MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə25/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   21   22   23   24   25   26   27   28   ...   96
MƏRSİYƏLƏR (1)

Aşura gecəsi 
Kərbəlanın bürkü tutub havasın, 
Duman alıb nəxillərin arasın, 
Yer geyinib təbiətin qarasın, 
Axşam olub on gecəlik ay çıxıb, 
Uşaqların ürəklərin qəm sıxıb. 
Bir tərəfdən qumrilərin nəğməsi, 
Bir tərəfdən axar suyun xoş səsi, 
Cəzb eləyir mənzərələr hər kəsi, 
Göydə çeşmək vurur gözəl ulduzlar, 
Su axtarır əziz-girami qızlar. 


79 
Xeymələrin işıq vermir məş`əli, 
Yerdən göyə bir nur olur müncəli, 
Xütbə oxur yerdə delbənd Əli, 
Ölməliyəm deyir bari siz gedin, 
Qaranlıqda bu ərsəni tərk edin. 
Qardaşım,ey gözlərimin ziyası, 
De hər kəsin var bu çöldə anası, 
Qafilədə gəlib kimin balası, 
Məhləkədən canlarını qurtarsın, 
Qonaqlıqda ayrı yerə aparsın. 
Agah olun bu gün gələn qonaqlar, 
Səhər sınar bu səhrada budaqlar, 
Əsir olar burda qalan uşaqlar, 
Gedin, gedin Allah mənim kəsimdir, 
Bir öz başım,bir südəmər bəsimdir. 
Gedən gedib qalan tapıb imtiyaz, 
Xeymələrdə başlandı razü-niyaz, 
Sübhə kimi çoxu qılardı namaz, 
Qəm riştəsin çərx dəni toxurdu, 
Sübhə kimi Əkbər Qur`an oxurdu. 
Hərdəm deyir ay Yəsribin maralı, 
Fələk səni məndən salar aralı, 
Görsə səhər sənin anan yaralı, 
Qəm çölündə qəmdən qəlbi sıxılar, 
Oğlum ölsə mənim evim yıxılar. 


80 
Hər kim görür xeyməsində RübabıI, 
Qəlbində qalmayır bir ləhzə tabı, 
Vərəqləyir xeymədə qəm kitabı, 
Qan-yaş tökür oğul vay deyə-deyə, 
Südəmərin döndəribdir qibləyə, 
Belə deyir şərməndəyəm, Əsğərim, 
Qalıb bu gün döşlərimdə əllərim, 
Yoxdu çarəm axır sirşik tərim, 
Südsüz uşaq yatıb məgər dincələr, 
Gözəl balam,nəfəsindən od gələr. 
Sonbeşiyim, gözəl balam ay balam, 
Oldu mənim arzularım zay, balam, 
Allah verdi səni mənə pay, balam, 
Qəmlər oxu ürəyimə toxunur, 
Can verənin gözlərindən oxunur. 
Can verirsən ürəyimi dağlaram, 
Biləyində əllərini bağlaram, 
Susuz bala sənə baxıb ağlaram, 
Ümidim gəlmyəir bir şirbə suya, 
Üzüm gəlmir gedib deyim əminə. 
Göz yaşımı üzarimə ələrəm, 
Ürəyimi qəm oxuyla dələrəm, 
Qundağını gəh açıb gəh bələrəm, 
Gül alnına əcəl təri düzülür, 
Gözəl gözün sitarə tək süzülür. 


81 
Qoy əminə gedim deyim amandı, 
Səbrim evi cəfa ilə talandı, 
Əzizimin dil-dodağı da yandı, 
Xanım, qəmlər ürəyimdə can verir, 
Bir rəhm elə susuz balam can verir. 
Ay südəmər əmliyimin əmməsi, 
Yandıracaq möhnətim hər bir kəsi, 
Çıxmır Əli Əsğərimin də səsi, 
Göz axınıb şəqiqələr yatıbdır, 
Heç bilmirəm ölübdür ya yatıbdır, 
Ləhzə bə-ləhzə çoxalır möhnətim, 
Əldən gedir bu gün mənim izzətim, 
Ürəkdə var sən bilirsən hacətim, 
Gözüm qurban, tökmə belə göz yaşın, 
Babül- həvaicdi sənin qardaşın. 
Mən bicəhət qəm tozuna batmaram, 
Ölsə balam fikrin başdan atmaram, 
Sabahkı gün məqsədimə çatmaram, 
Dərd çoxalar olmaz vəli dərmanım, 
Kərbəlada olmaz mənim qurbanım. 
İllət odur bu gecə su gəzərəm, 
Su tapılsa hər dərdinə dözərəm, 
Səhər olcaq qurbanımı bəzərəm, 
Bu xeyməni bəzmi-qəmə döndərəm, 
Əsğərimi ox dəminə göndərəm. 


82 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin