MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə13/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   9   10   11   12   13   14   15   16   ...   96
MƏRSİYƏLƏR (1)

Kərbəla 

Adın dillər əzbəridir, Kərbəla! 
Ürəklər olub qan,Kərbəla! 
Torpağın kimya, Kərbəla! 
Kərbəla, Kərbəla, Kərbəla! 

Qəmlisən, bir adın neynəva, 
Sənə çoxlar deyir Kərbəla, 
Türbətin olub xaki-şəfa, 
Fəxr eylə hər zaman, Kərbəla! 

Səndə gülzari-taha soldu, 


43 
Əşki-həsrətlə gözlər doldu, 
Su dönüb başdan başa qan oldu, 
Yandı cavan və qoca, Kərbəla! 

Yandırar möhnətin dünyanı, 
Ağladar hər zaman Zəhranı, 
Dərbədər eylədin əhli hərəmi, 
Oldu bi xaniman, Kərbəla!

Tuşəyi-qəm əşcəi-nas oldu, 
Namurad qolsuz Əbbas oldu, 
Təşnə ləb verdi can Kərbəla! 

Səndə Əsğər nə kamə çatdı, 
Nə dil açdı nə bir boy atdı, 
Su yerinə içib qan,yatdı, 
Qundağı oldu qan, Kərbəla! 

Zülmü-əşrarə bu söz bəsdi, 
Gör Hüseyn başını kim kəsdi, 
Əl aman əl aman,Kərbəla! 

Səndə Zeynəb töküb göz yaşın, 
Qüssəvü-qəm ağartdı başın, 
Tapdı qudalidə qardaşın, 
Etdi ahü-fəğan,Kərbəla! 

Səndə çox-çox dürrülər yandı, 
Xeymələr zülmülə odlandı, 
Zeynəbin qolları bağlandı, 
Məhşər oldu əyan, Kərbəla! 


44 
Məhərrəmin yetişməsi 
Nohə 
Yetişdi Məhərrəm açıldı pərçəm, Quruldu 
bəzme-əza Əbulfəzl. 
Nəvayi-zümzümə sədayi-əlqəm, Axanda 
səslər ki, ya Əbulfəzl! 
Ürəkdə dağlar, kiçik uşaqlar geyiblər yeksər qara 
libası, 
Hər evdə bərpa olub təkaya yenə quruldu 
Hüseyn əzası, 
Gəliblər şövqə deyillər nöhə, düşübdü şəhrə əza 
sədası, 
Nəvayə bir bax, əzayə bir bax, deyillər müşgül 
quşa Əbulfəzl. 
Havada morğan, gəzəndə pəran, Vuranda 
şəhpər Hüseynə ağlar, 
Çəməndə lalə, gül üstə jalə, əsəndə sərsər 
Hüseynə ağlar, 
Deyir firiştə, dəri behiştə çəkildi yeksər qara, 
Əbulfəzl.
Nöhə 
Gəlin əzizan, ürək olub qan, yenə Hüseynin əzası 
gəldi, 
Hüseynə qurban, öləndə ətşan, başının üstə anası 
gəldi. 


45 
Gəl ey Hüseynçi,bir il deyərdin, Məhərrəm olsun, 
Məhərrəm olsun. 
Çəkildi ərşə Hüseyn qarası, əzayə qəlbin 
müsəmməm olsun, 
De ki, Hüseyn vay, qərib ağam vay, mənə əzada 
qəm həmdəm olsun. 
Ürəkdə dərdin kim etdi izhar, ona Hüseynin 
dəvası gəldi. 
Bu ayda yaran bəla çölündə,Əliyyi əkbər cihadə 
getdi, 
Verildi Zeynəb zəbihi-Zəhra qətil olunsun 
minadə getdi, 
Tapıb şəhadət o gün minadə, xiyamə cismi əbadə 
getdi, 
Hüseyn buyurdu deyin Anaya, xiyamə ziba 
balası gəldi, 
Bu ayda Qasım gedib cidalə, anası ağlar dalıyca 
qaldı, 
Töküldü ə`da araya aldı, çəməndə gül tək solub 
saraldı, 
Yetişdi dada ölən çağında, başın diz üstə əmisi 
aldı, 
Anası onun edəndə didar, qəmli ürəkdə nəvası 
gəldi. 
Bu ayda gördü susuzlar ağlar, gətirdi məşg və 
liva Əbulfəzl, 
Gedib Fəratə vurubdu pərçəm, susuz çıxıbdı ağa 
Əbulfəzl, 


46 
Durubdu yolda gələndə ə`da görübdü qoldan 
yara Əbulfəzl, 
Ürəkdə dərdin kim etdi izhar, ağam Əbulfəzl 
dərmanə gəldi. 
Bu ayda şiə, susuzluğundan Əliyyi Əsğər dodağı 
yandı, 
Gedib su alsın o gün ədudən, vuruldu peykan 
qana boyandı, 
Süzüldü gözlər minadə qəmli, bala, qucaqda atan 
dolandı, 
Bətule əthər açıbdı mə`cər, Hüseynə can-can 
sədası gəldi. 
Cuşi 
Səs düşdü əhle- aləmə mahe əza gəldi, 
Ey Kərbəla, amadə ol, şahe-hüda gəldi. 
Mahi-Məhərrəmdir sənin dəştin olub gülşən, 
Mənzil edib səndə Hüseyn, ey vadiyi-iymən, 
Qoyma Fəratə əl tapa birəhm dövri-düşmən, 
Bir karivan mehman sənə, ey Kərbəla gəldi. 
Dəryayi-rəhmətdən çıxıb bir gövhəri-almas, 
Hətta ola bilməz ona tay Xızrlan İlyas, 
Zülmətə nur əfkən salub bədrüd-duca Əbbas, 
Nəsrun minəllah pərçəmli sahib-liva gəldi. 
Qoydu qədəm topraqına şahi-mülkü-leşkər,
Səyyareye-şəms və qəmər Qasım, Əliyyi-Əkbər, 


47 
Məhmildə banuyi-hərəm, gəhvarədə Əsğər, 
Zəhra qızı Zeynəb kimi bir məhliqa gəldi. 
Aydın deyim axır sənə, ey Kə`beyi sani, 
Şam əhli ağlar qoymasın biçarə anani, 
Qoyma gətirsin məqtələ Sə`d oğlu Zəhrani, 
Cam əldə, bir üç yaşda qız dildə nəva gəldi. 
Qoyma hərəmində sənin Şümr eyləsin tüğyan. 
Tavusi-zərin, çətrlərin olmasın giryan, 
Qoyma siphər izzətə səyyad ata peykan, 
Şəhpər açıb gülzarına fövci hüma gəldi. 
Tapdın məqamü mənzilət ey dəşti-mehmandar, 
De kəsməsin qovmi əsəd yol üstə qurbanlar, 
Yetmiş iki can verməyə gül üzlü qurban var, 
Yasə batmış, həyatı qüssə-nəva gəldi. 
Yaz Nadiri, aləm bu gün geymiş qara ağlar, 
Əl qoltuğunda mərdo zən, şaho-gəda ağlar, 
Güya Məhərrəmdir yenə ərzo-səma ağlar, 
Sahibe-əzadır məclisə, xeyrun-nisa ağlar. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin