40
Ondan qəzavət eylə gör sünnü həqdi ya sən,
Vallah sübuti-həqqə bürhanımız Hüseyndir.
Nisbət verirlər guya bir alimi cəlilə,
Zəncanda yalvarırmış xəllaqi-bi bədilə,
Ya, Rəbb vəbanı göndər Zəncandan Ərdəbilə,
Eşqi-Hüseyn olarda artıqdı bu dəlilə,
Sinə vurub deyərlər dərmanımız Hüseyndir.
Əlan gəl Ərdəbilə ey alimi-girami,
Diqqətlə eylə rö`yət divar və səqf və bami,
Bax gör nələr görərsən İslamə ver səlami,
Bəndə Hüseyn firuşəm, adım Hüseyn qulami,
Ə`malımız Yəzidi, unvanımız Hüseyndir.
Əhli-Əraqə bənzər hər kimdə var bu xislət,
Zər bədrəsin görəndə eylər Yezidə bey`ət,
Zərd oldu sim və zərdən axır güli-şəriət,
Səsləndi nökəranimuzduru bi şərafət,
Şəmşirizi itildin, mehmanımız Hüseyndir.
Hey əsləhə düzəltdi ahəngərani-Kufə,
Zəhrilə verdilər su sərnizə və süyufə,
Min-min gəlir süvari mülhəq
olur süfufə,
Qatil yığışdı yüz min bir seyyidi rəufə,
Hökm oldu kim qətili ətşanımız Hüseyndir.
Gördü Həbibi Müslim bazaridə pərişan,
Ərz etdi keyfə əsbəht ey piri əhli iman,
Bir bax, dedi, Həbibi necə qocaltdı dövran,
Rəng və hənayə bir az var ehtiyacım əl-an,
Bu gün dəvayi-dərdi-hicranımız Hüseyndir.
41
Müslim dedi bəs onda yox lütf bu hənadə,
Bir namə var ağamdan ol
mənlə həm iradə,
Bu nisfi-şəb geyin gəl, gizlin gedək cihadə,
Yaxşı həna satırlar bazari-Kərbəladə,
Biz bəndəqane-eşqik sultanımız Hüseyndir.
Hər kəs gəlib evində geydi səfər libasın,
Andırdı bir dililə öz yari aşinasın,
Ağlar qoyub dalıyca həsrətli əqrəbasın,
Gördü Həbib əyalı başə salıb əbasın,
Ağlar deyir ağamız, cananımız Hüseyndir.
Müddətdi mən ağamın hicrində əşkrizəm,
Xişo-təbarə gərçe hörmətliyəm əzizəm,
Zindanidir bu Kufə, amadeyi qorizəm,
Sən
ol Hüseynə nökər, mən Zeynəbə kənizəm,
Gənci-nihani-qəlbi-viranəmiz Hüseyndir.
Hasil gəlib çıxıblar səhrayi-Kərbəlayə,
Diqqətlə baxdılar bir cəvlangəhi-bəlayə,
Bir yanda cəngi və tar və tənburi-piyayə,
Bir səmtidən ucalmış Qur`an səsi səmayə,
Səsləndilər o sovti xoşxanımız Hüseyndir.
Verdi qərəz uzaqdan Qur`an səsi güvahi,
Qəsd
etdilər piyadə o ruyi-padişahi,
Əbbasi-namidarə görsəndi bir siyahi,
Şərzə gedib Hüseynin şir büləndi-cahi,
Səsləndi ey gələn dur mizanımız Hüseyndir.
Olsaz əgər Hüseynçi, azadisiz xiyamə,
42
Şayəstəsiz göz üstə, çox izzi-ehtiramə,
Amma müxalif olsaz, mən
istəyən imamə,
Şəmşiri eylə vurram başız gələr səlamə,
Gün rükni-xəlq kövni-imkanımız Hüseyndir.
Gördü Həbib uzün qol, kəskin qılıncı üryan,
Səsləndi mən Həbibəm, ey şiri-mərdi- meydan,
Əbbas sən də mən də yalqız Hüseynə qurban,
Gəldim bu ağ məhasin qanilə olsun əlvan,
Nuhi-nicat-bəxşi tufanimiz Hüseyndir.
Qərq oldu qeyrətindən Əbbas göz yaşında,
Bir söz dedi Həbibə ağlatdı yoldaşın da,
Əmr elədi üzəngi bağla əyir qaşında,
Qorxar, bu xeymələrdə bir qız var üç yaşında
Hər ağlayanda qəlbi-suzanımız Hüseyndir.
Dostları ilə paylaş: