Hakimiyyət – real fəaliyyət qabiliyyəti yaxud başqalarının davranışına təsir etmək imkanıdır. Əmək kollektivini idarə edən rəhbər ona təsir göstərir. Nəticədə tabeçiliyində olanların davranışı və eləcə də onların qarşılıqlı münasibətləri dəyişir. Bir şəxsin digər şəxsə təsir edə biləcək konkret vasitələr: xahiş etməkdən başlayaraq işdən azad etməklə hədələməyə kimi müxtəlif ola bilər. Bu təsirin məqsədyönlü, effektiv olması üçün, rəhbər hakimiyyətindən istifadə etməlidir.
Təşkilati proses kimi, hakimiyyətin tərifi aşağıdakıları nəzərdə tutur:
• hakimiyyət ondan istifadə edən üçün potensialdır, yəni o ancaq istifadə olunan zaman mövcud deyil;
• bununla belə, hakimiyyətdən istifadə edən və onun kimə istifadə edildiyi arasında qarşılıqlı asılılıq var;
• hakimiyyətin istifadə edildiyi insanın bir qədər fəaliyyət azadlığı var.
Müasir təşkilatda praktiki olaraq heç kim bir insanın əmrlərinə ancaq onun rəhbər olduğu səbəbindən tam şəkildə tabe olmayacaq. Xüsusən də ona görə ki, ancaq tabeçilikdə olan rəhbərdən asılı olmağı mövcud deyil, rəhbər də tabeçiliyində olandan asılıdır. Bu səbəbdən kollektivin (qrupun) optimal fəaliyyətini təmin etmək üçün, hakimiyyətdən lazımi şəkildə istifadə etmək lazımdır.
Hakimiyyət mövcud ola, lakin istifadə edilməyə bilər. Əgər əməkdaş qaydalara uyğun olaraq işləyirsə, bu halda rəhbərin ona qarşı hakimiyyətini istifadə etmək ehtiyacı olmur.
Hakimiyyətə malik olmaq üçün, rəhbər nəticədə icraçıya onun rəhbərdən asılı olmasını sübut edən və əhəmiyyətli olan nəyi isə nəzarətdə saxlamalıdır. Bunlar, fizioloji yaxud sosial tələbatlar, müdafiə olunmaq, hörmət edilmək yaxud özünü ifadə etmə tələbatı ola bilər.
Cavab66 Lider keyfiyyətləri nəzəriyyəsi liderliyin öyrənilməsinə və izah edilməsinə ən ilkin yanaşmadır . İlkin tədqiqatçılar cəhd edirdilər ki, tarixdə “böyük insanları” kütlədən fərqləndirən keyfiyyətləri aşkar etsinlər.
Bu istiqamətdə yüzlərlə tədqiqatlar aparıldı və aşkar edilmiş lider keyfiyyətlərinin çox uzun bir siyahısı tərtib edildi. 1948 –ci ildə Ralf Stoqdill, 1959-cu ildə isə Riçard Mann əvvəllər aşkar edilmiş lider keyfiyyətlərinin hamısını ümumiləşdirməyə və qruplaşdırmağa çalışırdılar Stoqdill belə nəticəyə gəldi ki, lideri əsasən beş keyfiyyət xarakterizə edir