H.Ə.Əliyev «Həyəcan təbili» kitabında yazır «Meşə, su, var-dövlət, bolluq deməkdir. Ərazisinin 25-
30%-i meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalardan daim sabit və
yüksək məhsul götürülər. Elə buna görə də respublikamızda meşələrin sahəsini genişləndirməyə böyük
ehtiyac var». (səh.25). Meşə planetin biosferində və onun atmosferinin tərkibində gedən təbii proseslərin ni-
zamlanmasında sabitləşdirici funksiyanı yerinə yetirir.
Hərtərəfli əhəmiyyətinə baxmayaraq bütün dünyada meşələr məhv edilərək kənd təsərrüfatı bitkiləri və otlaq
sahələrinə çevrilir, geniş ərazilərdə yanğınlara məruz qalır. Hazırda planetimizdə qlobal miqyasda meşəsizləş-
dirmə baş verir. Meşələrin məhv edilməsi lokal, regional və qlobal səviyyələrdə iqlimin dəyişməsinə, bitki örtü-
yünün və heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir. Bu haqda xüsusi bölmələrdə ətraflı mə-
lumat verilir.
Meşənin rekreasiya istifadəsi
Bir çox meşə massivləri, xüsusilə şəhərlər, qəsəbələr ətrafı meşə sahələri kütləvi istirahət yerlərinə çevrilmiş-
dir. Meşənin rekreasiya məqsədilə istifadəsi cəmiyyətin resurs potensialının yüksəldilməsində böyük əhəmiyyət
kəsb edir. Təbiət qoynunda istirahət, işçi gərginliyinin aradan qaldırılması, fiziki yükün sağlamlaşdırılması insa-
nın iş qabiliyyətinə müsbət təsir göstərir. Lakin bu yerlərdə istirahətçilərin getdikcə çoxalması təbiətə ekoloji zə-
rər yetirir. Meşə ərazilərində rekreasiya yükü artaraq meşənin keyfiyyət vəziyyətinin pisləşməsinə, bəzi halda
onun tam deqradasiyasına səbəb olur. Şəhərətrafı meşələrin sanitar-gigiyena, suqoruyucu, torpaqqoruyucu funk-
siyası aşağı düşür. Onun estetik qiyməti itir.
Meşəyə turistlər (ağacları, kolları, ot örtüyünü pozur) və avtomobillər ziyan yetirir. Mexaniki təsir nəticəsin-
də torpaq bərkiyir, meşə otları zədələnir.
Torpaq bərkidikdə ağac-kol bitki örtüyünün vəziyyəti deqradasiyaya uğrayır, ağacların qidalanması pisləşir,
belə ki, sahələrdə torpaq quru, çökək yerlərdə isə çox rütubətli olur. Qidalanmanın pisləşməsi ağacları zəiflədir,
264
böyümə və inkişafını ləngidir. Torpağın bərkiməsi onun strukturunu pozur, məsaməliyini azaldır, torpaq mikro-
orqanizmlərinin həyat fəaliyyətini pisləşdirir.
Meşədə göbələk, çiçək və giləmeyvələrin yığılması bir sıra bitki növlərinin bərpasını pozur. Səs-küy quşları
və məməli heyvanları qorxudur, onların normal nəsil verməsinə maneçilik törədir. Ağac-kolların budaqlarının
qırılması, ağac gövdələrinin çapılması və başqa mexaniki zədələmə ağacların həşərat ziyanvericilərilə xəstəliyə
yoluxmasına şərait yaradır.
Meşədə belə vəziyyətin alınmaması üçün rekreasiya yükü həddi müəyyən edilmişdir. Rekreasiya yükünü
təhlükəsiz, təhlükəli, kritik və fəlakətli kriterlərə bölmək olar.
Təhlükəsiz yükdə təbii kompleksdə bərpa olunmamaq dəyişikliyi baş vermir. Ekosistemin bərpa olunması
gücü itirilmir. Rekreasiya yükünün həddi ekosistemi davamlılıq hüdudunda saxlayır. Təbii kompleks davamlılıq
hüdudunu keçdikdə rekreasiya yükü təhlükəli (qorxulu) sayılır, kritik yük zamanı bitki qruplaşmalarında pozul-
ma gedir. Fəlakətli yük zamanı təbii komponentlər və onların tərkib hissələri arasında əlaqə pozulur.
Özünün spesifik strukturu və morfoloji vahidləri arasında qarşılıqlı əlaqə xarakteri ilə fərqlənən təbii kop-
lekslərin (ekosistemlərin) müxtəlif tipləri xarici təsirlərə, o cümlədən rekreasiya yükünə müxtəlif reaksiya göstə-
rir. Ona görə də bir ekosistem tipi üçün təhlükəli olmayan rekreasiya yükü digərinə kritik ola bilər.
Rekreasiya zonasında meşə təsərrüfatının əsas vəzifəsi meşəçilik tədbirləri (landşaft əkinləri yaratmaq, sani-
tar qırma, ağaclığın rekonstruksiyası və b.) ilə yanaşı, həm də çıxış yolları salmaq, piyada cığırları və turist mar-
şrutları çəkmək, istirahət yerləri, idman meydançaları, avtomobil dayanacaqları düzəltmək və s yerinə yetirilmə-
lidir. Rekreasiya yükü normaları təyin edərək əhalinin gəlişinə reqlament qoymaq, meşədə gəzinti qaydalarını
izah etmək, onu pozanlara qarşı məsuliyyət təyin etmək.
265
13.2. Dünya meşələri
Həzırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur. Bunlar müxtəlif iqlim, relyef və torpaq şəraitin-
də yayılmışdır. Mövcud məlumatlara əsasən meşələrin sahəsi vaxtilə daha çox olmuşdur. Sonralar dünyanın bir
çox yerlərində olan meşə sahələri başdan-başa qırılmış, yandırılmış, kənd təsərrüfatı bitkiləri yetişdirmək üçün
istifadə edilmiş və tədricən sıradan çıxmışdır. Bir sıra dağ və düzən meşələri intensiv otarılaraq məhv edilmiş-
dir. Bütün bunlar son 500 ildə dünya meşələrinin
3
2
hissəsinin, bəzi ölkələrin meşələrinin isə tamamilə yoxa
çıxmasına səbəb olmuşdur.
Tropik meşələrin 40 faizi məhv edilmişdir. 1978-ci ildə Moskvada keçirilən Beynəlxalq Təbiəti Mühafizə
Şurasının Baş Məclisinin materiallarına əsasən dünyanın qalan tropik meşələrinin hər dəqiqədə 20 hektarı məhv
edilir. Alimlərin fikrincə Kiçik Asiya, İndoneziya və Filippin meşələri əsrin sonunadək çox çətin qala bilər. Tək-
cə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi üçün burada 10 minlərlə hektar qoruq meşələri məhv edilmişdir.
Meşələrin yox edilməsi dünyanın bir sıra ölkələrində su dövranının zəifləməsinə, onun mənbələrinin yoxa
çıxmasına, torpaqların güclü eroziyaya uğramasına, geniş sahələrdə yarğanların əmələ gəlməsinə, quru küləklə-
rin əsməsinə səbəb olmuşdur.
Meşələrin amansızcasına yox edilməsi, onun bərpası üzrə lazımi tədbirlərin həyata keçirilməməsi buradakı
digər təbii sərvətlərin azalmasına və dağılmasına, şimal rayonlarında geniş bataqlıqların, cənub rayonlarında isə
məsrəfsiz səhraların yaranmasına səbəb olmuşdur.
F. Engels «Təbiətin dialektikası» əsərində yazır: təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər
bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlə-
diyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini puça çıxaran
tamamilə başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotamiyada, Yunanıstanda, Kiçik
Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu
hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranələyinin əsasını qoymuşlar, çünki bu yerlərin meşələrini yox et-
məklə bərabər, rütubətin toplandığı mərkəzləri də yox etmişlər. Alp italyanları dağların şimal döşündə çox qayğı
ilə qorunan iynəyarpaq meşələrini dağların cənub döşündə qırdıqları zaman bilmirdilər ki, bununla öz vilayətlə-
rinin uca dağlıq yerlərində maldarlığın kökünü kəsirlər; onlar əsla bilmirdilər ki, bununla öz dağ bulaqlarının su-
yunu qurudacaq və yağışlıq dövründə düzənliyə güclü sellər axacaqdır». (Engels 1966)
Dünya meşələrinin ümumi sahəsi 3 milyard 30 milyon hektardır. Onun təqribən yarısı enliyarpaqlı ağac cins-
lərinin üstünlüyü ilə tropik qurşaqda, yarısı isə iynəyarpaqlı ağac cinslərinin üstünlüyü ilə mülayim qurşaqda
yerləşir.
Hazırda dünyanın meşəlik dərəcəsi ümumi ərazinin 29 faizini təşkil edir. Əhalinin sıxlığı və təbii şəraitdən
asılı olaraq bu rəqəm qitələr üzrə kəskin fərqlənir. Avropanın meşəlik faizi (keçmiş SSRİ istisna olaraq) – 35,%;
Şimali Amerika: Kanada və ABŞ – 38,8%, Cənubi Amerika – 42,6%, Afrika – 24%, Yaxın Şərq – 1,6%, Uzaq Şərq
– 44,7%-dir. Ölkələr arasında meşəlik faizi aşağıdakı kimi dəyişir: Finlandiya – 71%, İndoneziya – 63%, Yaponiya –
59%, ABŞ - 33%, Fransa –20%, Çin – 9,9%, Avstraliya 4%-dir. Əhalinin meşə ilə təmin olunmasını göstərən rə-
qəm bir adama düşən meşəlik sahəsidir. Bütün dünyada bir adama 1,6 ha, keçmiş SSRİ-də 3,8 ha, Qərbi Avro-
pada – 0,3 ha, Asiyada – 0,4 ha, Cənubi Amerikada – 7,1 ha, Afrikada – 3,8 ha, Avstraliya və Okeaniyada - 6,7
ha-ya bərabərdir.
ABŞ-da hər adama 1,1, Fransada – 0,25, İngiltərədə – 0,03, Hindistanda - 0,09 hektar meşə sahəsi düşür.
13.3. Azərbaycanın bitki örtüyü
Dağ relyefinin mürəkkəbliyi və güclü parçalanması, şaquli zonallıq, bununla əlaqədar torpaq və iqlim şəraiti-
nin müxtəlifliyi Azərbaycanda zəngin bitki örtüyünün yaranmasına səbəb olmuşdur. Bitki örtüyünün müxtəlifli-
yi və zənginliyi onun inkişafının mürəkkəb tarixə malik olması ilə də bağlıdır. Respublikamızın ayrı-ayrı hissə-
lərində bitki örtüyü müxtəlif dərəcədə üçüncü dövrün relikt növləri ilə daha da zənginləşmişdir. Bitki örtüyünün
xarakteri və ayrı-ayrı bitki tiplərinin yayılması qanunauyğunluqlarının müəyyənləşdirilməsi insan fəaliyyətinin
təsiri nəticəsində çətinləşmişdir. Respublikamızın ayrı-ayrı bölgələrində insan fəaliyyətinin bitki örtüyünə təsiri
ən qədim dövrlərdən başlanmışdır.Bu təsir əsasən geniş düzən ərazilərdə və yamaclarda meşələrin yox edilməsi
və yerində torpağın şumlanması, suvarılması, mal-qara otarılmasından ibarət olmuşdur. Meşələrin qırılması növ-
dəyişgənliyinə, meşə örtüyünün digər törəmə bitki tiplərilə əvəz olunmasına səbəb olmuşdur. Meşələrin yerində
geniş ərazilərdə qədim dövrlərdən bozqır və çəmən ot bitkilərinin formalaşması bəzi tədqiqatçıları çaşdıraraq
onları ilkin bitki örtüyü kimi qəbul edirlər. Lakin həmin ərazilərin müasir bitki örtüyü şaquli zonallığın
ümumi sxeminə uyğun gəlmir. Bu uzun əsrlərdən bəri insan fəaliyyətinin intensiv təsiri altında ilkin bitki
örtüyünün son dərəcə dəyişməsi və bakirə bitki tiplərinin izlərinin belə, qalmaması ilə izah olunur. Buna
Bozqır yaylada iberiya palıdı meşələrinin yerində formalaşan bozqırlar, bəzən yarımsəhralar, subalp şərq
palıdı və tozağac meşələrinin çəmən və bozqırlarla əvəz olunmasını və s-ni misal göstərmək olar.
Azərbaycanın bitki örtüyünün xarakterinə şumlama və mal-qara otarılması da çox böyük təsir göstərmişdir.
Yamacların şumlanması bitki örtüyü ilə yanaşı torpaq örtüyünün də dağılmasına səbəb olmuşdur. Torpaq səthi
266
yuyularaq ana süxur səthə çıxan sahələr bitki örtüyündən məhrum olmuş və ya orada qaya çəmənliyi , seyrək
kserofit kollar əmələ gəlmişdir.
Otarma insan fəaliyyətinin ən qədim növü olub bitki senozlarının bioloji müxtəlifliyinin tədricən çox yerdə tama-
milə dəyişməsinə gətirib çıxarmışdır.
Respublikada əsas şaquli zonal bitki örtüyü tipləri aşağıdakılardır: yarımsəhra və səhra, bozqır, meşə-bozqır, su-
balp, alp və subnival.
13.3.1. Yarımsəhra və səhra bitki örtüyü
Yarımsəhra və səhra bitki senozları respublikanın düzən ərazilərində dəniz səviyyəsindən başlayaraq 200-
500m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərin-
də, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-
1300m-dək rast gəlinir. İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lən-
kəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasın-
da suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra
örtüyü uzunmüddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılma-
yan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlar-
dan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər, xostək, soğanaqlı qırtıc, yapon tonqalotu, və taxıl otları
qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq də-
rəcəsindən asılı olaraq qaraşoran, sarıbaş, xəzər şahsevdisi, çərən yayılmışdır.
Dənizkənarı qumluqlarda sirkən, otsarmaşığı, dikyarpaq, qum yovşanı, qum göyçiçəyi, dəvətikanı və başqa
otlar geniş yayılmışdır. Vaxtaşırı izafi rütubətlənən sahələrdə və bataqlıqlarda çil, çiyən, qamış bitir.
13.3.2. Meşə-bozqır (arid seyrək meşələr) və
bozqır bitki örtüyü
Azərbaycanda arid-seyrək meşələrin qalıqlarına Bozqır yaylada (Açınohur öndağı), Həkəri, və Araz çayları-
nın aşağı axını yamaclarında (Laçın, Qubadlı, Zəngilan rayonlarında), Naxçıvan MR-də, Ellər Oyuğu dağında,
qismən Böyük Qafqazın şimali-şərq yamacında (Gilgilçay, Ataçay, Tıxçay hövzələrində), Şəmkir çayın aşağı
axın dik yamaclarında və Qobustanda rast gəlinir. Məlum olduğu kimi, respublikamızın arid meşələr yaılan da-
ğətəyi zonasında qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla rintensiv məşğul olmuşdur. Bununla əla-
qədar ilkin (bakirə) arid tipli meşə örtüyü burada kökündən antropogen dəyişikliyə uğramış, mövcud bitki for-
masiyaları əsasən törəmə, bozqır, kserofil tiplidir.
Arid meşələrinin əsas komponentləri çoxmeyvəli ardıc (yuniperus polycarpos), kəsginiyli ardıc (y.foetidissi-
ma), saqqızağac (pistasia mutica), iberiya ağcaqayını, badam (amygdalus nairika, A.Fenzliana), iydəyarpaq ar-
mud, qafqaz dağdağanı, Zəngilan rayonunda araz palıdı , Ellər Oyuğunda eldar şamı (Pinus eldarica) sayılır.
Kserofit kollardan qaratikan, acılıq, doqquzdon, topulqa, dovşanalması, pallas murdarçası, sarağan bitir.
Arid meşələrinin deqradasiya prosesi yerin relyefindən, süxurlardan və antropogen təsirin intensivliyindən
asılı olaraq müxtəlif istiqamətlərdə gedir. İnsan fəaliyyətinin güclü təsir göstərdiyi arid meşə sahələrinin yox
edilməsi qaratikan,topulqa və s. kserofit kollardan ibarət müxtəlif şiblək tiplərinin və yovşan yarımsəhrasının
yaranmasına səbəb olur.
Bozdağ ərazisində süxurlar çox kövrək duzlu gillərdən ibarət olan sahələrdə arid meşələrinin yerində səhranı
xatırladan özünəməxsus friqana qrupları yaranır. Belə sahələrdə adətən qaratikana, saqqıza, dağdağana və iydə-
yarpaq armuda rast gəlinmir. Ot örtüyü seyrək olub sahənin 5-10 faizini təşkil edir, əsasən yovşan, məryəm no-
xudu, süpürgəgülü, dəvətikanından ibarət olur. Kol bitkiləri tək-tək və qrupla yayılır, tərkibinə kəvər, acılıq,
çox nadir hallarda tək-tək ardıc və sarağan daxil olur. Friqana qrupları çox dik güney yamaclarda və davamsız
«axar» substratda yaranır.
Belə şəraitdə uzun davam edən eroziya prosesi nəticəsində sahə get-gedə hamarlanır və müəyyən dövrdən
sonra friqana tək-tək gəvən və qaratikan bitən yovşan yarımsəhrasına çevrilir. Bu proses ən çox Kür-Araz ova-
lığına keçid hissəsində müşahidə olunur.
Kiçik Qafqazın cənub-şərq yamacında dağətəyi zonasında (Həkəriçay hövzəsində) dəniz səthindən 300-
600m yüksəklikdə meşəsi yox edilmiş sahələrdə əsasən friqana, 600-800(1000)m yüksəklikdə isə kserofil tipli
şiblək qrupları formalaşmışdır. Yamacın baxarından, dikliyindən və insanın təsir intensivliyindən asılı olaraq bu
iki şiblək tipi bir-birilə qarışa bilər.
Araz, Bəsit və Oxçuçayları hövzələrində şibləklərin fonunda tək-tək saqqızağac, dağdağan, iydəyarpaq ar-
mud və küləkdən qorunmuş dərələrdə çinar da bitir. Cəbrayıl rayonunda İncəçay və Cələbilər çayı hövzəsində
yovşan yarımsəhrası fonunda tək-tək saqqızağaca təsadüf edilir. Belə yarımsəhra 15-20 km enində qurşaq yara-
daraq dəniz səthindən 600m-dən yuxarı olan ərazidə kserofil şibləklərlə əvəz olunur. Belə şiblək tipi 600-
800(1000)m hündürlükdə xüsusi qurşaq əmələ gətirir. Kserofil şibləklərin fonunda saqqızağac, iydəyarpaq ar-
mud, ardıc və dağdağanın mövcudluğu şibləklərin arid meşələrinin yox edildikdən sonra əmələ gəlməsini və tö-
rəmə tipli bitki qrupu olmasını təsdiq edir. Apardığımız elmi-tədqiqat işlərinin nəticəsi göstərir ki, vaxtilə, insan
267
əməyinin təsirinə məruz qalmamışdan Bozqır yaylanın ərazisi onun bəzi yerində seyrək arid meşələrlə, bəzi ye-
rində isə sıx meşələrlə örtülü olmuşdur. Bunu yayla ərazisinin müxtəlif yerlərində ağac və meşə qalıqları sübut
edir. Burada meşə qalıqlarının bu və ya digər dərəcədə qalmasına təsir göstərən əsas amil relyef sayılmalıdır.
Yaylanın cənubunda Türyançay və Qanıx çayları ətrafında sıx parçalanmış relyef şəraitində az-çox öz təbii ha-
lını saxlamış seyrək saqqız - ardıc meşələrinə rast gəlinir. Vaxtilə ardıc meşələri bu ərazidə geniş areala malik
olmuş və antropogen amillərin təsiri nəticəsində sıradan çıxmışdır. İndi isə bu meşələrə kiçik massivlər şəklində
keçilməz relyefli əlçatmaz dərə yamaclarında rast gəlmək olar.
Tədqiqat işləri göstərdi ki, vaxtilə yayla ərazisində(Oğuz, Qəbələ, İsmayıllı rayonları) dəniz səviyyəsindən
500-1000m yüksəklikdə quzey yamaclarda yayılan palıd meşələri hazırda əkin və biçənək sahələrində tək-tək
yaşı ötmüş möhtəşəm palıd ağacları şəklində qalmışdır. Palıd meşələrinin qalıqlarına ayrı-ayrı kiçik sahələrdə
cavan ağaclar şəklində də rast gəlmək olar. Belə meşəliklər dəfələrlə balta və mal-qara ağzından çımışdır. Belə
sahələrdə palıd ağacları kollaşır, bəzən isə sürünən şəkil alır. Ona digər az qiymətli ağac və kollardan dəmirqara,
qaratikan, sumax və s. qarışmağa başlayır. Beləliklə, uzun müddət davam edən insan fəaliyyəti nəticəsində palıd
meşələri törəmə tipli kolluqlarla və nəhayət, bozqırlarla əvəz olunur. Palıd meşəsi yox edilən sahələrdə qarati-
kan kolluqları daha geniş yayılmışdır. Belə sahələrdə tək-tək iydəyarpaq armud, saqqızağac və dağdağana rast
gəlmək olar. Bunlar sonradan əmələ gələn törəmə ağac cinsləridir.
Ümumiyyətlə, qaratikan kolluqlarını, hemikserofil və kserofil tipli şibləkləri insan fəaliyyətinin təsiri nəticə-
sində meşənin son deqradasiya mərhələsi hesab etmək olar. Bu kollar daşdayan və dovşantopalı bozqır otları ilə
kompleks bitki örtüyü yaradır, lakin aralarında daim mübarizə gedir. Bozqır ot bitkiləri sıx və möhkəm kök sis-
temi yaradaraq ağac və kol cinslərinin əmələ gəlməsinə və inkişafına əngəl törədir. qaratikan isə özünün kölgəli
çətri ilə ot bitkilərini sıxışdıraraq altında meşə mühiti yaradır və eyni zamanda torpağın bərpa olunmasına kö-
mək edir. Mal-qara ağzı çatmayan yerlərdə (qaratikanın çətri altında) müxtəlif ağac və kol bitkilərinin cücərməsi
üçün şərait yaradır.
Sübut edilmişdir ki, ilkin qaratikanlıq ola bilməz. O, yalnız meşə yox edilən yerlərdə yaranır. Ona görə də
qaratikan kollarını keçmişdə həmin ərazidə meşə olmasını təsdiq edən dəlil saymaq mümkündür.
Böyük Qafqazın cənub yamacında hemikserofil tipli şibləklərin xarakterik massivləri onun şərq qurtaraca-
ğında – Pirsaatçay hövzəsində yayılmışdır. Burada dəniz səthindən 1000-1200m yüksəklikdə iberiya palıdı me-
şəsi yox edilmiş dik yamaclarda hemikserofil şibləklər qaratikan, ardıc, doqquzdon, iydəyarpaq armud, dovşa-
nalmasından təşkil olunmuşdur. Bu kol növləri çox vaxt qarışıq halda bitir. Onlardan biri, əksər halda qaratikan
qruplaşmada hakimlik edir.
Kiçik Qafqazda qaratikan şibləkləri xüsusi bitki qurşağı yaradır, bu kolluqları iberiya palıdı meşələrinin an-
tropogen deqradasiyasının son mərhələsi hesab etmək olar.
Böyük Qafqazın cənub-şərq yamacında –İsmayıllı və Şamaxı rayonlarının aşağı dağ-meşə qurşağında və Ki-
kik Qafqazın orta dağ qurşağında – Gədəbəy və Daşkəsən rayonlarında meşəsizləşdirilmiş ərazilərdə taxılotu –
müxtəlifotlu, daşdayanlı, dovşantopallı bozqırlar formalaşmışlar. Tədqiqatçıların əksəriyyəti – Şimali Qafqazda
Y.V. Şivvers (1953). Cənubi Qafqazda – A.A. Qrossheym (1948), A.A.Troisski (1934), Gürcüstanda – V.Z.
Qulisaşvili (1964), Azərbaycanda Q.Ş. Məmmədov, M.Y. Xəlilov(2002) mövcud bozqırların yaranmasını meşə
örtüyünün yox edilməsilə izah edirlər. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bozqırların meşə zonasında,
yəni introzonal yayılması bunu bir daha təsdiq edir.
13.3.3. MEŞƏ ÖRTÜYÜ
Respublikamızın meşə örtüyü haqqında hərtərəfli geniş məlumatla oxucu «Azərbaycanın meşələ-
ri»(Məmmədov, Xəlilov 2002) kitabında tanış ola bilər. Aşağıda meşələrimiz haqqında qısa məlumat veri-
lir.
Dünyanın digər regionlarına nisbətən respublikamız az meşəli sayılır. Ümumi ərazimizin yalnız 10%-i
meşə ilə örtülüdür, yəni hər adam başına 0,14 ha meşə düşür. Lakin meşələrimiz ağac, kol və heyvanat alə-
mi ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol növü bitir, onların 70-i endem növ olub
respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir. Qeyd edək ki, hələ yaxın keçmişdə
respublikamızın bitki və heyvanat aləmi olduqca zəngin olmuşdur. Bir sıra bitki və heyvan növlərinin kökü
kəsilərək adları flora və faunamızdan silinmişdir. Bir çox qiymətli ağac cinslərindən ibarət meşələrin sahəsi xey-
li azalmışdır. Keçən əsrdə qoz, palıd, və digər qiymətli ağac cinsləri bəzi rayonlarda başdan-başa kəsilərək baha
qiymətlə xaricə satılmış, əkinçilik və maldarlığın inkişafı ilə əlaqədar olaraq geniş meşə sahələri məhv edilmişdir.
Hazırda bəzi ağac və kol növləri - dəmirağac, azatağac, qaraçöhrə, ipək akasiyası, ayıfındığı, araz palıdı, şərq çinarı,
Xəzər lələyi, meşə üzümü, adi nar, adi xurma,(qafqaz xurması ), söyüdyarpaq armud və s. adları «Qırmızı kitaba» sa-
lınmış, onların mühafizəsi və artırılması üzrə tədbirlər irəli sürülmüşdür.
13.3.4. Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs.
respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı
268
rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir. Meşəlik faizinin
dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir.
Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ
yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i
Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır.
Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqa-
tala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara
rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba
rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı
rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və
Tovuz) üçün səciyyəvidir. Aşağı meşəlik faizinə (1,1-10%) Dəvəçi, Şamaxı, Şəmkir, Xocavənd rayonları aiddir.
Naxçıvan respublikası, Ceyrançöl, Qobustan, Cəbrayıl və Füzuli rayonları, Abşeron yarımadası, həmçinin
alp çəmənləri demək olar ki, meşəsizdir (meşəlik faizi – 1-dən azdır).
Respublikanın düzən hissəsində də meşələr qeyri-bərabər paylanmışdır. Nisbətən meşəli massivlər Ağstafa
rayonunda (Qarayazı meşəsi), Xaçmaz rayonunda (Yalama meşəsi) yerləşir. 1,1-5 meşəlik faizinə malik olan
tuqay meşəsi sahələri Yevlax, Bərdə, Ağdaş və Ağcabədi rayonlarında yerləşir. Kür-Araz ovalığının qalan
hissəsi demək olar ki, meşəsizdir (meşəlik faizi 1-ə qədər).
Optimal və yüksək meşəlik faizi ətraf mühitin ekoloji baxımdan sağlamlaşmasına daha müsbət təsir
göstərir.
Alimlərin tədqiqatları sübut edir ki, əhalinin ən az ölüm hadisəsi meşəlik faizi 50%-dən yuxarı olan rayon-
larda müşahidə olunur. Ərazinin meşəlik faizini 15-dən 70%-ə qədər artırdıqda əhalinin müxtəlif xəstəliklərə
məruz qalması 3 dəfə azalmışdır.
Meşəli rayonlarda çöl (bozqır) rayonlarına nisbətən nəfəs orqanları və ankoloji xəstəliklərin səviyyəsi çox
aşağı, əsəb-psixi xəstəlikləri isə 2 dəfə az olur.
Dostları ilə paylaş: |