MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə19/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   15   16   17   18   19   20   21   22   ...   96
MƏRSİYƏLƏR (1)

Ya Hüseyn,vay Hüseyn! 
Ya Hüseyn, ya Hüseyn, ya Hüseyn, ya Hüseyn! 
Naümid eyləmə səni Zəhra, Hüseyn! 
Əlimiz boşdu, üzümüz qara 
Qapına gəldik edəsən çara. 
Möhnətin od salıb ürəyim başına, 
Bir gümanım gəlir gözümün yaşına, 
Adını yazdırram qəbrimin daşına, 
Olma razı qalam onda tənha, Hüseyn. 
Adına xatir, gələsən mövla, 
Gözümün yaşın siləsən mövla. 
Əlimiz boşdu, üzümüz qara
Qapına gəldik edəsən çara. 
Kim gəlib ağlasa iki qətrə sənə, 
Yazılar dəftərə iki yüz həsənə, 
Hamı lənət edər əlini kəsənə, 
Niyə kəsdi əlin sənin ə`da, Hüseyn. 
Yıxılıb Zəhra - bədəni əsdi
Əl açıb zalım əlini kəsdi, 
Əlimiz boşdu, üzümüz qara, 
Qapına gəldik edəsən çara. 
Qurbanam ağacan kəsilən biləyə, 
Əzilən sinəyə,üzülən ürəyə, 
Tökülən, qanına,sökülən kürəyə, 
Qətligahı edən turi- sina,Hüseyn! 
Yalvarar Zeynəb - qulaq asmazlar, 
Yaralı nə`şi daşa basmazlar, 
Əlimiz boşdu, üzümüz qara, 


64 
Qapına gəldik edəsən çara. 
Necə yaddan çıxar quruyan boğazın, 
Laxta qan içində qanlı dəstəmazın, 
Namazı dirildib axirin namazın, 
Yaralı müsəlli, qan müsəlla Hüseyn! 
Qanlı daşlar var canamazında , 
Mat olub aləm o namazında, 
Əlimiz boşdu, üzümüz qara, 
Qapına gəldik edəsən çara. 
Qardaşı yıxılıb nəhri-Əlqəm üstə, 
Bacısı ağlasın hansı matəm üstə, 
Qan axır qan üstə, qəm gəlir qəm üstə, 
Təllidən Zeynəbi səslənir va Hüseyn! 
Dağılıb quşlar alışıb lanə, 
Sıxılıb qızlar hərə bir yanə, 
Əlimiz boşdu, üzümüz qara, 
Qapına gəldik edəsən çara. 
Təllidən baxardı bacı qardaşına, 
Xuni-del qatardı gözdə göz yaşına, 
Düşdü nagəh gözü nizənin başına, 
Eyləyib nizəni nəxli-tuba Hüseyn! 
Eşqi sabitdi əhdo-peymanda, 
Baş cida üstə,nəşi meydanda, 
Əlimiz boşdu,üzümüz qara, 
Qapına gəldik edəsən çara. 
Ey Kərimi, əl aç şahi-möhtəşəmə, 
Bağla kəşkülüvi dərgəhi-kərəmə, 
Hacı Yəqubla o gözəl hərəmə, 


65 
Yaza bir dəvəti edə imza Hüseyn! 
Bizi bir vəqfə qoşa züvvara, 
Ağlayaq şahə gəhi, ələmdara, 
Əlimiz boşdu,üzümüz qara, 
Qapına gəldik edəsən çara. 
Ağacan nə olar cuş edə kərəmin
Bizə qismət ola o gözəl hərəmin, 
Alaram çiynimə o yatan ələmin, 
Vuraram başıma, deyərəm ya Hüseyn! 
Kərbəla adı mənə əzbərdir, 
Hədəfim eşqim Əliəkbərdir, 
Əlimiz boşdu,üzümüz qara, 
Qapına gəldik edəsən çara. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin