MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə11/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   7   8   9   10   11   12   13   14   ...   96
MƏRSİYƏLƏR (1)

Kərbəla məqamı (cuşi) 
Çün həzrət Adəm yetişib Kərbübəlayə, 
Qəmli ürəyi dərdə gəlib gəldi nəvayə 
Səs gəldi dayan, burda əza saxla Hüseynə
Torpağını öp oxşama de, ağla Hüseynə. 
Nuhun gəmisi aləmi qoymuşdu qəfadə, 
Gəldi keçə girdabə düşüb Kərbübəladə, 
Can qaldı xətərgəhdə gözü ərşi Xudadə, 
Cəbril dedi cuşə gəlib bəhri-təfəzzül
Vursan da Hüseyn daməninə dəsti-təvəssül. 
Yol saldı o səhraya Xəlilullah at üstə, 
Birdən yıxılıb atdan olub fərqi şikəstə 
Üz tutdu göyə baş yaralı peykəri-xəstə 
Fovrən ona da gətdi xəbər peyki-əvamir: 
“Cuş etdi sənin qanın Hüseyn qanına xatir”. 
Ismailin əhşami-pəsəndidə sifatı, 
Daim mələşib içmədilər abi-fəratı, 
Heyrətdə qalıbdır kəsilib səbro səbatı, 
Səs gəldi qoyundan-quzudan qıl bu sualı, 
Etsinlə səni ta bu yerin sirrinə halı. 


38 
Həsrətlə o dilsizlərə bir etdi nəzarə, 
Qüdrət əli qıldı hamısın əhli işarə, 
E`caz elədi müşküli-Ismailə çarə, 
Gəldi dilə dilsiz quzular etdi təzahür, 
Bu çöldə suvarma bizi sən Əsğərə xatir. 
Fərşilə həva üstə gəzən vəqtdə Süleyman
Təxtin çevirib vurdu yerə şiddəti-tufan, 
Ərz eylədi ya Rəbb, görülüb məndə nə nöqsan, 
Səs gəldi ki, çox tünd gedirsən belə getmə,
Vəhşətlidi bu vadiyi-iymən belə getmə. 
Bu çöldə Hüseyni qəmə amac edəcəklər, 
Zülm ilə onun təxtini tarac edəcəklər
Qızlarını bir mə`cərə möhtac edəcəklər, 
Bu çöldə Hüseyn də batacaq qana Süleyman, 
Düş ağla o məzlumi-Süleymanə, Süleyman. 
Musa da gəlib bir gün o səhrayi-bəlayə
Batdı bir ayağına tikan gəldi nəvayə, 
Cəbril dedi sən də cülus eylə əzayə, 
Bu çöldə Hüseynin hərəmi baş açacaqdır, 
İstəkli Səkinə tikan üstə qaçacaqdır. 
Bir gün də Məsihin yolu düşmüşdü zəruri
Yanında həvariləri, başında qüruri, 
Bir şir-qəvi pəncə kəsib rahe-üburi, 
Səsləndi həvariləri ğeyzilə o saət, 
Kəsdin yolu Ruhullaha aya nədir illət? 


39 
Səsləndi həvarilərə ba qeyzo-cəsarət, 
Aşuri-Məhərrəmdi bu rəftarıma illət, 
Vadar eləyir dildəki pünhanı məhəbbət, 
Hər kim ki, hər il düşsə bu səhrayə güzari, 
Də`vət edərəm mənlə edə nohəvo-zari. 
Yandı hamı əlqissə ürəkdən bu məqalə, 
Hüzzar onun dövrəsinə vurdular halə, 
Torpaq sovurub başa o şir eylədi nalə
Səsləndilər ey ruhi-məsiha sənə qurban! 
Məryəm sənə qurban, ağa Isa sənə qurban! 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin