MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə20/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   16   17   18   19   20   21   22   23   ...   96
MƏRSİYƏLƏR (1)

Təşt qoymaq 
Quruldu təşti-qəm əsası, şiə, 
Yaxınlaşıb Hüseyn əzası şiə. 
Hüseynə təkyələrdə pərçəm ağlar, 
Su teştdə baxar, dəma-dəm ağlar, 
Fərat axar, Fərata Zəmzəm ağlar, 
Gəhi əyninə Hüseyn qarası,şiə. 
Hüseynə baş açıb Peyğəmbər ağlar, 
Rəvaqe-ərşidə mələklər ağlar, 
Hüseynə məscid ilə minbər ağlar, 
Hüseyndi aləmin ağası,şiə. 


66 
Bu teşti- qəm əlaməti əzadır, 
Südabədən əsəfli macəradır, 
Hüseyn xəlili-dəşti-Kərbəladır, 
Yaxındı məhşər və minası şiə. 
Hüseyni saxlayanmadı Mədinə, 
Rəvan edib bəlalı sərzəminə, 
Xoş aməd etdi Kərbəla Hüseynə, 
Hüseyndi Kərbəla fədası şiə. 
Hüseyn qədəm qoyanda Neynəvaya, 
Fələkdə kəhkəşan gəlib nəvaya, 
Xəbər veriblər xəyritün-nisaya, 
Batıb qəmə oğul anası, şiə. 
Yəzidin yazıb Vəlidə namə, 
Yetişsin əxz beyətlə kamə, 
Hüseyn dedi baş əymərəm qulamə, 
Hüseyndi qəmlər aşinası,şiə. 
Hüseynçi ziri- bari-zülmə getməz, 
Hüseynçi zalıma itaət etməz, 
Xəbis əli müqəddəsatə yetməz, 
Budur Hüseynin iddiası,şiə. 
Gözəldi təştidə suyun səfası, 
Qulaq verin gəlir həzin sədası, 
Baxır əmiyə qardaşın balası, 
Məgər edir su iltiması, şiə? 


67 
Ciyərlərim yanır, əmi, amandı, 
Özüm də, yandım Əsğərim də, yandı, 
Sədayi-əl-ətəş güya dayandı, 
Dayanma qulların fədası, şiə. 
Fərata çatmaq çətin yol oldu, 
Qələm su xatirinə sağ- sol oldu, 
Su qiyməti iki uzun qol oldu, 
Yıxıldı ceyşi-din ləvası, şiə. 
Açıldı məclisi əza Əbəlfəzl 
Özün köməkl elə, ya Əbulfəzl, 
Ola vəzifəmiz əda, Əbulfəzl, 
Edər özündən iltiması, şiə. 
Kərimi, yoxdu möhlətin əcəldən, 
Vəleyk dəst xalisən əməldən, 
Bu qanlı daməni ötürmə əldən, 
Hüseyndi dərdinin dəvası, şiə. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin