MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə7/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   2   3   4   5   6   7   8   9   10   ...   96
MƏRSİYƏLƏR (1)

Münacat 
İlahi rəhm qıl mənə, ürəkdə yarə gəlmişəm, 
Bu asimanə üz qoyam, gedib dübarə
1
gəlmişəm. 
Yatıbdı gözlər bu nimə-şəb
2

Mənə nəzər qıl, amandı ya rəbb! 
O bəndəyə ki, daimən gedib xəta, yorulmuşam, 
Gəlibdi başıma nə çox qəm və bəla, yorulmuşam, 
Haram var Xudaya mənim, gedim hara, 
yorulmuşam. 
Yatıbdı gözlər bu nimə-şəb, 
Mənə nəzər qıl,amandı ya rəbb! 
Gər etməsən nəzər Xuda,bu bəndələr xətərdədi, 
Ürək ki, sındı bu güman nişanı əşk-tərdədi
3

Özün buyurmusan yerim şikəstə
4
qəlbilərdədi. 
Yatıbdı gözlər bu nimə-şəb, 
Mənə nəzər qıl amandı ya rəbb! 
1
Yenidən
2
Gecə yarısış 
3
Göz yaşları
4
sınıq


24 
Nələr gətirdi başıma cahanda nəfse-bihəya
1

Ağardı baş-gözüm Xuda, nə qədri getmişəm xəta, 
Mən ki, xəta elədim, sən etdin əfvilən əta. 
Yatıbdı gözlər bu nimə-şəb, 
Mənə nəzər qıl amandı ya rəbb! 
Münacat 
Ey mahe-siyamı
2
bizə ehsan edən Allah, 
Xane-kərəmə
3
bəndəni mehman edən Allah! 
Ey mahe mübarəkdə açan süfrəye-ehsan
Öz də`vətini insanlara elan edən Allah! 
Bu ayda bizə lütf elə tofiqe-ibadət
4

Ey Yunusa mahini
5
negəhban
6
edən Allah! 
Bu sovmü-səlatı,sələvatı-həsənatı
7

Rədd eyləmə ey müşkülü asan edən Allah! 
Hər yerdə məriz
8
olsa şəfa ver öz əlinlə
Ey dərdlilərin dərdinə dərman edən Allah! 
1
Həyasız nəfs
2
Orucluq ayı 
3
Kərəm süfrəsi 
4
Ibadət etmə uğuru 
5
Balıq
6
Gözətçi
7
Oruc- namaz- salavat- ehsan 
8
Xəstə 


25 
Ey Yusifi azad eliyən bənde-bəladan
1

Zəncirin açıb Misirdə sultan edən Allah! 
Hər hacəti-şər`iyyələri
2
eylə bəravərd
3

Sənsən hamı nöqsanları cübran
4
edən Allah! 
Ey həzrəti-Yə`qubu edən qüssədən azad, 
Qomgəştəsini
5
varide-Kənan edən Allah! 
Öz rəhmət ayından bizi gəl etmə peşiman
Ey atəşe-Nəmrudu gülüstan edən Allah! 
Yağdır bizə rəhmət yağışın əbre-səxadən, 
Ey şəbnəmilə qönçəni xəndan edən Allah! 
Qapılar açılıb bu gecələr name-Hüseynə, 
Məqbul elədi gözləri giryan edən Allah!
Əfv eylə Kərimidə olan cürm və günahı, 
Ey Hürrü xətasında pəşiman edən Allah! 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin