MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


İmam Hüseynin (ə) zəbani- halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə23/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   19   20   21   22   23   24   25   26   ...   96
MƏRSİYƏLƏR (1)

İmam Hüseynin (ə) zəbani- halı 
Qədəmin mübarək olsun, bura Kərbəladı Zeynəb, 
Bu çölün havası qəmdir,qəmə mübtəladı Zeynəb. 
Olacaq məqamı şayan, gələr əhli-razo-taət, 
Edər altıguşə qəbri hamı eşqilə ziyarət, 
Ola kim o qəbrə zair tapacaq rəhi-şəfaət, 
Necə türbəti müəttər,səbəbi şəfadı Zeynəb. 
Bacı, bu diyari qəmdə neçə gün qonaq qalarsan, 
Deli-şəbdə oxşayanda anamın səsin alarsan 
Bilirəm bu çöldə axır başına qara salarsan, 
Gecələr bu çöldə Zəhra sənə həmnəvadı, Zeynəb. 


73 
Bizə bağlayar bu düşmən su yanında rahi-carə, 
Suya azim ollam onda qucağımda mahi-parə, 
Gələ bilmərəm xiyamə ox dəyəndə şiri-xarə, 
O gün Əsğərin boğazı oxa aşinadı,Zeynəb. 
Anası əgərçe gözlər balanın yolun xeymədə, 
Qəm əli ürək başında tıbo-tab və piçü xəmdə, 
Balasın yaralı görsə yeri var yana bu qəmdə, 
Mənə ümdə müşkül onda ox əmən hümadı, 
Zeynəb.
Solacaq mənim baharım, bacı sən xəzana səbr et, 
Sərnizə üstə başım gələcək bəyana səbr et, 
Yazılıb sənə risalət, qəmi-bikərana səbr et, 
Deyər əhli aləm sənə mərhəbadı Zeynəb. 
Zeynəbin zəban hali (nohə) 
Özün gəl Kərbəlaya ya Mühəmməd (s)! 
Düşüb Zeynəb bəlaya ya Mühəmməd (s)! 
Qiyamətdir bu gün Kərbü-bəlada, 
Hüseynin peykəri qalmış arada, 
Əli başda qaçır Zeynəb piyada, 
Əqəllən gəl əzaya, ya Mühəmməd (s)! 
Əliyyu-Əkbərim qanə batıbdır, 
Əliyyu- Əsğərim ətşan yatıbdır, 
Bu dünyanın qəmin gözdən atıbdır, 
Gəlib yer-göy nəvaya, ya Mühəmməd (s)! 


74 
Bu çöldə təşnələb ənsarım öldü, 
Köməksiz qalmışam qəmxarım öldü, 
Ucaboy qəhrəman sərdarım öldü, 
Çıxar naləm səmaya, ya Mühəmməd (s)! 
Bu çöldə şir-xarım oxlanıbdır, 
Cavanlarım sitəmlə doğranıbdır, 
Təmamən xeyməgahım odlanıbdır, 
Xəbər ver Mürtəzaya, ya Mühəmməd (s)! 
Mənim tək bir bacı gəlməz cəhana, 
Ölüb qardaşlarım gəlsən fəğana, 
Bizi gözdən necə saldı zəmana, 
Gəlib yer-göy nəvaya, ya Mühəmməd (s) 
Aşura gecəsi 
Xeymələrdə qurulub məhşəri-kübra bu gecə, 
Əli qoynunda gəzir həzrəti-Zəhra bu gecə. 
Yarü ənsari-Hüseyn razü niyaz üstədilər, 
Bu gecə möhlət axirdi namaz üstədilər, 
Vəsl vəqti yetişib suzi-güdaz üstədilər, 
Bəzmi-yarə hamısı oldu muhəyya bu gecə, 
Ucalıb noh fələkə naleyi-tiflan Hüseyn,
Zeynəbi etdi qəmin söhbət-hicran-Hüseyn,
Taqəti can aparıb nəğmeyi-Qur`an Hüseyn, 
Əcəba olmadı viran hamı dünya bu gecə. 


75 
Əlləri üstə alıb Əsğəri biçarə Rübab, 
Yandıran sözlərilən aləmi eylərdi kəbab, 
Xanə səbrimi ahın ilə dedi etmə xərab, 
Nə südüm var nə suyum,neyləyim bu gecə. 
Nehzətin lazımı olmuş batasan qanə gərək, 
Gedəsən həzrəti-Zəhra yanına qanlı ürək, 
Baği-cənnətdə gözləyər yolunu huru mələk, 
Sənə xatir bəzənib şaxeyi-tuba bu gecə. 
Badə nuşan ələstin ürəyi vəslə əsir, 
Dərk edə məhzəri-cananı ürəklər tələsir, 
Zeynəbin çarəsin əldən səhərin fikri kəsir, 
Yanar odlara düşüb Zeynəbi-Kübra bu gecə. 
Kim səhər peykəri üryanə əza saxlayacaq, 
Kim o üryan bədəni görcək ürək dağlayacaq, 
Qoyun asudə yata, Zeynəb ona ağlayacaq, 
Yetəcək başa onun izzəti guya bu gecə. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin