MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə26/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   22   23   24   25   26   27   28   29   ...   96
MƏRSİYƏLƏR (1)

Vürude- Kərbəla 
Qəm qafiləsi gəldi o gün dəşti-bəlaya, Allah nə 
gözəl rütbə verib Kərbü-bəlaya. 
Zəhra balası Kə`bəni tərk etdi pərişan, 
Üz qoydu bu səhraya tərəf gəldi şitaban
Zəmzəm özü qan ağladı Kə`bə edib əfğan, 
Allah evi öz eşq Minasın yola saldı, 
Həm Məhşər və həm Sə`y və Səfasın yola saldı. 
Tərk elədi mövla hərəmi-əmni-Xudanı, 
Çöllərdə dolandırdı Hüseyn Ali-əbanı, 
Yollarda nə qədər soruşub Kərbü-bəlanı, 
Öz etdiyi peymanına yaxşı əməl etdi, 
Gəzdi neçə gün Kə`bəyi-məqsuduna yetdi. 
Əmr elədi Əbbasa gedən qafilə dursun, 
Həsrətlə çuxur yerdə haman xeyməni qursun, 
Nəhr üstə ələmdarı gedib pərçəmi vursun, 
Verdi belə dəsturu o gün eşq səfiri, 
Can-başla itaət elədi şaha vəziri. 
Zəhranın əziz oğlu nəzər hər yana saldı, 
Mə`va bu yeri eyləməmiş fikrinə qaldı, 
Verdi neçə min dirhəm o maliklərə aldı, 
Razı ki, tərəf oldu bu sövdayi-vüsalə
Katib sənədi yazdı ki, möhr oldu qəbalə. 
Zeynəb nigəran halidə qardaşına baxdı, 
Bir ah çəkib yandırıb aləmləri yaxdı, 
Qəm gərdi qonan surətinə göz yaşı axdı, 


83 
Gördü çoxalır burda onun dərdü-məlalı, 
Fikr eylədi başdan dağılar cahü-cəlalı. 
Ərz eylədi ey şahi-cahan nuri-hidayət, 
Qurban sənə yorğun canım ey kani-kəramət, 
Yəqin bu yerə çəkdi səni eşqi-şəhadət, 
Gülzar edəcəksən bilirəm dəşti-bəlanı, 
Tə`rif eləmişdin mənə qəblən bu məkanı. 
Fərmayiş edib Zeynəbə salari-şəhidan, 
Bu yerdi haman yer, olaram qanıma qəltan, 
Əhd eyləmişəm canımı qurban verəm ətşan, 
Hətmən o çuxur yerdə qızıl qanə bürünnəm, 
Didarıma gəlsin bacı pişvazə sürünnəm. 
Səs düşdü o səhrada Hüseyn zadeyi-Zəhra
Ol dəşti-qəməfzani edib mənzilü-mə`va, 
Bir iddə deyərdi nəyə xatir gəlib aya, 
Ol şaha qərəz hədyeyi-şayan gətiriblər, 
Mərdan qəbilə neçə qurban gətiriblər. 
Zəhra balası gördü o qurbanları yandı, 
Əl sinədə göz yaşlı del-əfsürdə dayandı, 
Mə`nada görüb Əkbəri al-qana boyandı, 
Oxlandı Əli Əsğəri meydani-bəlada, 
Məhşərdən əlamət görünür xeymə səradə. 
Fərmayiş edib şahi-cahan dinə fədayam, 
Bey`ət eləməm zalıma, təslimi-qəzayam, 
Hər əmri əgər zati-həqqin olsa rizayam
Ey qoç-quzu qurban gətirənlər eviz abad, 
Olsun iki dünya ürəyiz qüssədən azad. 


84 
Amma bu yerə mən neçə qurbanilə gəldim, 
Əsğər kimi bir qönçeyi-xəndan ilə gəldim, 
Yetmiş iki gül sərvü-gülüstan ilə gəldim, 
Allah ilə peyman-varım ey əhli-Mədinə, 
Əkbər kimi qurban varım ey əhli-Mədinə. 
Allah özü Qur`anda deyib nəsrun minəl-lah
Bu dəşti-qəmə gəlməyimiz sirridi vallah, 
Qeyrətli ələmdarimi çox görməsin Allah, 
Bu çöldə adamsızlarıma miri-hərəmdi, 
Səqqayi- ləb ətşandı dəryayi-kərəmdi. 
Aya nə rəvadı ki, məhəbbət gülü solsun, 
Zülmilə uzun qolları məndən qələm olsun, 
Baş parçalanıb qanı gözəl gözlərə dolsun
Aya nə rəvadı ki, gəlib ox gözə dəysin, 
Qardaşı ölən qardaşının qəddini əysin. 
Keçdi neçə gün başa o peymanı çıxıldı, 
Qurbanları can verdi susuz qəlbi sıxıldı, 
Nəhr üstə yerə qolsuz ələmdarı yıxıldı, 
Hicran oxu sür`ətlə gəlib qəlbini dəldi, 
Meydana Hüseyn gəldi, İlahi necə gəldi. 
Gördü yaralı qardaşını sibti-Peyəmbər, 
Bir gül kimi əllərdə olub zülmilə pərpər, 
Qardaş dedi dur çıxdı yadımdan qəmi Əkbər, 
Bu ayrılığın qəlbimi ox tək dəlir, Əbbas, 
Zəhra nənəmin ətri də səndən gəlir,Əbbas. 


85 
Ey vaqif olan sirri-əzəl mətləbə qardaş, 
Çatdın bu gözəl yerdə gözəl mənsəbə, qardaş, 
Dur pərçəmi tapşır qocalan Zeynəbə, qardaş, 
Həsrətlə üzə əşkini Zeynəb ələr indi, 
Biz getməsək əxyamə Səkinəm gələr indi. 
Az qaldı güli başi-məhəbbət sola qardaş, 
Göz yolda qalanlar sənə ola qardaş
Ətşan balalar indi dikib göz yola qardaş, 
Dur mənlə gedək xeyməyə, ey şiri-dilavər, 
Qardaş sən utanma hələ şayəd ölüb Əsğər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin