MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Fosfolipidlər (xolinfosfatidlər, kolaminfosfatidlər, serinfosfatidlər



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   102
Qida-kimyas-

5. Fosfolipidlər (xolinfosfatidlər, kolaminfosfatidlər, serinfosfatidlər, 
inozitfos fatidlər, asetalfosfatidlər, sfinqofosfatidlər), tərkibi, bioloji rolu
Mürəkkəb lipidlərə aid olub, yağabənzər maddələrdir. Yağabənzər maddələrin 
tərkibində də triqliseridlər vardır. Lakin yağlardan fərqli olaraq bunlarda əlavə 
fosfat turşusu və s. maddələr də (xolin, kolamin, serin, inozit və s.) olur. 
Fosfatidlər yağ həlledicilərinin çoxunda (benzol, efir, xloroform) həll olur, 
lakin asetonun təsirindən çöküntü verir və hiqroskopikdir. Suda şişərək kolloid 
məhlul əmələ gətirir. Bunlar optik aktiv olub, polyarizasiya müstəvisini sağa 
fırlayır (
d-izomer). 
Fosfatidlər insanların və heyvanların hüceyrələrində və toxumalarında (sinir 
toxumasında, qaraciyərdə, böyrəklərdə, ağciyərdə, ürəkdə və s.) olmaqla eyni 
miqdarda paylanmır. Fosfatidlərə mitoxondriyalarda, mikrosomlarda da təsadüf 
edilir. Onlara orqanizmin bütün orqan və toxumalarında rast gəlmək olar. Beyin 
toxuması, ürək, qaraciyər, yumurta sarısı və balıq kürüsü fosfatidlərlə daha 
zəngindir. Fosfatidlər zülallarla birlikdə biokomplekslər əmələ gətirərək hüceyrə 
orqanoidlərinin (nüvə, endoplazmatik tor, ribosom, mitoxondrilər) əsasını təşkil 
edir. Müxtəlif maddələrin bir toxumadan digərinə daşınmasını təmin edir. 
Tərkibində olan spirtin növünə görə fosfatidlər aşağıdakı yarımqruplara bölü-
nürlər: 
Xolinfosfatidlər (lesitinlər), kolaminfosfatidlər (kefalinlər), asetilfosfatidlər 
(plazmogenlər), serinfosfatidlər, inozitfosfatidlər və sfinqofosfatidlər.
Xolinfosfatidlər. 
Xolinfosfatidlər
 
həm bitki, həm də heyvan toxumalarında rast 
gəlmək olur. Bunlar beyin toxumasının və periferik sinirlərin tərkibinə daxildir. 
Qanda və digər toxumalarda da xolinfosfatidlərə rast gəlinir.
Xolinfosfatidlərin nümayəndəsi lesitinlərdir. Bunlara 
fosfatidilxolin 
də deyilir. 
Lesitinlər bir molekul qliserindən, iki molekul (biri doymuş, digəri doymamış) yağ 


27 
turşusundan, bir molekul fosfat turşusundan və bir molekul da xolindən əmələ 
gəlir. Odur ki, hidroliz olunduqda göstərilən maddələrə ayrılır: 
Lesitinlər xolinfosfatın qliserinin hansı karbon atomunun yanında olmasından asılı 
olaraq 
α-
və 
β-
formada təsadüf edilir. 
α-
lesitində fosfat turşusunun və xolinin 
qalığı qliserinin 
α-
karbonu, 
β-
lesitində isə 
β-
karbonu ilə birləşirlər. 
Lesitinlər ən çox yumurtanın sarısında və soyada olur. Bunlar etil spirtində yaxşı 
həll olur, havada tündləşir, buna səbəb tərkibində olan yağ turşularının 
oksidləşməsidir.
Lesitin molekulundakı doymamış yağ turşusu hidroliz edildikdə lizolesitin adlanan 
yüksək hemolitik təsirə malik olan maddələr əmələ gəlir. İlan zəhərinin tərkibində 
göstərilən prosesi kataliz edən spesifik fermentlər vardır. İlan sancmış adamın 
qanında eritrosidlərin hemolizə uğraması həmin fermentin fəaliyyəti nəti-cəsində 
hemolitik təsirə malik lizolesitinin miqdarının artması ilə izah olunur.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin