Mən hara Kərbəla hara
Dildə deyərdim ey Xuda, mən hara Kərbəla hara,
Ülfəti-şahi ba gəda, mən hara Kərbəla hara?
Kərbubəla ki türbəti xaki şəfayi-şiədir,
Toprağı səngrizəsi lə`l və təlayi-şiədir,
Beyni-hərəm ila hərəm mərvo səfayi- şiədir,
Nəhri Fəratının suyu abi bəqayi-şiədir,
Kisəyi-binəva hara, göhəri-şəbnüma hara?
Mən hara Kərbəla hara?
Kərbübəla qələmru şahi-sərir eşqidir,
Mə`bədi-əhli-mərifət məsnədi piri eşqidir,
Xaki-əmir eşqidi kaxi vəzir eşqidir,
Minlər əziz misrilər orda əsir eşqidi,
Xaki-şərifi-kimiya, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Kərbubəladı Fatimə güllərinin solan yeri,
Zeynəb əzizi itrətin saçlarını yolan yeri,
Xeymələrin talan yeri qızlar əsir olan yeri,
Düşmənin ali-ismətə gözlərinin dolan yeri,
Ordadır şəhri-mən bəka mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Mən üzü qarə bir gəda babi-ətayə gəlmişəm,
Mənbəi lütfü-mərhəmət cud və səxayə gəlmişəm,
61
Dildə Hüseyn, Hüseyn deyib Kərbübəlayə
gəlmişəm,
Qəbrinə qurbanam ağa mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara
Kərbübəla ki, Zeynəbin orda əza məhəlli var,
Zeynəb adıyla adlanan yaxşı səfalı təlli var,
Turdə bir kəlim olur təllidə əlli-əlli var,
Orda yanan ürəklərə müalicə,təsəlli var,
Səs gəlir orda ya əxa, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Saldı əcəb məhəbbətin dərdo-bəlaya Zeynəbi,
Eşqi çəkib Mədinədən Kərbübəlaya Zeynəbi,
Naz ilə harda bəslədi gətdi haraya Zeynəbi,
Saldı Hüseyn deyə-deyə əynə əxayə Zeynəbi,
Məryəmi ali-Mustəfa, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Yerdə sürünmə bağrıqan, səbr elə gəlmə, mən
gəlim,
Xəstə susuz yaralısan, səbr elə gəlmə mən gəlim,
Xeymədən olma nagiran, səbr elə gəlmə mən
gəlim,
Vermir bu düşmənim aman, səbr elə gəlmə, mən
gəlim,
Dövrəni almış əşqiya, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Xeymələr od tutub yanır, qoymaram itrətin yana,
Bir-bir alıb qucağıma qızları çəkmişəm yana,
Gahi xiyamə qaçmışam, gahi o qanlı meydana,
62
Bax mənə doymuşam cana, əl-ayağım batıb qana,
Bir belə macəra hara, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Fatimə yadigarı, başı bəlalı Zeynəbəm,
Ney kimi nalə eyələrəm, şuru-nəvalı Zeynəbəm,
Yaslı əzalı Zeynəbəm, başı qaralı Zeynəbəm,
Əbtəhiyəm, Hicaziyəm Kərbübəlalı Zeynəbəm,
Hər qəmə olmuşam riza, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Zeynəbəm, ali-ismətin ismətiyəm həyalıyam,
Nuri-du çeşmi-Heydərəm, Fatimənin maralıyam,
Yeddi bəradərim ölüb, qüssəliyəm əzalıyam,
Qana batıb iki balam, dağlı ürək yaralıyam,
Sən hara Neynəva hara mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
Adət olub Kərimiyə ağlaya,” Ya Hüseyn!” deyə,
Hər Səfəri Məhərrəmi sinə vura,qara geyə,
Eşqo-səfası nohədi, şuri-nəvasi mərsiyə,
Bir də nəsibim olsa gər çıxsam o Zeynəbiyəyə,
Səslərəm eşqə mərhəba, mən hara Kərbəla hara?
Mən hara Kərbəla hara?
|