MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə14/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   10   11   12   13   14   15   16   17   ...   96
MƏRSİYƏLƏR (1)

Sinəzən və cuşi 
İmam Zamana (ə.c) xitab 
Yenə quruldu cəddinə əzası, yəbnəl-Əsgəri! 
Çəkildi ərşo-fərşidə qarası yəbnəl-Əsgəri!
Vuruldu zəngi tə`ziyət yetib xəbər Peyğmbərə
Hüseyninin əzasıdır çəkildi qarə göylərə, 


48 
Asıldı qanlı köynəyi fəraze-ərşe davərə, 
Qoyuldu göydə tə`ziyət binası, yəbnəl-Əsgəri!
Min üç yüz ildi ağlarıq yarasına dəva ola, 
Deyillər bir yarsası var ona çətin şəfa ola, 
Gərək sənin zühuruna gecə-gündüz dua ola
Qalıb sənə ürəkdəki yarası yəbnəl-Əsgəri!
Hər il qara geyəndə biz xülus və etiqadilə, 
Bir iddəyi-yəhud-xu baxır bizə inadilə, 
Nə fərqi vardır Şümrilə Übeydibni-Ziyadilə, 
Vurar bizə o kəslər dil yarası yəbnəl-Əsgəri! 
Necə dayanmısan ağa, sükutü helm o-səbridə, 
Gəlibdi təngə Şiələr kəməndi-zülmo-cəbridə, 
Qalıb Rübabın əlləri ürək başında qəbridə, 
Zühurun eylər arzu duası yəbnəl-Əsgəri! 
Eşitmişik çox ağlarsan həmişə sən bu mətləbə
Sataşdı qızların gözü necə o qanlı mərkəbə, 
Fəğan əz-zəlimədən yetirdi rəmzi Zeynəbə, 
Ucaldı ərşə va Hüseyn sədası yəbnəl-Əsgəri! 
Ucaltdı başdan əllərin o pakizad Heydəri, 
Qabaqda şəhriyare-qəm, dalıyca düşdü, ləşkəri, 
Görüb qara ləçəkləri əsibdi Şümrün əlləri 
Salıbdı Şümri vəhşətə nidası, yəbnəl-Əsgəri!
Çağırdı yəbnə-zaniyə, əyuqtəlu rəcauna? 
Ümidimizdi bu Hüseyn, dayan, eyvan xarab ola, 
Nə Zeynəb etdi vahimə, nə Şümri qıldı e`tina, 
Qalıb arada kuyi-həqq fədası, yəbnəl-Əsgəri!


49 
Salıb təvan və tabdan Hüseyni şiddəti əməl
Xiyamo-qətligahidə iki imam edibdi qəş, 
Vücudi-höccətə görə xanım çox etdi keşməkeş, 
Əlindən öpdü Fatimə-anası, yəbnəl-Əsgəri! 
Görüb ki, Şümr baxmadı sızıltıyla tərənnümə, 
Tutub zəbəski, qan gözün çətin gələ tərəhhümə
Qaçıb əmiri-ləşkərin sorağına, təzəllumə 
Ki bəlkə Şümrün əsgilə cəfası, yəbnəl-Əsgəri! 
Yetişdi ibn Sə`dilə müqabil oldu rubəru, 
Dedi Hüseyni öldürür bu Şümri-şum fitnəsi, 
Müzayiqə gəl eyləmə üzündə olsa abiru 
Məgər qoyardı başda Rey həvası, yəbnəl-Əsgəri! 
Buyurdu heç yadında var babam Əli xilafəti, 
Vuran zaman vücuduna hüdude şəri- zərbəti
Çıxıb yadından ey əcəb Hüseynimin vəsatəti, 
Deyib bu dərdə olmadı dəvası yəbnəl-Əsgəri! 
Yetişdi onda bir nəfər şitabilə sərasimə, 
Dilində əl-bəşarə və ürəkdə xovfu-vahimə, 
Əmir müjdə ver tapıb Hüseynin əmri xatimə, 
Pozuldu onda əmmənin nüması yəbnəl-Əsgəri! 
Xanım qayıtdı məqtələ dübarə qəsdi-qürbətə, 
Təvafi-nafi Kə`bəyə fəziləti-ziyarətə, 
Öpüb kəsik boğazını gəlib kəmali-riqqətə, 
Təkan verib Mədinəyə bükası, yəbnəl-Əsgəri! 


50 
Həmin Hüseyndi bu baba, anam çəkərdi nazını, 
Sinəndə əyləşib sənə deyərdi hər niyazını, 
Həmin Hüseyndi görmüşəm öpəndə sən 
boğazını, 
Dedi-dedi ucaldı hey nəvası, yəbnəl-Əsgəri! 
Cavab gəldi Zeynəbə çox eyləmə fəğan, bala, 
Gərək bu qan belə qala, gələ o qan alan, bala, 
Gətirdi şurə Zeynəbi bu söz, çağırdı can bala, 
Hayandasan Hüseynimin balası, yəbnəl-Əsgəri! 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin