Məhsul üzrə divizional quruluş
İstehlakçı qrupları üzrə divizional quruluş
Regional divizional təşkilati quruluş
Cavab47 Adoptiv təşkilati quruluşlar xarici mühitdə baş verən dəyişikliklərə çevik reaksiya zərurətdən yaranmışdır.
Adoptiv təşkilati quruluşların iki əsas tipi hazaırda geniş istifadə edilir
layihə təşkilati
Matris təşkilati
Layihə təşkilati konkret məsələnin həlli üçün yaradılan , müvəqqəti quruluşdur. Layihə başa çatdıqdan sonra qrup buraxılır yaxud başqa layihəyə keçir.
Qrupun bütün üzvləri layihə rəhbərinə tabe olur
Matris təşkilati quruluşunda layihə qrupunun üzvləri həm layihə rəhbərinə həm də özlərinin daimi işlədikləri funksional bölmələrin rəhbərlərinə tabe olurlar.
Layihə rəhbəri layihə səlahiyyələrinə malik olur.
Cavab48 Rəhbərlər həmişə bilməlidir ki, hətta ən yaxşı tərtib olunan planlar və ən təkmil təşkilati strukturlar təşkilatda faktiki işləri yerinə yetirən olmadıqda mənasız olur. Motivləşdirmə funksiyasının vəzifəsi ondan ibarətdir ki, təşkilatın üzvləri işləri onların vəzifələrinə uyğun icra etsinlər.
Rəhbərlər öz işçilərinə motivləşdirmə funksiyasını dərk edib yaxud etməmələrindən asılı olmayaraq həmişə həyata keçirmişlər. Qədim dövrlərdə bunun üçün qorxu, bəzi seçilənlər üçün- mükafatlar xidmət göstərmişdir. XVIII əsrin sonundan və XX əsrdə insanlara yüksək qazanmaq imkanı verilərsə, onların çox işləyəcəklərinə inamın olması geniş yayılmışdır. Beləliklə, hesab edilir ki, motivləşdirmə-sadə bir məsələdir. Bu, edilmiş səylərin əvəzində müvafiq pul mükafatlandırmalarının verilməsinə gətirib çıxarır. Elmi i/e məktəblərinin motivləşdirməyə yanaşması buna əsaslanır.
Davranış elmi sahəsindəki tədqiqatlar onu göstərdi ki, xalis iqtisadi yanaşma dayanıqlı deyildir. Rəhbərlər öyrəndilər ki, motivləşdirmə, başqa sözlə fəaliyyətə daxili vadaretmələrin yaradılması mürəkkəb tələbatların məcmusunun nəticəsidir. Onlar daima dəyişilirlər. İndiki vaxtda dərk edilməlidir ki, öz işçilərini səmərəli motivləşdirmək üçün rəhbərlər həmin tələbatların nədən ibarət olmalı olduğunu müəyyən etməlidirlər. Rəhbərlər bu tələbatların yaxşı işləmək vasitəsilə qane edilməsi üsullarını təmin etməlidir.
Tərif 1. İşçilərdə əməyə maraq oyadılması və onların fəaliyyətə sövq edilməsi prosesinə motivləşdirmə deyilir.
İnsan davranışı bir sıra motivlərə əsaslanır.
Tərif 2. İnsanı müəyyən fəaliyyətə vadar edən amillərə motiv deyilir.
Motiv insanın “daxilindədir”, fərdi xüsusiyyətə malikdir. Bu insani münasibətlər də bir sıra daxili və xarici amillərdən asılıdır.
Tərif 3. İnsanı məlum fəaliyyətə sövq etdirən təsiretmə prosesi motivləşdirmə adlanır.
İnsanların motivləşdirilməsi müxtəlif üsulların və fəndlərin insanlara təsiri vasitəsilə həyata keçirilir. Motivləşdirmə amilləri insanlara müxtəlif formada təsir edir. Başqa sözlə insanlar motivləşdirmə amillərinə fərqli reaksiya verirlər.
Motivləşdirmə ilə mənəvi “ruh” anlayışı sıx sürətdə bir- birilə bağlıdır. Bu, təşkilatda insanın işə münasibətinin göstəricisidir. Əməyin qiymətləndirilməsi, əks əlaqə, kollektivin birgə fəaliyyəti kimi subyektiv amillər kollektivin mənəvi mühitinə kifayət qədər təsir göstərə bilir. Ona görə menecer kollektivdə mənəvi mühitin yaxşılaşdırılmasına çalışmalıdır. Menecerlər elə üsullar və vasitələr axtarmalıdırlar ki, onların təsirilə işçilər ruh yüksəkliyi ilə işləsinlər və öz potensial güclərini tam işə yönəltsinlər.
Cavab49 Motivləşdirmənin psixoloji nöqteyi-nəzərdən sistemli öyrənilməsi insanın əməyə niyyətinin nədən yaranmasını dəqiq müəyyən etməyə imkan vermir. Belə ki, insanın əməkdə davranışının tədqiqat edilməsi motivləşdirmənin bəzi ümumi izahlarını verə bilir. Həmin tədqiqatlar iş yerində əməkdaşın motivləşdirilməsinin proqmatik modelini yaratmağa imkan verir.
Menecmentdə müxtəlif motivləşdirmə nəzəriyyələri 2
kateqoriyaya ayrılır:
Məzmunlu motivləşdirmə nəzəriyyələri.
Dostları ilə paylaş: |