Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir



Yüklə 0,57 Mb.
səhifə18/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
cavab menecment 2

    Bu səhifədəki naviqasiya:
  • Vaxt

Menecmentdə nəzarətin növləri



İlkin nəzarət


Cari nəzarət


Yekun nəzarət

Nəzarət i/e-nin fundamental elementlərindən biridir. Planlaşdırmanı, təşkilati strukturun yaradılmasını və motivləş- dirməni nəzarətdən kənarda tam araşdırmaq olmaz. Həqiqətən, faktiki onlar təşkilatın ümumilikdə nəzarət sisteminin ayrılmaz hissəsidir. Nəzarətin 3 əsas növü vardır: ilkin, cari və yekun. (şəkil1).

Vaxt

Şəkil 1. Nəzarətin əsas növlərinin həyata keçirilmə vaxtı

Nəzarətin bu növləri həyata keçirilmə formasına görə oxşardırlar və eyni məqsədə malikdirlər. Burada məqsəd faktiki alınan nəticələrin tələb edilənlərə yaxın olmasıdır. Onlar yalnız həyata keçirilmə vaxtına görə fərqlənirlər.
Cavab54 İstənilən nəzarət prosesi 3 müxtəlif mərhələlərdən ibarətdir:

  1. Standartların və meyarların işlənib hazırlanması. 2. Standartlar və meyarlarla real nəticələrin müqayisə edilməsi. 3. Zəruri düzəlişlərin qəbulu.

Menecerlər nəzarətin hər bir mərhələsində müxtəlif kompleks tədbirləri reallaşdırmağı bacarmalıdır.
Nəzarətin 1-ci mərhələsi nəzarət və planlaşdırma funksiyalarının nə qədər yaxın olduqlarını göstərir. Tərif 2. Menecmentdə ölçüyə gələ bilən tərəqqiyə, konkret məqsədlərə standartlar deyilir.
Nəzarətin 1-ci mərhələsindəki məqsədlər planlaşdırma prosesindən yaranır. Nəzarət prosesində istifadə olunan bütün standartlar təşkilatın çoxsaylı məqsədləri və strategiyalarından seçilməlidir. Nəzarət üçün standarlar kimi istifadə edilə bilən məqsədlər aşağıdakılarla xarakterizə olunur:

  • müvəqqəti çərçivələrin olması. Həmin çərçivələrdə işlər yerinə yetirilməlidir;

  • konkret meyarların mövcudluğu. Bu meyarlara görə işlərin yerinə yetirilmə dərəcəsini qiymətləndirmək olar.

Nəzarətin 1-ci mərhələsi üçün nəticələrin göstəricələrini müəyyən etmək vacibdir. Belə göstəricilər nəyin əldə edilməsini və qoyulan məqsədlərin əldə olunmasını dəqiq müəyyən edir. Bu göstəricilər rəhbərliyə real görülən işləri planlaşdırılanlarla müqayisə etməyə və aşağıdakı əsas məsələlərə cavab verməyə imkan verir:

    1. Planlaşdırılan məqsədlərə nail olmaq üçün nə edilməlidir?

    2. Edilməyən nə qalmışdır?

Qeyd edilməlidir ki, məqsədlər miqdar (mənfəət, satış həcmi, resursların dəyəri) yaxud dolayı şəkildə say (işdən çıxanların miqdarı) göstəriciləri ilə ifadə edilə bilər. Belə ki, menecer təkcə miqdar göstəricilərini müəyyən etməyi bacarmamalıdır. Həmçinin o, dolayı hadisələrdə həqiqi səbəblərdən simptomları ayırmalıdır. Rəhbərlik hər hansı tipdə nəticə göstəriciləri olmadan nəzarəti səmərəli həyata keçirə bilməz.
Nəzarətin 2-ci mərhələsində menecer nail olunan nəticələrin nə dərəcədə gözlənilənlərə uyğun gəldiyini təyin edir. Standartlardan aşkar olunan kənarlaşmaların nə qədər mümkün yaxud nisbətən təhlükəli olduğunu təyin etmək zəruridir. Bu mərhələdə həyata keçirilən fəaliyyət daha da əhəmiyyətlidir.

  1. ci mərhələnin 1-ci pilləsi mümkün olan kənarlaşmaların miqyasının və istisna prinsipinin müəyyən edilməsidir.

Nəzarətin 2-ci mərhələsi 4 pillədən ibarətdir: 1-ci pillə mümkün olan kənarlaşmaların təyin edilməsi və istisna prinsipidir. Mümkün kənarlaşmaların miqyasının müəyyən olunması nəzarətdə vacibdir. Əgər kənarlaşmaların miqyası iri götürülərsə, onda böyük problemlər yarana bilər. Miqyas çox kiçik götürüldükdə isə təşkilatlar çox böyük olmayan kənarlaşmalara reaksiya verəcək ki, bu da çox vaxt tələb edir. Belə nəzarət sistemi təşkilatın işini iflic edə bilər və məqsədlərə çatmağa mane ola bilər. Belə situasiyalarda yüksək dərəcədə nəzarətə nail olunsa da, nəzarət prosesi səmərəsiz olur.
Nəzarətin səmərəli olması üçün o qənaətcil olmalıdır. Başqa sözlə, nəzarət sistemi onun fəaliyyətinə çəkilən xərclərdən çox olduqda səmərəlilik əldə edilir. Nəzarət sisteminə çəkilən xərclər aşağıdakılardan ibarətdir:

  • menecerlərin və digər işçilərin informasiyanın yığımına, ötürülməsinə və təhlilinə sərf etdikləri vaxtın məsrəfləri;

  • nəzarətin həyata keçirilməsi üçün istifadə olunan bütün avadanlıq növlərinin məsrəfləri;

  • nəzarət məsələləri ilə əlaqədar informasiyanın ötürülməsi və axtarılması xərcləri.

İstisna prinsipinə görə idərəetmə metodundan istifadə edilməsi nəzarətin iqtisadi səmərəliliyinin yüksəldilməsi üslublarından biridir. Bunun mahiyyəti ondadır ki, nəzarət sistemi standartlardan və normalardan ancaq nəzəri cəlb edən kənarlaşmalar olduqda işləməyə başlayır.
Nəzarətin 2-ci mərhələsinin 2-ci pilləsi nəticələrin ölçülməsidir. Bu nəzarətin ən çətin və bahalı elementi olmaqla qoyulan standartlara nə qədər riayət edilməsini müəyyən etməyə imkan verir. Səmərəli olmaq üçün ölçü sistemi nəzarət olunan fəaliyyət növünə uyğun olmalıdır. Əvvəlcə ölçü vahidini seçmək lazımdır. Bu elə olmalıdır ki, onu standart ifadə olunan ölşüyə asan çevirmək mümkün olsun. Əgər standart-mənfəətdirsə, onda ölçünü pul vahidində və ya standartın ifadə olunma formasından asılı olaraq faiz də daxil etmək lazımdır. Əgər rəhbər səsvermədə iştirak edilməməyə yaxud işdən azadolmaya nəzarət edirsə, onda ölçülmə faizlə aparılmalıdır.

  1. cü pillədə informasiyanın ötürülməsi və yayılması baş verir ki, bu da nəzarətin səmərəliliyinin təmin olunmasında həlledici rol oynayır. Nəzarət sisteminin səmərəli fəaliyyət göstərməsi üçün təşkilat müvafiq işçilərinin nəzərinə müəyyən olunan standartların və alınan nəticələrin çatdırılması zəruridir. Belə informasiya dəqiq və vaxtında daxil olmalı, əlverişli şəkildə müvafiq sahənin işçilərinə görə məsul olanların nəzərinə çatdırılmalıdır. Müəyyən olunan standartlar əməkdaşlar tərəfidən yaxşı başa düşülməlidir.

Bu mərhələnin 4-cü yekun pilləsi nəticələr haqqında informasiyanın qiymətləndirilməsidir. Məhz menecer alınan
informasiyanın lazımlılıq və vaciblik dərəcəsini müəyyən edir. Bəzən informasiyanın qiymətləndirilməsi təşkilatın siyasəti ilə müəyyən olunur.
Nəzarətin 3-cü mərhələsi menecer yaranan situasiyaya qiymət çıxardıqdan sonra qüvvəyə minir. Bu mərhələdə menecer 3 davranış xəttindən birini seçir:

  • heç bir tədbir görülmür;

  • kənarlaşma aradan götürülür;

  • standartlara yenidən baxılır.

Əgər nəzarət sistemi göstərsə ki, təşkilatda bütün işlər yaxşıdır, onda nəzarət tsiklini təkrar etməklə nəticələri ölçməkdə davam etmək lazımdır.
Aparılan düzəlişlər kənarlaşmanın səbəblərini aradan götürülməsinə yönəldilir. Ölçülmə mərhələsi standartlardan kənarlaşmaların miqyasını və onun səbəblərini dəqiq göstərməlidir. Standartlardan hər bir nəzərəçarpan kənarlaşmaların bütün elementlərini aradan götürmək olmur. Bəzən standartların özü qeyri-real ola bilər. Ona görə ki, onlar planlara əsaslanır. Buna görə
planlar yenidən baxıldıqda standartlar da baxılmalıdır.
Cavab55 Rəhbərlər nəzarət funksiyasını təşkilat yaratdıqda, məqsədləri və vəzifələri formalaşdırdığı andan həyata keçirirlər. Təşkilatın uğurlu fəaliyyəti üçün nəzarət vacibdir. Nəzarətsiz xaos yaranır və hər hansı qrupların fəaliyyətini birləşdirmək qeyri- mümkündür. Vacib odur ki, artıq özü-özlüyündə məqsədlər, planlar və təkşilat strukturu, onun fəaliyyət istiqamətlərini, işlərin yerinə yetirilmə səmtlərini müəyyən edir. Beləliklə, nəzarət hər bir təşkilatın mahiyyətinin ayrılmaz hissəsidir.
Nəzarətin zəruriliyi aşağıdakılarla əlaqədardır:

      1. Qeyri-müəyyənlik.

      2. Böhranlı situasiyaların yaranmasından xəbərdarlıq edilməsi.

      3. Uğurun saxlanılması.

      4. Nəzarətin genişliyi.

Planlar və təşkilati strukturlar yalnız rəhbərliyin gələcəkdə görmək istədikləri vəziyyətdir. Lakin qanunların dəyişməsi, sosial dəyərlər, texnologiyalar, rəqabət şərtləri və ətraf mühitdəki digər dəyişənlər planları müəyyən vaxtdan sonra əlçatmaz edirlər. Belə dəyişikliklərə hazırlaşmaq və cavab vermək üçün bu dəyişənlərə təsir göstərə bilən səmərəli mexanizm lazımdır.
Bundan başqa ən yaxşı təkilati strukturlar özünün nöqsanlarına malikdir. İxtisaslaşdırma və əmək bölgüsü, koordinasiya problemləri, ayrı-ayrı briqadalar və işçi qrupları arasında əlaqəsizlik yarada bilər. Kağız üzərindəki cəlbedici
görsənən struktur başqa yerdə uğurla istifadə edildiyi halda bütün ümidləri doğrultmaya da bilər.
Qeyri-müəyyənliyi müəyyən edən digər amil idarəetmədə (i/e-də) daim iştirak edən insanlardır. İnsanlar kompüter deyillər, onları hər hansı bir tapşırığa proqramlaşdırmaq olmaz.
Təşkilat daxilində situasiyalar təhlil edilərkən yaranan səhvlər və problemlər vaxtında aradan qaldırılmadıqda ətraf mühitin gələcəkdəki şərtlərinin qiymətləndirilməsi səhvlərə səbəb olur. Bu da insanların davranışına nüfuz edir. Nəzarət funksiyası- i/e-nin elə bir xarakteristikasıdır ki, o problemləri aşkar etməyə, həmin problemlərin böhrana çevrilməsinə qədər təşkilata fəaliyyətində müvafiq düzəlişlər edilməsinə imkan verir və şərait yaradır. Nəzarəyin zəruriliyinin əsas səbəblərindən biri təşkilatın vaxtında öz səhvlərini qeydə almaq qabiliyyətinə malik olması və onların məqsədlərə zərər vurmasına qədər düzəldilməsidir.
Cavab56 Qrup – iki yaxud daha çox şəxsin elə qarşılıqlı təsirdə olmasıdır ki, bu zaman onlardan hər biri başqalarına təsir göstərir və özüdə həmin başqalarının təsirinə məruz qalır.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin