MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Kərb və bəla kəlməsinin tə`vili



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə16/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   12   13   14   15   16   17   18   19   ...   96
MƏRSİYƏLƏR (1)

Kərb və bəla kəlməsinin tə`vili 
Kərbəla bir kəlmədir, amma iki mə`nası var, 
Qəm-bəla ilə mürəkkəb kəlmə bir əzası var. 
Kərb bir mə`nası qəm, yə`ni o səhranın qəmi, 
Cəm o səhraya olubdur kulli-dünyanın qəmi, 
Külli-dünyanın qəmi fərzəndi-Zəhranın qəmi, 
Bu qiyasolmaz Hüseynin möhnəti-üzması var. 
Sikkə qan Kərbəla bazarının simuzəri, 
Qəm-bəladan qeyri yoxdur bir mətai-digəri, 
Bir hicazın padişahıdır Hüseyn sövdagəri, 
Nəqd-can əldə gəlib Allah ilə sövdası var. 
Kərbəla yə`ni o yerdir cəm olubdur hər bəla
Var cahanda hər qədər qəm hərçe sərtasər bəla, 
İttihad eyliyib qəmilə adı qalmış Kərbəla, 
Orda qəmlər şurişi,orda bəla sövdası var, 


55 
Kəlmənin var altı hərfi, misli-helm və səbridir, 
Səbr və helmin sahibi ol altıguşə qəbridir, 
Bəs niyə hər göz görür ol qəbri misli- əbridir
Çünki, əbrin barişi eşqi-çəmənarası var. 
Altı hərfi eyləsən tə`vil,var mənası çox, 
Şərh olunsun nəzmilə bir bəndidə imkanı yox, 
Kaf ibarət kargər bir yarədir üç şöbə ox, 
Qəlbilə aya oxun heç bir gərərun yarası var. 
Ra ibarətdir rəiyyət misli dərya etdi cuş, 
Aldılar şahı araya eylədilər nizə puş, 
Bir nəfər məzrubi zarib yüzmin ə`da eylə guş, 
Vay mənə, hardan Hüseynin saf qalan ə`zası 
var?! 
Ba əvvəl, başını Şümri-dəğa ol kəsib, 
Bai-sani xırdaca barmağını Bəcdəl kəsib, 
Gördü üryan, yox libası,saribanı əl kəsib, 
Nə`şi üç gün qaldı yerdə ayrı tur inşası var. 
Lam lazımdır deyilsin can verib ləblər susuz
Zibh olub həncər susuz, zibh eyləyib xəncər 
susuz, 
Əlif ibarətdir olub Əkbər susuz, Əsğər susuz, 
Qəhti-ab oldu o səhrada ki, süd riyası var. 
Altı hissə oldu nə`şi, birbəbir oldu bəyan, 
Şimr apardı başını, bir cüft əlini sariban, 
Bəcdəl öz səhmiyəsin beş müncisin fərz eylə qan, 
Altıncı nə`şidir qudalidə süknası var. 


56 
Altı qismət bir bədəndən qarət oldu caməsi
Getdi nə`leyni ayaqdan, başidən əmmaməsi, 
Bir əbadır bir üzük, bir pirahən bərnaməsi, 
Bir də İran yadigarı adı Nuh iması var. 
Altısı mahi-məhərrəmdən olundu səddi- ab
Altı aylıq südəmər oğlu susuzdan del kəbab, 
Altı qardaşlar qəmi qəlbində ol alicənab, 
Altı yandan üstünə qəm fovcunun peydası var. 
Altı sərkərdə edib bu iddianı həmnəfəs, 
Mən şəhid etdim bu məzlumu nəinki qeyri-kəs
Şümr və xuli hərmələ kə`b və sinan ibn Ənəs, 
Qatili-Əkbər deyər qatil mənəm də`vası var. 
Başını zibh etmişəm Şümr ibn Zil-covşən deyir, 
Taqətin nizə ilə mən aldım Sinan rovşən deyir
Hərmələ üçşöbə ox qəlbinə vurdum mən, deyir, 
Xulinin əldə olan tək mədrəki balası var. 
Müztərrə tofiq əta et, ey Xudayi-ləm yəzəl, 
Nitqini guya sözün şirin elə misli əsəl, 
Daməni-pak Hüseyndən çəkməyibdir, çəkməz əl, 
Ta nə qədri canı var, əldə qələm qirtası var, 


57 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin