Kasnı bitkisi xalq təbabətində çox geniş
istifadə olunur. Kasnı (rus dilində “sikoriy”)
immun sistemini möhkəmləndirir, yün-
gül sidik və öd qovucu təsir edir, ürəyin və
qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qanda
şəkərin səviyyəsini aşağı salır.
Müalicə məqsədi ilə adətən kasnı bitkisinin
kökü istifadə olunur.
Kasnı kökü dəmləməsinin qəhvəyə ox-
şayan xoş dadı və ətri var. Əvvəllər kasnı
kökündən qəhvə əvəzedicisi kimi tez-tez
istifadə olunurdu.
Kasnı Azərbaycanın hər yerində bitir. Bitki-
ni özünüz yığıb sağlamlıq üçün istifadə edə
bilərsiniz.
Rusiyalı kardioloq Sergey Tereşenko
məqalələrinin birində kasnı kökü əsasında
hazırlanmış ürək, qaraciyər və immuni-
tet üçün faydalı olan dəmləmənin reseptini
təqdim edib.
1 çay qaşığı kasnı kökü 1 stəkan qaynar
suda dəmlənilir. Dəmləmə ilıq olanda süzülür,
ona 1 çay qaşığı bal və 1 çay qaşığı limon
şirəsi əlavə olunur. Bu müalicəvi içkini gündə
2 dəfə yeməkdən 30 dəqiqə əvvəl içmək olar.
Dostları ilə paylaş: |