Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir



Yüklə 0,57 Mb.
səhifə17/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
cavab menecment 2

40-illərdə Abraxam Maslou özünün məzmunlu motivləşdirmə nəzəriyyəsini yaratmaqla göstərdi ki, insanlar çoxsaylı müxtəlif tələbatlara malikdirlər. O, nəzərdə tuturdu ki, bu tələbatları 5 əsas kateqoriyaya bölmək olar:

  1. Fizioloji tələbatlar yaşayış üçün zəruri olan tələbatlardır. Bunlara qidaya, suya, mənzilə,istirahətə və s. tələbatlar daxildir.

  2. Təhlükəsizlik və gələcəyə inam tələbatlarına ətraf dünya tərəfindən fiziki və psixoloji təhlükələrdən müdafiə olunma tələbatları aiddir. Bu kateqoriyaya həmçinin gələcəkdə fizioloji tələbatların qane olunmasına inam da daxil edilir.

  3. Sosial tələbatları bəzən aid olunma tələbatı da adlandırırlar. Bu nəyə yaxud kiməsə mənsub olunma hissini özündə cəmləşdirir. Həmin hisslərə işçinin başqaları tərəfindən qəbul edilməsi, sosial qarşılıqlı fəaliyyət, bağlılıq və müdafiə olunma hisslərini aid etmək olar.

  4. Hörmətə olan tələbatlar özünə hörmət, şəxsi nailiyyətlər, kompetentlik, ətrafdakılar tərəfindən hörmətlə qəbul edilmə tələbatları aiddir.

  5. Özünü ifadə tələbatları dedikdə insanın potensial imkanlarının reallaşdırılmasını və şəxsiyyət kimi yüksəlməsi tələbatları dərk edilir (şəkil 2).


Şəkil 2. Maslouya görə tələbatlar iyerarxiyası

Cavab53 Rəhbərlər nəzarət funksiyasını təşkilat yaratdıqda, məqsədləri və vəzifələri formalaşdırdığı andan həyata keçirirlər. Təşkilatın uğurlu fəaliyyəti üçün nəzarət vacibdir. Nəzarətsiz xaos yaranır və hər hansı qrupların fəaliyyətini birləşdirmək qeyri- mümkündür. Vacib odur ki, artıq özü-özlüyündə məqsədlər, planlar və təkşilat strukturu, onun fəaliyyət istiqamətlərini, işlərin yerinə yetirilmə səmtlərini müəyyən edir. Beləliklə, nəzarət hər bir təşkilatın mahiyyətinin ayrılmaz hissəsidir.
Nəzarətin zəruriliyi aşağıdakılarla əlaqədardır:

      1. Qeyri-müəyyənlik.

      2. Böhranlı situasiyaların yaranmasından xəbərdarlıq edilməsi.

      3. Uğurun saxlanılması.

      4. Nəzarətin genişliyi.

Planlar və təşkilati strukturlar yalnız rəhbərliyin gələcəkdə görmək istədikləri vəziyyətdir. Lakin qanunların dəyişməsi, sosial dəyərlər, texnologiyalar, rəqabət şərtləri və ətraf mühitdəki digər dəyişənlər planları müəyyən vaxtdan sonra əlçatmaz edirlər. Belə dəyişikliklərə hazırlaşmaq və cavab vermək üçün bu dəyişənlərə təsir göstərə bilən səmərəli mexanizm lazımdır.
Bundan başqa ən yaxşı təkilati strukturlar özünün nöqsanlarına malikdir. İxtisaslaşdırma və əmək bölgüsü, koordinasiya problemləri, ayrı-ayrı briqadalar və işçi qrupları arasında əlaqəsizlik yarada bilər. Kağız üzərindəki cəlbedici
görsənən struktur başqa yerdə uğurla istifadə edildiyi halda bütün ümidləri doğrultmaya da bilər.
Qeyri-müəyyənliyi müəyyən edən digər amil idarəetmədə (i/e-də) daim iştirak edən insanlardır. İnsanlar kompüter deyillər, onları hər hansı bir tapşırığa proqramlaşdırmaq olmaz.
Təşkilat daxilində situasiyalar təhlil edilərkən yaranan səhvlər və problemlər vaxtında aradan qaldırılmadıqda ətraf mühitin gələcəkdəki şərtlərinin qiymətləndirilməsi səhvlərə səbəb olur. Bu da insanların davranışına nüfuz edir. Nəzarət funksiyası- i/e-nin elə bir xarakteristikasıdır ki, o problemləri aşkar etməyə, həmin problemlərin böhrana çevrilməsinə qədər təşkilata fəaliyyətində müvafiq düzəlişlər edilməsinə imkan verir və şərait yaradır. Nəzarəyin zəruriliyinin əsas səbəblərindən biri təşkilatın vaxtında öz səhvlərini qeydə almaq qabiliyyətinə malik olması və onların məqsədlərə zərər vurmasına qədər düzəldilməsidir.


    1. Yüklə 0,57 Mb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin