Taktika. Taktika rəhbərliyin uzunmüddətli məqsədlərlə uzlaşdırılan qısamüddətli məqsədlərin hazırlamasına oxşayır. Onlar həmin məqsədlərə nail olmağı asanlaşdıran qısamüddətli planlar hazırlamalıdırlar. Həmin planlar uzunmüddətli planlarla uzlaşdırılmalıdır. Məs.: oyundakı konkret gediş ümumi strategiya ilə uzlaşdırılmış taktikanı ifadə edir. Taktiki planların bəzi xarakteristikaları aşağdakılardır:
Taktikanı strategiyanın inkişafında hazırlayırlar.
Strategiyanın həmişə ali rəhbərlik səviyyəsində hazırlandığı halda, taktika çox zaman orta zümrə rəhbərləri səviyyəsində hazırlanır.
Taktika strategiyadan fərqli daha az vaxt kəsiyinə nəzərdə tutulur.
Strategiyanın nəticələri bir neçə il ərzində tam tapılmadığı halda, taktiki nəticələr bir qayda olaraq çox tez biruzə verilir və konkret fəaliyyətə asanlıqla uyğun gəlir.
Cavab38
Siyasət. Uzunmüddətli və qısamüddətli planlar tərtib edildikdən sonra rəhbərlik həmin planları düzgün həyata keçirmək üçün əlavə istiqamətlərin hazırlanmasına başlamalıdır. Strateji planlaşdırmanın reallaşdırılmasında bu mərhələ siyasətin işlənib hazırlanmasıdır.
Tərif ♦ Məqsədlərə nail olmağı asanlaşdıran fəaliyyətlər və qərarların qəbulu üçün ümumi rəhbərlik siyasət adlanır.
Siyasət adətən uzun vaxt perioduna ali rəhbərlik tərəfindən formalaşdırılır. Şteynerin və Maynerin sözlərinə görə: “Siyasəti qanunlar kodeksi kimi araşdırmaq olar ki, bu da fəaliyyətlərin hansı istiqamətlərdə həyata keçirilməsini müəyyən edir. Siyasət fəaliyyətləri məqsədlərə nail olmağa yaxud vəzifələrin icra edilməsinə yönəldir. Siyasət əməl ediləcək dönüş nöqtələrini müəyyən edərək məqsədlərə necə nail olunmasını izah edir. O həmçinin daimi məqsədlərin qorunması üçün təyin olunmuşdur. Siyasət konkret məqamın tələblərinə əsaslanan, uzağı görməyən qərarların qəbulundan yan keçməyə köməklik edir”.
Proseduralar. İ/e fəaliyyətinə rəhbərlik üçün təkcə siyasət çox zaman kifayət deyildir. Bu halda rəhbərlik proseduralar işləyib hazırlayır. Təşkilatlar da insanlar kimi gələcəkdəki qərarlar üçün
keçmişdəki təcrübələrdən istifadə etməklə fayda götürə bilərlər. Keçmişdə olanların yada salınması səhvlərə xəbərdarlıq edilməsinə kömək edə bilər. Nəticədə qaneedici qərarlar verən təhlilləri yenidən təkrar etmək vacibdir. Bu vaxta qənaət etməklə səhvlərə xəbərdarlıq edir. Beləliklə, qərar qəbul edərkən situasiya tez-tez təkrarlanma meylinə malik olarsa, rəhbərlik vaxtı ilə sınaqdan keçirilmiş fəaliyyət üslubunun tətbiq edilməsini düzgün hesab edir və standart göstərişlər hazırlayır. Formal olaraq bu göstərişlərin ifadə olunması “prosedura” adını alır.
Tərif ♦ Konkret situasyada tətbiq olunan fəaliyyətlərin təsvirinə prosedura deyilir.