MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə43/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

V qrup -  şərti olaraq kənd təsərrüfatı istehsalına yararsız torpaqlardan ibarətdir. Güclü şorlaşma, daşlılıq, 

şorakətlilik, bataqlaşma və onların münbitliyini əsaslı şəkildə aşağı salan başqa əlamətlər üzündən kənd təsərrü-

fatında istifadə olunmayan torpaqlar bu qrupda  birləşmişdir. Duzdaşıyan gilli süxurların çıxıntıları, çılpaq qaya-

lar və i.a. da bu qrupa daxildir. 

Bu torpaq sahələrinin aşağı keyfiyyəti onların 0-20 balla qiymətləndirilməsində (I-II bonitet sinfi) ifadə 

olunmuşdur. Uzunmüddətli eroziyadan mühafizə, meşəmeliorativ, qurutma tədbirlərinin görülməsindən sonra 

bu torpaqların bir hissəsi gələcəkdə kənd təsərrüfatı ehtiyacları üçün istifadə oluna bilər. 

 

Cədvəl 12.12. 



Azərbaycan torpaqlarının aqroistehsal qrupları üzrə ortaölçülü bonitet balları və torpaqların nisbi 

dəyərlilik əmsalı  (TNDƏ) 

 

Torpaqların 

keyfiyyət qrupları 

Ortaölçül

ü ballar 

TNDƏ Sahəsi 

ha % 

Çox yaxşı torpaqlar 



II 

Yaxşı torpaqlar 

III 

Orta keyfiyyətli tor-



paqlar 

IV 


Aşağı keyfiyyətli 

torpaqlar 

Şərti yararsız 



torpaqlar 

 

86 



 

71 


 

 

56 



 

 

40 



 

 

12 



 

1,30 


 

1,08 


 

 

0,85 



 

 

0,61 



 

 

0,18 



 

1814790 


 

4843680 


 

 

868650 



 

 

166500 



 

 

947880 



 

21,00 


 

56,06 


 

 

10,05 



 

 

1,93 



 

 

10,96 



 

 

Azərbaycan üzrə 66  1,00 



8641500 

100,0 

Beləliklə, Azərbaycan torpaqlarının bonitet balları əsasında onların aqroistehsal qruplaşmasının keçirilməsi 

onların ortaölçülü ballarını, TNDƏ və torpaqarın keyfiyyət qrupları üzrə sahələrini hesablamağa imkan verir. 


 

257


Ərazinin ekoloji şərait kompleksindən asılı olaraq torpaqlar daha kiçik taksonomik vahidlərə bölünürlər. 

Onların bonitet balları torpaq tipikliyindən sapmaya (şorlaşma, şorakətləşmə, eroziya, qranulometrik tərkib və 

s.) təshih əmsallarının köməyi ilə müəyyən edilir. 

Torpaq tipinin balını  və aqroistehsal qrupunu bilməklə, kənd təsərrüfatı  və meşə sahələri torpaqlarının 

köklü yaxşılaşdırılması üçün bu və ya başqa aqronomik tədbirlərin (meliorasiya, gübrələmə, eroziyaya qarşı 

tədbirlər, suvarma və s.) hansı torpaqlarda aparılmasının zəruriliyini müəyyən etmək olar. 

 

12.17.Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri 

Azərbaycanın torpaq ehtiyatları müxtəlif gipsometrik ölçülü, çox vaxt kəsişən, parçalanan relyefi və çox dik 

yamacları olan ərazilərdən təşkil olunmuşdur; bu ərazinin 50%-dən çoxu dağların payına düşür. Bütün bunlar 

onlardan səmərəli istifadəyə, eləcə də kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinə təsir göstərir. 

Azərbaycanda torpaq kadastrı aparılmasının vacibliyi relyefin, iqlimin, torpaq örtüyünün rəngarəngliyi, tor-

paq fondunun yüksək kənd təsərrüfatı mənimsənilməsi, onun əhali üçün böyük əhəmiyyəti, kənd təsərrüfatının 

inkişaf etmiş ixtisaslaşması, onun səviyyəsinin yüksəldilməsi perspektivi və zərurəti ilə müəyyən edilir. 

Azərbaycanda torpaq kadastrı ilə bağlı işlər 1961-ci ildən aparılır. Bu işlər torpaqların irimiqyaslı xəritələş-

dirilməsi üçün materialların axtarışı və ümumiləşdirilməsindən başlanmışdır. Bu isə ayrılmış xüsusi kadastr ra-

yonlarında kadastr işlərinin aparılmasının əsasını qoymuşdur. Bu vacib tədbirin keçirilməsi üçün torpaq fondu-

nun keyfiyyətcə qiymətləndirilməsi prinsiplərinin daha da təkmilləşdirilməsi və dərinləşdirilməsi tələb olunur-

du. Azərbaycan şəraitində həmin prinsiplər V.R. Volobuyev və başqa alimlər tərəfindən əsaslandırılmışdır. 

Azərbaycanda torpaqların kadastrı üzrə işlərdə çıxış vəziyyəti – bitkilərin tələblərinin, kənd təsərrüfatının 

regional ixtisaslaşmasının nəzərə alınması ilə, torpaq novlərinin qruplarda – aqroekoloji baxımdan kifayət qədər 

eyni keyfiyyətli dərəcələrdə birləşdirilməsi ilə başa çatan hərtərəfli qiymətləndirilməsi olmalıdır. Torpaqların 

bonitirovkası, yəni onların nisbi dəyərinin müəyyən edilməsi artıq formalaşmış aqroekoloji torpaq qruplarından 

(torpaq dərəcələrindən) istifadə yolu ilə aparılmalıdır. Torpaqların ümumi xassələrinin dərin və hərtərəfli aqroe-

koloji xarakteristikası – onların aqronomik, istehsal baxımından düzgün qiymətləndirilməsinin zəruri əsasıdır. 

V.R. Volobuyevin (1961) qeyd etdiyi kimi, yer ərazilərinin ümumi torpaq tədqiqatları proqramı aqroekoloji təd-

qiqatlarla əsaslı surətdə tamamlanmalıdır. 

Azərbaycan torpaqlarının ilk, daha iri bölünməsi kimi zonal bölgü xidmət edir. Çünki zonal torpaq-iqlim şəraiti 

kənd təsərrüfatı ixtisaslaşmasının, eləcə də meşə təsərrüfatının əsas elementlərini müəyyən edir. 

Torpaqların zonadaxili təbii-kənd təsərrüfatı (kadastr) rayonlarına bölünməsi və onların bonitirovkası tor-

paq xassələrinin və bitkilərin bu və ya başqa xassəyə reaksiyasının daha ətraflı öyrənilməsinə söykənməlidir. 

Torpaq proseslərini idarə etmək və ya aqrotexniki üsulların və meliorasiyanın köməyi ilə torpaqların bu və ya 

başqa xassələrinin dəyişdirilməsi imkanlarını da bilmək zəruridir. İzahat üçün deyək ki, eyni bir torpaq müxtəlif 

bitkilər üçün müxtəlif qiymətə malikdir. 

Öz dövründə B.T.Nəzirova (1982) torpaq-kadastr rayonlaşdırılması  xəritəsini tərtib etmişdir. Burada res-

publika 13 rayona bölünmüşdür. Respublika  torpaqlarının bonitet ballarının toplam şkalalarından (cədv. 12.13) 

çıxış edərək, ixtisaslaşmanı (aqrosenozların tələbatı) və aqroekoloji şəraiti nəzərə alaraq Q.Ş. Məmmədov 

(1989, 1998, 2000) tərəfindən hər bir kadastr rayonu üçün torpaqların bonitet balları şkalası və ayrı-ayrı torpaq-

kadastr rayonları üzrə torpaqların nisbi dəyərlilik əmsalları tərtib edilmişdir (cədv.12.14). 



 

 

258


Azərbaycan torpaqlarının bonitet ballarının 

ümumi şkalası 

Cədvəl 12.13. 

 

№ Torpaqların adı Bonitet 

balları 

Sahəsi 

 

ha % 

1 2  3 





1  İbtidai dağ-çəmən 20 

150980 


1,75 

2 Qalıq karbonatlı dağ-çəmən  

70 

24300 


0,28 

3 Torflu 

dağ-çəmən 95 

27370 


0.32 

4 Çimli 


dağ çəmən 89 

218440 


2,53ı 

5 Qaratorpağabənzər dağ-çəmən 90 

63570 

0,74 


6 Dağ-çəmən çöl 

86 


54920 

0,64 


7 Dağ meşə-çəmən  

72 


74640 

0,86 


8 Tipik 

qonur 


dağ-meşə 87 

37720 


0,44 

9 Lessivajlı qonur dağ-meşə 80 

291160 

3,37 


10 Qalıq-karbonatlı qonur dağ-meşə 76 

7500 


0,05 

11 Bozqırlaşmış qonur dağ-meşə 88 

19170 

0,22 


12 Tipik 

sarı dağ 68 

36910 

0.43 


13 Podzollu 

sarı dağ-meşə 79 

34570 

0,40 


14 Çimli-karbonatlı dağ-meşə 87 

9000 


0,10 

15 Yuyulmuş qəhvəyi dağ-meşə 84 

235260 

2,72 


16 Tipik 

qəhvəyi dağ-meşə 85 

310970 

0,60 


17 Karbonatlı qəhvəyi dağ-meşə 87 

64410 


0,75 

18 Bozqırlaşmış qəhvəyi dağ-meşə 69 

100850 

1,17 


19 Mədəniləşmiş qəhvəyi dağ-meşə 90 

61140 


0,71 

20  İnkişaf etməmiş qəhvəyi dağ-meşə  

14 

7200 


0,08 

21 Çəmən qəhvəyi  

85 

432150 


5,00 

22 Tünd 


dağ-boz qəhvəyi 69 

148850 


1,72 

23 Adi 


dağ-boz-qəhvəyi 63 

189990 


2,20 

24 Açıq dağ-boz qəhvəyi 45 

33040 

0,38 


25 Yuyulmuş dağ-qaratorpaq 100 

14400 


0,17 

26 Karbonatlı dağ-qaratorpaq 86 

8100 

0,09 


27 Tipik 

dağ-qaratorpaq 85 

31870 

0,37 


28 Mədəniləşmiş dağ-qaratorpaq 100 

19170 


0,22 

29  İnkişaf etməmiş dağ-qaratorpaq\ 20 

2700 

0,03 


30 

31 


32 

33 


34 

35 


36 

37 


38 

39 


40 

41 


42 

 

43 



44 

Tünd dağ-şabalıdı 

Adi dağ şabalıdı 

Açıq dağ-şabalıdı 

İnkişaf etməmiş dağ-şabalıdı 

Podzollu-sarıtorpaq 

Qleyli podzollu-sarıtorpaq 

Tünd şabalıdı 

Adi şabalıdı 

Açıq şabalıdı 

Qədimdən suvarılan şabalıdı 

İnkişaf etməmiş şabalıdı 

Çəmən-şabalıdı 

Qədimdən suvarılan çəmən-şəbalıdı 

Tünd boz 

Tipik boz 

65 

60 


59 

11 


78 

94 


84 

80 


53 

77 


19 

56 


74 

 

82 



66 

 

27740 



299420 

125250 


105600 

28170 


57440 

57710 


437550 

87420 


368840 

47440 


261850 

9900 


 

93980 


331430 

 

0,32 



3,47 

1,45 


1,22 

0,33 


0,66 

0,67 


5,06 

1,01 


4,27 

0,55 


3,03 

0,11 


 

1,09 


3,84 

 

259


45 

46 


47 

48 


49 

50 


 

51 


 

52 


53 

54

Açıq boz 



Suvarılan boz 

İbtidai boz 

Çəmənləşmiş boz (QSS 3-6m) 

Çəmən boz (QSS 1,5-3m) 

Suvarılan çəmən-boz (QSS 1,5-3m) 

Suvarılan çəmənləşmiş boz (QSS 3-

6m) 

Boz-qonur 



Subasar yuyulmuş çəmən-meşə 

Karbonatlı subasar çəmən-meşə 

44 

66 


68 


79 

70 


 

68 


 

40 


75 

70

61670 



380310 

148110 


491840 

126950 


532920 

 

159510 



 

166500 


234440 

32410


0,71 

4,40 


1,71 

5,69 


1,47 

6,17 


 

1,85 


 

1,93 


2,71 

0 38


55 

56 


 

57 


 

58 


 

59 


 

Subasar-çəmən (allüvial-çəmən) 

Yuyulmuş  çəmən-bataqlı (subasar 

daxil) 


Karbonatlı  çəmən-bataqlı (subasar 

daxil) 


Mergelli çəmən-bataqlı (subasar 

daxil) 


Delüvial şoranlar 

63 


71 

 

67 



 

71 


 

<10 

671670 


87660 

 

1800 



 

22770 


 

32040 


7,77 

1,01 


 

0,02 


 

0,26 


 

0,37 


60 

61 


62 

63 


64 

65 


66 

67 


 

68 


69 

70 


 

Allüvial şoranlar 

Təpəli şoranlar 

Şorakətlər 

Takırlar 

Təpəli qumluqlar 

Qumluqlar 

Neftlə çirklənmiş torpaqlar 

Dağ-mədən işlərinin pozduğu 

torpaqlar 

Daşlı-cınqıllı çay yataqları 

Çılpaq qayalar 

Səthə çıxmış duzlu-gilli süxurlar 

<10 

<10 

<10 

<10 

<10 

<10 

<10 

<10 

 

<10 



<10 

<10 

 

1800 



6570 

7470 


2000 

36270 


109350 

11700 


5400 

 

59040 



156510 

47700 


0,02 

0,08 


0,09 

0,02 


0,42 

1,26 


0,14 

0,06 


 

0,68 


1,81 

0,55 


 

Respublika üzrə cəmi: 

66 864150

100 


 

Azərbaycanın əsas kadastr rayonlarının ortaçəkili balı və  

torpaqların nisbi dəyərlilik əmsalı (TNDƏ) 

 

Kadastr rayonları Bonitet 



balı 

Sahəsi TNDƏ 

ha % 

Abşeron 


Şirvan 

Mil-Qarabağ 

Arazboyu 

Muğan- Salyan 

Lənkəran-Astara 

Şəki-Zaqatala 

Şamaxı-İsmayıllı 

Quba-Xaçmaz 

Gəncə-Qazax 

Kəlbəcər-Qubadlı 

DQMV 

Naxçıvan MR 



4ı4 

65 


66 

67 


69 

70 


59 

60 


71 

66 


70 

71 


55 

 

584100 



623700 

689400 


316800 

985500 


606600 

883800 


585000 

696600 


1236600 

458100 


439200 

536400 


6,76 

7,22 


7,98 

3,66 


11,40 

7,02 


10,23 

6,77 


8,06 

14,31 


5,30 

5,08 


6,21 

 

0,69 



1,02 

1,03 


1,05 

1,08 


1,09 

0,92 


0,94 

1,11 


1,03 

1,09 


1,11 

0,86 


Cəmi: 64 

8641800 

100,0 

1,00 

 

260


 

 

 



XIII Fəsil 

 

BİTKİ ÖRTÜYÜ 

 

13.1. Bitki örtüyünün ətraf mühitə təsiri və  

insan həyatında rolu 

 

Bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni  yer kürəsində 

məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatını təmin edən faktiki başlıca mənbədir.  

Biosferin ekoloji tarazlığı, heyvanat aləminin mövcudluğu, xalq təsərrüfatının bir çox sahələrinin məhsuldar-

lığı, insanların fiziki və mənəvi sağlamlığı məhz bitki örtüyünün vəziyyətindən asılıdır. 

Biosferin bir hissəsini təşkil edən meşələr onun inkişafında və mühafizəsində mühüm rol oynayır. 

Meşə öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-birinə, həm də xarici mühitə təsir göstərən 

ağac, kol, ot, digər bitkilər (mamır, şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti) olub biosfe-

rin mühüm tərkib hissəsidir, coğrafi landşaftın elementidir. 

Meşə təbiətin orijinal və təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə yaşayır və inkişaf edir. Öz mövcudluğu 

və inkişafı üçün meşə öz-özünə əlverişli şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, təzələyir, gələcək nəs-

linin qorunub saxlanılması üçün özünə qayğı göstərir. 

Meşə mövcud olduğu mühitə aktiv təsir göstərir. Burada ilbəil arası kəsilmədən ağac və kolların külli miq-

darda yarpaqları, xırda və iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, onlara isə milyonlarla həşərat qalıqla-

rı qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən çürüyüb parçalanır və qalın üzvi kütlə əmələ gətirir. (buna 

meşə döşənəyi deyilir). Meşə döşənəyinin böyük əhəmiyyəti vardır. O, yağış sularını pambıq kimi özünə çəkir 

və uzun müddət saxlaya bilir. Çox yağışlar olduqda meşə döşənəyi suyu tədricən torpağa ötürür. Bu səbəbdən də 

leysan yağışları zamanı meşədə torpağın yuyulması müşahidə olunmur. Meşəsiz yamaclara düşən yağışlar isə 

səthi axım əmələ gətirərək torpağın üst münbit, məhsuldar qatını yuyub dərələrə, çaylara axıdır. meşə döşənəyi 

həm də isti «yorğan» vəzifəsini görür. Şaxtalı qış dövründə meşədən  kənarda  torpaq  donsa da, meşənin çətri 

altında heç vaxt donmur. Bununla da meşələr torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə edir, dağlıq ərazinin 

və çayların su rejimini nizama salır, yaşayış məntəqələrini, əkin sahələrini sellərdən daşqınlardan qoruyur. Meşə dö-

şənəyi  torpağın fiziki xassələrini yaxşılaşdırmaqla, həm də meşə ağacları üçün gübrə və ehtiyat qida mənbəyidir. Hər 

il  tökülən yarpaqlar bu ehtiyatı bərpa edir. Meşə bitkiləri bu qida maddələrinin bir hissəsini mənimsəyir və təkrarən 

geri - torpağa qaytarır. 

Meşə özünə əlverişli torpaq-iqlim şəraitində yayıldığı kimi, öz növbəsində mövcud olduğu torpaq və iqlimə təsir 

göstərir. Meşədə temperaturun  sutkalıq dəyişməsi açıq (meşəsiz) sahəyə nisbətən zəif nəzərə çarpır. Meşə torpağının 

rütubətlənməsi və quruması da çəmən və bozqır torpaqlara nisbətən tədrici gedir.  Meşə biosferdə enerji və küt-

lə mübadiləsinə, onun fəaliyyətinə, təbii mühitin formalaşmasına, hidroloji, geokimyəvi və başqa faktorların 

transformasiyasına böyük təsir göstərir. 

Dünyada meşələrin bioloji kütləsinin cəmi təxminən 2000 milyard ton təşkil edir. Şimal iynəyarpaqlı meşələrin 

(əsasən Rusiya, Kanada və ABŞ) payına 14-15%, tropik meşələrinkinə 55-60% düşür. 

Meşələrin bütün komponentləri bir-birilə və ətraf mühitin təsiri altında olur və özü də ona təsir göstərir. Belə ki, 

günəş enerjisini meşədə əsasən fotosintez prosesində ağacların çətirləri udur və bununla da üzvi maddə toplayır. Gü-

nəş enerjisinin əsas kütləsi çətirlərin səthi, meşə talasında isə torpağın səthində əks olunaraq atmosferə daxil olur, 

az bir hissəsi transpirasiyaya sərf olunur. 

Azotun təbii balansında da meşələrin iştirakı böyükdür. Ağacların yarpaqları, iynələri, qabıq qırıqları, budaqları 

quruyaraq torpağın üst qatını üzvi maddələrlə doldurur, onlar isə bakteriyaların köməyilə üzvi gübrəyə (çürüntüyə) 

çevrilir. 

Meşə bitkiləri fotosintez prosesində karbon qazını parçalayır, ondan həyat fəaliyyəti prosesləri üçün lazım  olan 

karbonu alır və atmosferə oksigen ayırır. Beləliklə, ağaclar işlənmiş (istifadə edilmiş) havanın həyatverici gücünü 

bərpa edir. Bu proses ağaclığın məhsuldarlığından asılıdır, meşə yaxşı inkişaf edirsə, oksigeni çox ayırır və karbon 

qazını tez udur. 


 

261


 

Şəkil 13.1. Meşənin təbiətdə və insan həyatında əhəmiyyəti 

(Korobkin, Peredelski, 2001) 

Məsələn, 1 ha ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur  və bu zaman 3,5-5,0 ton oksigen ayırır. Bu 

proses meşənin tərkibindən də asılıdır. Əgər 1 ha küknar meşəsinin karbon qazını udma qabiliyyətini 100% qəbul et-

sək, onda yarpaqlı meşə üçün bu göstərici 120%, şam meşəsi üçün 160%, cökə meşəsi üçün 250, palıdlıq üçün 

450, süni qovaq meşəsi üçün 700% olar. (Şək. 13.3).  

Planetar miqyasda atmosferin oksigen balansını stabil-

ləşdirmədə şimal yarımkürəsinin boreal iynəyarpaqlı (şam, 

küknar), tropik və subtropik həmişəyaşıl enliyarpaqlı me-

şələri ən böyük rola malikdir. 

Meşələr yer üzərində ən iri ekosistemlər əmələ gətirir. 

Burada planetin üzvi maddələrinin böyük hissəsi toplanır, 

sonralar onlar bəşəriyyət tərəfindən  şəxsi ehtiyacları ödə-

mək üçün və insanın təsərrüfat fəaliyyəti prosesində bios-

ferin itirilmiş komponentlərinin bərpasında istifadə olunur. 



Akademik H.Ə.Əliyev «Həyəcan təbili (2002)» 

kitabında meşəni Yer kürəsinin «kəməri» kimi 

təsəvvür edir və yazır ki, «bu yaşıl kəmərsiz bəşəriyyət 

yoxdur». 

Meşələr atmosferin kimyəvi, xüsusilə qazşəkilli çirk-

lənməsini dəyişdirir, iynəyarpaqlılar daha çox oksidləşmə 

 

Øÿêèë 13.2. Éàøûëëûãëàðûí, 



ùàâàíûí ÷èðêëÿíìÿ äÿðÿúÿñèíÿ 

òÿñèðè: à) ÷èðêëÿíìÿ ñÿâèééÿñè 

(éàøûëëûãñûç); á) éàøûëëûã 

îëäóãäà

 

262


qabiliyyətinə malikdir. Bununla yanaşı meşə sənaye çirklənməsinin bəzi komponentlərini  udma qabiliyyətinə 

malikdir. Bəzi  bitkilər atmosferin çirklənməsinin indiqatorları hesab olunur.  

Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük aktivliyə malik olan xüsusi kimyəvi birləşmə-

lər ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq müxtəlif adlı kimyəvi maddələr, müxtəlif ətirli  birləş-

mələr, efir yağları müəyyən etmişlər.  1 ha yarpaqlı meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır. 

Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir. 

Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saf-

laşdırır.  Ağaclar ən çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı me-

şələri  xəstəlik törədən virusları, mikrobları aloya (əzvay), sarımsaq, soğan və istiotlardan da tez məhv edir. Fi-

tonsid buraxan  40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsire-

dici xassəsi vardır.  Şam ağacının fitonsidi vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağşamın fitonsidi dif-

teriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının fiton-

sidi difteriya, göyöskürək qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, toza-

ğac, sərv fitonsidi 20-25, şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidi isə 

5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir.  Antimikrob xassələrinə görə fitonsidlər tibbdə, baytar-

lıqda, bitkilərin mühafizəsində istifadə olunur. 

Meşə mikroiqliminin müalicəvi xüsusiyyətlərini də qeyd etmək lazımdır. Meşə insanların ruhi-əhvalına  və 

mənəviyyətinə müsbət təsir göstərir. Yaşıl yarpaqların buraxdığı oksigen istənilən digər mənbənin buraxdığı ok-

sigendən (məs. planktonun) keyfiyyətcə fərqlənir. Onlarda, xüsusən şam meşələrində ionlaşma yüksək olur. Me-

şə çətrinin yarpaqları havanı zərərli qarışıqlardan təmizləyir, səs-küyü xeyli  aşağı salır, insan üçün çox zərərli 

sayılan yüksəktezlikli səsləri kənarlaşdırır, tozdan mühafizə edir. Meşənin havasında patogen (xəstəlik törədən) 

mikroblar olmur. 

Meşədə radiasiya fonu şəhərdə olduğundan iki dəfə az, havanın temperaturu isə xeyli aşağı olur, lakin rütu-

bətlik  15-30% artıq olur. Belə hava tənəffüs (nəfəsalma)  üçün optimal sayılır. 

Dünya əhalisi təbiətdə mövcud  olan 300 min ali bitki növünün yalnız 0,008%-ni mədəni şəkildə becərir, be-

cərilən torpaqların 99%-ni min növdən az bitki tutur və bu sahənin yarısı 8 əsas dənli bitkinin – buğda, arpa, və-

ləmir, çovdar, qarğıdalı, darı, sorqo və düyünün payına düşür. 

Øÿêèë 13.3. Êàðáîí ãàçûíûí ìöõòÿëèô àüàú úèíñëÿðè òÿðÿôèíäÿí 

óäóëìàñû (Âèíîêóðîâà, Òðóøèí, 1998

 

Belə vəziyyətdə əhalinin sayının və tələbatının durmadan artması şəraitində bir sıra neqativ nəticələrə səbəb 



ola bilər. Odur ki, meşənin ərzaq təchizatçısı kimi əhəmiyyəti getdikcə artır. 

Meşənin və meşə zolaqlarının kənd təsərrüfatında rolu böyükdür. Quraqlıq rayonlarında tarlaqoruyucu meşə 

zolaqlarının əhəmiyyətini, meşənin iqlim mühafizə edici  və suqoruyucu funksiyasını qeyd etmək lazımdır. Tar-

lalardan və maldarlıq fermalarından axıb gələn gübrələrin və zəhərli kimyəvi maddələrin meşə tərəfindən tutu-

lub saxlanılması da böyük əhəmiyyət kəsb edir.  

Məşhur torpaqşünas V.V. Dokuçayev apardığı tədqiqatlarının nəticələrindən belə qənaətə gəlir ki, meşə rütu-

bətin etibarlı toplayıcısı, qoruyucusu və ədalətli paylayıcısıdır. (bölüşdürücüsüdür) Yağış suları əvvəlcə ağacla-


 

263


rın budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən torpağa ke-

çir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü leysanlar 

zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın yarısından ço-

xu səthlə axıb gedir. 

Meşə üzərinə düşən yay və yaz yağışlarının 20-dən 30%-ə qədəri ümumiyyətlə torpağa çatmır, ağacların yar-

paqlarını isladaraq buxarlanır və bulud əmələ gətirir. 

Qışda ağacların çətirlərində yağıntıların 3-5%-i saxlanılır. Meşə altına düşən qar orada davamlı yumşaq ör-

tük əmələ gətirir, külək onu dərələrə apara bilmir. Qar örtüyü meşə altında açıq sahəyə nisbətən qalın olur. Bu-

nunla yanaşı çətir və budaqların mühafizəsi altında meşədə qar örtüyü 20-30 gün artıq qalır. Bu rütubətin hamı-

sının torpağın dərin qatlarına hopmasına imkan yaradır. Meşədə qar örtüyünün əriməsinin gec başlaması mühüm 

əhəmiyyət kəsb edir, belə ki, çaylarda yaz daşqınlarının çoxalmasının qarşısı alınır. Meşənin mühafizəsi altında 

torpaq həyatverici rütubətlə tədricən və tam doymuş hala gəlir. 

 

 

Şəkil 13.4. Meşə sahələrinin eroziyaya qarşı rolunun sxemi 

(Məmmədov, Suravegina, 2000) 

 

Dağlarda və dərə-təpəli relyef şəraitində su axınının nizama salınmasında meşə xüsusilə böyük rol oynayır.  



Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi yaxşılaşdırır, bitişik əraziləri ziyanlı 

quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin