Qaydalar. Planların uğurlu reallaşdırılması tapşırıqların dəqiq icrasından asılı olduqda rəhbərlik hər bir seçim azadlığının tam istisna edilməsini zəruri hesab edə bilər. Daxili təhlükəsizliyin təmin edilməsi üzrə öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsi məsələn: öz təşkilatında işə sırf loyal (qanuna riayət edən) və etibara layiqli insanları qəbul etməlidir. Ona görə rəhbərlər istənilən adamı, onun tərcümeyi-halını xüsusi öyrənmədən işə qəbul edə bilməzlər. Bəzi insanlar özlərini elə apara bilərlər ki, bunlar mənfi nəticələrə gətirib çıxarar. Nisbətən yüksək ehtimallar olanda rəhbərlər seçim imkanlarını zəruri hesab edirlər. Bir çox təşkilatlarda tələb olunur ki, məsələn: əməkdaşlar konkret vaxt dövründə saat 9-dan 17:00-a qədər iş yerində olsunlar. Məqsədlərə nail olmaq üçün yüksək dərəcədə tabeçilik tələb edildikdə böyük olmayan, lakin vacib problemlərin həlli üçün rəhbərlər qaydalardan istifadə edir. Rəhbərlər müəyyən fəaliyyətlərin icrasını konkret üsullarla zəmanətli etmək üçün, əməkdaşların fəaliyyətini məhdudlaşdırmaq istədikdə, onlar
qaydalar tərtib edir.
Cavab39
Təşkilatın quruluşunun seçilməsi onun strategiyalarından asılıdır.
Təşkilatın strategiyası dəyişdikdə onun quruluşu da dəyişikliklərə məruz qalır.
Klassik təşkilat nəzəriyyəsinə görə təşkiatın quruluşu yuxarıdan aşağıya doğru işlənib hazırlanır.
Strategiyanın reallaşdırılması üzrə mühüm fəaliyyət istiqamətlərinə müvafiq olaraq təşkilat üfiqi istiqamətdə geniş bloklara ayrılır. Hansı fəaliyyət növlərinin xətti bölmələr, hansıların funksional bölmələr tərəfindən yerinə yetirilməli olması müəyyən edilir.
Müxtəlif vəzifələrin səlahiyyət nisbəti müəyyən edilir. Bu zaman rəhbərlik əmrlər zəncirini müəyyənləşdirir və əgər zəruri olarsa təşkilat daha xırda təşkilati bölmələrə bölünür.
Müəyyən vəzifələr və funksiyaların məcmusu olan vəzifə mükəlləfiyyətləri müəyyən edilir və onların yerinə yetirilməsi konkret adamlara tapşırılır.
Təşkilati quruluş əbədi deyildir. Təşkilatın məqsədləri, strategiyaları dəyişdikcə quruluşu da dəyişikliklərə məruz qalır. Bu barədə Alfred Çandlerin məşhur prinsipi möcvuddur: “Strukturanı strategiya müəyyən edir”.
Formal şəkildə ilk dəfə işlənmiş təşkilati quruluş bürokratik təşkilati quruluşdur. Bürokratiya konsepsiyasını ilk dəfə 1900 –cü ildə alman sisoloqu Maks Veber formalaşdırmışdır.
Cavab 40 Təşkilati prosesin iki aspekti vardır
Məqsədlərə və strategiyaya uyğun olaraq təşkilatın ayrı – ayrı bölmələrə bölünməsi
Səlahət münasibətlərinin və qarşılıqlı əlaqələrin təşkili.
Rəhbərlik səlahiyyət arasındakı münasibətləri həvaləetmə vasitəsi ilə qurur.
Həvaləetmə - yerinə yetirmə məsuliyyətini öz üzərinə götürən adama tapşırı və lahiyyətin verilməsidir.
Məsuliyyət mövcud olan vəzifələri yerinə yetirmək və onların qənaətbəxş həll edilməsinə cavab vermək öhdəliyini ifadə edir.
Səlahiyyət müəyyən tapşırıqların yerinə yetirilməsi üçün təşkilatın ehtiyatlarından istifadə etmək və onun bir qrup əməkdaşının səylərini istiqamətləndirmək sayəsində verilmiş məhdud hüquqdur.
Cavab41 Səlahiyyət tapşırığı, şirkətin menecerləri tərəfindən ixtisas səviyyəsini və təcrübəsini nəzərə alaraq tabeliyində olan birinə tapşırıq verməkdir.