MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə24/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   20   21   22   23   24   25   26   27   ...   96
MƏRSİYƏLƏR (1)

Aşura gecəsi (nohə) 
Su yox bu gecə bağlanıb əfğanə hərəmlər, 
Əllərdə ətəşdən saralıb südəmər Əsğər, 
Ətşandı uşaqlar, suzandı dodaqlar. 
Əl sinədə qızlar oturub xəmidə nalan, 
Ətrafı gəzəllər balalar didəsi giryan, 
Səqqaya tutub üz hamı göz yaşlı pərişan, 
Yəni dönüb al-qanə hərarətdən o ürəklər, 
Ətşandı uşaqlar, suzandı dodaqlar. 


76 
Qəlb-hərəmi qan elədi dərdi-Səkinə, 
Gülşənləri viran elədi dərdi-Səkinə, 
Zəhranı pərişan elədi dərdi-Səkinə, 
Əl başda xanım qaçdı bəlalı çölə yeksər, 
Ətşandı uşaqlar, suzandı dodaqlar. 
Əsğər biləyi əlləri üstündə dolandı, 
Tökdü üzünə əşkini alqana boyandı, 
Zəhra, gəlinin qönçəsi zülmilə talandı, 
Dəst sinəm eylib gül gülzarını pər-pər, 
Ətşandı uşaqlar,suzandı dodaqlar. 
Zeynəb ürəyin mənzərə qəm dilə gətdi
Qəmli analar qəlbini durdu ələ gətdi, 
Bir ah çəkib ərş üzünə zəlzələ gətdi, 
Bu qəmdə gəlib naləvü-əfğanə mələklər, 
Ətşandı uşaqlar, suzandı dodaqlar. 
Kərbəlayə daxil olmaq (nohə) 
Bax bu Neynəva necə basəfadı, Zeynəbim, 
Çox bəlası var, adı Kərbəladı, Zeynəbim, 
Kə`bədən şərəflidir bu məkani-xoş-nüma, 
Zəmzəmi Fəratidir təlli rövzətüs-səfa, 
Məskənimdi bu məkan çox deyərdi Müstəfa (s), 
Bu çuxur yeri mənə aşinadı, Zeynəbim. 
Burda qan olar mənim zülmilə dodaqlarım, 
Şümrə dəstgir olar mehriban uşaqlarım, 


77 
Qəbrimə ziyarətə hey gələr qonaqlarım, 
Gərçi indi zahirən qəmi fəzadı, Zeynəbim. 
Bax o xeyməmin yeri bu səfa bu məş`əri, 
Bu Mina bu Mərvəsi, bu həmimunun yeri
Burdan həml edərəm xeyməgahə Əkbəri, 
Haqq yolunda Əkbərim çun fədadi, Zeynəbim. 
Baxmarıq zaridir şurə zarü-bi səmər, 
Burda nəxli din verər şax və bərg və barübər, 
Tutiyayi çeşm edər torpağın fereştələr, 
Rigi zərdi-torpağı kimyadı, Zeynəbim. 
Qanilə bu dəşt qəm sürx bir qəba geyər, 
Məhərrəm ola burda kim əyninə qəra geyər
Burda ali-Müstəfa cameyi əza geyər, 
Burda nohə deyənlər biriyadı,Zeynəbim.
Əlli yeddi il gəzib şahrahi eşqidə, 
Tapdım öz məzarımı bu nigahi eşqidə, 
Mən gərək yatam bacı qətligahi eşqidə, 
Mədfəni Hüseyninin gör haradı Zeynəbim. 
Bax o nəhrə,görüncə mövc edər bu çöldə ab, 
Yeddi gün keçər dönər ab olar bizə sərab, 
Oğlu can verər susuz, halına yanar Rübab, 
Oddu bu su, mərkəzi-ibtiladı,Zeynəbim. 
Baxma nəxli zarə sən olma zaridil qəmin, 
Orda düşmənani-həqq eləyir, bacı, kəmin, 
Orda qardaşım alar sinə-sinə pərçəmin, 
Məşki oxlanar, böyük macəradı,Zeynəbim. 


78 
Mən düşəndə torpağa ey insiyəyi- mühən, 
Yer edəndə zəlzələ təllidən enəndə sən, 
Şümrü sinəmə çıxar qana qərq olanda mən
Səbri pişə eyləsin, çox becadı, Zeynəbim, 
Başım üstünə gələr onda xeyrətün-nisa, 
Başını açıb edər ney kimi anam nəva
Sən dayan vüqar ilə üz verəndə hər bəla, 
Bibəla deyil,bura Kərbəladı, Zeynəbim. 
Mən gərək təqaiyə lütf edəm bu illətə 
Ərz hacət eyləyib babi-rəhm və hacətə 
Qoymaram yana onu nari fəqr və həsrətə 
Çün bu nökərim mənim biriyadı, Zeynəbim. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin