dəvəçi meşə təsərrüfatı – 231 ha
Beyləqan meşə təsərrüfatı – 987 ha
Yalama meşə təsərrüfatı – 123 ha
Gəncə meşə təsərrüfatı – 487 ha
Lənkəran meşə təsərrüfatı – 140 ha
Ağdərə meşə təsərrüfatı – 234 ha
Masallı meşə təsərrüfatı – 742 ha
Sabirabad meşə təsərrüfatı – 1314 ha
Tovuz meşə təsərrüfatı – 184 ha
Ağcabədi M.M.S. – 1480 ha
Şəki M.t. – 314 ha
Xırdalan M.t. – 511 ha
Yevlax meşə tingliyi – 610 ha
Cəmi: 9543 hektar
1949-cu il Nazirlər Sovetinin qərarına əsasən meşə zolaqlarının və digər məqsədli meşəliklərin salınması
üzrə nəzərdə tutulan planın, layihənin çoxusu yerinə yetirilməmişdir. Plan üzrə əsasən dövlət meşə zolaqlarının
çox hissəsi, qismən isə, magistral suvarma kanalları, dəmir yolu və avtomobil yolları ətrafında qoruyucu zolaq-
lar salındı. Son illərdə dərc olunan məlumatlarda qeyd edilir ki, məlum səbəblərdən mövcud meşə zolaqlarının
çox hissəsində qanunsuz qırıntı işləri aparılır, mal-qara sürüləri otarılır.
Meşəsiz quru iqlim şəraitində yaradılmış meşə zolaqlarının tədqiq edilməsi, çox yerdə ətrafının
çəpərlənməsi və müvafiq meşəlik tədbirləri yerinə yetirməklə bərpa olunması, yeni tarlaqoruyucu meşə
zolaqlarının salınması günün vacib məsələsi sayılmalıdır.
Kürqırağı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına
kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın, Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq,
burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da
gözəlləşməsi üçün zəmin yaradacaqdır.
14.14. Tarlaqoruyucu meşə zolaqlarının salınması
Yuxarıda qeyd edildiyi kimi Kür-Araz ovalığında duzlu torpaqların yayılması, minerallaşmış qrunt sularının
səthə yaxın yerləşməsi torpaqların meliorasiya baxımından əlverişsiz olduğunu göstərir. Burada aşağıdakı kimyəvi
tərkibli düzlü torpaqlar mövcuddur: xlorlu-sulfatlı və sulfatlı. V.R.Volobuyevə (1948) görə Kür-Araz ovalığında
xlorlu-sulfatlı tipli duzlu torpaqlar üstünlük təşkil edir. S.M.Məmmədova (1968) görə bu tipli duzlu torpaqlar ağac
və kol bitkilərinin bitməsi üçün əlverişli hesab olunur, müəllif bunu duzların nisbətən az toksik olması ilə izah edir.
Duzlu torpaqlarda meşəliklərin, meşə zolaqlarının salınması üçün duzadavamlı ağac və kol cinslərinin
seçilməsi olduqca vacibdir. S.M.Məmmədov (1968) Mil, Şirvan, Qarabağ, Muğan və Salyan yarımsəhralarında
apardığı geniş tədqiqatlara əsaslanaraq bir sıra ağac və kol cinslərinin duzadavamlığını öyrənmiş və onların
duzadavamlılıq şkalasını tərtib etmişdir. Kür-Araz ovalığının xlorlu-sulfatlı duzlu torpaqları üçün müəllif 5
aqromeşə şorluq dərəcəsi şkalasını tövsiyə edir:
I dərəcə – məhdud olmayan (qeyri məhdud) meşə əkini üçün yararlı torpaqlar-quru qalıq 0,40%-ə qədər;
II dərəcə – meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,41%-dən 0,80%-ə qədər);
319
III dərəcə – məhdud, meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,81%-dən 1,00%-ə qədər);
IV dərəcə – şərti meşəyəyararlı torpaqlar (quru qalığın miqdarı 1,01%-dən 1,30%-ə qədər);
V dərəcə – meşə əkini üçün yararsız torpaqlar (quru qalığın miqdarı 1,31%-dən çox).
Göstərilən aqromeşəşorluq dərəcələri hüdudunda meşə əkinləri üçün zəif şorlaşmış (quru qalığın miqdarı
10qr/l-ə qədər), qrunt sularının səviyyəsi 150 sm-dən dərin, yüksək minerallaşmış (quru qalıq 10 qr/l-dən çox)
qrunt sularının səviyyəsi 200 sm-dən dərin yerləşən torpaqlardan meşə əkini üçün istifadə edilməsi məsləhət
görülür.
Alimlərin apardığı tədqiqatlar göstərir ki, ağac və kol, həmçinin kənd təsərrüfatı bitkiləri duzlu torpaqlarda
adaptasiya olunduqda orqanizmdə dərin daxili dəyişkənlik gedir və bitkilərdə maddələr mübadiləsi davamlı
olur. Bitkinin qazandığı bu yeni xassələr onun toxumlarında da baş verir. Bu toxumlardan alınan bitkilər daha
duza davamlılığı ilə seçilir. Odur ki, duzlu torpaqlarda meşə zolaqları salarkən səpin materialı kimi duzlu tor-
paqlarda bitən ağacların toxumlarından istifadə olunması məqsədəuyğundur.
Kür-Araz ovalığında meşə zolaqları saldıqda həmin ərazidə park, bağ, meşə zolağında mövcud olan yaşlı
ağac və kolların toxumlarından istifadə edilməsi tövsiyə olunur.
Kür-Araz ovalığında müxtəlif dərəcədə şorlaşmış torpaqlarda meşə zolaqları və digər məqsədli meşəliklər
salarkən S.M.Məmmədov (1968) iki üsul məsləhət görür. I üsul cərgələr arası enli götürülməklə eyni ağac
cinsindən ağaclar suvarma şırımının hər iki tərəfində əkilir. Bu üsulda 2,6 metrdən bir dərin şırımlar açılır və 2
cərgəli təmiz (sırf) cərgəli lent yaranır. Cərgələr arasında məsafə 0,6 m, cərgədə ağacların arası isə 0,7 m
götürülür. Bitkilərin yan cərgələri arasında olan məsafə 2 m təşkil edir. Bu da cərgə aralarında torpağı
mexanizmlərlə becərməyə imkan yaradır. Lentin özündə isə torpağa qulluq işləri əllə aparılır. Bu üsulla I və II
aqromeşəşorluq dərəcələrinə aid olan torpaqlarda meşə zolağının salınması məsləhət görülür.
Meşə zolağının salınmasında 2-ci üsul enli cərgələrlə sıx meşə əkini aparmaqdır. Bu üsulla meşəlik məhdud
meşəyə yararlı və şərti meşəyə yararlı torpaqlar üçün nəzərdə tutulur. Bu üsulla meşə zolağı saldıqda
mərkəzlərinin arası 1,5 m olan iki dərin şırım açılır. Sonra 3 m məsafə qoyulur və yenidən iki şırım açılır və s.
Əkin (səpin) şırımların hər iki döşündə aparılır. Beləliklə, iki lentdən ibarət 4 cərgəli zolaq yaranır. Lentlərin eni
2,1 m, lentlər arası məsafə isə (enli cərgələr) 2,4 m təşkil edir.
Duzlu torpaqlar üçün təklif olunan sıx və sırf (təmiz) bioqruplar halında əkinlərdə müxtəlif ağaclar bir-
birinə mənfi təsir göstərmir və vahid sahədə ağac və kollar yuxarı yaşlarında lazım olan miqdarda qalır. Bununla
yanaşı, ağaclar arasında mexanikləşdirilmiş qulluq işləri üçün geniş imkan yaranır.
Kür-Araz ovalığının duzlu torpaqlarında meşə zolaqları yetişdirildikdə ağacların ilk yaşlarında torpağa qul-
luq etməklə yanaşı, onların çətirləri birləşən dövrə qədər suvarmanın aparılması da mühüm şərtlərdən sayılır.
Suvarmanın sayı vegetasiya dövründə meteoroloji şəraitdən, zolağın yaşından, torpağın səthindən, ağac və kol
cinslərinin bioloji xüsusiyyətlərindən və digər faktorlardan asılıdır (cədvəl 14.4.).
Zolaqdakı ağaclar iki yaşına çatdıqda qış suvarması da aparılmalıdır. Qeyri-məhdud yararlı və meşəyə
yararlı (I-II dərəcə) torpaqlarda qış suvarması bir dəfə (noyabr-dekabr), məhdud meşəyə yararlı və şərti yararlı
(III-IV dərəcə) torpaqlarda isə iki qış suvarmasının (1-ci dekabrda, 2-ci isə fevralda) aparılması tövsiyə olunur.
Aparılan təcrübə işləri göstərir ki, lentlərdə və zolaqlarda aqrotexniki qaydalara düzgün riayət edildikdə I-II
aqromeşəşorluq dərəcəli torpaqlarda 2-3-cü ilində, III-IV dərəcəli torpaqlarda isə 3-4-cü ilində ağacların çətirləri
tam birləşir. Bundan sonra torpağa əllə olunan xidmətlər dayandırıla bilər. Geniş cərgələr arasında isə
mexanikləşdirilmiş qulluq işləri zolağın çətirləri tam birləşənə qədər davam etdirilir.
Kür-Araz ovalığının duzlu torpaqlarında ayrı-ayrı aqromeşəşorluq dərəcələrinə uyğun olaraq
S.M.Məmmədov (1968) meşə zolaqlarının salınması işlərində əsasən ağacların aşağıdakı qarışdırma tiplərini
tövsiyə edir:
I aqromeşəşorluq dərəcəsi – məhdud olmayan meşəyə yararlı torpaqlar üçün;
1) palıd – göyrüş tipli (2 lent palıd – 1lent göyrüş və s.);
2) palıd – qarağac tipli (2 palıd lenti – 1 qarağac lenti və s.);
3) saqqızağac – qarağac-palıd (2 lent saqqızağac – 1 lent qarağac – 2 lent palıd – 1 lent qarağac və s.);
320
Cədvəl 14.4.
Dostları ilə paylaş: |