Kür-Araz ovalığında vegetasiya dövründə suvarmanın vaxtı və sayı (qrunt sularının səviyyəsi 2,5 m
və
dərin olduqda)
Aylar
Məhdud olmayan
meşəyə yararlı
və
meşəyə yararlı
torpaqlar
Məhdud meşəyə yararlı və
şərti meşəyə yararlı torpaqlar
I il
II
il
III
il
IV
il
Son
rakı
illər
I il II il
III il
IV
il
Sonr
akı
illər
Aprel
1
1
-
-
-
1
1
-
-
-
May
1
1
1
1
1
1
1
1
1
1
İyun
1
1
1
1
1
1
1
1
1
-
İyul-
avqust
2 2 2 2 2 3 3 3 2 2
Sentya
br
1 1 1 - - 1 1 1 1 1
Suvar
ma-nın
cəmi
6 6 5 4 3 7 7 6 5 4
4) saqqızağac – göyrüş (2 lent saqqızağac – 1 lent yaşıl göyrüş və s.);
5) qoz – (və ya pekan) xurma tipli (1 lent adi qoz – 1 lent qafqaz xurması və s.);
6) şam – sərv tipli (2 lent eldar şamı – 1 lent sərv və s.);
7) qarağac – çəkil tipli (2 lent qarağac – 3 lent çəkil (tut) və s.);
8) qovaq – çinar tipli (2 lent Kanada qovağı, ağyarpaq qovaq və ya digər qovaq növləri və sortları – 1 lent
çinar və s.);
9) Qovaq-akasiya (2 lent qovaq – 2 lent ağ akasiya və s.);
10) Akasiya tipli (sırf akasiya);
11) Qovaq tipli (sırf qovaq növləri)
II aqromeşəşorluq dərəcəsi – meşəyə yararlı torpaqlar üçün:
1) saqqızağac – qarağac tipli (2 lent saqqızağac – 1 lent qarağac və s.);
2) göyrüş-saqqızağac-qarağac (1 lent yaşıl göyrüş – 2 lent saqqızağac – 1 lent qarağac və s.);
3) göyrüş - akasiyalı (2 lent yaşıl göyrüş – 2 lent ağ akasiya və s.);
4) şam – sərv (2 lent eldar şamı – 1 lent sərv və s.);
5) qarağac – çəkil (2 lent qarağac – 3 lent çəkil və s.);
6) qovaq – çinar (2 lent qovaq – 1 lent çinar və s.);
7) qovaq – akasiya (2 lent qovaq – 2 lent ağ akasiya və s.);
III aqromeşə şorluq dərəcəsi – məhdud meşəyə yararlı torpaqlar üçün:
1) qarağac – göyrüş-çəkil (2 zolaq qarağac – 1zolaq yaşıl göyrüş – 1 zolaq çəkil və s.);
2) göyrüş – akasiya tipli (1 zolaq yaşıl göyrüş – 1 zolaq ağ akasiya və s.);
3) akasiya-göyrüş – lələkağacı ( 1 zolaq ağ akasiya – 1zolaq yaşıl göyrüş – 1 zolaq lələk);
4) lələk – maklüra (və ya safora) - (1 zolaq lələk-bir zolaq maklüra (və ya yapon saforası) və s.);
5) lələkağacı – iydə (2 zolaq lələk – 1 zolaq iydə və s.);
6) qovaq – söyüd tipli (2 zolaq ağ yarpaq qovaq – 1zolaq söyüd və s.);
IV aqromeşəşorluq dərəcəsi – şərti meşəyə yararlı torpaqlar üçün:
1) lələk – iydə - maklüra ( 1 zolaq lələk – 1 zolaq daryarpaq iydə – 1 zolaq maklüra – 1 zolaq iydə və s.);
2) göyrüş – iydə - lələk ( 1 zolaq yaşıl göyrüş – 1 zolaq daryarpaq iydə – 1 zolaq lələk və s.);
3) maklüra – iydə ( 1 zolaq maklüra – 1 zolaq daryarpaq iydə və s.);
4) iydə – yulğun ( 2 zolaq dar yarpaq iydə – 1 zolaq yulğun və s.);
5) iydə (sırf iydəlik);
14.15. Suvarma şəbəkələri ətrafında qoruyucu
(irriqasiya) meşə zolaqlarının salınması
Respublikamızda torpaqların meliorasiyası genişləndikcə suvarma şəbəkələrinin sayı və su sərfi artır.
Hazırda respublikamızda 300-dən artıq böyük və kiçik həcmli su anbarı, 8,5 min km uzunluğunda
321
təsərrüfatlararası, 41 min km-ə qədər təsərrüfatlardaxili kanallar, 20 min km uzunluğunda kollektor-drenaj sis-
temi mövcuddur. Suvarma şəbəkələri hər yerdə layihə əsasında, sement-beton özlüklərlə inşa edilmədiyinə görə
əksər hallarda obyektlərin istifadə müddətində onlardan müxtəlif miqdarda su filtrasiya olunur, üfiqi və şaquli
istiqamətdə hərəkət edir. İllər keçdikcə bu sular təsir dairəsini genişləndirir, suvarma və qrunt sularına qarışır,
torpağın səthinə çıxır, müxtəlif xarakterli bataqlaşma və şorlaşma prosesinin baş verməsinə səbəb olur.
Torpaqtökmə ilə inşa olunan suvarma şəbəkələrində filtrasiya prosesi daha intensiv gedir, onun təsir dairəsi də
geniş olur. Baş-Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan və s. kanallarda bu əlamət daha aydın nəzərə çarpır.
1930-cu ildə Muğan düzündə qrunt suyunun dərinliyi 0,5 olan torpaqlar 67% olduğu halda, 1951-ci ildə 79%,
1962-ci ildə isə 92% təşkil etmişdir. Kanallar boyunca torpaqların şorlaşması və bataqlaşması durmadan artır.
Hazırda Yuxarı Qarabağ kanalına təhkim olunan 1499 ha sahənin 750 ha-rı, Yuxarı Şirvan kanalının 1336 ha-
dan 160 ha-rı bataqlaşmış, orta və şiddətli dərəcədə şorlaşmışdır. Suvarma şəbəkələrinin ətrafında kənd
təsərrüfatına yararsız sahələrdə irriqasiya mühafizəedici meşə zolaqlarının salınması böyük əhəmiyyət kəsb edir.
Elmi əsaslarla müəyyən edilmişdir ki, filtrasiya suları, ətraf sahələrin şorlaşması və təkrar şorlaşmasının
qarşısının alınmasında meşə zolaqlarının əvəz olunmaz əhəmiyyəti vardır. Ona görə suvarma şəbəkələri
layihələşdirilərkən onların ətrafında irriqasiya mühafizə zolaqları salmaq da nəzərdə tutulur, bu məqsədlə torpaq
sahəsi ayrılır. Hesablamalara görə respublikamızın suvarma şəbəkələri boyunca onlara təhkim edilən, kənd
təsərrüfatına yararsız 59 min hektar torpaq sahəsi var. Bu torpaqların əksər hissəsi strukturu pozulduğuna,
şorlaşdığına və bataqlığa çevrildiyinə görə istifadəsiz qalır. Həmin sahələrdə meliorasiya tədbirləri görməklə
irriqasiya mühafizə meşə zolaqları salmaq olar. Meşə zolaqlarının salınması obyektlərin inşası ilə eyni vaxtda
aparıldıqda daha yaxşı nəticə verir.
Dövlət tarlaqoruyucu və eroziyaya qarşı yetişdirilən meşə zolaqlarından fərqli olaraq irriqasiya meşə
zolaqları təsərrüfatlararası, təsərrüfatlardaxili kanallar, su anbarları və kollektor-drenaj sistemləri ətrafında, on-
lara təhkim olunan kənd təsərrüfatına yararsız, istifadəsiz torpaqlarda salınır. Onlar həm tarlaqoruyucu meşə
zolağı rolunu oynayır, suvarma şəbəkələrindən filtrasiya olunan (sızılan) suların, həm də vegetasiya mövsümü
ərzində suvarma şəbəkələrindən sızılan suların səviyyəsinin 60-70 sm, bəzən 100-110 sm aşağı enməsinə,
bataqlıqların qurudulmasına, ətraf sahələrin şorlaşmasının, açıq sahələrdəki faydalı suların, kanal və su
anbarlarının səthindən buxarlanmanın, obyektlər ətafında alaq otlarının əmələ gəlməsinin, suyun çirklənməsinin
qarşısını alır, onların istifadə müddətinin, iqtisadi səmərəsinin artmasına və bərpa işlərinin asanlaşmasına imkan
yaradır. Kanal boyunca yetişdirilən 1-3 cərgəli 14-16 metr hündürlüyü olan meşə zolağı kanalda su səthindən
buxarlanmanı 30-40% azaldır, ətraf havanın nisbi nəmliyini 10-40% artırır. Bir ədəd 15 yaşlı qovaq ağacı vege-
tasiya mövsümü ərzində 62 kubmetr su buxarlandırır. Bu baxımdan ağacları haqlı olarar «bioloji drenaj»
adlandırırlar. Bununla əlaqədar 1977-ci ildə Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyi nəzdində iki
irriqasiya meşə təsərrüfatı idarəsi yaradılır. Az dövr ərzində Yuxarı Qarabağ, Yuxarı Şirvan, Tərtərçay,
H.Hacıyev və s. təsərrüfatlararası kanallar, Baş Qarabağ kollektoru və digər drenaj sistemləri ətrafında 2000 ha-
dan çox sahədə irriqasiya meşə zolaqları salınmış, əvvəllər salınmış meşə zolaqlarında bəzi meşəçilik tədbirləri
görülmüşdür. Hazırda respublikanın suvarma şəbəkələri ətrafında ekoloji şəraitə uyğunlaşmış ona müsbət təsir
göstərən meşə zolaqları vardır. Bu baxımdan, Yuxarı Qarabağ kanalının Bərdə, Ağdam, Ağcabədi, Yuxarı
Şirvan kanalının Yevlax, Ağdaş; Tərtərçay kanallarının Tərtər, Goranboy; Baş Muğan kanalının İmişli və s.
rayonları ərazisində yerləşdirilən meşə zolaqları təqdirəlayiqdir. Bununla belə, suvarma şəbəkələri ətrafındakı
torpaqların strukturunun pozulması, onların şorlaşması, bataqlığa çevrilməsi, konkrtet torpaq şəraiti üçün ağac
və kol cinslərinin düzgün (uyğun) seçilməməsi, əmək işlərinin düzgün aqrotexniki qaydada aparılması üzündən
hər yerdə meşə zolaqlarından yaxşı nəticələr əldə edilməmişdir. Suvarma şəbəkələrinə təhkim olunmuş torpaq
sahələrinin şoran, bataqlıq strukturu pozulmuş və dar zolaq şəklində olması ilə əlaqədar ərazidə təsərrüfata
lazım olan miqdarda və çeşiddə quraqlığa, şoranlığa davamlı uzunömürlü ağac və kol cinsləri yaratmaq
mümkün deyil. Ona görə də, bir qayda olaraq təsərrüfatlar asan tapılan, yerli şəraitə dözümsüz, azömürlü və az
məsarif tələb edən ağac və kol cinslərini əkməli olurlar. Bu həm iqtisadi baxımdan təsərrüfatlara baha başa gəlir,
həm də başqa torpaq-iqlim şəraitindən gətirildiyi üçün cinslərin bitiş faizi aşağı olur. Onlar yerli şəraitə
uyğunlaşa bilmədiyinə görə zəif inkişaf edir və tədricən quruyub sıradan çıxır. İrriqasiya meşə təsərrüfatları
üçün münasib yerdə torpaq sahəsi əldə etmək və növbəli əkin sistemi tətbiq olunmaqla tinglik yaratmağa nail
olmaq lazımdır. Göstərilən tədbirlərin düzgün həyata keçirilməsi həm kənd təsərrüfatı bitkilərindən sabit,
yüksək məhsul götürməyə, suvarma şəbəkələrindən filtrasiyanın zəifləməsinə, ətraf sahələrin şorlaşmasının
qarşısının alınmasına, həm də respublikanın düzən rayonlarında 60 min ha sahədə meşə zolaqları salınmasına,
regionda meşəlik faizinin artmasına, havanın saflaşmasına, ekoloji şəraitin yaxşılaşmasına və sudan səmərəli
istifadə olunmasına imkan verir.
Qoruyucu irriqasiya meşə zolaqlarının salınması
Çay şəbəkəsi və digər suvarma şəbəkələri boyunca ağaclar əkmək xalqımıza xas olan qədim ənənədir. Baş
Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron və s. kanalların inşası ilə yanaşı, onların ətrafında bəzi
yerlərdə qoruyucu meşə zolaqları əkilmiş, bəzən onlardan yaxşı nəticə alınmışdır.
322
1977-ci ildə irriqasiya meşə təsərrüfatı idarələrinin yaranması ilə əlaqədar bu işə xüsusi fikir veilmiş və
dövlət əhəmiyyətli tədbir kimi kütləvi şəkildə həyata keçirilməyə başlanmışdır, irriqasiya meşə zolaqlarının eni,
uzunluğu və tərkibi obyektin növündən, relyef və torpaq şəraitindən asılı olur. Təsərrüfatlarası və
təsərrüfatlardaxili kanallar boyu salınan zolağın eni və orada yerləşdirilən cərgələrin sayı eyni olur. Kanal və
kollektorda bərpa. təmir və təmizləmə işləri görmək məqsədilə onların bir tərəfində nəqliyyat yolu salınır.
Təsərrüfatlararası kanal və kollektorların hər iki tərəfində, təsərrüfatlardaxili kanal və kollektor-drenaj
sistemlərinin isə bir tərəfində mühafizə meşə zolağı salınır. Obyektlərə təhkim olunan sahədə onun enindən asılı
olaraq 1-5 cərgəli meşə zolağı salmaq olar. Qulluq işlərinin görülməsində mexanizmlərdən istifadə etmək
nəzərdə tutulduqda cərgələr arası məsafə 2,5-3,0m, tutulmadıqda 1,5-2,5m götürülür.
Qeyd edildiyi kimi, suvarma şəbəkələrinə təhkim olunan torpaq sahələri əsasən obyektlərin inşası zamanı
pozulmuş, sonralar tədricən şorlaşmış, bataqlaşmış və müxtəlif cür meliorasiya tədbirlərinə ehtiyacı olan enişli-
yoxuşlu yerlərdir. Bu torpaqları yararlı hala salmaq və əkinə hazırlamaqdan əvvəl ərazinin şorlaşma dərəcəsini,
bitki örtüyünü və digər xüsusiyyətləri dəqiq müəyyən etmək lazımdır. Bu məqsədlə ilk növbədə hər əkilməsi
nəzərdə tutulan ərazi gəzilməli, torpağın səthi görünüşü, bitki örtüyü və digər xüsusiyyətləri müəyyən
olunmalıdır.
Sahə daş, kötük və s.-dən təmizlənməli, hamarlanmalı və torpağın tələbinə uyğun meliorasiya tədbirləri
görülməli, 40-45 sm dərinliyində şumlanmalı və malalanmalıdır.
İrriqasiya meşə zolaqları salmaq üçün ayrılan sahələr dar olduğundan orada şumlamaya perpendikulyar
istiqamətdə malalama aparmaq olmur, şırımlar arasında kələ-kötür, çökək yerlər qalır. Ona görə şumlamanı sıx
və ya təkrar aparmaq lazım gəlir. Belə olduqda malalamanı şumlama istiqamətində aparmaq olar. Malalamadan
sonra yerli şəraitdən asılı olaraq dərinliyi 30-40 sm olan şırımlar açılmalıdır. Torpağa və bitkilərə qulluq işləri
aparmaq üçün istifadə olunacaq alət və mexanizmlərin növündən asılı olaraq şırımlar arası məsafə 2,5-3,0 m
götürülür.
Kanalın nəqliyyat yolu çəkilmiş tərəfindəki şırımla yol və o biri tərəfdəki şırımla kanal arasında 1,5-2,0 m
məsafə saxlamaq lazımdır. Şırımların sayı obyektlərə təhkim olunmuş sahənin eninə uyğun olaraq 1-8 götürülür.
Kanalların ətrafında bəzən kənd təsərrüfatına yararsız sahələr olur. Əlaqədar idarə və təşkilatlarla qarşılıqlı
razılaşma şəraitində belə sahələrdə meşə zolaqları yetişdirmək məqsədəuyğundur.
İrriqasiya meşə zolaqları biriilik, ikiillik, çoxillik tinglər və toxumla salına bilər. Bu, ağac və kol cinslərinin
bioloji xüsusiyyətləri, ərazinin yaşayış məntəqəsinə, mal-qaraya yaxın olmasından da asılıdır. Şaquli kök
sisteminə və iri toxumlara malik olan ağacların (palıd, qoz, badam və s.) daimi yerində toxumla yetişdirilməsi
məsləhət görülür. Belə bitkiləri tinglikdə yetişdirib və ya 2-3 yaşında daimi yerinə köçürüldükdə onların kök
sistemi çox zədələnir, şaquli köklər kəsilir, bitiş faizi aşağı olur, bitkilər zəif inkişaf edir və onlar kök sisteminin
əvvəlki vəziyyətini bərpa edə bilmir.
323
Cədvəl 14.5.
Kür-Araz ovalığında torpaqların duzluluq dərəcəsini xarici görünüşə görə təyin etmək şkalası
(Dövlət Yerquruluşu Layihə İnstitutu)
Torpağın
şorluq
kateqoriyası
0-100 sm
qatda quru
qalığın
şorluq həddi
(%-lə)
Torpaq səthinin
görünüşü
Bitki örtüyü və
yayılma
xüsusiyyəti
1 2 3
4
Şorlaşmamış
0,25%-dən
az
Şorluqdan əlamət
yoxdur
Çəmən bitkiləri
üstünlük edir.
Biyan,
dəvətikanı,
bəzən xostək
(qarağan)
Zəif şorlaşmış 0,25-0,50%
Bəzən
şor
ləkələri görünür,
torpağın səthi
qara və tozvari
olur
Tərə, xostək,
dəvətikanı,
çərən, tək-tək
qışotu
Orta şorlaşmış
və ya şorakət
0,5-1,0%
Bitkisiz sahələr,
şoran otları
çoxalır
Qışotu,
sarsazan, Xəzər
şahsevdisi
(saksaul), bəzən
çərən, biyan
Şoran
1,0%-dən
artıq
Torpaq səthində
quru tozvari və
ya nəmişli
şoranlıq
əlamətləri aydın
görünür
Şoranlıq coğanı,
qışotu, Xəzər
şahsevdisi,
sarıbaş,sarsazan
və digər şoran
bitkiləri
Xırda toxum və vegetativ hissələrlə asanlıqla artırmaq olan bir və ya çox yaşlarında tinglikdən daimi yerinə
köçürüldükdə normal bitmə inkişaf etmə xüsusiyyətlərini itirməyən ağac və kolları (qovaq, söyüd, çinar,
dağdağan, şam, sərv, tuya. alma, armud, heyva, tut, maklüra və s.) tinglikdə yetişdirib 1-3 yaşlarında daimi
yerinə köçürmək olar. Bitmə faizinin yüksək olması, bitkilərin xarici mühitə tez uyğunlaşması, quraqlığa,
şoranlığa davamlı olması, onların tez böyümə xüsusiyyətləri və s. baxımdan, irriqasiya meşə zolaqlarını birillik
tinglərlə salmaq daha əlverişlidir. Yol kənarı, yaşayış məntəqələrinə, mal-qaraya yaxın olan sahələrdə 3-5 illik
ağac və kollar əkmək olar. Belə olduqda torpağa və bitkilərə daha yüksək aqrotexniki qulluq göstərmək
lazımdır.
İrriqasiya meşə zolaqları salmaq işini erkən yaz və payız aylarında görmək məsləhətdir. Mülayim qış
aylarında da (Kür-Araz ovalığı) əkin işi aparmaq olar. Yaz əkini bitkilərdə şirə axını başlayana qədər, payızda
isə vegetasiya dövrü qurtardıqdan sonra aparılmalıdır. Təsərrüfat əhəmiyyəti və iqtisadi səmərəsinə görə Kür-
Araz ovalığı üçün payız əkini daha sərfəlidir. Bu halda bitkilərin müvəqqəti basdırılması, toxumların
saxlanması, stratifikasiya edilməsi üçün yer, işçi qüvvəsi və vəsait lazım gəlmir, vegetasiya dövrünün
başlanması ilə əlaqədar bitkilərdə də inkişaf başlayır, ilk suvarma üçün su qıtlığı ilə qarşılaşılmır.
İrriqasiya meşə zolaqları salarkən bitkilər, əsasən cərgə ilə, şırımların sututan hissəsinə, bir-birindən 1-1,5
m aralı əkilir. Bu məqsədlə şırım tirəsinin üstündə 1-2 illik tinglər üçün 25x25x25, 30x30x30, üçillikvə çoxillik
bitkilər üçün isə 35x35x35 sm və daha geniş ölçüdə çalalar hazırlanır. Ağac və kolları cərgə və cərgə aralarında
qarışıq əkmək olar. Meşə zolaqlarını qarışıq salarkən orada meyvə və həmişəyaşıl bitkilərə üstünlük vermək
lazımdır. Son təcrübələr göstərir ki, eyni cinsdən oldan əkinlər yaxşı nəticə verir. İrriqasiya qoruyucu meşə
zolaqları salarkən 3 əkin sxemi tətbiq etmək olar.
A. Tezböyüyən enliyarpaqlı ağac cinslərindən salınan qoşacərgəli meşə zolaqları;
B. Quraqlığa davamlı meyvə cinslərindən salınan bircərgəli meşə zolaqları;
Ç. Duzadavamlı ağac və kollardan salınan meşə zolaqları;
324
Qrunt suyu torpaq səthinə yaxın olan, şorlaşma getməyən və zəif duzlu torpaqlarda irriqasiya qoruyucu
meşə zolaqlarını qoşalaşdırılmış (ikiləşdirilmiş) cərgələrlə salmaq faydalıdır.Belə əkinlərdə tinglər şırımın hər
iki tərəfində və ya qarşı-qarşıya əkilir. Meşə zolaqlarının kənar cərgələrində meyvə, kol və ya alçaq boylu
ağaclar, kanal tərəfdəki cərgələrdə isə kök sistemi dərin gedən, transpirasiya xüsusiyyəti yükək olan, ucaboylu,
uzunömürlü və tezböyüyən ağac cinslərinin əkilməsi faydalıdır. Əkin cərgələrinin uzunluğunu 100 (meyilli
yerlərdə 25-30 m) metrdən artıq götürmək məsləhət görülmür. Tinglər çalaya şaquli istiqamətdə qoyulmalı, kök
sisteminin torpaqla təmasda olmasını təmin etmək üçün əvvəlcə çalaya azca torpaq tökməli, sonra ting çalaya
qoyulmalı, çala torpaqla doldurulmalı və bitkinin ətrafı taptalanmalıdır. Bütün cərgələr düz xətt boyunca
əkilməlidir.
Tinglərin yaxşı böyüməsi və qoruyucu xüsusiyyətlərini artırmaq üçün ilk növbədə onlara vaxtaşırı qulluq
göstərmək lazımdır. Qulluq işlərinə əkinin (səpinin) aparıldığı gündən suvarmaqla başlamaq lazımdır. İlk
suvarmadan sonra torpaq müəyyən qədər çökür, bəzi nüsxələr şaquli vəziyyətini itirir (əyilir, yıxılır, bəzən
köklərin üstü açılır). Ona görə belə bitkiləri əvvəlki vəziyyətinə qaytarmaq və köklərin üstünü torpaqlamaq
vacibdir. Əks halda bitkilərin gövdəsi düz inkişaf etmir, bitmə faizi aşağı olur.
Kür-Araz ovalığında qrunt suyu səthə yaxın yerləşən sahələrdə əkinin 1-2-ci illəri vegetasiya dövründə 6-7,
qrunt suyu dərində olan sahələrdə isə 8-10 dəfə suvarma aparmaq lazım gəlir. İlk suvarma əkin qurtaran kimi, 2-
ci suvarma 10-15 gündən, 3-cü və sonrakı suvarmalar 25-30 gündən bir aparılır. Hər 2-3 suvarmadan sonra
cərgələr arasında alaq otlarına qarşı mübarizə və bitkilərin ətrafında torpağın yumşaldılması tədbirləri
görülməlidir. Bu tədbirlər suvarmadan 1-4 gün sonra və 2-3 suvarmadan bir təkrar olunur. Alaq otlarına qarşı
mübarizə tədbirləri ağacların çətirləri birləşən dövrə qədər aparılır.
Respublikada fəaliyyət göstərən irriqasiya meşə təsərrüfatları yaradıldığı ildən suvarma şəbəkələri ətrafında
2 min hektardan artıq sahədə qoruyucu meşə zolaqları salınmışdır. Bu zolaqların çoxunun çətirləri birləşərək
meşəlik şəklini almış, lakin onlarda müvafiq xidməti meşə qırıntıları aparılmır.
S.M.Məmmədov (1971) Yuxarı Qarabağ kanalı boyu geniş tədqiqatlar apararaq orada irriqasiya meşə
zolaqları yetişdirmək üçün torpaq sahələrini 8 qrupa ayırır:
I qrup meşə zolağı salmaq üçün yararlı deyil. Bura filtrasiya suları basan sahələr, texniki səbəblər, relyef
şəraiti və yüksək duzluluğa malik olan torpaq sahələri aiddir. Yüksək duzlu torpaqlarda meşə yetişdirmək üçün
onlar duzlardan yuyularaq sağlamlaşdırılmalıdır. Lakin qrunt suyunun səthə yaxın yerləşməsi buna maneçilik
göstərir. Yalnız yüksək kapital qoyuluşunun köməyilə drenaj qurğuları yaratmaqla meşə zolağı salmaq işinə nail
olmaq mümkündür.
II qrupa aid torpaqlarda kanallardan filtrasiya sularının sızması üzündən meşə zolaqları salmaq üçün yararlı
sayılmır. Bunun qarşısının alınması üçün kanalın dib və döş hissələrində beton və ya digər sukeçirməyən
materiallardan özlük yaradılmalıdır. Lakin bu tədbir də yüksək kapital qoyuluşu tələb edir.
III qrupa meşə zolağı salmaq üçün yararlı olmayan planlaşdırılması tələb olunan relyef şəraiti ilə bağlıdır.
Sahənin planlaşdırılması böyük həcmdə torpaq işlərinin görülməsini tələb edir, bu isə iqtisadi cəhətdən sərfəli
deyildir.
IV qrupa kanal boyu yerləşən hidrotexniki qurğular (su ötürücülər, dükerlər, akveduklar, körpülər və s.)
kanalın istismarı xidməti binalar, ətraf təsərrüfat sahələri aiddir. Belə sahələrin çoxunda yaşıllaşdırma aparılmış,
bağ, üzümlük və s. salınmışdır.
V-VI qrupa ikinci növbədə meşə zolaqları salınacaq sahələr daxildir. Belə sahələr az həcmdə planlaşdırılma,
mürəkkəb olmayan, az xərc tələb olunan meliorativ tədbirlərin (filtrasiya və qrunt sularının kənarlaşdırılması
istiqamətində) aparılmasını tələb edir.
325
Cədvəl 14.6.
İrriqasiya meşə zolaqları salmaq üçün təklif olunan
ağac və kol cinsləri
Ağac və
kollar
Torpağın şorluq dərəcəsi
Şorlaşmamış və ya
az duzlu torpaqlar
Orta
dərəcədə
şorlaşmış
Şoran
Həmişəyaşıl ağac cinsləri
Eldar şamı
+
-
-
Sərv
+
-
-
Hələb şamı
+
-
-
İtaliya şamı
+
-
-
Daş palıd
+
+
-
Yarpaqlı ağac cinsləri
Saqqızağac +
+
-
Püstə
+
-
-
Yaşıl göyrüş
-
+
-
Adi qoz
+
-
-
Şərq çinarı
+
-
-
Ağ söyüd
+
-
-
Ağyarpaq qovaq +
-
-
Ağ İtaliya qovağı +
-
-
Adi badam
+
-
-
Heyva
+
+
-
Tut
+
-
-
Pekan
+
-
-
Maklüra
+
+
+
Aylant
+
+
+
Dostları ilə paylaş: |