9
keçirilməsindən sonra yox olurlar. Bununla əlaqədar olaraq onlar seçim nəticəsində yarana bilən
xərclər deyil, seçimi şərtləndirən xərclərdir.
Alternativlik prinsipinin təzahür edilməsinin və bununla bağlı
xərclərin əyani təsviri
aşağıdakı şəkildə verilən istehsal imkanlarının modeli ola bilər. İqtisadiyyatı biri istehsal
vasitələrini, digərisi isə – istehlak əşyalarını istehsal edən iki bölmə şəklində təsəvvür edək.
Məhdud resurslara malik olaraq, iqtisadiyyat hər bir mövcud dövrdə istehsal vasitələri və
istehlak əşyalarının yalnız müəyyən miqdarının buraxılışını həyata keçirə bilər.
Bütün mövcud
resursların tam istifadəsi zamanı onun istehsal imkanlarının sərhədləri ABCDE əyrisi ilə əks
olunacaq. İstehsal imkanlarının sərhədi onların istifadə edilməsinin mövcud texnologiyaları
zamanı nadirliyin iqtisadi probleminin təsviri metodu olaraq, bütün resursların tam istifadəsi
şərtilə nemətlərin buraxılmasının maksimal dərəcədə nail oluna bilən həcmlərini göstərir.
Əyrinin özü istehsal imkanlarının sərhədlərini
əks etdirdiyi zaman, bu əyridə hər bir nöqtə
istehsal edilən nemətlərin müəyyən dəstini əks etdirəcək. Hazırkı istehsal imkanları çərçivəsində
istehsal edilən nemətlərin dəstləri müxtəlif ola bilər, məsələn;
Dostları ilə paylaş: