MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə15/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   11   12   13   14   15   16   17   18   ...   96
MƏRSİYƏLƏR (1)

Qundaqı ərşə gedən (cuş) 
Qundaq ilə ərşə zinətdir Hüseyn, həşridə babi-
şəfaətdir Hüseyn! 
Sərvəri-azad mərdani-cahan milləti dünyaya 
izzətdir Hüseyn!
Qəlbidə gizli məhəbbətdir Hüseyn, xəlqə 
misbahi-hidayətdir Hüseyn!
Mayəyi-ənduh və möhnətdir Hüseyn, sayeye-lütf 
və inayətdir Hüseyn! 
Payəyi-ədl və şəfaətdir Hüseyn, hər əməldə şərti-
sihhətdir Hüseyn!
Rəmzi-rəhmət, ruhi taətdir Hüseyn, bəhri-cud, 
əbri səxavətdir Hüseyn 
Şahi-iqlim səadətdir Hüseyn, mahi-əflak 
fütüvvətdir Hüseyn! 
Meyvəyi-nəxli nübüvvətdir Hüseyn, şirəyi-
bustani-ismətdir Hüseyn! 
Buyi-ətri-bağı-cənnətdir Hüseyn, cuyi- nəhri-
şəhri qüdrətdir Hüseyn! 


51 
Mərdi-meydani-şücaətdir Hüseyn, fərdi divani 
fəsahətdir Hüseyn! 
Şe`ri-pur şuri-lətafətdir Hüseyn, nəsri mənsuri-
bəlağətdir Hüseyn! 
Tərhi-bəzmi-arayi-möhnətdir Hüseyn, şərhi-
ənduh və müsibətdir Hüseyn!
Mehri-rəxşani-vilayətdir Hüseyn, çehryi-zibayi-
imamətdir Hüseyn! 
Şafei-ruzi-qiyamətdir Hüseyn, dafii-üsyani-
ümmətdir Hüseyn! 
Ruzi-məhşər Allah əmri ilə yəqin, mayei-əfvo-
şəfaətdir Hüseyn!
* * * * * * 
Hər kəs ola sidq ilə əzadarı Hüseynin, 
Məhşərdə bağışlar onu Qəffarı Hüseynin. 
Lütf eylə Xuda, bağlı qalan yollar açılsın, 
Bir vəqfe ola şövq ilə əzadarı Hüseynin. 
Əl çəkmərəm ömrümdə Hüseynin ətəyindən, 
Olam del və canilə fədakarı Hüseynin, 
Məcnun səgi-Leylinin öpərdi ayağından, 
İzzətlidi həqqa, səgi-dərbarı Hüseynin. 


52 
Kərbəlada imtahan verəm 
Bu yerdə mən gərək bacı bəlaya imtahan verəm, 
Özüm, köməklərim susuz bu çöldə təşnə can 
verəm. 
Bu yer o yerdi daima həqiqətin binasi var, 
Bu yer o yerdi Zeynəbin həvası yox,bəlası var, 
Bu yer o yerdi zahirən ki, qorxulu havası var, 
Nihali-dinə burda mən gərəkdi təşnə can verəm. 
Bu yer o yerdi doğranar mənim hamı 
köməklərim, 
Bu yerdə çulğanar qana, bacı, yəqindi Əkbərim, 
Əlimdə çırpınar ölər, boğazı qanlı Əsğərim 
Bu dinə Xaliq istəyib uşaq verəm, cavan verəm. 
Bu çöldə əşqiya vurar şərər yanar bu xeymələr, 
Qaçar Səkinə çöllərdə susuz qalar, yanar,mələr, 
Bu yerdə tiri-zəhrigin ürək başın yarar, dələr, 
Bu sinəm üstə oxlara rəvadı mən məkan verəm. 
Bu yer o yerdi Xaliqə Hüseyninin niyazı var, 
O qətligahidə açar ki, qanlı canamazı var, 
Vüzusu qüslü qan olar, o qan ilə namazı var, 
O qan ilə namaz ilə cahanı mən təkan verəm. 
Bəlalı yer mənimkidir, bəlaya aşiqəm özüm, 
Sinəmdə at çapar qoşun, yaraya aşiqəm özüm, 
Sözüm qanım həqiqidir Xudaya aşiqəm özüm, 


53 
Bu qanilə ədaləti səzadi mən neşan verəm 
Üzüm yaralı qiblədə ibadət aşinasiyam, 
Vəleyk əbdi-həqq mənəm, itaət aşinasiyəm, 
Şəhidi-rahi-vəhdətəm, şəhadət aşinasiyam, 
Gərəkdi məndə eşqilə şəhidi-cavidan verəm. 
Şəriki-nehzətik bacı, verək mənilə əl ələ, 
Bu din yolunda qan verəm, ürək bu yerdə 
dincələ, 
Qoşun həyalı qızları, bacı, çəkəndə məqtələ, 
Gedəndə Kufəyə gərək dalızca mən azan verəm. 
Başlanıb əza Hüseynə 
Görsənib hilali-matəm, başlanıb əza Hüseynə, 
Baş açıb Rəsuli-əkrəm, ağlar ənbiya Hüseynə. 
Doldurub cahanı şivəni, masəva batıb məlalə, 
Ovc edibdi taqə ərşi-fərşidən fəğan və nalə, 
Əyləşib qübari-möhnət barigahi-zül-cəlalə, 
Nohə fələkdən eyliyiblər bəzmi-qəm bina 
Hüseynə. 
Baş açıb gəlib nəvaya bağıcənnət içrə Zəhra, 
Həmsəda olub Bətulə Məryəm və Xədicə, Həvva, 
Fərş olub bəsati-matəm, bəzmi-şəm olub 
mühəyya, 
Ölməmiş əza tutublar şahi-Kərbəla Hüseynə. 
Namələr yazıb bu ayda Kufiyani bi mürüvvət, 
Etdilər şəhi hicazı dəşti-Kərbəlayə də`vət, 
Bağlayıb rəhi-Fəratı qaldı təşnə Ali-ismət, 


54 
Babi-cövr və zülm açıldı sibti-Mustəfa Hüseynə. 
Zülmilə əl üzdü Ovn və Fəzl və Cəfərindən, 
Yadigari Müctəbadan mahi-parə Əkbərindən, 
Dini-həqq yolunda keçdi şiri-xarə Əsğərindən
Ağladı o gündə yeksər qovmi-əşqiya Hüseynə. 
Kəsdilər susuz qəfadan vurdular başın cidayə, 
Baş açıb anası cəddi gəldi dəşti-Kərbəlayə, 
Va Hüseyn səsi ucaldı taqi-ərşi-kibriyayə, 
Qətligahda oldu bərpa məclisi əza Hüseynə. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin